Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə40/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   36   37   38   39   40   41   42   43   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
156 
yasının və ölkənin xarici iqtisadi siyasətinin  əsas vəzifəsi 
Xəzər dənizinin ona məxsus olan milli sektorunda mövcud 
olan karbohidrogen ehtiyatlarının qabaqcıl Qərb texnologiyası 
və investisiya imkanlarından səmərəli istifadə etməklə çıxarıl-
ması, təhlükəsiz yollarla dünya bazarlarına çatdırılması, satı-
şından  əldə edilən vəsaitlə ölkənin gələcək inkişafı ilə bağlı 
tədbirlərin həyata keçirilməsi,  əhalinin iqtisadi və sosial ehti-
yaclarının ödənilməsi və sairdən ibarət olmuşdur. Bununla 
bağlı, həm də Xəzərin sektor bölgüsü, neft-qaz ixrac boru kə-
mərlərinin çəkilişi və  təhlükəsizliyinin təmin olunması, ölkə 
iqtisadiyyatına davamlı xarici sərmayələrin cəlb edilməsi və 
səmərəli istifadəsi, dünya neft-qaz bazarında lazımi yer tutmaq 
kimi çətinliklərin aradan qaldırılması, bu sahədə xarici dövlət-
lərin imkanlarından maksimum yararlanmaq və s. kimi vəzifə-
lər də bəhs olunan fəaliyyətin əsas prioritetlərindən olmuşdur.  
Lakin qeyd etdiyimiz kimi, mütəxəssislər Azərbaycan tipli 
ölkələrin özünün bütün iqtisadi inkişafını, sosial-mədəni prob-
lemlərinin həllini neft amilinin üzərində qurmasını birmənalı 
mənfi qiymətləndirir və belə ölkələrin gələcək inkişaf pers-
pektivlərinin ürəkaçan olmayacağını proqnozlaşdırırlar. Odur 
ki, ölkənin iqtisadi inkişafı və təhlükəsizliyində neft gəlirlərin-
dən asılılığın azaldılması, iqtisadiyyatın  şaxələndirilməsi, 
qeyri-neft sektorunun inkişafına nail olunması və s. kimi işlər 
indiki halda çox ciddi əhəmiyyət kəsb edir, bugünkü və gələ-
cək nəsillərin firəvan həyatının təmin edilməsində önəmli rol 
oynayır. Bu mənada Prezident İlham  Əliyevin “neft gəlirlə-
rindən istifadə etməklə, qeyri-neft sektorunun inkişafının təmin 
olunması, ölkənin bütün regionlarının infrastrukturlarının yeni-
dən qurulması, əksər sosial-iqtisadi və əmək ehtiyatlarının işə 
salınması  və  səmərəli istifadəsi Azərbaycanın iqtisadi inkişaf 
strategiyasının əsasını təşkil etməlidir” - fikri bu gün və gələ-
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
157 
cəkdə ölkənin iqtisadi təhlükəsizliyinin mühüm amili olaraq, 
onun milli təhlükəsizliyinin  əsas vəzifələrindən birinə çevril-
məlidir.
89 
 
 Müstəqilliyinin ilk illərindən Azərbaycanın rastlaşdığı 
əsas problemlərdən biri də ölkənin maliyyə müstəqilliyinin qo-
runması, milli pulun xarici valyutalardan asılılığının aradan 
qaldırılması və həyata keçirilən iqtisadi siyasətin maliyyə təmi-
natının dönmədən həll edilməsi idi. İlk illərdə milli pul vahidi 
demək olar ki, xarici valyutalardan tam asılı vəziyyətdə idi ki, 
bu da ölkədə davamlı olaraq iqtisadi, siyasi, maliyyə-kredit 
böhranı yaradır, Azərbaycanın milli pul vahidinin sabit kursu-
nu pozurdu. Bundan başqa, qeyri-peşəkar makro və mikro-
iqtisadi fəaliyyət, kredit, investisiya və pul siyasəti də o dövrdə 
Azərbaycanı xarici kapitalın, ilk növbədə rus rublu və ABŞ 
dollarının tam təsiri altına salmışdı. İnflyasiya prosesləri ölkə-
nin iradəsindən asılı olmayaraq cərəyan edir, nəzərdə tutulan 
büdcə, xəzinə  və s. proqnozlar mütəmadi olaraq pozulur və 
iflasa uğrayırdı.  
1996-2005-ci illərdə həyata keçirilən məqsədyönlü maliy-
yə-pul siyasəti və görülmüş ciddi tədbirlər ölkədə mövcud 
böhranı aradan qaldırdı, inflyasiyanı sabitləşdirdi, büdcə, xəzi-
nə, xarici investisiya qoyuluşu və maliyyə-kredit problemlərini 
həll etdi. 2005-ci ildə manatın denominasiyası haqqında fər-
man imzalandı, xəzinəyə iki milyard ABŞ dollarından artıq pul 
toplandı, neft gəlirlərinin vahid fonda yığılması  və istifadəsi 
strategiyası müəyyən edildi. Bu da ölkənin maliyyə  təhlükə-
sizliyinin təmin edilməsində ciddi dönüşün başlanğıcı oldu.  
Azərbaycanın hazırkı iqtisadi və maliyyə siyasətinin əsas 
prioritetlərindən biri ölkənin maliyyə təhlükəsizliyinin davamlı 
                                                 
89
Bax: “Azərbaycan” qəzeti, 19 yanvar 2010-cu il 


 
ƏL İ  H ƏS ƏNOV  
 
158 
olaraq təmin edilməsindən ibarətdir. Ölkənin maliyyə təhlükə-
sizliyinin təmin olunması, ilk növbədə, xarici valyutaların təsi-
rinin getdikcə azaldılması, sabit daxili maliyyə  vəziyyətinin 
qorunması, xarici kapital və investisiya üçün “əlverişli dövlət 
imicinin” möhkəmləndirilməsindən ibarətdir. Bundan başqa, 
maliyyə təhlükəsizliyinin təmin edilməsi mövcud neft gəlirləri 
və xarici maliyyə imkanlarından istifadə edərək  qeyri-neft 
sektorunun hərtərəfli inkişafına nail olunması, yeni iş yerlə-
rinin açılması, inflyasiyanın idarə edilməsi, beynəlxalq maliyyə 
qurumları ilə səmərəli  əməkdaşlığın davam etdirilməsi, xarici 
borcların səviyyəsinin nəzarətdə saxlanılması, Azərbaycanın 
xarici kapitaldan və neft gəlirlərindən asılılığının getdikcə 
aradan qaldırılması kimi vəzifələrin də davamlı şəkildə həyata 
keçirilməsini tələb edir. 
 
§ 3.5. İctimai-siyasi, sosial, etnik  
və milli insan ehtiyatlarının təhlükəsiz istifadəsi  
və idarə olunması siyasəti   
  
Müasir dünyanın müxtəlif ölkələrində baş verən terror 
hadisələri, dövlət hakimiyyətinə, cəmiyyət həyatına, ölkədaxili 
sosial və milli-vətəndaş birliyinə qarşı yönəlmiş siyasi təhdid-
lər, geosiyasi təhlükələr hər bir ölkədə olduğu kimi, müstəqil-
liyə qovuşduqdan sonra Azərbaycan Respublikasında da daxili 
sabitliyin, ictimai-siyasi və sosial-etnik təhlükəsizliyinin, milli 
insan ehtiyatlarının idarə edilməsi və s. kimi ciddi məsələlərin 
qayğısına qalmaq kimi yeni bir milli vəzifə irəli sürdü. İctimai-
siyasi, sosial-etnik təhlükəsizlik və milli insan ehtiyatlarının 
idarə edilməsi siyasəti  cəmiyyət həyatının sosial-mənəvi və 
milli-etnik sahələrini də əhatə edərək, ilk növbədə xarici aləm-
dən qaynaqlanan məqsədyönlü təhdid və təxribatlara, ölkəda-
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
159 
xili ictimai-siyasi sabitliyi pozmaq, dövlətin konstitusion quru-
luşunu sarsıtmaq, cəmiyyəti xaos və qarşıdurmalara sürüklə-
mək cəhdlərinə qarşı kompleks milli tədbirlər sistemidir. Milli 
təhlükəsizlik sisteminin tərkib hissəsi kimi ictimai-siyasi və 
sosial təhlükəsizlik siyasəti dünyadakı  və bölgədəki ictimai-
siyasi münasibətlərin, cəmiyyət həyatını  əhatə edən köklü 
dəyişikliklərin, onların milli təhlükəsizlik maraqlarına təsiri və 
s. məsələlərin operativ öyrənilməsini və  nəzərə alınmasını 
tələb edir. Bu siyasət cəmiyyətin siyasi sisteminin, bütün insan 
resurslarının və ölkədəki mövcud sosial-iqtisadi münasibətlərin 
xarakteri ilə  sıx bağı olur. Odur ki, müstəqillik yolu seçmiş 
ölkələrin, xüsusən də Azərbaycan kimi mürəkkəb geosiyasi 
əhatəsi və  rəngarəng etnik tərkibi olan dövlətlərin ictimai-
siyasi və sosial-etnik təhlükəsizlik siyasəti yeni yaradılan 
sosial münasibətləri, keçid prosesinin, siyasi-iqtisadi sistemin 
daxili özünəməxsusluğunu, yeni sistemdə özünü göstərən 
ziddiyyətləri, bütövlükdə milli təhlükəsizlik sistemini təhdid 
edən digər riskləri mütləq şəkildə nəzərə almalıdır.  
 Bütün  sahələrdə olduğu kimi, Azərbaycanda ictimai-
siyasi və sosial təhlükəsizlik siyasətinin formalaşması və döv-
lət siyasəti səviyyəsində təmin olunması işi də 90-cı illərin əv-
vəllərində bir qədər təcrübəsiz şəkildə, qeyri-peşəkar formada 
həyata keçirilmiş, siyasi hakimiyyətsizlik, vətəndaş qarşıdur-
ması, ağır sosial-iqtisadi böhran, səriştəsiz milli-etnik siyasət, 
sistemsiz dövlət quruculuğu, ölkənin aydın siyasi, iqtisadi və 
mənəvi inkişaf strategiyasının yoxluğu və s. bu siyasətin uğur-
suzluğunu  şərtləndirmişdir. Həmin uğursuzluqların nəticəsi 
olaraq o dövrdə  əhalinin yaşayış  səviyyəsi gündən-günə  ağır-
laşmış, siyasi idarəçilik ciddi böhrana düçar olmuş, təhsil, 
səhiyyə, mədəniyyət və digər sahələr öz dinamik inkişafını 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə