Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə24/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   20   21   22   23   24   25   26   27   ...   164
    Bu səhifədəki naviqasiya:
  • əsas

 
ƏL İ  H ƏS ƏNOV  
 
92 
ması və inkişaf etdirilməsi, separatçılığın, siyasi, etnik 
və dini ekstremizmin aradan qaldırılması; 
  dünya azərbaycanlılarının birlik və  həmrəyliyinin tə-
min edilməsi, onların vətənpərvərlik hisslərinin güc-
ləndirilməsi və azərbaycançılıq ideyası  ətrafında bir-
ləşdirilməsi, dünyada yaşayan soydaşlarımızın milli 
və vətəndaş hüquqlarının təmin edilməsi və s. təxirə-
salınmaz vəzifələr daxildir. 
 
Məkan  əlamətlərinə görə Azərbaycanın milli maraq 
çərçivəsinə:  
  ölkənin öz sərhədləri daxilində təzahür edən; 
  regional münasibətlərdə, qonşu ölkələrlə  təmasda, 
beynəlxalq məkanda və ya hər hansı hökumətlərarası 
təşkilatlar çərçivəsində  təmsil olunan maraqlar da-
xildir. 
Milli maraqlar əsas  və yaxud ikinci dərəcəli, daimi, ya-
xud əvəzlənən, uzunmüddətli, yaxud qısamüddətli maraqlara 
ayrılır.  
Əsas və daimi milli maraqlar bir çox mühüm geosiyasi 
parametrlərinə - dövlətin beynəlxalq münasibətlər sistemindəki 
yeri və roluna, nüfuzu və  hərbi gücünə, özünün suverenliyini 
qoruyub saxlamaq və  vətəndaşlarının təhlükəsizliyini təmin 
etmək qabiliyyətinə və s. görə müəyyənləşir.  
Azərbaycanın milli maraq çərçivəsi onun geosiyasi para-
metrlərinə, dövlətin iqtisadi, hərbi gücü və resurs imkanla-
rına uyğun olaraq formalaşır. Bu amil özündə millətin təka-
mül mərhələsini, iqtisadi, siyasi, sosial, milli-psixoloji və digər 
amillərin mürəkkəb kombinasiyası ilə reallaşan tarixi inkişaf 
prosesini ehtiva edir. Göstərilən amillər eyni zamanda həm də 
Azərbaycan xalqının milli iradəsini, milli dövlət quruculuğu və 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
93 
tarixi təcrübəsinin məzmununu və xarakterini əks etdirir. Bu 
halda milli maraqlar ictimai-tarixi fenomen kimi çıxış edir, 
xalqın identikliyi ilə sıx qarşılıqlı əlaqə yaradır.  
 
Milli təhlükəsizliyə təhdidlər 
 
“Milli təhlükəsizlik” anlayışı və “təhlükəsizlik təhdidləri” 
terminindən ilk dəfə 1904-cü ildə Amerika alimlərinə məxsus 
geosiyasi  ədəbiyyatda istifadə olunmuşdur. “Milli təhlükəsiz-
lik” termini sonrakı illərdə dünya geosiyasət elmində bir çox 
dəyişikliklərə  məruz qalmışdır.  Əvvəlcə bu anlayışa daxili 
məzmun daşıyan məsələlər - əmlakın,  şəxsiyyətin və dövlətin 
mühafizəsi aid edilirdisə, sonradan bu sıraya beynəlxalq və 
milli təhlükəsizlik məsələləri də əlavə olunmuşdur. 1986-1987-
ci illərdən etibarən dünya siyasətşünaslığında milli təhlükəsiz-
liyə insanların, cəmiyyətin və dövlətin daxili və xarici təhdid-
lərdən qorunmasını  təmin edən inteqral anlayış kimi yanaşıl-
mağa başlandı. 
Azərbaycanın qanunvericilik və normativ-hüquqi aktlarına 
müvafiq olaraq, milli təhlükəsizlik insanların, cəmiyyətin və 
dövlətin həyati  əhəmiyyətli mühüm maraqlarının, həmçinin 
milli dəyərlərin və həyat tərzinin daxili və xarici təhdidlərdən 
etibarlı müdafiəsidir. Milli təhlükəsizlik sistemi ilə milli təhlü-
kəsizliyin təmin olunması sistemi öz məzmununa görə bir-
birindən fərqlənir. Birincisi, maraq və təhdidlərin qarşılıqlı tə-
siri prosesini əks etdirən funksional nəzəri (konseptual) sistem-
dirsə, ikincisi, milli təhlükəsizliyin təmin olunmasının praktiki 
məsələlərini həll etməyi nəzərdə tutan orqanlar, vasitələr, müx-
təlif təşkilatlar (institusional) sistemidir.  
Qeyd etməliyik ki, maraqların həyata keçirilməsi ilə bağlı 
fəaliyyət zamanı geosiyasi aktorlar - fərdlər, sosial qruplar və 


 
ƏL İ  H ƏS ƏNOV  
 
94 
dövlətlər arasında bəzi obyektiv ziddiyyətlər meydana çıxır. 
Həmin ziddiyyətlər çoxsaylı fəaliyyət sahələrindən və konkret 
şəraitdən asılı olaraq müxtəlif formalarda təzahür edir. Bir-
birinə zidd maraqların (daxili yaxud xarici) toqquşması  əvvəl 
potensial, sonra isə real təhdidlər yaradır. Lakin maraqların 
üst-üstə düşən və paralellik təşkil edən digər növləri də olur. 
Bunlar isə öz məzmununa görə müsbət münasibətlərin forma-
laşmasına şərait yaradır, ictimai və beynəlxalq münasibətlərdə 
qarşılıqlı anlaşmaya nail olmaq üçün baza rolunu oynayır.  
Təhdidlərin aşkar edilməsi və aradan qaldırılması, milli 
təhlükəsizliyin təmin olunması müvafiq qurumlardan bu məsə-
lələrə vaxtında reaksiya verilməsini, insanların, cəmiyyətin və 
dövlətin maraqlarının müdafiəsinin lazımi səviyyədə, məsuliy-
yətlə təşkil olunmasını tələb edir. 
Azərbaycanın milli təhlükəsizliyinə qarşı yönəlmiş təhdid-
lər müəyyən təsnifat üzrə qruplaşdırılır. Bu təsnifat təhdidlərə 
qarşı, onların konkret xüsusiyyətlərini nəzərə almaqla, təşkilati 
tədbirlər görməyə lazımi imkanlar yaradır. Təsnifatın əsasında 
təhlükə  mənbəyinin yerləşdiyi məkan, təhdidin formalaşma 
səviyyəsi, xarakteri və s. dayanır.  
Təhdidlər təhlükə mənbəyinin harada yerləşməsindən asılı 
olaraq  daxili  və  xarici təhdidlərə bölünür. Əgər təhdidlər 
xarici dövlətdən və onun vətəndaşlarından gəlirsə, onlar xarici 
təhdidlər adlanır. Təhdidlərin mənbəyi dövlətin daxilində  və 
onun vətəndaşları ilə bağlıdırsa, onlara daxili təhdidlər deyilir.  
Formalaşma səviyyəsinə görə təhdidlər potensial və real 
təhdidlərə ayrılır. Potensial təhdidlər özündə  təhlükənin ya-
ranmasını, onun ilkin şərtlərinin formalaşmasını, zərər yetir-
mək imkanlarını ehtiva edir. Real təhdidlər isə artıq forma-
laşmış hadisədir və onun zərər yetirməsi üçün bir və yaxud bir 
neçə amil çatışmır. Real təhdidlər yaranan zaman milli təhlü-
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
95 
kəsizliyi təmin etmək sisteminin qarşısında təhdidin kəskin-
liyini azaltmaq və onu aradan qaldırmaq üçün lazımi tədbirlər 
görmək vəzifəsi dayanır.  
Təhdidlər xarakterindən asılı olaraq təbii, antropogen və 
sosial təhdidlərə bölünür. Təhdidlərin bu cür növlərə ayrılması 
daha kəskin təhdidləri məqsədyönlü  şəkildə  aşkarlamağa, 
onların qarşısını vaxtında almağa, milli təhlükəsizliklə bağlı 
fəaliyyətin səmərəliliyini artırmağa imkan verir.  
Ümumi təhlükəsizlik prinsiplərinə, təhdidlərin növünə
miqyasına, onların təhlükəsizlik obyektlərinə təsir vasitələrinə 
görə Azərbaycanın təhlükəsizlik konsepsiyasında müasir dövr-
də milli təhlükəsizliyinin üzləşdiyi təhdidlər sırasına aşağıdakı 
məsələlər aid edilir: 
60
 
  Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, 
ərazi bütövlüyü və konstitusiya quruluşu  əleyhinə 
qəsdlər;  
  qanunun aliliyinə nail olunması, ictimai asayişin qo-
runması, insan hüquq və azadlıqlarının müdafiəsi sa-
həsində dövlət funksiyalarının yerinə yetirilməsinə 
qarşı yönəlmiş fəaliyyət;  
  separatçılıq, etnik, siyasi və dini ekstremizm;  
  terrorçuluq və kütləvi qırğın silahlarının yayılması;  
  regional münaqişələr və transmilli mütəşəkkil cina-
yətkarlıq;  
  ölkəmizin enerji infrastrukturuna qarşı fəaliyyət;  
  xarici siyasi, hərbi və ya iqtisadi asılılıq;  
  iqtisadi qeyri-sabitlik;  
  peşəkar insan ehtiyatlarının çatışmazlığı;  
                                                 
60
 Bax: http://e-qanun.az  
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə