Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə29/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   25   26   27   28   29   30   31   32   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
112 
qüvvələrin və başqa silahlı birləşmələrin müdafiəyə 
hazır vəziyyətə gətirilməsi;  
  ölkəmizin  ərazi bütövlüyünün pozulmasına, onun 
konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yö-
nəldilən hərəkətlərin aradan qaldırılması və s. 
67
 
Real təhdid dövründə bütün silahlı birləşmələrin vəzifə və 
tapşırıqları, eləcə də onların silahlı qüvvələrlə qarşılıqlı fəaliy-
yəti əvvəlcədən tərtib edilmiş plan əsasında müəyyən olunur.  
O ki qaldı müharibə dövründə həyata keçirilən tədbirlərə, 
Hərbi Doktrinada bu, ilk növbədə düşmənə ciddi hərbi zərbələr 
endirməklə onu silahlı münaqişəni davam etdirməkdən imtina-
ya və Azərbaycan Respublikası üçün əlverişli  şərtlərlə sülhə, 
siyasi tənzimləməyə məcbur etmək məqsədi daşıyır. Müharibə 
dövründə  hərbi təcavüzü dəf etmək və ölkəni,  əhalini,  ərazini 
qorumaq məqsədi ilə müdafiə siyasəti çərçivəsində  həm də 
aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulur:  
  Azərbaycan Respublikası  ərazisinin qorunması üzrə 
hərbi fəaliyyətin həyata keçirilməsi; 
  təcavüzün dəf edilməsi üçün zəruri olan qüvvə  və 
vasitələrin səfərbər olunması, müdafiə sahəsində hər-
bi, siyasi, diplomatik, informasiya, iqtisadi və digər 
tədbirlərin həyata keçirilməsi; 
  beynəlxalq təşkilatlar və bütün dövlətlər tərəfindən 
təcavüzkarın qınanmasına və  təcrid edilməsinə nail 
olunması və s.  
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 
nizama salınması üçün təcavüzkara strateji təzyiqin artırılması, 
zəruri olduqda hərbi güc tətbiq etməklə münaqişənin qısa za-
manda həlli üçün qoşun qruplaşmaları potensialının lazımi 
                                                 
67
 Azərbaycan Respublikasının Hərbi Doktrinası. http://e-qanun.az 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
113 
səviyyəyə çatdırılması müharibə dövründə silahlı qüvvələrin 
əsas vəzifələri sırasında dayanır. Bu dövrdə silahlı qüvvələrin 
və başqa silahlı birləşmələrin əsas vəzifələrinə Doktrinada:  
  cəbhəboyu ərazilərdə döyüş xidmətinin aparılması və 
qoşun qruplaşmalarının təcavüzün dəf edilməsinə 
daim hazır vəziyyətdə saxlanılması; 
  sərhədyanı silahlı münaqişələrin lokallaşdırılması 
və zərərsizləşdirilməsi;  
  ölkə  ərazisinə daxil olmuş  təcavüzkarın qoşun qrup-
laşmalarının və onun əməliyyat ehtiyatlarının darma-
dağın və  məhv edilməsi üzrə döyüş  əməliyyatlarının 
aparılması; 
  əhalinin, iqtisadi obyektlərin və infrastrukturun mü-
hafizəsi və s. daxildir.  
Silahlı  təcavüzün dəf edilməsi vəzifələrinin icrası Azər-
baycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Res-
publikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının  əmr və 
göstərişlərinə uyğun olaraq həyata keçirilir. Silahlı Qüvvələrin 
birləşmələri Hərbi Doktrinada müəyyən edilmiş potensial və 
real hərbi təhdidlərin konkret istiqamətlərinə uyğun olaraq 
yerləşdirilir. 
Azərbaycan dövləti öz təhlükəsizlik mühitini, real və po-
tensial hərbi təhdidləri, eləcə də ümumi hərbi-strateji vəziyyəti 
nəzərə alaraq, Silahlı Qüvvələrinin strukturunu formalaşdırır 
və idarə edir. Bu sahədə iş aparılarkən zəruri hərbi qabiliyyətin 
yaradılması  və saxlanılması, Azərbaycan Respublikası Silahlı 
Qüvvələrinin Ali Baş Komandanının nəzarəti altında olmaqla, 
hərbi rəhbərliyin mərkəzləşdirilməsi və vahidliyi, qarışıq (kö-
nüllü və çağırış üzrə) sistemə uyğun olaraq komplektləşdirmə, 
daim döyüşə və səfərbərliyə hazır vəziyyətin saxlanılması və s. 


 
ƏL İ  H ƏS ƏNOV  
 
114 
prinsiplər  əsas götürülür. Mütəxəssislərin fikrincə, ölkənin 
siyasi və hərbi rəhbərliyinin ciddi fəaliyyətinin nəticəsi olaraq 
hazırda Azərbaycanda müasir döyüş sistemləri və silahlarla 
təmin olunmuş, taktiki, hərbi, fiziki və mənəvi cəhətdən əksər 
hərbi və döyüş  vəzifələrini yerinə yetirməyə hazır olan, məx-
susi zabit korpusuna malik, dəqiq strukturlaşdırılmış  və öz 
komandir heyətinin tapşırıqlarını icra etməyə hazır olan həqiqi 
müasir və peşəkar ordu yaradılmışdır.
68
  
Bundan başqa, Azərbaycanın hərbi təhlükəsizliyinin sə-
mərəli təmin edilməsi məqsədi ilə silahlı qüvvələrin, eləcə də 
bu sahədə yaxından iştirak edən dövlət orqanlarının hərbi, 
iqtisadi-texniki və s. ehtiyaclarının ödənilməsi üçün ümumi 
təchizat siyasəti həyata keçirilir. Bu siyasətdə silahlı qüvvələ-
rin və  hərbi təhlükəsizliyin təmin edilməsində  iştirak edən 
dövlət orqanlarının müdafiə  təyinatlı  məhsullara olan ehtiya-
cını  əks etdirən Dövlət Müdafiə Sifarişi Proqramının hazır-
lanması və icrası mühüm yer tutur.  
Azərbaycanın yerləşdiyi Xəzər-Qara dəniz hövzəsi və 
Cənubi Qafqaz bölgəsində dövlətlərin ümumi hərbi təhlükə-
sizliyini təmin edən iki sistem – Rusiyanın rəhbərlik etdiyi 
Kollektiv Təhlükəsizlik Təşkilatı (KTMT), ABŞ və onun Av-
ropa müttəfiqlərinin yaratdığı Şimali Atlantika Hərbi Alyansı - 
NATO bloku, eyni zamanda müstəqil olaraq təhlükəsizliyinin 
qeydinə qalan İran kimi ölkələr mövcuddur. Yaxın illərdə 
NATO-ya qoşulmaq Azərbaycan üçün qeyri-real görünür. 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmaq isə 
onun şərtləri və təminatları (əslində təminatsızlığı) çərçivəsin-
də Azərbaycanın mənafelərinə uyğun deyildir. Belə  şəraitdə, 
kənar təsir və təzyiqlərdən qorunmaq, öz hərbi təhlükəsizliyini 
                                                 
68
 Ниязов Н.С. Göstərilən əsəri, s.7 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
115 
və suveren hüquqlarını təmin etmək, xarici hərbi müdaxilələrin 
qarşısını almaq üçün hansısa formada beynəlxalq təminatın 
qazanılması  vəzifəsi ölkənin xarici siyasət prioritetlərindən 
birinə çevrilmişdir. Müasir dünyanın əksər dövlətlərində oldu-
ğu kimi, Azərbaycanın da siyasi və hərbi təhlükəsizlik maraq-
ları ölkə  rəhbərliyindən mövcud beynəlxalq təhlükəsizlik sis-
temləri ilə münasibətlərin yaradılması, yeni-yeni siyasi və hər-
bi müttəfiqlərin, tərəfdaşların və dostların qazanılması, milli 
ordunun hərbi ehtiyaclarını təmin etmək məqsədi ilə ən qabaq-
cıl texniki, müdafiə  təchizat sisteminin yaradılması  və yaxud 
alınması, ictimaiyyətdə, milli orduda hərbi vətənpərvərlik, özü-
nə və qələbəyə inam hissinin gücləndirilməsi və s. kimi təxirə-
salınmaz strateji məsələlərin həllini tələb edir.  
 
§ 3.2. Sərhəd təhlükəsizliyi siyasəti 
 
Azərbaycan kimi çox da böyük olmayan, lakin kifayət qə-
dər əhəmiyyətli geoməkan xarakteristikası ilə seçilən ölkələrin 
milli və hərbi təhlükəsizliyi təkcə onların sərhədləri daxilində - 
məxsusi  ərazilərində  həyata keçirilən tədbirlərlə  məhdudlaşa 
bilməz. Dövlətin xarici aləmlə  sərhədlərinin möhkəmliyi, sər-
hədətrafı rayonların geosiyasi xarakteristikası - sərhəd yaxın-
lığında baş verə biləcək yerli, regional və transmilli cinayətlər, 
etnik, sosial münaqişələr və digər gözlənilə biləcək təhdidlər, 
yerli  əhalinin milli, sosial, dini mənsubiyyəti və geosiyasi 
baxışları  və s. Sərhəd Təhlükəsizliyi Konsepsiyasına (STK) 
müvafiq olaraq öncədən təhlil olunmalı, proqnozlaşdırılmalı və 
milli təhlükəsizlik doktrinasında əksini tapmalı, bu sahədə mü-
vafiq hərbi və  təhlükəsizlik qurumlarının fəaliyyəti  əlaqələn-
dirilməlidir. Azərbaycanın müharibə  vəziyyətində olduğu Er-
mənistanla, çox mühüm geosiyasi yükü olan İranla, hərbi-geo-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə