Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə31/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   27   28   29   30   31   32   33   34   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
120 
və  vətəndaşların mütəşəkkil  şəkildə Azərbaycan  ərazisini trans-
milli narkotik ticarətinin marşrutlarından birinə çevirmək cəhdi 
ilə bağlıdır. BMT-nin Narkotiklərə Qarşı Mübarizə  İdarəsinin 
(UNODK) hesablamalarına görə, hər il Əfqanıstan-İran-Rusiya 
və  Əfqanıstan-İran-Türkiyə marşrutu üzrə on tonlarla heroin və 
digər narkotik maddələr daşınır. Bunun da bir hissəsi  İrandan 
Mehri və Araz çayı keçidlərindən, Azərbaycanın işğal altında 
olan Dağlıq Qarabağ və ona bitişik ərazilərindən istifadə etməklə 
(bu ərazilərdə hətta narkotiklərin geniş istehsalı ilə bağlı da mə-
lumatlar mövcuddur - Ə.H.), Ermənistan-Gürcüstan marşrutu ilə, 
digər hissəsi isə yenə də İrandan bilavasitə qaçaqmalçılıq yolu ilə 
Azərbaycana, buradan da Gürcüstan-Türkiyə-Rusiya marşrutu 
üzrə Şərqə və Qərbə daşınır.
70
 
İranla Azərbaycan arasındakı sərhəd təhlükəsizliyinin əsas 
problemli sahələrindən biri Xəzər dənizinin iki ölkə arasındakı 
milli sektorlarının ayırıcı xətləri ilə bağlıdır. Dənizin dibinin və 
səthinin iki ölkənin müştərək su sərhədləri boyunca hələ  də 
delimitasiya edilməməsi və rəsmi şəkildə dövlətlərarası sazişlə 
təsdiqlənməməsi  İranın Azərbaycanın dəniz sərhədlərini tez-
tez pozmasına zəmin yaradır. Məlum olduğu kimi, İran neçə 
illərdir ki, Xəzərin sektor bölgüsü və statusu ilə bağlı heç bir 
beynəlxalq normaya və dənizin yerli şəraitinə uyğun gəlməyən, 
özünəməxsus prinsiplərə söykənən təkliflə çıxış edir ki, bunun 
qəbul edilməsi də qalan dörd ölkə  tərəfindən tamamilə müm-
künsüz sayılır.
71
 Odur ki, İran neçə illərdir ki, birtərəfli qay-
dada onunla həmsərhəd olan Azərbaycanın milli sektorunda 
hər hansı iqtisadi fəaliyyətlə  məşğul olmağa imkan vermir. 
Hətta 2001-ci il iyun ayının 23-də bu ölkəyə məxsus iki hərbi 
                                                 
70
Bax: www.unodc.org  
71
Daha  ətraflı bax: Həsənov  Ə.M. Xəzərin hüquqi statusu və Azərbaycanın 
geoiqtisadi maraqları // “525-ci  qəzet”, 14 noyabr 2010-cu il  
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
121 
təyyarə  və  hərbi gəmi Azərbaycan sektorundakı “Alov” yata-
ğında BP-AMOKO transmilli şirkətlərinin sifarişi ilə neft-qaz 
kəşfiyyatı aparan “Geofizik-3” və  “Əlif Hacıyev” gəmilərini 
“suda batırmaq”la hədələyərək  ərazidən çıxarmışdır. Bunun 
ardınca İranın bir ədəd hərbi təyyarəsi Azərbaycanın hava sər-
hədlərini pozaraq Bakının 90 millik məsafəsinə qədər yaxınlaş-
mış, yalnız qarşı  tərəfin ciddi xəbərdarlığından sonra ölkənin 
hava sərhədlərini tərk etmişdir.
72
 
Göründüyü kimi, İranla Azərbaycan arasındakı qarşılıqlı 
münasibətlərdə Xəzər dənizinin təhlükəsizlik məsələləri önəm-
li rol oynayır. Məlum olduğu kimi, Xəzər ölkələri içərisində 
hövzədə “vahid təhlükəsizlik təşkilatı” yaratmaq ideyasını ilk 
dəfə 1992-ci ildə İran irəli sürmüşdür. Lakin İran dənizdə milli 
sektor bölgüsünə dair Rusiya-Qazaxıstan-Azərbaycan razılaş-
masına qoşulmayaraq, keçən müddətdə Xəzərin militaristləşdi-
rilməsi işini hamıdan çox davam etdirmiş, hövzədə reallaşdı-
rılan iqtisadi layihələrə mane olmağa çalışmışdır. Bu ölkə hətta 
Xəzərin dinc məqsədlərlə istifadəsinə dair bir çox hökumət-
lərarası sazişlərə belə tam əməl etməmişdir. 
Hazırda  İran Xəzərdə Rusiyadan sonra ən güclü hərbi 
donanma, hərbi aviasiya və  hərbi dəniz qüvvələrinə malikdir. 
Bəzi məlumatlı mənbələrin açıqlamalarına görə, İranın Xəzər-
də yüzdən artıq kiçik və yardımçı hərbi gəmisi mövcuddur ki, 
onların sırasına: üçü özünün buraxdığı,  Şimali Koreya tipli 
sualtı qayıqlar, ABŞ istehsalı olan köhnə “Salman” hərbi gəmi-
si və patrul katerləri daxildir. Bütün bunlarla yanaşı, mütəxəs-
sislərin fikrinə görə, İran qısa müddətdə Xəzərdəki hərbi-dəniz 
qüvvələrinin sayını Fars körfəzindəki potensialından istifadə 
                                                 
72
Bax:  Может  ли  Россия  из-за  энергоресурсов  развязать  войну  на 
Каспийском море? // www.inosmi.ru/ Asia/ 2011/07/12 


 
ƏL İ  H ƏS ƏNOV  
 
122 
etməklə 50% artıra bilər.
73
 Bundan başqa, bəzi mənbələrin 
məlumatına görə  İran hazırda özünün Xəzər hərbi donanması 
üçün “Fateh” sinifli, dizel mühərrikli dənizaltı hərbi gəmi sifa-
riş verib və yaxın zamanlarda bu gəmi İslam İnqilabı keşikçi-
ləri Korpusunun (SEPAH-ın) Xəzərdəki bölmələrinin tərkibinə 
veriləcək. Mövcud dənizaltı  gəminin Bəndər-Abbas tərsanə-
sində eyni layihə üzrə tikilən gəmidən 8 metr daha uzun- yəni 
48 metr olacağı gözlənilir. Mənbənin məlumatına görə,  İran 
bundan sonra da yeni-yeni hərbi vasitələrlə özünün Xəzər 
donanmasını gücləndirmək niyyətindədir.
74 
Nəzərə alınsa ki, 
Azərbaycanın paytaxtı və əsas neft infrastrukturları Xəzərdə və 
hövzə ətrafında yerləşir, o zaman bölgə ölkələrinin indiyə qə-
dərki əksər sektor bölgüsü təşəbbüsünü dəstəkləməyən İrandan 
dənizdə qaynaqlanan hərbi-geostrateji təhlükələri nəzərdən 
qaçırmaq olmaz. 
Azərbaycanın Rusiya Federasiyası ilə sərhədləri: quru-
da Balakən rayonu (49.4 km), Qax rayonu (37.4 km), Zaqatala 
rayonu (61.0 km), Şəki rayonu (44.6 km), Oğuz rayonu (48.1 
km), Qəbələ rayonu (14.7 km), Qusar rayonu (119.0 km) və 
Xaçmaz rayonu (16.1 km) ərazilərinə düşür. Rusiya ilə sərhəd 
xəttinin 297.2 kilometri çətin mühafizə olunan dağlıq, 42 
kilometri düzənlik, 10.1 kilometri meşəlik  ərazilərdən və 41 
kilometri Samur çayı üzərindən keçir.  
Azərbaycanın Rusiya ilə sərhədlərinin də həm dəniz, həm 
də quru hissəsi təhlükəsizlik baxımından  şəffaf və qismən 
problemli olaraq qalmaqdadır. Bu sərhədlərdən, xüsusən, Da-
ğıstandan Qusar, Zaqatala və Balakən istiqamətində tez-tez 
sərhəd pozmaları, silah, narkotik qaçaqmalçılığı və s. kimi qa-
                                                 
73
Bax: газ. “Зеркало”, 19 июля 2011 г. 
74
Bax: “Bizim dövr” qəzeti, 19 fevral 2014-cü il 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
123 
nunsuz hallar baş verir. Mütəxəssislərin fikrinə görə, Rusiya ilə 
Azərbaycanın münasibətlərində son illərdə müşahidə olunan 
dostluq və  tərəfdaşlıq münasibətləri, iki dövlətin siyasi və 
hökumət rəhbərləri arasında yaranan və inkişaf edən ikitərəfli 
mehriban qonşuluq  əlaqələri bu ölkənin bir çox həmsərhəd 
vilayətlərinin müvafiq strukturlarının fəaliyyəti ilə heç də 
həmişə üst-üstə düşmür. Odur ki, Azərbaycanın Rusiya ilə bəzi 
sahələr üzrə sərhəd təhlükəsizliyi məsələlərinin qarşılıqlı həlli 
hələ  də özünü gözlətməkdədir. Mövcud problemlərin böyük 
qismi Rusiya Prezidenti Dmitri Medvedevin Bakıya 2-3 sen-
tyabr 2010-cu il tarixli səfəri çərçivəsində Azərbaycan Prezi-
denti  İlham  Əliyev ilə imzaladığı  “İki ölkə arasındakı dövlət 
sərhədlərinin müəyyən edilməsi” haqqında Müqavilə aradan 
qalxmışdır. Samur çayı üzrə iki ölkənin sərhəd xətlərinin deli-
mitasiyası, çayın Azərbaycan ərazisi kimi tanınması, lakin su-
yundan müştərək istifadə haqqında əldə olunmuş dövlətlərarası 
razılıq necə illərdir ki, qonşu Dağıstan vilayətinin bəzi rəhbər-
lərinin  əsassız iddiaları üzündən yaranmış problemləri aradan 
qaldırmışdır.
75 
 
Təhlükəsizlik baxımından hazırda Azərbaycanın Rusiya 
ilə  sərhədlərində  ən həssas nöqtə  Xəzər dənizi olaraq qalır. 
Məlum olduğu kimi, paytaxtı bilavasitə  Xəzər dənizinin sahi-
lində yerləşən yeganə ölkə Azərbaycandır. Bundan başqa, 
dənizin Azərbaycan sektorunda ən çox kəmərlər, enerji və sə-
naye infrastrukturları - neft-qaz platformaları, kompressor-na-
sos stansiyaları  və s. qurğular da məhz Azərbaycana və onun 
tərəfdaşlarına məxsusdur. Bütün bunların mühafizəsi ciddi 
hərbi donanma və sahil mühafizə sisteminin yaradılmasını tə-
ləb edir. Bu gün üçün Xəzər dənizində tam döyüş qabiliyyətli 
                                                 
75
Bax: “Ekspress” qəzeti, 16 sentyabr 2010-cu il  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə