Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə17/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   13   14   15   16   17   18   19   20   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
64 
deyil, iqtidar partiyasının içərisində yetişdirdi. Bu gün Azər-
baycan Prezidenti İlham Əliyev Heydər Əliyevin siyasi kursu-
nu davam etdirməklə yanaşı, həm də onu yeni şəraitin tələb-
lərinə uyğun surətdə, yaradıcılıqla inkişaf etdirir. 
Hazırda respublika öz inkişafının keçid dövrünü başa vu-
raraq, sosial-iqtisadi, mənəvi və s. sahədə yeni mərhələyə qə-
dəm qoymaqdadır. Keçən illərdə Azərbaycan bütün sahələr üz-
rə Heydər Əliyevin milli inkişaf siyasətini uğurla həyata keçi-
rərək, nəzərə çarpacaq nailiyyətlər qazanmışdır. İctimai-siyasi 
həyatın demokratikləşməsi, vətəndaş  cəmiyyəti quruculuğu-
nun, siyasi plüralizmin getdikcə  dərinləşməsi, iqtisadi həyatın 
liberallaşması, sahibkarlıq institutlarının yaradılması və sahib-
kar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar 
olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi və 
s. göstəricilər Azərbaycanın gələcək inkişafı üçün geniş imkan-
lar açmışdır. Müşahidə olunan dayanıqlı inkişaf həm də haki-
miyyət qarşısında yeni, uzunmüddətli Milli İnkişaf Konsepsi-
yasının yaradılması  və  həyata keçirilməsi vəzifəsini irəli 
sürmüşdür. 
Azərbaycanın ictimai, siyasi, iqtisadi, mədəni həyatının 
bütün sahələrində əldə etdiyi uğurlar Prezident İlham Əliyevə 
qarşıdakı dövrdə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və 
mənəvi-ideoloji transformasiyasının yeni mərhələsinin təməlini 
qoymaq və milli inkişafın növbəti on ilinin vəzifələrini müəy-
yənləşdirmək imkanı yaratmışdır. Azərbaycan dövləti bütün 
sahələrdə nail olunan müvəffəqiyyətlərlə kifayətlənməyərək, 
Qərbin inkişaf etmiş ölkələrinin standartları  səviyyəsinə yük-
səlməyi və müasir bir ölkəyə çevrilməyi hədəfə almışdır. 
Yeni mərhələnin  əsas hədəfi, bir tərəfdən  əldə olunmuş 
iqtisadi, siyasi, sosial və  mədəni nailiyyətləri möhkəmləndir-
mək, ölkəni müasir tələblər səviyyəsinə qaldırmaq, digər tərəf-
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
65 
dən isə gələcək liberal, çoxşaxəli, rəqabətədavamlı, dinamik və 
innovasiya yönümlü milli iqtisadiyyatın formalaşdırılması, iq-
tisadi və insan resurslarının düzgün istifadə edilməsi, ictimai 
və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, sosial sahədə 
optimal, səmərəli və  ədalətli inkişaf modelinin yaradılması, 
əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara çatdırılması, 
habelə elmin, mədəniyyətin inkişafında tətbiqi istiqamətlərin 
inkişaf etdirilməsi, ictimai həyatın bütün sahələrində yeni nai-
liyyətlərin əldə olunması və s. ibarət olmalıdır. 
Azərbaycanın gələcək milli inkişaf siyasətinin  əsas və 
uzunmüddətli perspektivləri ilə bağlı vahid konsepsiyanın ha-
zırlanması, strateji inkişafın gələcək istiqamətlərinin, prinsip 
və vəzifələrinin müəyyənləşdirilməsi müasir Azərbaycan döv-
lətinin qarşısında dayanan əsas vəzifələrdən biri hesab olunur. 
29 noyabr 2011-ci ildə «Azərbaycan 2020: gələcəyə baxış» 
Milli İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan 
Respublikası Prezidentinin xüsusi Sərəncamı  məhz bu məsə-
ləni qarşıya vəzifə kimi qoyur. Sərəncamda qeyd olunur ki, son 
dövrdə Azərbaycan Respublikasında milli dövlət quruculuğu 
istiqamətində həyata keçirilən islahatlar, reallaşdırılan çoxsaylı 
xüsusi dövlət proqramları  və s. ölkə  həyatının bütün sahələ-
rində müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Bu 
illər  ərzində, xüsusilə son onillikdə Azərbaycanda makroiqti-
sadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsullu-
ğun azaldılmasında və  əhalinin sosial rifahının yüksəldilmə-
sində ciddi uğurlar qazanılmışdır. 
Ölkə prezidenti bu sərəncamda Azərbaycanın perspektiv 
inkişafının  əsas hədəf və istiqamətlərinin müəyyən edilməsi 
məqsədi ilə müvafiq dövlət orqanlarının, elmi təşkilatların və 
yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə, 2020-ci ilədək döv-
rü əhatə edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Kon-


 
ƏL İ  H ƏS ƏNOV  
 
66 
sepsiyasının hazırlanmasını Administrasiyası qarşısında mü-
hüm bir vəzifə kimi qoymuşdur. 
Sərəncamda həmçinin yeni Milli İnkişaf Konsepsiyasının 
yaradılması sahəsində qabaqcıl dünya təcrübəsindən yararlan-
maq, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər 
beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq etmək kimi tapşı-
rıqlar verilmiş, bu işdə vətəndaş cəmiyyəti təsisatlarının iştira-
kının, habelə layihənin açıq müzakirəyə çıxarılması üçün mü-
vafiq tədbirlərin görülməsinin vacibliyi qeyd edilmişdir.
50
 
Beləliklə, bu gün Azərbaycanda ümummilli lider Heydər 
Əliyevin irsi, müəyyən etdiyi milli inkişaf siyasəti yaşayır və 
ardıcıl olaraq, yaradıcı surətdə, müasir dövrün tələbləri, real-
lıqları nəzərə alınmaqla uğurla davam etdirilir.  
 
§ 1.2. Milli inkişaf siyasətinin əsas prinsipləri,  
vəzifələri və tələbləri 
 
Milli inkişafın bilavasitə dövlətin daxili ictimai-siyasi
sosial-iqtisadi və beynəlxalq vəziyyəti ilə bağlı olduğunu nə-
zərə alsaq, müstəqilliyini bərpa etdiyi gündən Azərbaycanın 
qarşısında dayanan əsas vəzifələrdən biri öz Milli İnkişaf Kon-
sepsiyasını  və ona uyğun olaraq dövlətin praktiki fəaliyyət 
strategiyasını yaratmaq, daxili-xarici siyasətini, onun istiqa-
mətlərini, prioritetlərini və hədəflərini müəyyənləşdirmək, mil-
li dövlət quruculuğu prosesinin həyata keçirilməsi mexanizm-
lərini formalaşdırmaq və təmin etməkdən ibarət idi. 
 Azərbaycanın milli inkişaf siyasətinin konseptual əsasla-
rını, başlıca prinsiplərini, strateji vəzifə və tələblərini də müs-
təqil dövlətin qurucusu Heydər  Əliyev müəyyənləşdirmiş, 
                                                 
50
Bax: “Azərbaycan” qəzeti, 30 noyabr 2011-ci il. 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
67 
1993-2003-cü illərdə dönmədən həyata keçirmişdir. Onları 
aşağıdakı kimi qruplaşdırmaq olar: 
 
Güclü dövlət və səmərəli idarəçilik 
  
Siyasətşünaslıq elmində milli inkişafın  əsas tələblərindən 
biri güclü dövlətin qurulması, müvafiq ölçüləri ilə onun iqtisa-
di, siyasi, sosial-mənəvi əsaslarının yaradılması, ölkənin siyasi 
sisteminin və dövlət idarəçiliyinin səmərəli və ahəngdar işinin 
təmin edilməsi hesab olunur. 
 Mütəxəssislər hesab edir ki, Heydər Əliyevin milli inkişaf 
siyasətində güclü dövlət prinsipi həmişə önəmli yer tutmuşdur. 
Onun dövlət quruculuğundakı  əsas xidmətlərindən biri məhz 
ölkənin bütün sağlam qüvvələrini,  əksər vətəndaşları, ictimai-
siyasi dairələri səfərbər edərək güclü dövlət strukturu yaratma-
sında, müstəqilliyin, daxili ictimai-siyasi sabitliyin real təmi-
natçısı ola biləcək dinamik dövlət maşını qurmasında idi. 
Səmərəli və güclü dövlət, səmərəli dövlət idarəçiliyi an-
layışını – siyasi ədəbiyyatda təkmil mərkəzi və yerli idarəetmə 
mexanizmi, sabit ictimai-siyasi həyatı, işlək və hamı tərəfindən 
əməl olunan qanunları,  ədalətli cəmiyyəti olan, insanların eti-
madını qazanan, ehtiyaclarını dəyərləndirən, qabiliyyətinə görə 
hər kəsi ictimai-siyasi, iqtisadi və mədəni proseslərə cəlb edən, 
milli və vətəndaş birliyinə söykənərək, siyasi-hüquqi idarəçilik 
institutu funksiyasını yerinə yetirən ölkələrə aid edirlər. 
 Bundan başqa, müasir dövrün tələbləri çərçivəsində güclü 
və səmərəli dövlət həm də azad, ədalətli, demokratik dəyərlərin 
bərqərar olduğu, siyasi plüralizm və siyasi fəaliyyət azadlığının 
hökm sürdüyü, bütün vətəndaş hüquqlarının dolğun təmin 
edildiyi cəmiyyətlərə şamil edilir.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə