Microsoft Word milli inkishaf doc


ƏL İ  H ƏS ƏNOV     108   Xarici hərbi təhdidlərə



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə28/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   24   25   26   27   28   29   30   31   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
108 
 Xarici hərbi təhdidlərə:  
  Azərbaycanın 20% ərazisinin Ermənistan silahlı qüv-
vələri tərəfindən işğal altında saxlanılması; 
  qonşu dövlətlər tərəfindən ona qarşı  əsassız  ərazi 
iddialarının irəli sürülməsi
  ölkənin daxili siyasi və sosial-iqtisadi vəziyyətinin 
gərginləşdirilməsinə, sabitliyin pozulmasına yönəldil-
miş separatçı və dini-ekstremist hərəkətlər; 
  dövlət sərhədinin hərbi birləşmələr və silahlı dəstələr 
tərəfindən pozulması, sərhəd mübahisələrinin kəskin-
ləşməsi; 
  digər dövlətlər tərəfindən ölkə  ərazisinə göndərmək 
üçün qanunsuz silahlı qrupların və terrorçuların ha-
zırlanması; 
  dövlət sərhədlərinin və  ərazi sularının bilavasitə ya-
xınlığında hərbi bazaların yaradılması, qoşun qruplaş-
malarının cəmləşdirilməsi, silahların artırılması  və 
digər hərbi iştirakın gücləndirilməsi 
  ölkənin daxili işlərinə hər hansı mümkün kənar hərbi 
müdaxilə; 
  qonşu ölkələrin dövlətlərarası münaqişələrdə iştirakı;  
  müxtəlif xarici dairələrin təsiri altında nüvə və digər küt-
ləvi qırğın silahı növlərinin yayılması və s. daxildir. 
  
Daxili hərbi təhdidlərə: 
  ölkə qanunvericiliyi ilə  nəzərdə tutulmayan silahlı 
birləşmələrin və yaxud qrupların yaradılması cəhdləri; 
  terrorçu, dini-ekstremist və separatçı  təşkilatların da-
xili sabitliyin və ölkənin  ərazi bütövlüyünün pozul-
masına yönəldilmiş qanuna zidd əməlləri;  
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
109 
  konstitusiya quruluşu  əleyhinə  qəsdlər, dövlət haki-
miyyəti və idarəetmə orqanlarının təşkilati strukturu-
nun dağıdılması və ictimai-siyasi sabitliyin pozulma-
sına yönəldilmiş cəhdlər
  hərbi təhlükəsizliyə  təhdid yaradan mütəşəkkil cina-
yətkarlıq və digər qanuna zidd fəaliyyət; 
  təxribat, terror aktları  və digər qanunazidd əməlləri 
həyata keçirmək üçün istifadə oluna bilən silah-
sursatın, partlayıcı maddələrin və digər vasitələrin 
ölkə ərazisində qanunsuz toplanması və dövriyyəsi; 
  hərbi əhəmiyyətli və mühüm dövlət obyektlərinə, kom-
munikasiya qurğularına və informasiya infrastruk-
turuna qarşı silahlı hücumlar, təxribatlar və s. aiddir. 
Azərbaycanın hərbi təhlükəsizliyinin təmin olunması, eyni 
zamanda ölkə  ətrafında  əlverişli daxili və xarici geosiyasi 
şəraitin yaradılması dövlətin düzgün hərbi-geostrateji və 
müdafiə siyasəti ilə  sıx bağlıdır. Ölkənin hərbi-geostrateji və 
müdafiə siyasəti onu əhatə edən dövlətlərin geosiyasi davranışı 
və bundan irəli gələn regional hərbi-siyasi  şəraitlə, bölgənin 
geostrateji inkişaf meyilləri, mövcud regional və beynəlxalq 
təhlükəsizlik blokları arasındakı münasibətlərlə də sıx bağlıdır. 
Odur ki, bütün bu amillərin və şərtlərin nəzərə alınması, bəhs 
olunan proseslərin təhlili və müvafiq taktikanın yaradılması da 
Hərbi Doktrinanın əsas vəzifələri sırasına daxildir. Azərbayca-
nın Hərbi Doktrinası bu mənada həm də ölkəyə qarşı yönəlmiş, 
yaxud yarana biləcək real və potensial hərbi təhlükələr və təh-
didləri kompleks şəkildə araşdıraraq müvafiq hərbi təhlükə-
sizlik və müdafiə taktikası irəli sürür.  
Doktrinada ölkənin müdafiə siyasətinin əsas məqamların-
dan biri kimi, “Ermənistanın onun ərazisinin bir hissəsini işğal 


 
ƏL İ  H ƏS ƏNOV  
 
110 
etməsi, sülh yolu ilə geri qaytarmaqdan imtina etməsi, buna 
görə  də Azərbaycanın beynəlxalq hüququn norma və prinsip-
lərinə uyğun olaraq öz ərazi bütövlüyünü, hərbi güc tətbiq 
etmə  də daxil olmaqla, bütün lazımi vasitələrlə  bərpa etmək 
hüququnu özündə saxlaması” faktı vurğulanır.
65
  
Hərbi Doktrinada Azərbaycanın tərəfdar çıxdığı beynəl-
xalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz 
ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermə-
diyi qeyd olunur. Lakin hərbi-siyasi şəraitdə əsaslı dəyişiklik-
lər baş verdiyi halda, Azərbaycan Respublikası ərazisində xari-
ci hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici 
hərbi iştiraka müvəqqəti icazə verilməsi halını da istisna etmir.  
Bu sənəddə ölkənin müdafiə siyasətini təşkil edən məsul 
dövlət orqanlarının, cavabdeh qurumların və Silahlı Qüvvələr 
komandanlığının səlahiyyətləri də əksini tapmışdır. Bu səlahiy-
yətlərə uyğun olaraq onların həyata keçirdikləri tədbirlər, o 
cümlədən silahlı qüvvələr və başqa silahlı birləşmələrin qarşı-
sında qoyduqları vəzifələr, hərbi səfərbərlik elan etmək, səfər-
bərliyin səviyyəsini, döyüş hazırlığı dərəcəsini müəyyən etmək 
və s. məsələlər - "dinc dövr", "real təhdid dövrü" və "müharibə 
(silahlı münaqişə) dövrü" adlanan üç şərti təhlükəsizlik şəraiti 
əsasında müəyyənləşdirilir. 
Dinc dövrdə həmin tədbirlər ölkənin müdafiə qabiliyyətini 
möhkəmləndirmək, mümkün təhdidlərin qarşısını almaq və 
potensial düşməni öz bədxah  əməllərindən, yaxud təcavüzkar 
hərəkətlərdən çəkindirmək məqsədi daşıyır. Dinc dövrdə mü-
dafiə siyasəti çərçivəsində  əsas tədbirlərin aşağıdakı sahələr 
üzrə həyata keçirilməsi nəzərdə tutulur:  
                                                 
15
 Azərbaycan Respublikasının Hərbi Doktrinası. http://e-qanun.az 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
111 
  dövlət sərhədlərinin mühafizəsi və onların toxunul-
mazlığının təmin edilməsi; 
  ikitərəfli və çoxtərəfli hərbi-siyasi əməkdaşlığın güc-
ləndirilməsi və beynəlxalq təhlükəsizliyə töhfə veril-
məsi;  
  dövlət orqanlarının, ölkə iqtisadiyyatının, əhali və əra-
zinin müdafiəyə hazırlanması; 
  müdafiə və döyüş potensialının, silahlı qüvvələrin və 
başqa silahlı birləşmələrin yüksək döyüş qabiliyyəti-
nin, səfərbərlik hazırlığının zəruri səviyyədə saxlanıl-
ması; 
  mülki müdafiə tədbirlərinin həyata keçirilməsi və s. 
66
 
Dinc dövrdə silahlı qüvvələrin  əsas vəzifələri sırasına 
Azərbaycana qarşı silahlı  təcavüzə hazırlığın vaxtında aşkar-
lanması, ölkəmizə yönəlmiş  hər hansı  təcavüzə qarşı kifayət 
qədər güc və  çəkindirmə vasitələri potensialının yaradılması, 
qoşunların döyüşə hazırlığı kimi əsas vəzifələr də daxildir. 
Əslində, gələcəkdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsinin nəticələrindən asılı olmayaraq bu ölkənin “mo-
noetnik dövlətçiliyi, etnik təmizləmə və ərazi ekspansiyasını öz 
siyasətinin tərkib hissəsi kimi davam etdirməsi” və s. kimi 
addımları göstərir ki, Azərbaycan ona qarşı öz müdafiə qabi-
liyyətini daim yüksək səviyyədə saxlamalıdır. 
Hərbi Doktrinada Azərbaycanın hərbi təhlükəsizliyi real 
təhdidə məruz qaldığı zaman ölkənin müdafiə siyasəti çərçivə-
sində  aşağıdakı sahələr üzrə  tədbirlərin həyata keçirilməsi 
nəzərdə tutulur: 
  Azərbaycana qarşı real silahlı hücum təhlükəsi ya-
randıqda ölkənin, əhalinin və ərazinin, eləcə də silahlı 
                                                 
66
 Azərbaycan Respublikasının Hərbi Doktrinası. http://e-qanun.az 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə