Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə39/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   35   36   37   38   39   40   41   42   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
152 
gin təbii sərvətlərindən, mövcud iqtisadi ehtiyatların-
dan onun inkişafı naminə daha səmərəli, təhlükəsiz və 
itkisiz istifadə edilməsinə imkan yarada bilərdi. 
Azərbaycanın iqtisadi müstəqilliyi və geoiqtisadi maraqla-
rının təhlükəsizliyinin bəhs olunan dövr üçün ən uğurlu, səmə-
rəli və faydalı yolu, əlbəttə, ABŞ  və Avropa İttifaqı ölkələri, 
Yaponiya, Çin və s. kimi beynəlxalq güclərlə transmilli əmək-
daşlıqdan keçirdi. Uğurlu xarici iqtisadi siyasət yürütməklə bu 
ölkələrin iqtisadi, maliyyə-texnoloji imkanlarından istifadə 
etmək, milli iqtisadi inkişafa, geoiqtisadi müstəqilliyə və təhlü-
kəsizliyə nail olmaq mümkün idi. Ölkənin ciddi böhrana düçar 
edilmiş və dağılmaqda olan iqtisadiyyatını da o dövrdə yalnız 
xarici iqtisadi strukturların maliyyə-texniki imkanlarından 
istifadə etməklə qaydaya salmaq olardı. 
Bundan başqa, daxili iqtisadi, sosial və digər strukturların 
fəaliyyətinin bərpası, bütün bu sahələrdə  tədrici inkişafa nail 
olunması  və islahatlar yolu ilə iqtisadi fəaliyyətin səmərəlili-
yinin yüksəldilməsi, onun dünya standartları  səviyyəsinə çat-
dırılması da ilk növbədə Qərblə, dünyanın digər inkişaf etmiş 
ölkələri ilə faydalı  tərəfdaşlıq münasibətlərinin yaradılmasın-
dan asılı idi. Çünki həmin dövrdə, malik olduğu zəngin kar-
bohidrogen ehtiyatlarını dövriyyəyə buraxmaq və bu əsasda öz 
iqtisadi inkişafını  təmin etmək üçün Azərbaycana hava və su 
kimi üç əsas siyasi və maddi resurs lazım idi. Bunlar ilk 
növbədə:  
  milyardlarla ölçülən maliyyə vəsaitindən, 
   dənizdə  ən qabaqcıl neft-qazçıxarma və daşıma 
texnologiyasından, 
  Xəzər hövzəsində, bütövlükdə Avrasiya enerji sek-
torunda Azərbaycanla tam bərabərhüquqlu, qarşılıqlı 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
153 
faydalı  əməkdaşlıq istəyinə malik olan xarici dövlət, 
dövlətlər birliyi və iri transmilli şirkətlərdən ibarət idi. 
 Belə imkan və ehtiyatlar həmin dövrdə nə Azərbaycanın 
üzv olduğu Müstəqil Dövlətlər Birliyi ölkələrində, nə üstün 
regional geosiyasi mövqeləri ilə Azərbaycanı öz ənənəvi təsir 
zonasında saxlamağa can atan və yeni enerji siyasətində ona 
rəqib kimi yanaşan Rusiya və İranda, nə də Azərbaycanla əla-
qələrdə özünü müttəfiq, tərəfdaş hesab edən, lakin iqtisadi 
istəyi mövcud imkanlarından qat-qat üstün olan dost Türkiyədə 
və başqa tərəfdaş ölkələrdə mövcud idi. Odur ki, Azərbaycan 
tam doğru olaraq bu sahədə özünə tərəfdaş kimi ABŞ və Avro-
pa İttifaqı ölkələrini, Yaponiya və s. inkişaf etmiş dünya döv-
lətlərini seçdi. Onlar da sonrakı illərdə təsirləri altında olan di-
gər qabaqcıl ölkələri, beynəlxalq maliyyə və texnologiya struk-
turlarını - Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Ümum-
dünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və  İnkişaf 
Bankı və s. kimi transmilli maliyyə qurumlarını Azərbaycanın 
enerji layihələrinə yönəltdilər. Bu addımları mütəxəssislər, 
müstəqilliyə qovuşduğu andan Azərbaycanın həyata keçirdiyi 
ən uğurlu xarici iqtisadi fəaliyyət kimi dəyərləndirmişlər. 
Bu gün də Azərbaycanın iqtisadi müstəqilliyi və maraq-
larının təhlükəsizliyinin əsas təminatlarından biri hesab olunan 
Qərblə iqtisadi əlaqələrin qurulması  və qabaqcıl dünya siste-
minə inteqrasiya xətti ölkənin vacib geoiqtisadi vəzifəsi olaraq 
gündəmdə dayanır.  İnkişaf etmiş  Qərb ölkələri ilə  əlaqələrini 
müvəffəqiyyətlə davam etdirmək üçün Azərbaycan mütəmadi 
olaraq özünün Avrasiya məkanında kəsb etdiyi geosiyasi, geo-
iqtisadi və  hərbi-geostrateji  əhəmiyyətini, siyasi-iqtisadi pers-
pektivlərini, malik olduğu zəngin enerji ehtiyatlarının dünya 
ölkələrinə  gətirəcəyi  əlavə dividentləri lazımi səviyyədə  təq-
dim və  təbliğ etməlidir. Çünki yalnız inkişaf etmiş dünyanın 


 
ƏL İ  H ƏS ƏNOV  
 
154 
köməyi və davamlı dəstəyi ilə ölkə iqtisadiyyatında başlanmış 
struktur islahatlarını müvəffəqiyyətlə başa çatdırmaq, dünyanın 
liberal istehsal, ticarət və biznes məkanına inteqrasiya olun-
maq, hərtərəfli dinamik inkişaf yoluna çıxmaq, Cənubi Qafqa-
zın lider dövləti statusunu qoruyub saxlamaq, lazım olan əlve-
rişli beynəlxalq transmilli dəstəyə nail olmaq mümkündür.  
