Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə32/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   28   29   30   31   32   33   34   35   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
124 
yeganə  hərbi donanmanın Rusiyaya məxsus olduğunu nəzərə 
alsaq, həmin donanmanın nə zamansa, hansısa Xəzəryanı 
ölkəyə qarşı istifadə edilməyəcəyinə heç bir real beynəlxalq və 
regional təminat yoxdur. Doğrudur, 2010-cu ilin noyabr ayında 
Xəzəryanı ölkələrin Bakıda keçirilən sammitində  Xəzərin 
ümumi təhlükəsizliyinə dair beş ölkə rəhbərlərinin birgə sazişi 
imzalanmış və dənizin militaristləşdirilməsinin yolverilməzliyi 
haqqında ümumi razılığa gəlinmişdir. Lakin hətta birgə saziş 
imzalanandan sonra, verilən məlumatlara görə, Rusiyanın 
hərbi-dəniz qüvvələrinin baş komandanı bəyan etmişdir ki, Ru-
siyanın Xəzər hərbi donanması “Cənub” vahid strateji koman-
danlığı altında tezliklə öz arsenalını daha 16 ədəd yeni hərbi 
gəmi, bir neçə aviasiya qrupu, işıq sürətli “Yaxont” raketləri 
ilə  təmin edilmiş “Bastion” raket kompleksi və s. silahlarla 
zənginləşdirəcəkdir.
76
 Bundan başqa, bəzi məlumatlara görə, 
2014-cü ildə Rusiya Xəzər dənizindəki öz hərbi donanmasını 5 
ədəd yeni hərbi gəmi və 10-a qədər hərbi qayıqla daha da güc-
ləndirmək fikrindədir.
  77
  Mütəxəssislərin fikrincə, Rusiyanın 
Xəzər dəniz donanmasında malik olduğu və “Uran” raket daşı-
yıcıları ilə  təmin olunmuş “Tatarıstan” və “Dağıstan” hərbi-
mühafizə  gəmiləri onsuz da Xəzər dənizindəki  ən güclü 
gəmilər hesab olunurdu. 
 Göründüyü kimi, Rusiyanın Xəzərdəki hərbi-geostrateji 
imkanları qarşısında istənilən hövzə ölkəsinin, o cümlədən 
Azərbaycanın dəniz sərhədlərinin, hövzədəki enerji infrastruk-
turlarının, xüsusən, dəniz sahilində yerləşən paytaxtının təhlü-
kəsizliyinin hər hansı geostrateji təhdiddən və yaxud asılılıq-
dan tam sığortalanması haqqında fikir söyləmək çətindir. 
                                                 
76
Bax: Может ли Россия из-за энергоресурсов развязать войну на 
Каспийском море?// www.inosmi.ru/Аsia/ 2011/07/12 
77
Bax: “Bizim dövr” qəzeti, 19 fevral 2014-cü il 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
125 
Gürcüstan-Rusiya müharibəsinin təcrübəsi göstərdi ki, Rusiya 
lazım gələndə postsovet məkanında hər hansı hərbi-geostrateji 
fəaliyyət göstərməkdən çəkinməyəcəkdir. 
Rusiya ilə Azərbaycanın quru və dəniz sərhədlərinin mü-
hafizəsinə mənfi təsir göstərən bir çox amillər də mövcuddur. 
Bunların sırasında, mütəxəssislərin fikrinə görə: 
  Rusiya federal strukturlarının vəziyyətin normallaş-
dırılması istiqamətində  bəzi tədbirləri gücləndirməsi-
nə baxmayaraq, Şimali Qafqaz regionunda qanunsuz 
silahlı dəstələr tərəfindən sərhədyanı ərazilərdə terror 
aktlarının davam etdirilməsi və ictimai-siyasi vəziy-
yətin gərgin qalması;  
  siyasi münasibətlərin gərginləşməsi səbəbindən Rusi-
ya ilə Gürcüstan arasında diplomatik və  nəqliyyat 
əlaqələrinin kəsilməsi
  terrorçu, dini ekstremist və digər qanunsuz silahlı 
qruplar tərəfindən dövlət sərhədinin pozulması  cəhd-
lərinin davam etdirilməsi (2009-cu ilin iyul ayının 18-
də Azərbaycanla dövlət sərhədini qanunsuz keçməyə 
cəhd göstərən terrorçu qrup zərərsizləşdirilmişdir. 
Əməliyyat zamanı 1 sərhədçi yaralanmış, 1 terrorçu 
məhv edilmişdir. Bununla yanaşı, külli miqdarda 
silah-sursat, hərbi geyim və  ləvazimatlar aşkar edil-
mişdir) və s. xüsusi diqqət tələb edir.  
 Azərbaycan-Gürcüstan sərhədləri: Azərbaycanın  Gür-
cüstanla mövcud olan 480 kilometrlik müştərək sərhədlərinin 
rayonlar üzrə uzunluğu müvafiq olaraq - Qazax rayonu (11.5 
km), Ağstafa rayonu (107.9 km), Tovuz rayonu (33.6 km), 
Samux rayonu (75.0 km), Qax rayonu (65.7 km), Balakən 
rayonu (96.0 km) və Zaqatala rayonu üzrə (90.3 km) təşkil 


 
ƏL İ  H ƏS ƏNOV  
 
126 
edir. Sərhəd xəttinin 315 kilometri düzənlik  ərazidən və 165 
kilometri isə çaylar (göllər) üzrə keçir.  
Mütəxəssislər – sərhədçilər Gürcüstan ilə sərhədin müha-
fizəsinə təsir göstərən amillər sırasına: 
  Rusiya-Gürcüstan silahlı münaqişəsinin baş verməsi 
nəticəsində Gürcüstanın sərhədyanı rayonlarında əmə-
liyyat şəraitinin qeyri-sabitliyini; 
  Gürcüstanın ermənilər yaşayan hissəsinə Ermənistan 
tərəfindən ərazi iddialarının getdikcə artmasını; 
  Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum 
qaz kəmərlərinin fəaliyyətə başlaması ilə yanaşı, 
Şərqlə  Qərbi Avropanı birləşdirən nəqliyyat dəhli-
zinin yaradılmasını  nəzərdə tutan Bakı-Tbilisi-Qars 
dəmir yolunun tikintisinə dair üçtərəfli sazişin imza-
lanmasını və s. aid edirlər. 
Azərbaycan-Ermənistan sərhədləri:  Azərbaycanın Er-
mənistanla sərhədləri onun xarici aləmlə  sərhədlərinin  ən 
böyük hissəsini təşkil edir. Əksəriyyəti quru olmaqla, bu ölkə 
ilə sərhədlərin uzunluğu 1007.1 kilometrdir. Həmin sərhədlərin 
uzunluğu rayonlar üzrə müvafiq olaraq: Naxçıvan Muxtar 
Respublikası (274.3 km), Qazax rayonu (123.9 km), Ağstafa 
rayonu (19.7 km), Tovuz rayonu (50.9 km), Gədəbəy rayonu 
(101.7 km), Daşkəsən rayonu (9.2 km), Kəlbəcər rayonu 
(125.4 km), Laçın rayonu (128.9 km), Qubadlı rayonu ( 74.6 
km) və  Zəngilan rayonu üzrə ( 98.5 km) təşkil edir.  Sərhəd 
xəttinin 1000.5 kilometri çətin mühafizə olunan dağlıq, 6,5 
kilometri isə düzənlik ərazilərdən keçir. 
Azərbaycanın Ermənistanla dövlət sərhədinin 733 kilo-
metri işğalçı qüvvələrin nəzarəti altındadır. 
Ermənistanla sərhədlərin mühafizəsi və  təhlükəsizliyinə 
təsir göstərən amillər sırasına mütəxəssislər: 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
127 
  Azərbaycan Respublikasının  ərazisinin 20%-nin, o 
cümlədən Azərbaycan-İran dövlət sərhədinin 132 kilo-
metrinin və Azərbaycan-Ermənistan dövlət sərhədinin 
733 kilometrinin Ermənistan silahlı qüvvələri tərəfindən 
bilavasitə  işğal olunmasını, 20 mindən çox vətəndaşın 
öldürülməsini, 50 mindən çoxunun yaralanmasını  və 
əlilə çevrilməsini, erməni silahlıları  tərəfindən dinc 
insanlara, qadın və  uşaqlara, qocalara qarşı törədilmiş 
Xocalı soyqırımı  və digər anti-insani kütləvi cinayət 
hadisələrini,  əhalinin yaşayış  məskənlərindən zorla 
qovulması və məcburi qaçqın-köçkünə çevrilməsini;  
  sərhədin bu hissəsində ölkənin milli təhlükəsizliyinə 
birbaşa qəsd və onun suveren hüquqlarının kobud su-
rətdə tapdanmasını, işğal olunmuş  ərazilərdəki bütün 
yerli infrastrukturların, sənaye, kənd təsərrüfatı  və 
mədəni-sosial mülkiyyətin və obyektlərin dağıdılma-
sını, bu ərazilərin ekoloji durumuna ciddi zərbə vurul-
masını, münbit torpaqların çirkləndirilməsini, qeyri-
münbit və şoranlaşmış ərazilərə çevrilməsini, torpaq-
ların narkotik maddələrin becərilməsi və tranziti, eko-
loji cəhətdən ziyanlı olan digər fəaliyyətlərin məskə-
ninə çevrilməsini;  
  ərazidə  cəmlənmiş  nəzarətsiz və qeyri-qanuni silahlı 
qüvvələrin, hərbi texnikanın həm Azərbaycanın tor-
paqlarına və  əhalisinə, həm də bütün bölgənin təhlü-
kəsizliyinə ciddi təhdidə çevrilməsini, regionda daimi 
təhlükə və geostrateji problemlər yaratmasını;  
   faktiki olaraq beynəlxalq hüququn heç bir subyektinə 
tabe olmayan və bütün beynəlxalq normaların pozul-
duğu bu məkanda nəzarətsiz hərbi-separatçı rejimin 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə