Microsoft Word milli inkishaf doc


ƏL İ  H ƏS ƏNOV     80  söykənən Milli Təhlükəsizlik Konsepsiyasının



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə21/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   17   18   19   20   21   22   23   24   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
80 
söykənən Milli Təhlükəsizlik Konsepsiyasının (MTK) forma-
laşdırılmasını tələb etmişdir.  
Azərbaycan Respublikasının müstəqilliyə qovuşduğu 
1991-ci ildən milli təhlükəsizliyinin əsas məqsədləri, milli ma-
raq çərçivəsinin müəyyən edilməsi və  təmin olunması, milli 
təhlükəsizlik siyasətinin vəzifələri, mexanizmləri, metod və va-
sitələrinin tapılması  və s. haqqında müxtəlif dövlət qurumları 
səviyyəsində, akademik dairələrdə  və ictimai-siyasi institut-
larda rəsmi və qeyri-rəsmi müzakirələr başlandı. Əlbəttə, milli 
inkişaf strategiyasının, milli maraq dairəsinin, ölkənin təhlükə-
sizliyinin  əsaslarının müəyyən olunması  və lazımi səviyyədə 
təşkili, onun təhlükəsizlik çərçivəsinin, geosiyasi kodunun ya-
radılması  və milli təhlükəsizlik siyasətinin həyata keçirilməsi 
kimi mühüm dövlət vəzifələrinin həlli yenicə müstəqillik qa-
zanmış  və milli təhlükəsizlik sistemi hələ kifayət qədər möh-
kəmlənməmiş bir dövlət üçün düşünüldüyü kimi də asan iş 
deyildi. Ölkənin milli inkişaf və  təhlükəsizlik siyasətinin 
konseptual  əsasları, mahiyyəti,  əsas istiqamətləri, həyata 
keçirilmə yolları və mexanizmləri ilə bağlı dövlət qurumla-
rında və  cəmiyyətdə  əsaslandırılmış yanaşmalar və  təsəv-
vürlər olduqca səthi idi. Sistemsiz və  səriştəsiz aparılan 
təhlükəsizlik siyasətinin uğur qazanması çox çətin idi. 
Xüsusən də nəzərə alınsa ki, 1991-1992-ci illərdə bu respubli-
kada mürəkkəb və çətin vəziyyət yaranmışdı, ərazilərinə Ermə-
nistanın təcavüzü ilə yanaşı, Azərbaycanın daxilində ictimai-
siyasi sabitlik pozulmuşdu, müxtəlif qanunsuz silahlı  dəstələr 
yaradılmış  və ölkə daxilində hakimiyyət uğrunda mübarizəyə 
başlamışdı. Təbii ki, müxtəlif silahlı dəstələrin iştirakı ilə apa-
rılan hakimiyyət mübarizəsi kimi hallar Azərbaycanın milli in-
kişafı  və  təhlükəsizliyinin təmin olunmasına da öz mənfi 
təsirini göstərirdi.  
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
81 
Yalnız 1993-cü ildən ölkə səviyyəsində xüsusi istiqamət 
kimi, vahid prinsiplərə söykənən milli inkişaf və  təhlükə-
sizlik siyasəti həyata keçirilməyə başladı. Azərbaycanın 
milli inkişaf və təhlükəsizliyinin nəzəri və praktiki məsələ-
ləri geniş ictimai-siyasi və elmi müzakirəyə çıxarıldı, onun 
konseptual  əsasları müəyyən edildi. Həmin dövrdən etiba-
rən bu siyasət müstəqil dövlət quruculuğu proseslərinin 
bütün sahələrini  əhatə edərək, milli inkişafın və dövlət 
idarəçiliyinin əsas vasitələrindən birinə çevrildi.  
Azərbaycanın milli təhlükəsizlik fəaliyyəti ilk 5-6 ildə 
əsasən təcili və  təxirəsalınmaz işlərdən - ölkədə  dərin icti-
mai-siyasi və sosial-iqtisadi böhranın doğurduğu daxili və 
xarici təhdidlərin qarşısının alınmasından, vətəndaş qarşı-
durmasının dayandırılmasından və ölkə miqyasında dövlət 
idarəçiliyinin yaradılmasından ibarət idisə, sonrakı illərdə, 
xüsusən, 1998-ci ildən başlayaraq  dövlətin xarici və daxili 
təhlükəsizliyinin milli sisteminin yaradılması sahəsində ardı-
cıl konseptual siyasi xəttə çevrilmişdir.  
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin nəzəri 
əsasları müstəqil dövlətimizin banisi Heydər  Əliyevin 1993-
2003-cü illərdəki ayrı-ayrı  çıxışlarında öz əksini tapmışdır. 
Lakin bütövlükdə ölkənin Milli Təhlükəsizlik Konsepsiyasının 
ərsəyə  gəlməsi və  təhlükəsizlik siyasətinin tam formalaşdır-
ması üçün Azərbaycan hökumətinə xeyli vaxt lazım olmuşdur.  
Azərbaycan Prezidenti İlham Əliyev ölkənin milli maraq-
ları ilə bağlı dövlət siyasətini formalaşdırarkən bir çox iqtisadi, 
siyasi, ideoloji, coğrafi, mədəni və digər amilləri, daxili siyasi 
maraqları, müxtəlif sosial-siyasi qüvvələrin manevrlərini, bey-
nəlxalq aləmin mümkün reaksiyalarını, ulu öndərin təhlükəsiz-
liklə bağlı  zəngin nəzəri irsini nəzərə alaraq, ölkə vətəndaşla-


 
ƏL İ  H ƏS ƏNOV  
 
82 
rının milli iradəsini və dövlətin ali təhlükəsizlik maraqlarını 
rəhbər tutmuşdur.  
2004-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi 
“Milli təhlükəsizlik haqqında” Qanun qəbul etmişdir. Bu 
Qanun özündə Ümummilli lider Heydər  Əliyevin milli təhlü-
kəsizlik təliminin əsas prinsiplərini, məqsəd və vəzifələrini əks 
etdirməklə yanaşı, həm də ölkənin Milli Təhlükəsizlik Konsep-
siyasının yaradılmasını şərtləndirmişdir. Həmin il Azərbaycan 
Respublikası Prezidentinin Sərəncamı ilə Milli Təhlükəsizlik 
Konsepsiyasının (MTK) hazırlanması üzrə  işçi qrupu yaradıl-
mış, layihə üzərində  iş başlanmış, qısa müddətdə yekunlaşdı-
rılaraq ölkə Prezidentinin 2007-ci il 23 may tarixli Sərəncamı 
ilə təsdiq olunmuş və fəaliyyət üçün əsas götürülmüşdür. 
Milli Təhlükəsizlik Konsepsiyası ölkənin milli təhlükəsiz-
lik siyasətinin həyata keçirilməsində uzunmüddətli strateji və-
zifə və prioritetləri özündə əks etdirən konseptual sənəd hesab 
olunur. Konsepsiyada Azərbaycanın gələcəkdə hərbi və sərhəd 
doktrinasının, xarici siyasət və təhlükəsizlik strategiyasının, iq-
tisadi, ekoloji, informasiya və digər həyati  əhəmiyyət kəsb 
edən sahələrin təhlükəsizliyi siyasətinin formalaşdırılmasının 
vahid prinsipləri müəyyən olunmuş, hər bir sahə üzrə ayrıca 
təhlükəsizlik konsepsiyasının hazırlanması tövsiyə edilmişdir. 
59
  
Giriş, dörd bölmə  və yekun müddəalardan ibarət olan 
MTK-da XXI əsrdə ölkənin milli maraqlarının təmin olunması 
ilə bağlı hakimiyyət strukturlarının bəzi fəaliyyət istiqamətləri 
müəyyən edilmiş və milli təhlükəsizlik sahəsində dövlət siya-
sətinin normativ-hüquqi bazası öz əksini tapmışdır.  
                                                 
59
Daha ətraflı bax: Həsənov Ə.M. Heydər Əliyev və Azərbaycanın milli təhlü-
kəsizlik siyasəti:  əsas məqsədləri, vəzifələri və icra mexanizmləri //Heydər 
Əliyev və inkişafın Azərbaycan modeli. Bakı, 2010, s. 32 -48  
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
83 
Təhlükəsizlik siyasətinin əsas məqsəd və vəzifələri 
 
Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin 
əsasını  dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlü-
yünün, konstitusiya quruluşu və milli maraqlarının, vətəndaş-
ların hüquq və  mənafelərinin təmin edilməsi, onların daxili-
xarici təhlükələrdən və təhdidlərdən qorunması təşkil edir.  
Milli təhlükəsizliyin  əsas obyektlərinə dövlət – onun 
müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu, milli əraziləri- 
onun bütövlüyü və təhlükəsizliyi, vətəndaşlar – onların hüquq 
və azadlıqları,  cəmiyyət – onun maddi və  mənəvi dəyərləri 
daxildir. 
Milli təhlükəsizliyin  əsas subyektlərinə  isə insanların, 
cəmiyyətin və dövlətin təhlükəsizlik maraqlarının və tələbatla-
rının təmin edilməsi məqsədi ilə yaradılmış dövlət hakimiyyəti 
orqanları, hərbi və təhlükəsizlik institutları aid edilir.  
Milli təhlükəsizlik siyasətinin birinci ali məqsədini 
Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, kons-
titusiya quruluşunun, vətəndaşların hüquqlarının, cəmiyyətin 
milli və  vətəndaş birliyinin, ölkənin sabit inkişafının tələb 
etdiyi  ən  ümdə dövləti vəzifələr və onların təminatı yolları, 
mövcud milli ehtiyatların bu işə səfərbər edilməsi proqramı və 
bəhs olunan sahədə  məsuliyyətli dövlət idarəçiliyinin yaradıl-
ması təşkil edir.  
Hər bir dövlət kimi, Azərbaycan da xaricdən müdaxilə 
olmadan öz dövlət idarəçiliyini yaratmaq, ölkənin strateji inki-
şaf yolunu seçmək, konstitusiya quruluşunun, daxili həyatının, 
cəmiyyətin və hər bir vətəndaşın təhlükəsizliyini, əhalinin firə-
van həyatını təmin etmək, milli - vətəndaş birliyini və ictimai-
siyasi sabitliyi qorumaq və s. kimi strateji vəzifələr həyata ke-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə