Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə36/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   32   33   34   35   36   37   38   39   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
140 
yə, eyni zamanda qonşu ölkələrə 2 milyard kvt/saata yaxın 
enerji ixrac etməyə imkan vermişdir.
84
  
Azərbaycanın elektrik enerjisi sisteminə hazırda 13 istilik 
və 6 su elektrik stansiyası (ümumi elektrik istehsalının 90%-i 
istilik, 10%-i isə su elektrik stansiyalarının payına düşür) da-
xildir. “Azərbaycan Respublikasında yanacaq-enerji komplek-
sinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”na uy-
ğun olaraq, 2005-2015-ci illərdə respublikada ümumi gücü 
3000 meqavata yaxın daha bir neçə elektrik stansiyasının istis-
mara verilməsi nəzərdə tutulmuşdur ki, bu da Azərbaycanın 
həm daxili enerji təchizatını, həm də ixrac potensialını ciddi 
şəkildə artıracaqdır. 
Azərbaycan özünün elektrik enerjisi təminatı ilə bağlı 
problemini (generasiya gücünü) həll etsə də, enerji sisteminin 
dayanıqlığını və etibarlılığını təmin edə biləcək digər sahənin - 
enerji ötürücü və paylayıcı sisteminin yenidən qurulmasını 
hələ  də başa çatdıra bilməmişdir. Rəsmi məlumata görə, res-
publikanın enerji sisteminin əsas ötürücü xətlərinin (təxminən 
100 min km. ötürücü xətlərinin) çoxu, 200-dən artıq yarımstan-
siyanın böyük əksəriyyəti sovet hakimiyyəti dövründən qalır 
və respublikanın etibarlı enerji təhlükəsizliyi tələblərinə cavab 
vermir. 
85 
 
Azərbaycan Respublikasının enerji siyasətinin əsas vəzifə-
lərindən biri də ölkənin Cənubi Qafqaz və  Xəzər hövzəsinin 
elektrik enerjisi ixrac edən əsas dövlətlərindən birinə çevrilmə-
sidir. Bu məqsədlə, bir tərəfdən, ölkədə elektrik enerjisi isteh-
salının artırılması, digər tərəfdən həmin enerjinin xarici ölkə-
lərə çatdırılması sisteminin yenidən qurulması  və yaxud da 
                                                 
84
Bax: Azərbaycan energetikası. 2010-cu ilin I rübünün hesabatı. 
http://www.mie.gov.az/cgi-bin/min/main.cgi?id 
85
Yenə orada 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
141 
yaradılması  nəzərdə tutulur. Hazırda Azərbaycanın elektrik 
enerjisi sisteminin xarici ölkələrə  əsas bağlantıları - Rusiya 
(330 kv-luq «Dərbənd-Yaşma» xətti), Gürcüstan (500 kv-luq 
«AzDRES-Muxranis Veli”, 330 kv-luq “Ağstafa-Qardabani» 
xətləri), Türkiyə (154/220 kv-luq «İqdır-Babək» xətti) və İran 
(230 kv-luq «İmişli-Parsabad», 220 kv-luq «Astara», 132 kv-
luq «Araz», 132 kv-luq «Culfa» yüksək gərginlikli hava xətləri 
və 11 kv-luq kabel xətti) vasitəsilə  həyata keçirilir. Ölkənin 
elektroenergetika sistemində 2003-cü ildən çoxsaylı yeni istilik 
və su elektrik stansiyalarının tikintisi, mövcud enerji blokla-
rının müasirləşdirilməsi, alternativ enerji mənbələrindən (kiçik 
SES-lər, külək, günəş, termal sular və s.) istifadə edilməsi he-
sabına hazırda fəaliyyətdə olan generasiya güclərinin 2015-ci 
ildə 6500-7000 meqavata çatdırılması gözlənilir. Bu da həm 
daxili ehtiyacları tam ödəyəcək, həm də xaricə satılan enerji 
miqdarını bir neçə dəfə artırmağa imkan verəcəkdir.
86  
Müasir dünyanın inkişaf etmiş ölkələrində  ənənəvi enerji 
mənbələrinin getdikcə tükənməsini və onlardan istifadə zamanı 
ətraf mühitə külli miqdarda ziyan vurulmasını  nəzərə alaraq, 
ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbə-
lərindən (su, günəş  və külək enerjisi, termal sular, biokütlə 
enerjisi) istifadəni günü-gündən genişləndirirlər. Bu sahədə 
ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İs-
paniya, Yaponiya və Çin daha qabaqcıl mövqe tutur. Qeyd 
edək ki, inkişaf etmiş ölkələrdə bərpa olunan enerji mənbələri-
nin payına (su elektrik stansiyaları daxil olmaqla) ümumi isteh-
sal olunan enerjinin 13,5 faizi düşür. Yerləşdiyi əlverişli coğ-
rafi mövqe və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində 
olduğu kimi, Azərbaycanda da ekoloji cəhətdən təmiz, alterna-
                                                 
86
Bax: Azərbaycan energetikası. 2010-cu ilin I rübünün hesabatı. 
http://www.mie.gov.az/cgi-bin/min/main.cgi?id 


 
ƏL İ  H ƏS ƏNOV  
 
142 
tiv (bərpa olunan) enerji mənbələrindən geniş istifadə edilmə-
sinə imkan verir. Bu, istilik elektrik stansiyalarında yandırılan 
böyük miqdarda yanacağa qənaətlə yanaşı, ətraf mühitə atılan 
zərərli tullantıların miqdarının xeyli azaldılması deməkdir. Öl-
kənin təbii potensialından istifadə etməklə, alternativ enerji 
mənbələrinin elektrik və istilik enerjisi istehsalına cəlb olun-
ması elektroenergetikanın inkişafında mütərəqqi dəyişikliklər 
etməyə imkan yaradır. Külək enerjisi digər alternativ enerji 
mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə 
enerjisi ilə müqayisədə özünün maya dəyərinə, ekoloji təmiz-
liyinə və tükənməzliyinə görə daha sərfəli hesab olunur.  
Təcrübə göstərir ki, Azərbaycanın bir çox rayonlarında 
külək və digər bərpa olunan enerji mənbələrindən istifadə edil-
məsinin, bu yöndə müasir qurğuların qurulması  və  tətbiqinin 
böyük perspektivi vardır. Həmin perspektivi və mövcud im-
kanları nəzərə alan Azərbaycan hökuməti 2008-ci ildə “Alter-
nativ və  bərpa olunan enerji mənbələrindən istifadə olunması 
üzrə” xüsusi Dövlət Proqramı  qəbul etmiş  və hazırda onun 
reallaşdırılmasına başlamışdır. Hesablamalara görə, Azərbay-
can özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infra-
strukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına 
malikdir. Həmin ehtiyat ildə 2,4 milyard kVt/saat elektrik 
enerjisinə bərabərdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona 
yaxın şərti yanacağa qənaət, ən əsası isə külli miqdarda tullan-
tıların, o cümlədən atmosfer üçün zərərli maddə olan karbon 
dioksidin qarşısının alınması deməkdir.
87
  
 
Azərbaycanın transmilli dünya ilə enerji tərəfdaşlığı 
münasibətlərinin yaradılması  
                                                 
87
Bax: Azərbaycan Respublikasında alternativ və  bərpa olunan enerji mən-
bələrindən istifadə olunması üzrə Dövlət Proqramı // www.mie.gov.az/cgi-
bin/min/main.cgi?id 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
143 
 
Keçən müddətdə Azərbaycanın Xəzər dənizində ona məx-
sus zəngin karbohidrogen ehtiyatlarını dünyanın aparıcı ölkələ-
rinin qabaqcıl  şirkətlərilə birgə yeni texnologiya əsasında is-
tehsal etməsi və müstəqil marşrutlarla dünya bazarlarına çıxar-
ması onun enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi artırmış, 
dünya enerji sistemindəki rolunu yüksəltmişdir. Bütün bunlar 
ölkənin enerji təhlükəsizliyinin qorunmasına və təmin olunma-
sına həm də beynəlxalq dəstəyi gücləndirmişdir. Bakı-Tbilisi-
Ceyhan əsas neft və Bakı-Tbilisi-Ərzurum qaz ixracı kəmərləri 
dünya dövlətləri ilə Azərbaycan arasında enerji sahəsində 
strateji tərəfdaşlıq münasibətlərinin yaranmasına və müvafiq 
olaraq onun iqtisadi cəhətdən inkişaf etməsinə təkan vermişdir. 
 Lakin  Xəzər hövzəsində qlobal enerji layihələrinin real-
laşması təkcə Azərbaycanın deyil, həm də bütövlükdə Avrasi-
ya regionunun, beynəlxalq aləmin və transmilli dünyanın enerji 
təhlükəsizliyinə müsbət təsir etmiş, neft-qaz ixracı sahəsində 
uğurlu beynəlxalq tərəfdaşlıq münasibətlərinin yaradılmasına 
xidmət göstərmişdir. Azərbaycanın ciddi səyləri nəticəsində 
Xəzər bölgəsinin zəngin enerji ehtiyatlarından səmərəli istifa-
də, onun üzərində transmilli nəzarətin təmin olunması, neftin 
və qazın təhlükəsiz marşrutlarla dünya bazarlarına çatdırılması 
sistemi yaranmışdır ki, bu da qloballaşan dünyanın geosiyasi 
müstəvisində  təkcə Azərbaycanın deyil, həm də bütöv Xəzər 
bölgəsinin geoiqtisadi rolunu artırmışdır. Azərbaycan Avropa-
nın müasir enerji təhlükəsizliyi sistemində mühüm yer tutaraq 
yeni-yeni transmilli layihələrin hazırlanması və həyata keçiril-
məsində arzuolunan və etibarlı  tərəfdaşa çevrilmişdir. Həmin 
tərəfdaş ölkələrlə birgə reallaşdırılan layihələr, çəkilən neft və 
qaz kəmərləri ona öz ixrac və  təchizat marşrutlarını  şaxələn-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə