ƏL İ H ƏS ƏNOV
60
Müstəqil Azərbaycan
dövlətinin qurucusu kimi, Heydər
Əliyevin indiyə qədər toplanmış nəzəri-siyasi irsi müstəqil
Azərbaycan dövlətinin əsasları və milli inkişafı haqqında zən-
gin mənbəşünaslıq bazası, bitkin bir təlim hesab olunur. Bu
təlimin bir çox tezisləri 1992-ci ildə Yeni Azərbaycan Partiya-
sının yaradılması ilə bağlı onun ölkə ziyalılarına ünvanlanmış
müraciətində, həmin partiyanın yeni qəbul edilmiş məramna-
məsində, digər hissəsi isə 1993-2003-cü illərdə onun prezident-
lik fəaliyyəti dövründə qəbul edilmiş ayrı-ayrı dövlət proq-
ramlarında, səsləndirdiyi fikir və mülahizələrdə, çıxışlarında,
ortaya qoyduğu nəzəri-siyasi ideyalarda öz əksini tapmışdır.
Mütəxəssislərin fikrinə görə, Heydər Əliyevin dövlət həyatının
müxtəlif sahələri və yürüdülən siyasətin ayrı-ayrı məqamları
ilə bağlı söylədiyi fikirlər, səsləndirdiyi tezislər, əslində, Azər-
baycanın vahid milli inkişaf konsepsiyası, milli ideologiyası,
müasir Azərbaycanın sosial idealı, milli-fəlsəfi dünyagörüşü-
dür,
ölkənin real gerçəkliyinin, ictimai-siyasi və mədəni-mənə-
vi həyatının bütün sahələrini əks etdirən mükəmməl elmi-
nəzəri sistem və dövlət quruculuğu təlimidir.
45
Heydər Əliye-
vin ayrı-ayrı çıxışlarında dövrün ictimai-siyasi xarakteristikası,
Azərbaycanda həyata keçirilən müstəqil dövlət quruculuğunun
tələbləri, şərtləri və yolları, regionumuzda və beynəlxalq aləm-
də baş verən hadisələr və geosiyasi proseslərin xüsusiyyətləri
və onların Azərbaycanın daxili, regional və beynəlxalq vəziy-
yətinə təsiri, 1990-cı ilin əvvəllərində ölkənin düçar olduğu
iqtisadi-siyasi böhranın təhlili, mövcud vəziyyətdən çıxış yol-
ları və s. kimi taleyüklü strateji məsələlər özünün həqiqi ca-
vabını tapmışdır.
45
Bax: Xəlilov S.S. Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsi // Heydər
Əliyev və Azərbaycan. Bakı, 2008, s. 571-582.
AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ
TƏHLÜKƏSİZLİK SİYASƏTİNIN ƏSASLARI
61
Heydər Əliyevin milli inkişaf
siyasətinin əsas xarakterik
xüsusiyyətlərindən biri Azərbaycanda daxili inkişafın təkamül
yolunun seçilməsi, bütün sahələrdə - hüquqi dövlət quruculu-
ğu, bazar iqtisadiyyatına, çoxmülkiyyətçiliyə və azad rəqabətə
keçid, demokratiya və siyasi plüralizmin yaradılmasında inqi-
labi yanaşmadan qaçması və təkamül prinsipini tətbiq etməsi
idi. O, öz çıxışlarında daim vurğulayırdı ki, dövlət həyatında
heç nəyə birdən-birə nail olmaq mümkün deyil. Nə iqtisadi,
siyasi, sosial-mədəni inkişafa, nə də ki, demokratiya, vətəndaş
cəmiyyəti və siyasi plüralizmə bir-iki gündə çatmaq olmaz.
Bunun üçün uzunmüddətli ciddi təşkilati işlər görülməlidir,
milli inkişaf resursları səfərbər
edilməlidir, daxili idarəçilikdə,
insanların şüurunda dəyişiklik edilməlidir. Bütün bunları heç
bir inqilabla etmək mümkün deyil, bunu yalnız təkamül yolu
ilə, tədricən həyata keçirmək olar
.
46
Göründüyü kimi, Heydər Əliyevə görə milli inkişafa tə-
kamül yolu ilə, ciddi və uzunmüddətli praktiki işlərlə yanaşı,
həm də milli şüurun formalaşması yolu ilə nail olmaq müm-
kündür. Heydər Əliyev qeyd edirdi ki, bir ölkədə hətta inqilabi
dəyişikliklər belə köhnə sistemi dərhal dəyişdirmir,
onu yeni
bir sistemlə əvəz etmir, inqilab köhnəni vurub dağıdır, ancaq
ondan fərqli sistem yaratmaq üçün müəyyən vaxt və illər
lazımdır.
47
Heydər Əliyevin milli inkişaf sahəsində atdığı addımların,
həyata keçirdiyi tədbirlərin əvvəlcədən elmi-siyasi təhlili, onun
müsbət və mənfi tərəflərinin ölçülüb-biçilməsi, nəticələrinin
proqnozlaşdırılması, ardıcıl və məqsədyönlü olması da siyasət-
46
Bax: Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, mək-
tublar, müsahibələr. I-XXXXVI kitablar. Bakı: Azərnəşr, 1997-2015-ci illər.
47
Bax: Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, mək-
tublar, müsahibələr. I-XXXXVI kitablar. Bakı: Azərnəşr, 1997-2015-ci illər.
ƏL İ H ƏS ƏNOV
62
şünasların diqqətini cəlb etmişdir. Bu xüsusiyyət özünü, xüsu-
sən, Azərbaycanın daxili və xarici siyasətinin,
milli təhlükə-
sizliyinin, hərbi quruculuğunun proqramlaşdırılması və yerinə
yetirilməsində, iqtisadi-siyasi və sosial proqramların qəbulunda
göstərmişdir.
Mütəxəssislər Heydər Əliyevin dövlətçilik və milli inkişaf
nəzəriyyəsinin ən böyük yeniliklərdən biri kimi, onun sosial
sistemləri dağıdıb yenidən vaxt və qüvvə sərf etmədən, öz da-
xili enerjisi hesabına dəyişdirərək, proseslərin təbii gedişini is-
tiqamətləndirmək taktikasını xüsusi qeyd edirlər. Bu taktikanı
reallaşdırarkən əsas məsələ mürəkkəb proseslərə müxtəlif ra-
kurslardan yanaşmaq qabiliyyəti idi. Heydər Əliyevin milli in-
kişaf siyasətində ictimai davranış və əxlaq normaları cəmiyyət
üçün kənar təsirlər vasitəsilə deyil, məhz daxildən - ictimai
şüurun həmahəng formada yetişməsi yolu ilə tətbiq olunurdu.
48
Heydər Əliyev müstəqillik dövrünün 1993-2003-cü
illəri
əhatə edən keçid mərhələsində Azərbaycanın milli inkişaf siya-
sətinin həm nəzəri əsasını qoydu, həm də onu praktiki şəkildə
reallaşdıraraq dövlət müstəqilliyinin dönməzliyini təmin etdi.
Heydər Əliyevin milli inkişaf təlimi Azərbaycandakı bü-
tün sonrakı proseslərin təməlində dayanır və bundan sonra da
dayanacaqdır. Onun Azərbaycan xalqının dövlətçilik ənənələ-
rinə söykənərək 1993-cü ildə müəyyənləşdirdiyi siyasi kurs,
əsasını qoyduğu demokratik və hüquqi dövlət idarəçiliyi for-
ması 1995-ci ildə qəbul olunmuş yeni Konstitusiyaya daxil
edilmiş və 2003-cü ilə qədər ulu öndərin özü tərəfindən həyata
keçirilmişdir. Təsadüfi deyil ki, 2003-cü ildə Azərbaycan Res-
publikasının Prezidenti seçilən İlham Əliyev
Heydər Əliyevin
48
Bax: Xəlilov S.S. Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsi // Heydər
Əliyev və Azərbaycan. Bakı, 2008, s. 571-582.
AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ
TƏHLÜKƏSİZLİK SİYASƏTİNIN ƏSASLARI
63
müəyyənləşdirdiyi və 1993-2003-cü illərdə həyata keçirdiyi
milli inkişaf siyasətinin heç bir alternativi olmadığını, bu stra-
teji inkişaf kursunun bundan sonra da dönmədən davam etdi-
riləcəyini birmənalı şəkildə bəyan etmişdir.
49
Göründüyü kimi, Heydər Əliyevin dövlətçilik kursu və
milli inkişaf siyasəti, xüsusən onun təməl prinsipləri, nəzəri-
siyasi məsələləri bütün keçid dövrü üçün Azərbaycanın əsas
inkişaf strategiyası olmuş, 2003-2011-ci illərdə dövrün, zama-
nın və respublikanın müasir inkişafının
yeni tələbləri də əlavə
olunaraq, Prezident İlham Əliyev tərəfindən dönmədən həyata
keçirilmişdir.
Hazırda Azərbaycan Respublikası bir çox sahələrdə, xüsu-
sən, iqtisadi sferada keçid dövrünü başa vurmuşdur. Respubli-
kanın sonrakı onilliyini hədəfə alan yeni inkişaf konsepsiya-
sının yaradılmasına ciddi ehtiyac yaranmışdır. Heç kimdə şüb-
hə yoxdur ki, yeni inkişaf konsepsiyası da Azərbaycanın milli
inkişafının Heydər Əliyev tərəfindən müəyyən olunmuş əsas
təməl prinsiplərini mütləq şəkildə nəzərə alacaq və davam
etdirəcəkdir.
Mütəxəssislər hesab edir ki, Heydər Əliyev dühasının föv-
qəladəliyi həm də onda idi ki, o, təkcə öz dövrünün nəbzini
tutmaqla məhdudlaşmadı,
ölkənin ictimai-siyasi, sosial-iqtisadi
inkişafının birinci fazasından uğurla çıxarmaq missiyasını başa
vurdu və bununla kifayətlənməyərək, vaxtında ikinci fazanın
təməl daşını qoydu, bu mərhələdə ölkəyə rəhbərlik edə biləcək
yeni siyasi güc mərkəzini yaratdı... Bəzi qonşu ölkələrdən fərq-
li olaraq Azərbaycan yeni iqtisadi sistemin üstqurumu kimi or-
taya çıxan siyasi dünyagörüşü və yeni siyasi lideri müxalifətdə
49
Bax: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çı-
xışları, müsahibələri və bəyanatları //http://files.preslib.az/site/ialiyev/2003