Qloballaşmanın vüsət aldığı müasir dünyada Azərbaycan 
kimi ölkələr özlərinin iqtisadi strategiyaları ilə  həm gələcək 
iqtisadi inkişafı  və geoiqtisadi maraqlarının təhlükəsizliyini 
müvəffəqiyyətlə  təmin edir, həm də beynəlxalq transmilli şir-
kətlərin ölkə  ərazisindəki fəaliyyətini milli maraqların qorun-
ması istiqamətinə yönəldirlər. Qloballaşmanın yeni tələbləri 
çərçivəsində iqtisadi inkişafın və geoiqtisadi maraqların təhlü-
kəsizliyinin özünü büruzə verən əsas tərəflərindən biri ölkənin 
mövcud geoməkanının iqtisadi inkişaf səviyyəsini, təsərrüfat 
funksiyasının dinamikasını və struktur xarakteristikasının digər 
amillərini nəzərə alaraq, çevik iqtisadi fəaliyyət nümayiş etdir-
məkdən ibarətdir. Hər bir dünya ölkəsində olduğu kimi, Azər-
baycanın da milli ərazisinin geoiqtisadi dəyəri, başqa keyfiy-
yətləri ilə yanaşı, həm də onun istifadə olunan və olunmayan 
təbii ehtiyatları, iqtisadi və  əmək ehtiyatları, milli iqtisadiy-
yatının inkişaf potensialı, işçi qüvvəsinin keyfiyyəti, miqdarı 
və dəyəri, sənaye müəssisələrinin vəziyyəti, infrastrukturların, 
tikililərin, əkinçilik üçün yararlı torpaqların və onlardan istifa-
dənin vəziyyəti, əlverişli iqlimi və s. ilə müəyyən olunur.  
Bundan başqa, ölkə ərazisinin iqtisadi strukturunun, əmək 
və işçi ehtiyatlarının, ekoloji, sosial və mədəni inkişaf meyillə-
rinin,  əhalinin daimi məşğuliyyətinin, cəmiyyətin milli və ya 
kosmopolit inkişaf meyilliliyinin elmi və praktiki cəhətdən öy-
rənilməsi və  nəzərə alınması, miqrasiya, demoqrafiya siyasə-
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
155 
tinin düzgün idarə olunması  və s. də iqtisadi təhlükəsizliklə 
bağlı bəhs olunan amillərə aid edilir. 
 Digər tərəfdən,  Azərbaycanın malik olduğu geoməkanın 
mövcud iqtisadi strukturlarının və mexanizmlərinin beynəlxalq 
iqtisadiyyatla bağlılığı  və inteqrasiya imkanları, qapalı  və 
yaxud liberal xarakter daşıması, dövlətin yürütdüyü iqtisadi 
siyasətin idarə olunmasında rəsmi qurumların və sahibkarların 
rolu, yerli və transmilli şirkətlərin kapital qoyuluşundakı 
payları  və s. kimi məsələlər də onun iqtisadi müstəqilliyi və 
təhlükəsizliyi baxımından ciddi önəm kəsb edir.  
Azərbaycanın əlverişli iqlim şəraitinə, münbit torpaqlara, 
zəngin maddi ehtiyatlara malik olması, respublikada lazım 
olduğundan artıq işçi qüvvəsinin mövcudluğu hökumətdən bu 
sahə ilə bağlı da xüsusi dövlət proqramının və iqtisadi planlaş-
dırmanın tərtib olunmasını, istehsalın strukturunun və xarakte-
rinin tədqiqini, yerli istehsalın taktikasını, məhsulların reallaş-
dırılması və satışının təşkil olunmasını və s. tələb edir. Bütün 
bu işlərin təşkili ölkənin  İqtisadi İnkişaf Strategiyanın  (İİS) 
hazırlanması və həyata keçirilməsini zəruri edir. 
Azərbaycan neft ölkəsidir və bu amil müvafiq olaraq onun 
iqtisadi inkişafının  əsasını  təşkil edir. Ölkənin ümumi daxili 
məhsul istehsalının, milli gəlirinin və büdcəsinin formalaşması, 
iqtisadi inkişafının və təhlükəsizliyinin əsası da daha çox neft-
qaz amilinə söykənir. Bu faktı mütəxəssislər təbii hal və reallıq 
kimi qiymətləndirirlər. Lakin eyni zamanda ölkənin iqtisadi və 
sosial tələblərinin neftdən asılılığını getdikcə azaltmaq və mi-
nimuma endirmək, əmək ehtiyatlarından düzgün istifadə etmək, 
bütövlükdə ölkənin iqtisadi inkişafını müstəqil  şəkildə  təmin 
etmək onun iqtisadi strategiyasının əsas vəzifələrindən biridir. 
Məlum olduğu kimi, 1994-cü ildən başlayaraq Azərbay-
canın daxildə  və dünyada həyata keçirdiyi yeni neft strategi-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə