Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə37/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   33   34   35   36   37   38   39   40   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
144 
dirməyə, əhalinin iqtisadi, sosial və s. tələbatlarını daha dolğun 
ödəməyə lazımi imkanlar yaratmışdır.  
Xəzər hövzəsindən hasil edilən neft və  təbii qazın Qara, 
Aralıq və Baltik dənizlərinin limanlarına, ətraf regionlara, ha-
belə Mərkəzi Avropaya çatdırılması üçün transmilli enerji ixra-
cının  şaxələndirilməsi siyasətini həyata keçirən Azərbaycan 
hazırda çoxvariantlı ixrac marşrutlarının və kəmərlərinin yara-
dılmasına çalışır. Bu onun müstəqil enerji siyasətini və ixrac 
təhlükəsizliyini təmin etməklə yanaşı, həm də regionun neft-
qaz ölkələrinin maraqlarına, Avropanın enerji təhlükəsizliyinə 
xidmət edir. 
Azərbaycan bu gün regionda kənardan heç bir enerji ası-
lılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili 
imkanları hesabına tam ödəməyə qadir olan iki ölkədən biridir. 
Hazırda onun həyata keçirdiyi enerji siyasətinin məqsədi ölkə-
nin dünya bazarlarına çıxış imkanlarını daha da artırmaqdan və 
dünya ölkələri üçün alternativ enerji mənbəyi yaratmaqdan 
ibarətdir. Son illərdə dünya enerji satışı bazarında çəkisini və 
rolunu xeyli dərəcədə gücləndirməsi Avropa dövlətlərinin 
Azərbaycanla  əməkdaşlığa marağını daha da artırmışdır. Ha-
zırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm 
rol oynaması dünyanın inkişaf etmiş dövlətləri və aparıcı bey-
nəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə etiraf olunur.  
2006-cı ilin noyabrında Brüsseldə "Azərbaycan Respub-
likası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji 
tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması 
həm Azərbaycanın, həm də Avropa İttifaqı ölkələrinin enerji 
təhlükəsizliyinə mühüm töhfə oldu. 2007-ci ilin may ayında 
Krakov  şəhərində  təşkil olunmuş enerji sammiti bu sahənin 
təhlükəsizlik məsələlərinin Avropa üçün getdikcə daha qlobal 
səciyyə daşıdığını, mühüm geosiyasi reallıqlarla  şərtləndiyini 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
145 
növbəti dəfə  təsdiqlədi. Polşa, Azərbaycan, Gürcüstan, Litva 
və Ukrayna prezidentlərinin, eləcə də Qazaxıstanın dövlət nü-
mayəndələrinin iştirak etdiyi bu sammitdə enerji sahəsində 
yeni subregional inteqrasiya modeli yaratmağın vacib olduğu 
vurğulandı. Sammit çərçivəsində müzakirə olunmuş Odessa-
Brodı-Qdansk marşrutu Qara dənizə çıxarılan neftin Baltik də-
nizi sahilinə çatdırılmasını, oradan Avropa və dünya bazarları-
na daşınmasını nəzərdə tutur. 2007-ci ilin oktyabrında Litvanın 
paytaxtı Vilnüs şəhərində "Vilnüs enerji təhlükəsizliyi konf-
ransı - 2007: məsul tərəfdaşlar üçün məsul energetika" mövzu-
sunda keçirilən beynəlxalq konfransda iştirak edən dövlətlər 
Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropa bazarla-
rına daşınması üçün milli şirkətlərin iştirakı ilə yeni konsor-
siumun – “Sarmatiya”nın yaradılması barədə razılığa gəlmiş-
lər. Bu konsorsiumun əsas məqsədi Azərbaycan, Gürcüstan, 
Ukrayna və Polşanın ərazisindən keçməklə, Xəzər dənizindən 
Avropaya və beynəlxalq bazarlara gedən daşınma sistemlərinin 
reallaşdırılmasını  təmin etməkdən ibarətdir. Tədqiqatçıların 
fikrincə, belə bir konsorsiumun yaradılması Avropa Birliyinin 
enerji təhlükəsizliyi maraqlarına tam cavab verir. 2008-ci il 
noyabrın 13-14-də Bakıda keçirilən enerji sammitində 
Nabukko qaz layihəsinin reallaşmasında Azərbaycanın  əsas 
söz sahibi olduğu bir daha aydınlaşdı.  
Azərbaycan dövlətinin neft-qaz kəmərlərini şaxələndirmə-
si təkcə ölkənin enerji təhlükəsizliyinə xidmət etmir, eyni za-
manda transmilli enerji ixracının daha səmərəli və məqsədyön-
lü təşkilinə müsbət təsirini göstərir. Hazırda Azərbaycan nefti 
üç istiqamət üzrə - Bakı-Tbilisi-Ceyhan vasitəsi ilə Aralıq də-
nizinə və dünya bazarlarına, Bakı-Supsa və Bakı-Novorosiysk 
xətləri vasitəsilə Qara dəniz limanları  və Avropa bazarlarına 
çıxarılır. Növbəti layihə kimi, Bakı-Supsa xəttinin Odessa-


 
ƏL İ  H ƏS ƏNOV  
 
146 
Brodı-Plotsk-Qdansk marşrutu ilə  Şərqi Avropaya qədər uza-
dılması nəzərdə tutulur. Bu məqsədlə "Sarmatiya" adlı müştə-
rək  şirkətin təsis edilməsi də prosesin yaxın perspektivdə sü-
rətlənəcəyinə dəlalət edir. Bundan sonra Xəzər dənizinin enerji 
ehtiyatlarının nəqli üçün Avropa bazarlarına əlavə marşrutların 
reallaşdırılması yönündə  əməli addımlar atılması  nəzərdə 
tutulur.  
Bu gün Xəzər hövzəsindən neftin və qazın dünya bazar-
larına çatdırılması yollarının  şaxələndirilməsi ABŞ  və  Qərb 
dövlətlərinin geosiyasi maraqlarına da tam cavab verir. Onlar 
Avropa bazarlarına neft göndərilməsi üçün Avrasiya neft nəqli 
dəhlizi sistemində Odessa-Brodı neft kəmərinin işə salınma-
sını, bölgənin karbohidrogen ehtiyatlarının etibarlı və təhlükə-
siz nəqli üçün Xəzər-Qara dəniz və Xəzər-Baltik dənizi Enerji 
Tranziti Məkanının yaradılması təşəbbüslərini davam etdirmə-
yi vacib sayırlar. Bundan başqa, Qərb tərəfdaşları hesab edirlər 
ki, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Avropa ba-
zarlarına nəqli regional əməkdaşlığın daha da möhkəmlənməsi-
nə əhəmiyyətli dərəcədə təsir göstərir, dünyada enerji ehtiyat-
larının hasilatçı, istehlakçı və tranzit ölkələrinin qarşılıqlı fay-
dalı maraqlarını təmin edir. Bu dövlətlər Azərbaycanın Avropa 
və dünyanın enerji bazarlarına alternativ marşrutlar axtarma və 
ixracı  şaxələndirmə siyasətini, Nabukko da daxil olmaqla, 
Gürcüstan, Türkiyə, Rumıniya, Bolqarıstan və s. kimi etibarlı, 
qeyri-asılı tranzit ölkələrinin  ərazisi ilə yeni-yeni neft və qaz 
ixracı marşrutlarının yaradılması səylərini dəstəkləyirlər.  
Qərbin Azərbaycanı özünün enerji təhlükəsizliyinin  əsas 
təminatçılarından biri kimi qəbul etməsi Avropa İttifaqı - 
Azərbaycan əlaqələrini strateji səviyyəyə yüksəltmişdir. Bunun 
nəticəsidir ki, yuxarıda qeyd edildiyi kimi, 2006-cı il noyabrın 
7-də Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
147 
enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair xüsusi Anlaşma 
Memorandumu imzalanmışdır.  
Azərbaycan qazını Avropa bazarlarına çatdıracaq 
Türkiyə-Yunanıstan qaz kəmərinin 2007-ci il noyabrın 18-də 
istismara verilməsi ölkəmizlə Avropa İttifaqı arasında enerji 
təhlükəsizliyi sahəsində əməkdaşlığın, həmçinin enerji tranziti-
nin yeni istiqamətini yaratmışdır. Bu kəmər Azərbaycan
Türkiyə və Yunanıstan üçün böyük geosiyasi əhəmiyyət daşı-
maqla bərabər, həm də enerji sahəsində bölgədə yeni transmilli 
iş birliyinin əsasını qoyur.  
Türkiyə-Yunanıstan qaz kəmərinin işə salınması ilə Avro-
pa İttifaqı - Azərbaycan əməkdaşlığı bəhrəsini verməyə başla-
yır. Yunanıstan Avropa İttifaqının üzvü olaraq enerji sahəsində 
Azərbaycanla  əməkdaşlıq edir. Yaxın gələcəkdə bu əməkdaş-
lığa digər Avropa İttifaqı ölkələrinin də qoşulacağı gözlənilir. 
Çünki bu məsələ enerji təhlükəsizliyinin təminatı baxımından 
ilk növbədə Avropa İttifaqına daxil olan dövlətlərin geosiyasi 
maraqlarına cavab verir. Artıq kəmərin Yunanıstandan  İtaliya 
sərhədlərinə qədər uzanması barədə sənəd də imzalanmışdır. 
Bundan başqa, 2010-cu ilin aprel ayında Buxarestdə, 
sentyabr ayında isə Bakıda Azərbaycan, Rumıniya, Gürcüstan 
və Macarıstanın dövlət və hökumət başçılarının imzaladıqları 
müqaviləyə uyğun olaraq, AGRİ layihəsi çərçivəsində Azər-
baycan qazının boru vasitəsi ilə Gürcüstanın Qara dəniz liman-
larına çatdırılması, sonra sıxılaraq gəmilər vasitəsi ilə Rumıni-
ya ərazisinə daşınması və oradan da Macarıstana, Bolqarıstana 
və digər Avropa ölkələrinə  nəqli marşrutu yaradılmışdır. Bu 
marşrutla və 2012-ci ildə Azərbaycanla Türkiyə arasında inşası 
və ixrac şərtləri razılaşdırılmış Trans-Anadolu (TANAP) qaz 
kəməri vasitəsilə  gələcəkdə Avropa ölkələrinə ildə, təxminən 
20 -30 milyard kubmetr maye qazın ixracı nəzərdə tutulur. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə