Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə33/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   29   30   31   32   33   34   35   36   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
128 
yaradılmasını və qeyri-qanuni fəaliyyətin davam etdi-
rilməsini, problemin sülh yolu ilə  həlli istiqamətində 
görülmüş işlərin nəticə verməməsini; 
   Ermənistan tərəfindən blokada vəziyyətində saxla-
nılan Naxçıvan Muxtar Respublikasının Azərbaycan 
Respublikasının əsas hissəsi ilə birbaşa nəqliyyat əla-
qəsinin pozulmasını və beynəlxalq aləmə yeganə çıxış 
yolu kimi Türkiyə  və  İran sərhədlərindən istifadə 
edilməsini;  
  Cənubi Qafqazda həyata keçirilən transkontinental 
enerji layihələrindən kənarda qalmış Ermənistanın re-
gional inteqrasiya və əməkdaşlıq proseslərinə qarşı daim 
təxribat törətməsini və pozucu fəaliyyət göstərməsini;  
  Gürcüstan  ərazisindən çıxarılan Rusiyaya məxsus 
hərbi texnikanın Ermənistanda və Ermənistanın işğal 
etdiyi Azərbaycan Respublikası ərazilərində yerləşdi-
rilməsini, bu işğalçı ölkənin hərbi potensialının güc-
ləndirilməsi istiqamətində Rusiya ilə birgə fəaliyyətin 
davam etdirilməsini və s. aid edirlər.  
Azərbaycan-Türkiyə  sərhədləri:  Azərbaycanın  Türkiyə 
Respublikası ilə sərhədi cəmi 15.0 kilometrdir. Bunun da əksə-
riyyəti Araz çayı boyunca Şərur-Sədərək rayonları (Naxçıvan 
Muxtar Respublikası) ərazisindən keçir. Azərbaycan üçün cid-
di geostrateji əhəmiyyət kəsb edən və qardaş Türkiyə ilə geosi-
yasi birliyi təmin edən bu sərhəd sahəsi, bəlkə  də ölkənin 
xarici aləmlə yeganə problemsiz hüdudu hesab olunur. 
SSRİ-nin dağıldığı 1991-ci ildən sonrakı dövrdə aparılan 
ikitərəfli danışıqlara baxmayaraq, ölkənin həm quru, həm də 
dəniz sərhədlərinin böyük hissəsi  delimitasiya  olunsa da, 
Xəzər vasitəsilə  İran və Türkmənistanla, quru vasitəsi ilə isə 
Gürcüstanla sərhədlər tam demarkasiya olunmamış, yaxud bu 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
129 
proses başa çatmamışdır. Ermənistanla müharibə  vəziyyəti 
davam etdiyinə görə onunla hətta sərhəd delimitasiyası da 
həyata keçirilməmişdir. 
2010-cu il sentyabrın 3-də Rusiya Prezidenti Dmitri Med-
vedevin Azərbaycana rəsmi səfəri zamanı “Azərbaycan Res-
publikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haq-
qında” Müqavilə imzalanmışdır. Həmin sənədlə Azərbaycan 
və Rusiya sərhədlərinin delimitasiyası prosesi başa çatmışdır. 
Müqavilə 2010-cu il dekabrın 21-də Azərbaycan Respublika-
sının Milli Məclisi, 2011-ci il iyunun 17-də isə Rusiya Federa-
siyasının Dövlət Duması tərəfindən ratifikasiya olunmuşdur.  
Azərbaycan-Gürcüstan sərhədlərinin müəyyənləşdirilməsi 
üzrə dövlətlərarası delimitasiya komissiyasının 2009-cu il 17-
18 iyunda Tbilisidə keçirilmiş 10-cu iclasından sonra sərhəd-
lərin 283 kilometri (59%) razılaşdırılmışdır. 
Xəzəryanı ölkələrdən İran və Türkmənistanla Xəzər dəni-
zinin orta xəttinin müəyyən olunması və milli sektorların koor-
dinatları  məsələsində Azərbaycanın bir çox problemləri möv-
cuddur. Doğrudur, Ermənistan istisna olmaqla, Azərbaycanın 
hər hansı həmsərhəd dövlətlə indiyə qədər ciddi sərhəd müna-
qişəsi və yaxud silahlı qarşıdurması  (İran hərbi təyyarələrinin 
və  sərhədçilərinin 2001-ci ildə  Xəzər dənizinin Azərbaycana 
məxsus milli sektorunun “Alov” neft yatağında kəşfiyyat-qaz-
ma işləri aparan BP mütəxəssislərinə  hərbi təzyiq göstərməsi 
və onları  ərazini tərk etməyə  məcbur etməsi faktı istisna ol-
maqla - Ə.H.) mövcud olmamışdır. Lakin Xəzəryanı və Cənubi 
Qafqaz ölkələri ilə ortaq sərhəd xətlərinin hələ də axıra qədər 
demarkasiya və delimitasiya edilməməsi ciddi narahatlıq mən-
bəyi olaraq qalmaqdadır. Bundan başqa, mütəxəssislərin məlu-
matına görə, 2020-ci ilə qədər Xəzəryanı ölkələrin hərbi dəniz 
qüvvələrinə  və sahil mühafizəsinə bütövlükdə, təxminən 60-a 


 
ƏL İ  H ƏS ƏNOV  
 
130 
yaxın hərbi gəmi və kater daxil edəcəyi gözlənilir ki, bu da bir-
başa dənizin millitaristləşdirilməsinə  dəlalət edəcəkdir. Xəzər 
sahili ölkələrindən Rusiyanın 18, Qazaxıstanın 7-9, Türkmə-
nistanın 12 və digərlərinin 2020-ci ilə qədər dənizə buraxacağı 
neçə-neçə hərbi gəmilərin mövcudluğu şəraitində, Azərbaycan 
rəsmiləri öz ölkələrinin Xəzər dənizindən qaynaqlanan təhlükə-
sizliyi haqqında ciddi düşünmək məcburiyyətində qalacaqdır. 
Azərbaycanın qonşularından  dəniz sərhədlərinin orta 
xəttinin müəyyənləşməsində İranla yanaşı, Xəzəryanı ölkələr-
dən problemli olaraq qalan ikinci dövlət  Türkmənistandır. 
SSRİ dağılandan sonra Azərbaycan bu ölkə ilə  dəniz sərhəd-
lərinin orta xəttinin və  Xəzərdəki bəzi neft-qaz yataqlarının 
mənsubiyyətinin müəyyənləşməsində bəzi problemlər yaşayır. 
Artıq yuxarıda qeyd olunduğu kimi, Xəzərin hüquqi statusu 
“müəyyənləşmədən” və onun milli sektorlarının delimitasiyası, 
demarkasiyası aparılmadan Azərbaycanın dənizdə  həyata ke-
çirdiyi beynəlxalq neft-qaz layihələrinə Türkmənistan da, Ru-
siya və  İrana qoşularaq, rəsmi  şəkildə müəyyən etirazlar 
səsləndirmiş və özünəməxsus iddialar irəli sürmüşdür. Əslində, 
öz milli maraqlarının ziyanına olaraq Xəzərin hüquqi statusu-
nun müəyyən olunmasını indiyə qədər uzadan iki ölkədən biri 
məhz Türkmənistandır. Bu ölkə müstəqillik dövrünün ayrı-ayrı 
illərində xalqlarımızın ortaq din, dil, mədəniyyət və etnik soy-
kökünə malik olmasını, iki ölkənin strateji maraq çərçivələri-
nin və geosiyasi, geoiqtisadi mənafelərinin üst-üstə düşməsini, 
bu maraqların onlar arasında strateji tərəfdaşlıq tələb etməsini 
nəzərə almadan, bəzi məsələlərdə tam anti-Azərbaycan mövqe-
yi nümayiş etdirmişdir. Lakin Azərbaycan rəhbərliyi bu ölkəni 
idarə edənlərin nə vaxtsa real gerçəkliyi dərk edərək, Xəzər 
hövzəsində respublikamızla eyni geosiyasi düşərgədə mövqe 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
131 
tutacağına ümid bəsləmiş və onların bəzi əsassız bəyanatlarına, 
qeyri-sağlam hərəkətlərinə göz yummuşdur.  
Türkmənistan özünü Xəzər hövzəsi və Orta Asiyada bitə-
rəf dövlət elan edərək, bölgədəki təhlükəsizlik və hərbi-strateji 
bloklardan uzaq qalacağını  bəyan etmişdir. Lakin bu ölkənin 
Xəzərdə  həyata keçirmək istədiyi hərbi-geostrateji siyasət və 
bu haqda verdiyi bəzi bəyanatlar Azərbaycanı özünün hərbi və 
iqtisadi təhlükəsizliyi baxımından biganə qoya bilməz. Son 
dövrlərdə  bəzi mənbələrin verdiyi məlumata görə, özünün 
“təhlükəsizlik maraqlarının təmin olunması”nı  əsas gətirərək, 
Türkmənistan Xəzər dənizində güclü hərbi-dəniz qüvvələri 
yaratmaq, onu müasir texnika ilə  təmin etmək haqqında milli 
proqram açıqlamışdır. Ölkənin Milli Təhlükəsizlik  Şurasının 
qərarı ilə  qəbul edilmiş  həmin proqramda Türkmənistanın 
2015-ci ilə qədər Xəzər hərbi-dəniz qüvvələri formalaşdırması, 
dənizdə hərbi-strateji planlar həyata keçirən, öz geoiqtisadi və 
təhlükəsizlik maraqlarını təmin edən hərbi donanma yaratması 
nəzərdə tutulmuşdur. Mütəxəssislər son illərdə bu ölkənin 
Xəzər dənizində yerləşən Türkmənbaşı  hərbi-dəniz sərhəd 
dəstəsinə aldığı “Kalkan M”, “Qrif T” tipli, Ukraynadan alın-
mış onlarla patrul katerlərini, İrandan alınmış 7 sahil-mühafizə 
hərbi katerini və bir ədəd minadaşıyan gəmini, ABŞ-la hərbi 
əməkdaşlıq çərçivəsində aldığı ”Point Jackson” patrul katerini 
və digər hərbi-dəniz texnikasını, ölkə  rəhbərliyinin səsləndir-
diyi çoxsaylı anti-Azərbaycan bəyanatlarını  və qeyri-standart 
hərəkətləri, o cümlədən  İranın Xəzərin Azərbaycana məxsus 
“Alov” yatağına 2001-ci ildə  həyata keçirdiyi hərbi müdaxilə 
nümunəsini və s. nəzərə alaraq, bu proqramı Azərbaycanın təh-
lükəsizlik maraqlarına bilavasitə təhlükə kimi qiymətləndirmiş 
və  Xəzərdə yeni - “türkmən təhlükəsinin” gələcək geostrateji 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə