ƏL İ H ƏS ƏNOV
92
ması və inkişaf
etdirilməsi, separatçılığın, siyasi, etnik
və dini ekstremizmin aradan qaldırılması;
dünya azərbaycanlılarının birlik və həmrəyliyinin tə-
min edilməsi, onların vətənpərvərlik hisslərinin güc-
ləndirilməsi və azərbaycançılıq ideyası ətrafında bir-
ləşdirilməsi, dünyada yaşayan soydaşlarımızın milli
və vətəndaş hüquqlarının təmin edilməsi və s. təxirə-
salınmaz vəzifələr daxildir.
Məkan əlamətlərinə görə Azərbaycanın milli maraq
çərçivəsinə:
ölkənin öz sərhədləri daxilində təzahür edən;
regional münasibətlərdə, qonşu ölkələrlə təmasda,
beynəlxalq məkanda və ya hər hansı hökumətlərarası
təşkilatlar çərçivəsində təmsil olunan maraqlar da-
xildir.
Milli
maraqlar əsas və yaxud
ikinci dərəcəli, daimi, ya-
xud
əvəzlənən, uzunmüddətli, yaxud
qısamüddətli maraqlara
ayrılır.
Əsas və daimi milli maraqlar bir çox mühüm geosiyasi
parametrlərinə - dövlətin beynəlxalq münasibətlər sistemindəki
yeri və roluna, nüfuzu və hərbi gücünə, özünün suverenliyini
qoruyub saxlamaq və vətəndaşlarının təhlükəsizliyini təmin
etmək qabiliyyətinə və s. görə müəyyənləşir.
Azərbaycanın milli maraq çərçivəsi
onun geosiyasi para-
metrlərinə, dövlətin iqtisadi, hərbi gücü və resurs imkanla-
rına uyğun olaraq formalaşır. Bu amil özündə millətin təka-
mül mərhələsini, iqtisadi, siyasi, sosial, milli-psixoloji və digər
amillərin mürəkkəb kombinasiyası ilə reallaşan tarixi inkişaf
prosesini ehtiva edir. Göstərilən amillər eyni zamanda həm də
Azərbaycan xalqının
milli iradəsini, milli dövlət quruculuğu və
AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ
TƏHLÜKƏSİZLİK SİYASƏTİNIN ƏSASLARI
93
tarixi təcrübəsinin məzmununu və xarakterini əks etdirir. Bu
halda milli maraqlar ictimai-tarixi fenomen kimi çıxış edir,
xalqın identikliyi ilə sıx qarşılıqlı əlaqə yaradır.
Milli təhlükəsizliyə təhdidlər
“Milli təhlükəsizlik” anlayışı və “təhlükəsizlik təhdidləri”
terminindən ilk dəfə 1904-cü ildə Amerika alimlərinə məxsus
geosiyasi ədəbiyyatda istifadə olunmuşdur. “Milli təhlükəsiz-
lik” termini sonrakı illərdə dünya geosiyasət elmində bir çox
dəyişikliklərə məruz qalmışdır. Əvvəlcə bu anlayışa daxili
məzmun daşıyan məsələlər -
əmlakın, şəxsiyyətin və dövlətin
mühafizəsi aid edilirdisə, sonradan bu sıraya beynəlxalq və
milli təhlükəsizlik məsələləri də əlavə olunmuşdur. 1986-1987-
ci illərdən etibarən dünya siyasətşünaslığında milli təhlükəsiz-
liyə
insanların, cəmiyyətin və dövlətin daxili və xarici təhdid-
lərdən qorunmasını təmin edən inteqral anlayış kimi yanaşıl-
mağa başlandı.
Azərbaycanın qanunvericilik və normativ-hüquqi aktlarına
müvafiq olaraq
, milli təhlükəsizlik insanların, cəmiyyətin və
dövlətin həyati əhəmiyyətli mühüm maraqlarının, həmçinin
milli dəyərlərin və həyat tərzinin daxili və xarici təhdidlərdən
etibarlı müdafiəsidir. Milli təhlükəsizlik sistemi ilə milli təhlü-
kəsizliyin təmin olunması sistemi öz məzmununa görə bir-
birindən fərqlənir. Birincisi, maraq və təhdidlərin qarşılıqlı tə-
siri prosesini əks etdirən funksional nəzəri (konseptual) sistem-
dirsə, ikincisi, milli təhlükəsizliyin təmin olunmasının
praktiki
məsələlərini həll etməyi nəzərdə tutan orqanlar, vasitələr, müx-
təlif təşkilatlar (institusional) sistemidir.
Qeyd etməliyik ki, maraqların həyata keçirilməsi ilə bağlı
fəaliyyət zamanı geosiyasi aktorlar - fərdlər, sosial qruplar və
ƏL İ H ƏS ƏNOV
94
dövlətlər arasında bəzi obyektiv ziddiyyətlər meydana çıxır.
Həmin ziddiyyətlər çoxsaylı fəaliyyət sahələrindən və konkret
şəraitdən asılı olaraq müxtəlif formalarda təzahür edir. Bir-
birinə zidd maraqların (daxili yaxud xarici) toqquşması əvvəl
potensial, sonra isə real təhdidlər yaradır. Lakin maraqların
üst-üstə düşən və paralellik təşkil edən digər növləri də olur.
Bunlar isə öz məzmununa görə müsbət münasibətlərin forma-
laşmasına şərait yaradır, ictimai və beynəlxalq münasibətlərdə
qarşılıqlı anlaşmaya nail olmaq üçün baza rolunu oynayır.
Təhdidlərin aşkar edilməsi və aradan qaldırılması, milli
təhlükəsizliyin təmin olunması müvafiq qurumlardan bu məsə-
lələrə vaxtında
reaksiya verilməsini, insanların, cəmiyyətin və
dövlətin maraqlarının müdafiəsinin lazımi səviyyədə, məsuliy-
yətlə təşkil olunmasını tələb edir.
Azərbaycanın milli təhlükəsizliyinə qarşı yönəlmiş təhdid-
lər müəyyən təsnifat üzrə qruplaşdırılır. Bu təsnifat təhdidlərə
qarşı, onların konkret xüsusiyyətlərini nəzərə almaqla, təşkilati
tədbirlər görməyə lazımi imkanlar yaradır. Təsnifatın əsasında
təhlükə mənbəyinin yerləşdiyi məkan, təhdidin formalaşma
səviyyəsi, xarakteri və s. dayanır.
Təhdidlər təhlükə mənbəyinin harada yerləşməsindən asılı
olaraq
daxili və
xarici təhdidlərə bölünür. Əgər təhdidlər
xarici dövlətdən və onun vətəndaşlarından gəlirsə,
onlar xarici
təhdidlər adlanır. Təhdidlərin mənbəyi dövlətin daxilində və
onun vətəndaşları ilə bağlıdırsa, onlara daxili təhdidlər deyilir.
Formalaşma səviyyəsinə görə təhdidlər
potensial və
real
təhdidlərə ayrılır. Potensial təhdidlər özündə təhlükənin ya-
ranmasını, onun ilkin şərtlərinin formalaşmasını, zərər yetir-
mək imkanlarını ehtiva edir. Real təhdidlər isə artıq forma-
laşmış hadisədir və onun zərər yetirməsi üçün bir və yaxud bir
neçə amil çatışmır. Real təhdidlər yaranan zaman milli təhlü-
AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ
TƏHLÜKƏSİZLİK SİYASƏTİNIN ƏSASLARI
95
kəsizliyi təmin etmək sisteminin qarşısında təhdidin kəskin-
liyini azaltmaq və onu aradan qaldırmaq üçün lazımi tədbirlər
görmək vəzifəsi dayanır.
Təhdidlər xarakterindən asılı olaraq
təbii, antropogen və
sosial təhdidlərə bölünür. Təhdidlərin bu cür növlərə ayrılması
daha kəskin təhdidləri məqsədyönlü şəkildə aşkarlamağa,
onların qarşısını vaxtında almağa, milli təhlükəsizliklə bağlı
fəaliyyətin səmərəliliyini artırmağa imkan verir.
Ümumi təhlükəsizlik prinsiplərinə,
təhdidlərin növünə,
miqyasına, onların təhlükəsizlik obyektlərinə təsir vasitələrinə
görə Azərbaycanın təhlükəsizlik konsepsiyasında müasir dövr-
də milli təhlükəsizliyinin üzləşdiyi təhdidlər sırasına aşağıdakı
məsələlər aid edilir:
60
Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi,
ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə
qəsdlər;
qanunun aliliyinə nail olunması, ictimai asayişin qo-
runması, insan hüquq və azadlıqlarının müdafiəsi sa-
həsində dövlət funksiyalarının yerinə yetirilməsinə
qarşı yönəlmiş fəaliyyət;
separatçılıq, etnik, siyasi və dini ekstremizm;
terrorçuluq və kütləvi qırğın silahlarının yayılması;
regional münaqişələr və transmilli
mütəşəkkil cina-
yətkarlıq;
ölkəmizin enerji infrastrukturuna qarşı fəaliyyət;
xarici siyasi, hərbi və ya iqtisadi asılılıq;
iqtisadi qeyri-sabitlik;
peşəkar insan ehtiyatlarının çatışmazlığı;
60
Bax: http://e-qanun.az