Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə41/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   37   38   39   40   41   42   43   44   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
160 
sürətlə itirmişdir. Bütün bunlar həmin dövrdə ölkənin siyasi və 
sosial-etnik təhlükəsizliyi üçün ciddi təhdidlər yaratmışdır.  
Məlumdur ki, dövlətin siyasi hakimiyyətinin, ölkənin 
sosial-ictimai strukturlarının, milli-etnik cəmiyyətlərin və s. 
daxili institutların fəaliyyətinin səmərəlilik dərəcəsi və daya-
nıqlığı ictimai-siyasi təhdidlərin müvəffəqiyyətlə  dəf edilməsi 
zamanı ortaya çıxır. Siyasi təhlükəsizliyin təmin olunması 
əsasən ictimai-siyasi sabitliklə bağlıdır və bu istiqamətdə döv-
lət hakimiyyətinin apardığı siyasətin uzaqgörənliyindən ası-
lıdır. Bunları  nəzərə alaraq, Ümummilli lider Heydər  Əliyev 
1993-cü ildə vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmiş Azər-
baycan cəmiyyətində ictimai-siyasi sabitliyin, qanunçuluğun 
və  vətəndaş birliyinin təmin olunması  və qorunub saxlanıl-
masını dövlət siyasətinin prioritet vəzifəsinə çevirdi və milli 
təhlükəsizlik maraqlarının  əsası kimi müəyyənləşdirdi. Azər-
baycanın ictimai-siyasi təhlükəsizliyinə qarşı yönəlmiş  təh-
didlərin aradan qaldırılmasının  əsas və  ən mühüm şərtini 
ictimai-siyasi sabitliyin təmin olunmasında görən Heydər 
Əliyev o dövrdə  bəyan edirdi ki, biz nəyin bahasına olursa-
olsun respublikada ictimai-siyasi sabitliyin pozulmasına yol 
verməyəcəyik, ölkə daxilində anarxiya və xaos yaradılmasına 
yönəldilmiş hallarla qətiyyətlə mübarizə aparacağıq, Azər-
baycanda qanunçuluğu, milli dövlətçiliyi möhkəmləndirmək 
üçün bütün imkanlarımdan istifadə edəcəyik.
90
 
Milli təhlükəsizlik sistemində ictimai-siyasi, sosial-etnik 
təhlükəsizliyin mahiyyəti, məqsədi və vəzifələri ilə bağlı ümu-
mi istiqamətlər Azərbaycan Respublikasının Milli Təhlükəsiz-
lik Konsepsiyasında öz əksini tapmışdır. Sənəddə ölkə daxilin-
                                                 
90
Bax:  Əliyev H.Ə. Müstəqilliyimiz  əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, 
məktublar, müsahibələr.Birinci kitab: iyun, 1993 – may, 1994 / bur. məsul                
R. Mehdiyev. Bakı, 1997, s. 183  
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
161 
də qanunun aliliyinin təmin olunması, ictimai asayişin qorun-
ması, insan hüquq və azadlıqlarının müdafiəsi dövlətin  əsas 
daxili idarəçilik funksiyaları kimi təqdim edilir, bu funksiyaları 
pozmaq cəhdi, separatçılıq, etnik, siyasi və dini ekstremizm 
kimi hallar milli təhlükəsizliyin mümkün təhdidləri hesab olu-
nur və öz məzununa görə ictimai-siyasi təhlükəsizliyə təhlükə 
kimi dəyərləndirilir.  İctimai-siyasi təhlükəsizlik dedikdə  şəx-
siyyət, cəmiyyət və dövlətin maraqlarını təmin edən siyasi sis-
temin, siyasi münasibətlərin və institutların xarici və daxili 
təhdidlərdən müdafiəsi vəziyyəti başa düşülür.
91
  
Milli Təhlükəsizlik Konsepsiyasında Azərbaycan Respub-
likasının ictimai-siyasi təhlükəsizliyinin təhdidləri sırasına öl-
kənin konstitusiya quruluşunun sarsıdılması, ictimai-siyasi sa-
bitliyin pozulması, sosial-siyasi qarşıdurmanın qızışdırılması, 
cəmiyyətdə xaos və münaqişələrin yaradılması, vətəndaşların 
siyasi hüquq və azadlıqlardan məhrum edilməsi, Konstitusiya-
nın tələbləri ilə real siyasət arasında uyğunsuzluq, müxtəlif si-
yasi qüvvələrin toqquşması, qanunun aliliyinin pozulması, və-
təndaş  cəmiyyətinin dövlət hakimiyyəti institutları üzərində 
zəif nəzarəti, etnik separatizm və millətçilik, etnik münasibət-
lərin kəskinləşməsi və s. kimi məsələlər göstərilir.
92
  
Azərbaycanın siyasi təhlükəsizliyinin  obyektlərinə- ölkə-
nin  ərazisi, dövlət və ictimai-siyasi institutlar, hakimiyyət 
strukturları, vətəndaşların və sosial qrupların hüquq və azadlıq-
ları,  subyektlərinə  isə siyasi təhlükəsizliyin təmin edilməsini 
həyata keçirən orqanlar, cəmiyyət və  vətəndaşlar daxil edilir. 
İctimai-siyasi təhlükəsizliyin təmin olunması sistemi özündə 
ictimai-siyasi təhlükəsizliyinin təmin edilməsi zamanı  tətbiq 
                                                 
91
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası: //http://e-
qanun.az 
92
Yenə orada  


 
ƏL İ  H ƏS ƏNOV  
 
162 
olunan bütün vasitələri, metod və üsulları, eləcə  də ictimai-
siyasi təhlükəsizlik siyasətini birləşdirir. İctimai-siyasi, sosial-
etnik təhlükəsizliyin təmin olunması  və milli insan resursları-
nın idarə edilməsi siyasəti əsasən ölkədaxili ictimai institutlar
siyasi vasitələr, milli ehtiyatlar və s. vasitəsilə idarə edilir və 
təmin olunur. Bu istiqamətdə milli siyasətin formalaşdırılması 
və həyata keçirilməsi həm də ölkənin siyasi sisteminin mövcud 
vəziyyətini və inkişaf dinamikasını, dövlətin yerləşdiyi geosi-
yasi ərazinin ətraf aləmlə (xarici aktorlarla) bağlılıq dərəcəsini, 
etnik-sosial vəziyyəti və s. məsələləri nəzərə almaqla müşaiyət 
olunur.  
Siyasi təhlükəsizliyin təminatı sahəsində ölkənin dövlət 
idarəçiliyinin effektivliyinin və  cəmiyyət həyatının dayanıq-
lığının əsas göstəricilərindən biri ictimai-siyasi sabitliyi təmin 
etmək və cəmiyyətdə vətəndaş həmrəyliyi yaratmaq qabiliyyəti 
hesab olunur. İctimai-siyasi təhlükəsizlik ehtiyacı həm də ölkə 
daxilində siyasi fəaliyyət həyata keçirən əksər institutların fəa-
liyyətlərini yaradıcı-konstruktiv məcraya yönəltməklə, onların 
öz maraqları çərçivəsində cəmiyyəti böhrana sürükləyə biləcək 
dağıdıcı qüvvəyə çevrilməkdən çəkindirir.  İctimai-siyasi və 
sosial-etnik təhlükəsizliyin təmin olunması  hər bir ölkədə, ilk 
növbədə xüsusi xidmət orqanlarının səmərəli fəaliyyətinin öl-
çüsü olmaqla yanaşı, həm də bütövlükdə dövlət hakimiyyətinin 
apardığı daxili və xarici siyasətin ölkə vətəndaşları tərəfindən 
dəstəklənməsi səviyyəsinin, ölkənin nüfuzlu ictimai-siyasi ins-
titutlarının hakimiyyətə münasibətinin göstəricisi hesab olunur. 
Geniş mənada götürsək, ictimai-siyasi və sosial-etnik təhlükə-
sizlik cəmiyyətin siyasi sisteminin sabitliyinin və effektiv 
inkişafının təmin olunması prosesidir. O, müxtəlif xarakterli 
təhlükələr, çağırışlar, risk və  təhdidlər  şəraitində dövlətin və 
cəmiyyətin dinamik inkişafını təmin etmək qabiliyyətini ifadə 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
163 
edir. Burada bir məqamı vurğulamaq olar ki, siyasi sistemin 
xarakteri ictimai-siyasi təhlükəsizliyin təmin edilməsi üsulları 
və  məqsədlərinin formalaşmasına birbaşa təsir göstərir. Mə-
lumdur ki, istənilən dövlətin siyasi təhlükəsizliyinin təmin 
olunmasında  əsas rolu ölkənin siyasi elitasının səviyyəsi və 
dəyanəti, ali hakimiyyət orqanlarını funksional fəaliyyəti, həm-
çinin dövlətin təhlükəsizliyin  əsas subyektləri hesab olunan 
güc strukturlarının fəaliyyəti oynayır. Demokratik siyasi siste-
min mövcud olduğu dövlətlərdə ictimai-siyasi təhlükəsizliyin 
təmin olunması prosesində müvafiq hakimiyyət orqanları ilə 
yanaşı, digər təbəqələr, ictimai təşkilatlar, bütövlükdə vətəndaş 
cəmiyyəti də yaxından iştirak edir. Bu baxımdan, Azərbaycan 
Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında 
müvafiq dövlət strukturları ilə  bərabər bütöv cəmiyyət iştirak 
edir, yaranan təhlükələr haqqında rəsmi qurumları  xəbərdar 
edir, dövlətin təhlükəsizliyi, habelə  vətəndaşların hüquq və 
maraqlarının müdafiə olunmasına bütün qanuni vasitələrlə ça-
lışır.
93
 Bu isə onu göstərir ki, cəmiyyətin mütərəqqi inkişafının 
təmin olunması  və siyasi sistemin davamlılığına təminat 
verilməsi dövlətlə  vətəndaş  cəmiyyəti institutlarının birgə 
səylərindən çox asılıdır.  
Qeyd edək ki, ictimai-siyasi və sosial-etnik təhlükəsizliyin 
təmin olunmasına təsir göstərən mühüm amillərdən biri də 
siyasi maraqlardır. Azərbaycanın geosiyasi vəziyyətinin xüsu-
siyyətləri, təbii resursları, əhalisi və milli tərkibi, sosial-iqtisadi 
inkişaf səviyyəsi, xarici və daxili təhdidlərin mövcudluğu, döv-
lət quruluşu, siyasi mədəniyyəti və s. siyasi maraqların forma-
laşmasında mühüm təsir göstərir. Milli təhlükəsizlik Konsep-
                                                 
93
Bax: Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu: 
http://e-qanun.az 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə