Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə25/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   21   22   23   24   25   26   27   28   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
96 
  regional hərbiləşdirmə;  
  ekoloji problemlər.  
Təhdidlərin bu cür bölgüsü milli təhlükəsizliyin təmin 
olunması sisteminin təşkilində  və onun əsas fəaliyyət istiqa-
mətlərinin müəyyənləşməsində mühüm rol oynayır. 
 
§ 2.4. Milli təhlükəsizliyin təmin  
olunmasının əsas vasitələri və ehtiyatları 
 
Azərbaycanın milli maraq və milli təhlükəsizliyinin təmin 
edilməsi birbaşa onun daxili və xarici maraqlarının düzgün 
müəyyənləşdirilməsi və təmin olunması mexanizmlərinin yara-
dılmasından asılıdır. Ölkənin milli təhlükəsizlik maraqları  və 
onun çərçivəsi müəyyənləşdirilərkən konkret zaman - SSRİ ilə 
ABŞ arasındakı “soyuq müharibə” dövründən və birincinin 
dağılmasından sonra yaranmış “müasir dünya nizamı” adlan-
dırılan beynəlxalq münasibətlər sistemindəki mühüm dəyişik-
liklər və dünya geosiyasi məkanındakı indiki qüvvələr nisbə-
tindən irəli gələn xarakterik xüsusiyyətlər nəzərə alınır.  
Milli maraqların məzmunu, çərçivəsi və ölçüləri cəmiyyə-
tin dəyərlərini özündə  əks etdirən  “milli idealla” müəyyən-
ləşir. Ümumi şəkildə götürdükdə, millətin və xalqın ən mühüm 
“idealını” ilk növbədə özünüqoruma, özünüyaşatma və davam-
lı inkişaf (yeniləşmə, təkmilləşmə  və s.) maraqları təşkil edir. 
Məsələn, Azərbaycan öz milli təhlükəsizliyinin çərçivəsini və 
təmin edilməsi mexanizmlərini 1992-1995-ci illərin “özünüqo-
ruma və özünüyaşatma” vəziyyətindən 1996-cı ildə başlanan 
“davamlı inkişafa qədərki” keçid dövrünün dinamikasında 
yarada bilmişdir. 
Milli maraq çərçivəsi  milli vəzifələrin  əhəmiyyətinə  və 
dərəcəsinə görə  sıralanır və tez-tez istifadə olunan “həyati 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
97 
əhəmiyyətli maraqlar” ifadəsində öz əksini tapır. Qeyd etmək 
lazımdır ki, bu ifadə dünyanın  əksər dövlətlərinin normativ-
hüquqi sənədlərində xüsusi yer tutur. Məsələn, Rusiyanın 
“Federal təhlükəsizlik haqqında” Qanununda, Azərbaycanın 
Milli Təhlükəsizlik Konsepsiyasında və s. sənədlərdə “həyati 
əhəmiyyətli mühüm maraqlar” anlayışı öz əksini tapmışdır. Bu 
sənədlərdə  həmin anlayış altında fövqəladə  dərəcədə vacib 
olan, millətin təhlükəsizliyi və özünüyaşatma idealı ilə bağlı 
məsələlər nəzərdə tutulmuşdur. Rusiya Federasiyasının adı 
çəkilən qanununda həyati əhəmiyyətli mühüm maraqlara “milli 
tələbatlar məcmusu” kimi baxılır. Onların da reallaşdırılması 
insanların, cəmiyyətin və dövlətin mövcudluğunu, mütərəqqi 
inkişaf imkanlarını etibarlı şəkildə təmin edir.  
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsep-
siyasında göstərilir ki, milli maraqlar xalqımızın fundamental 
dəyər və  məqsədlərini, habelə insan, cəmiyyət və dövlətin tə-
rəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların 
məcmusudur və aşağıdakılardan ibarətdir:  
  dövlətin müstəqilliyinin və  ərazi bütövlüyünün qo-
runması, onun beynəlxalq səviyyədə tanınmış sərhəd-
lərinin toxunulmazlığının təmin edilməsi;  
  Azərbaycan xalqının vahidliyinin qorunub saxlanıl-
ması, azərbaycançılıq ideyasının aşılanması;  
  vətəndaş  cəmiyyətinin formalaşdırılması,  əsas insan 
hüquq və azadlıqlarının təmin olunması; 
  demokratik və  vətəndaş  cəmiyyəti təsisatlarının inki-
şafı, qanunun aliliyi, asayişin təmin edilməsi yolu ilə 
dövlətin funksiyalarının yerinə yetirilməsinin güclən-
dirilməsi və əhalinin təhlükəsizliyinin qorunması;  
  beynəlxalq öhdəlikləri yerinə yetirmək, qlobal və re-
gional təhlükəsizliyə, sabitliyə töhfə vermək üçün 


 
ƏL İ  H ƏS ƏNOV  
 
98 
beynəlxalq təşkilatlarla  əməkdaşlığın inkişaf etdiril-
məsi; 
  bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsasları-
nın təkmilləşdirilməsi, iqtisadi sabitliyin təmin olun-
ması  məqsədi ilə daxili və xarici sərmayələr üçün 
əlverişli şəraitin yaradılması; 
  təbii sərvətlərdən tam səmərəli istifadə edilməsi, da-
vamlı iqtisadi inkişaf, ətraf mühitin qorunması, təhsil, 
elmi və texnoloji potensialın artırılması yolu ilə 
xalqımızın gələcək inkişafının,  əhalinin layiqli həyat 
səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi;  
  milli özünəməxsusluğun və dünya azərbaycanlıları 
arasında həmrəyliyin möhkəmləndirilməsi; 
  xalqımızın mədəni-tarixi irsinin, mənəvi dəyərlərinin 
qorunması  və ümumbəşəri dəyərlərlə  zənginləşdi-
rilməsi; 
  özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, 
intellektual potensialın inkişaf etdirilməsi və s.
61
  
 
Milli təhlükəsizlik ölçüləri 
 
Milli təhlükəsizliyin təmin olunması müasir dövrdə istəni-
lən dövlətin daxili və xarici siyasətinin prioritet vəzifəsi hesab 
olunur. Milli təhlükəsizlik ölçüləri və milli maraq çərçivəsi 
texniki tərəqqinin və qlobal inkişafın dönməz xarakter aldığı 
XX  əsrin sonlarına qədər daha  çox ölkələrin müstəqilliyinin, 
ərazi bütövlüyünün, konstitusiya quruluşunun və suveren döv-
lət idarəçiliyinin birbaşa xarici hücumlardan, hərbi müdaxi-
lələrdən, cəmiyyət həyatına və  şəxsiyyətə qarşı  qəsdlərdən, 
                                                 
61
 Bax: http://e-qanun.az  
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
99 
xəfiyyə  fəaliyyətindən və s. təhdidlərdən qorunması kimi başa 
düşülürdüsə, qloballaşmanın vüsət aldığı  və ölkələrarası  sər-
hədlərin şəffaflaşdığı müasir dövrdə bu anlayışa həm də: 
  regional münaqişə  və transmilli cinayətkarlıq, nəza-
rətsiz ərazi və mütəşəkkil silahlı dəstələrdən qaynaq-
lanan təhdidləri; 
  dövlətdaxili ictimai həyatın (cəmiyyətin) milli, dini, 
sosial tarazlığının və ölkənin demoqrafik mühitinin 
pozulmasını və qanunsuz miqrasiyanı;  
  dövlətlərin iqtisadi, siyasi, sosial, ərzaq, enerji, eko-
loji, nəqliyyat, maliyyə, milli valyuta təhlükəsizliyinə 
və makroiqtisadi mühitinə müdaxiləni və xarici 
aktorlardan asılı vəziyyətə düşməsini;  
  ölkələrin informasiya-kommunikasiya sistemlərinə, 
ictimai rəyyaratma, ideoloji və  mətbuat vasitələrinə 
total xarici, transmilli müdaxiləni və geosiyasi təsir-
etməni; 
  transmilli beynəlxalq terrorizmi, kütləvi qırğın və di-
gər silahların nəzarətdənkənar yayılmasını, narkotik 
maddələrin ticarətini və digər milli təhlükəsizlik 
sahələrini aid edirlər. 
Geosiyasi  ədəbiyyatda milli təhlükəsizliyin XXl əsrdəki 
əsas ölçülərinin qloballaşmanın səviyyəsi və mövcud ölkənin 
transmilli dünyaya inteqrasiyasının dərinliyi ilə bağlı müəy-
yənləşəcəyi göstərilir. Sərhədlərin  şəffaflaşması ilə mal döv-
riyyəsi və ticarətin, pul, texnologiya və informasiya innova-
siyalarının transmilliləşməsi dövlətlərin öz geoməkanlarını 
qorumaq işini getdikcə  çətinləşdirir. Bir çox ölkələr artıq  əv-
vəlki kimi, sərhəd maneələri yaratmaqla yerli bazarın təhlü-
kəsizliyini təmin etmək, dünyanın əsas transmilli şirkətlərinin, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə