Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə19/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   15   16   17   18   19   20   21   22   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
72 
sində  hərəkət edərək, hakimiyyətə  gəlmək yolunda ictimai-si-
yasi və milli-etnik qarşıdurmalardan bəhrələnirdilər. Bu da mü-
vafiq olaraq, Azərbaycanın milli maraqlarını ayrı-ayrı siyasi 
düşərgələr arasında parçalayıb, xüsusi təhlükəli vəziyyət ya-
radırdı.  
Həmin dövrdə siyasi sükan arxasına keçən Heydər Əliye-
vin ilk müraciətlərindən biri: “Azərbaycan on illərlə, yüz illərlə 
bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan 
sonra da Vətəni olmalıdır. Respublikanın  ərazisində yaşayan 
hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyə-
tindən asılı olmayaraq, eyni hüquqa malik olmalı...  bütün de-
mokratik prinsiplər, insan hüquqlarının müdafiəsi, siyasi plüra-
lizm, söz azadlığı, vicdan azadlığı, dini etiqad azadlığı, milli-
dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşların hüquqi 
bərabərliyi təmin edilməlidir”- çağırışı oldu.
52
  
 Heydər Əliyev milli və vətəndaş birliyi ideyasının reallaş-
dırılması və qorunmasını, mili adət-ənənələrin, tarixi və mənə-
vi dəyərlərin yaşadılmasını, ümumbəşəri dəyərlərlə zənginləş-
dirilməsini respublikada vahid milli kurs kimi həm dövlət or-
qanlarından, həm də siyasi, ictimai, elmi və geniş ziyalı insti-
tutlarından tələb edirdi. Odur ki, həm vətəndaş birliyi ideyası, 
həm də ölkənin insan ehtiyatlarından düzgün istifadə olunması, 
hər bir vətəndaşın özünü dövlətinə  və dövlətçiliyinə bağlı 
hesab etməsi, dövlətin isə hər bir vətəndaşa xidmət göstərməsi 
amalı müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul 
olunmuş ilk Konstitusiyasına salındı.  
Mütəxəssislər hesab edir ki, o illərdə Heydər Əliyev Azər-
baycan vətəndaşlarının etnik milli duyğularını nəzərə almaqla, 
                                                 
52
Bax:  Əliyev H.Ə. Müstəqilliyimiz  əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, 
məktublar, müsahibələr. I-XXXXVI kitablar. Bakı: Azərnəşr, 1997-2015-ci illər. 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
73 
həm də  məqsədyönlü  şəkildə ictimai-siyasi özünüdərk hisslə-
rinin, vətəndaşlıq və  vətənpərvərlik duyğusunu formalaşdırıl-
ması kimi ciddi bir dövləti funksiyanı yerinə yetirərək, bütün 
ölkə  vətəndaşlarını azərbaycançılıq platformasında birləşdir-
mişdir. Onun həmin dövrdə  səsləndirdiyi “Xalqın, Vətənin 
taleyi hər bir insanın taleyinə çevrilməlidir!.., yaxud,- “Vətən 
birdir və hamı bu Vətən üçün çalışmalıdır!” çağırışı bu sahə-
dəki fəaliyyətin əsas göstəricisi hesab oluna bilər.
53
  
 
Milli iradəli, sağlam əqidəli vətəndaşların tərbiyə  
edilməsi və vahid milli ideya ətrafında birləşdirilməsi  
 
Siyasət elmində dövlətin gücünü və geosiyasi qüdrətini 
həm də onun vətəndaşlarının milli və dövlətçilik iradəsi, lazım 
gələndə öz dövləti və dövlətçiliyi ətrafında səfərbərolunma ba-
carığı ilə qiymətləndirirlər. Buna misal olaraq tarixdə XVll 
əsrin  əvvəllərində, rus dövlətçiliyinin xarici basqınlar nəticə-
sində ciddi təhlükə qarşısında qaldığı zaman xalqın içərisindən 
çıxmış Minin və Pojarski adlı iki sadə vətəndaşın çağırışına səs 
verən on minlərlə  vətənsevərin öz dövlətçiliyini qoruması  və 
yaşatmaq əzmi nümayiş etdirməsini, yaxud XX əsrin əvvəlində 
Osmanlı imperiyasının dağılmasının qaçılmaz olduğu dövrdə 
Mustafa Kamal Atatürkün rəhbərliyi ilə  səfərbər olunan və 
ayağa qalxan türk xalqının ölüm-dirim müharibəsində Türki-
yəni biabırçı süqutdan xilas etməsini və s. nümunə göstərmək 
olar. Tarixdə xalqların milli iradəsi və  əzminin geosiyasi güc 
resursu kimi özünü göstərməsi və neçə-neçə dövlətləri iflasdan 
xilas etməsi halları yetərincə baş vermişdir.  
                                                 
53
Bax: Xəlilov S.S. Heydər  Əliyevin dövlət quruculuğu fəlsəfəsi // Heydər 
Əliyev və Azərbaycan. Bakı, 2008, s. 583 


 
ƏL İ  H ƏS ƏNOV  
 
74 
Azərbaycanda milli iradə  və  vətəndaş  əzmkarlığından 
geosiyasi güc və milli müqavimət vasitəsi kimi ilk dəfə Heydər 
Əliyev istifadə etmişdir. O, öz xalqını  səfərbər edərək, onun 
milli iradəsinə söykənərək ölkəni çoxsaylı ciddi xarici və daxili 
təhlükələrdən, sarsıntılardan və məhvolmadan xilas etmişdir. 
 Heydər Əliyev qeyd edirdi ki, hər hansı dövlətin gücü heç 
də onun böyüklüyü, yaxud kiçikliyi ilə ölçülmür. Əgər ölkənin 
vətəndaşı gördüyü işin ona, ailəsinə və xalqına gətirəcəyi xeyri 
əvvəlcədən anlayır və  ədalət prinsipi ilə  zəhmətinin bəhrəsini 
alırsa, həmin ölkə  vətəndaşları daha ideyalı,  əzmli və iradəli, 
belə ölkələr isə daha güclü, qüdrətli və əzəmətli olurlar.
54
 
Millətini və xalqını sevən, dövlətçiliyi yolunda hər bir şü-
caətə və fədakarlığa hazır olan, milli mənəvi dəyərləri qoruyan 
və yaşadan, ana dilini bilən və sevən, təhsilli,  ədalətli, vətəni 
və xalqı üçün gərəkli, təşəbbüskar, qlobal və azad düşüncəli, 
iradəli, fəal mövqeli, ölkədaxili və beynəlxalq proseslərdən ye-
tərincə baş  çıxara bilən Azərbaycan vətəndaşı nümunəsi 
Heydər  Əliyevin dövlət təlimi və milli ideyasında mühüm 
yerlərdən birini tuturdu. 
 Heydər  Əliyev milli vətənpərvərlik hissinin yaradılması 
və inkişaf etdirilməsini, gənclərin vətənpərvərlik tərbiyəsini 
təkcə dövlət orqanlarının deyil, həm də ümumxalq işi kimi 
dəyərləndirirdi. O, dəfələrlə vurğulayırdı ki, hamımızın ümumi 
vəzifəmiz xalqımızda, yetişən gənc nəsil arasında vətənpərvər-
lik, torpağa, millətə sədaqət, Vətəni sevmək və yolunda şəhid-
liyə hazır olmaq hisslərini tərbiyə etmək, formalaşdırmaq və 
inkişaf etməkdən ibarətdir. 
55
 
                                                 
54
Bax: Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, mək-
tublar, müsahibələr. I-XXXXVI kitablar. Bakı: Azərnəşr, 1997-2015-ci illər. 
55
Bax: Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, mək-
tublar, müsahibələr. I-XXXXVI kitablar. Bakı: Azərnəşr, 1997-2015-ci illər. 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
75 
 Heydər  Əliyev milli-vətəndaş birliyini, hərtərəfli inkişaf 
etmiş, iradəli və əzmkar vətəndaş idealını çox bacarıqla və us-
talıqla ümumazərbaycançılıq ideyası ilə bağlayaraq, vahid 
amala doğru yönəltməyi bacarırdı. Tarixi təcrübə sübut edir ki, 
güclü birləşdirici ideyası olan insan birlikləri (xalqlar, millət-
lər, dini icmalar və s.) bu cür ideyaları olmayanlara həmişə qa-
lib gəlmişlər. Müstəqil Azərbaycan dövlətinin qurulması  və 
inkişafında, əbədi yaşadılmasında, geosiyasi dayanıqlığının və 
xarici aləmə qarşı müqavimət gücünün artırılmasında həmişə, 
xüsusən də tariximizin yeni dövründə birləşdirici, vahid milli 
ideyanın tapılması və onun əsasında milli iradənin formalaşdı-
rılması, ölkə  vətəndaşlarını  səfərbər edən, beynəlxalq aləmdə 
vahid amal, əqidə, məqsəd və məram ətrafında birləşdirən milli 
ideologiyanın yaradılması ciddi siyasi vəzifə kimi qarşıda da-
yanmışdır. XlX əsrin II yarısı və XX əsrin əvvəllərində Azər-
baycanın maarifçi ziyalıları, 1918-1920-ci illərdə Azərbaycan 
Xalq Cümhuriyyəti dövlətinin qurucuları  və  nəhayət, 1990-cı 
illərdə Heydər Əliyev azərbaycançılıq ideyasına müraciət edə-
rək onu milli və birləşdirici təlimə çevirməyə çalışmışlar. 
Məhz son mərhələdə, Heydər  Əliyevin müstəqil Azərbaycan 
dövlətinə rəhbərliyi dövründə - azərbaycançılıq ideyası məz-
munca  tamamlanaraq və  zənginləşdirilərək, yeni konfiqura-
siyada rəsmi dövlət siyasəti səviyyəsində ölkə vətəndaşlarının 
və bütün dünya azərbaycanlılarının birləşdirici və səfərbəredici 
milli ideyası statusuna qaldırıldı. 
 Heydər  Əliyev azərbaycançılıq ideologiyasını müəyyən 
edərkən həm də beynəlxalq aləmdə  cərəyan edən hadisələri, 
müasir dünya siyasətinin, qloballaşan və transmilliləşən dünya-
nın inkişaf meyillərini nəzərə alırdı. Əlbəttə, qloballaşan dün-
yada ölkələrin milli sədlərini, milli-mənəvi dəyərlərini, vətən-
daşların milli maraqlarını qorumaq o qədər də asan olmur. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə