Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə12/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   8   9   10   11   12   13   14   15   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
44 
problemin öyrənilməsində qiymətli mənbə kimi tədqiqata cəlb 
edilmişdir. 
33 
Eyni zamanda, 2003-cü ildən Azərbaycan Respublikasının 
Prezidenti kimi ölkənin milli inkişafı və təhlükəsizliyi məsələ-
lərində həlledici rol oynayan İlham Əliyevin çıxışları, nitqləri, 
çoxsaylı müsahibələri, fərman və  sərəncamları  əsərin  əsas 
mənbələrindən birini təşkil etmişdir.
34
 
Monoqrafiyada milli inkişaf və təhlükəsizlik kimi konkret 
siyasi proseslərin araşdırılması siyasətşünaslıq elmində  qəbul 
olunmuş  və digər sosial-siyasi, humanitar elmlərin də  tətbiq 
etdiyi  tədqiqat metodlarından- sistemli yanaşma, struktur-
funksional, antropoloji, tarixi və siyasi təhlil, deduktiv, induk-
tiv, ümumməntiqi, normativ-dəyər və s. metodlarından istifadə 
edilmişdir. 
 
                                                 
33
Bax: Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, mək-
tublar, müsahibələr. I-XXXXVI kitablar. Bakı: Azərnəşr, 1997-2015-ci illər. 
34
Bax: Əliyev İ.H. İnkişaf – məqsədimizdir. I-XXVI kitablar. Bakı: Azərnəşr, 
2008-2016-cı illər. 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
45 
 
l FƏSİL 
AZƏRBAYCAN RESPUBLİKASININ MÜASİR  
MİLLİ İNKİŞAF SİYASƏTİ: XARAKTERİSTİKASI,  
ƏSAS VƏZİFƏLƏRİ VƏ TƏLƏBLƏRİ 
 
Hər bir dövlətin daxili və xarici vəziyyətini, milli maraq 
dairələrini və onların təminatını, beynəlxalq aləm və region 
ölkələri ilə münasibətlərinin taktikasını, vəzifələrini, yollarını, 
vasitələrini və ehtiyatlarını, onu əhatə edən geosiyasi subyekt-
lərin hərəkətlərini və buna müvafiq olaraq geosiyasi davranı-
şını müəyyən edən Milli İnkişaf Strategiyası olur. Bu strate-
giya ölkənin həyata keçirdiyi praktiki daxili və xarici siyasətin, 
ölkədaxili ictimai-siyasi, milli-etnik, sosial-dini sabitliyin, ya-
xın və uzaq ölkələrlə geosiyasi münasibətlərin davamlı, təhlü-
kəsiz inkişafını təmin edən əsas vasitədir. 
Milli  İnkişaf Strategiyası bir-biri ilə eyni statusda və  də-
yərdə olan milli inkişaf  milli təhlükəsizliyin (daxili və xa-
rici)  əsas ölçüləri və  tələblərini  əks etdirir, hər iki sahə üzrə 
ayrıca konsepsiyanın yaradılması  və  həyata keçirilməsini bir 
vəzifə kimi qarşıya qoyur.  
Milli İnkişaf Strategiyası ölkənin xarici aləmdən qaynaq-
lanan geosiyasi, geoiqtisadi və  hərbi-geostrateji vəziyyətini, 
daxili iqtisadi, ictimai-siyasi və  mənəvi inkişafını, spesifik 
xüsusiyyətlərini və s. məsələləri nəzərə almaqla, ümumən: 


 
ƏL İ  H ƏS ƏNOV  
 
46 
  milli inkişafın və digər strateji vəzifələrin hərtərəfli 
elmi tədqiqini,  əsaslandırılmasını, onların təmin olun-
ması yollarının, vasitə və ehtiyatlarının tapılmasını; 
  ölkənin milli inkişaf və  təhlükəsizlik konsepsiyasının 
hazırlanması və bu əsasda praktiki siyasətinin formalaş-
dırılmasını, onun əsas vəzifə  və  tələblərinin müəyyən 
edilməsini;  
  ölkənin milli inkişafı və təhlükəsizlik mühitinin – müs-
təqillik,  ərazi bütövlüyü, suveren idarəçilik, hərbi-stra-
teji və  sərhəd təhlükəsizliyinin, iqtisadi, siyasi, sosial-
mədəni, informasiya, ekoloji inkişafın vacib tələblərinin 
öyrənilməsi və təmin edilməsi taktikasının hazırlanmasını; 
  daxili və xarici siyasətin əsas tələblərinin, daxili miqra-
siya, təbii ehtiyat, əmək insan və s. resurslarının səmə-
rəli istifadəsi, qorunması, tənzimlənməsi və idarə edil-
məsi kimi vacib geosiyasi vəzifələrin  əsaslandırılması 
və təminatı yollarının təklif edilməsini; 
  ölkənin milli inkişafının və milli təhlükəsizlik mühitinin 
davamlı sabitliyinin, bu sahədə yürüdülən dövlət siyasə-
tinin səmərəliliyinin, dayanıqlığının və müvəffəqiyyə-
tinin təmin edilməsini
  dövlətin və ictimai həyatın milli, hərbi, sərhəd, iqtisadi, 
sosial, informasiya, ekoloji, ərzaq, enerji, nəqliyyat-
kommunikasiya kimi həyati  əhəmiyyət kəsb edən stra-
teji sahələrində praqmatik milli inkişaf və təhlükəsizlik 
maraqlarının əsaslandırılması və təmin edilməsini; 
  hərbi və  sərhəd təhlükəsizliyi Doktrinasının hazırlan-
masını; 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
47 
  milli maraq ölçülərinin, milli təhlükəsizlik siyasətinin, 
onun  əsas vəzifələrinin müəyyən olunması  və mexa-
nizmlərinin yaradılmasını; 
  iqtisadi, enerji, resurs, ərzaq, nəqliyyat, infrastruktur, 
ekologiya, informasiya kimi sahələrin milli strategiya-
sının, təhlükəsizlik konsepsiyasının hazırlanması  və 
həyata keçirilməsini; 
  ölkənin geosiyasi kodunun, beynəlxalq və regional təh-
lükəsizlik sahəsində müvafiq xarici siyasət konsepsiya-
sının yaradılmasını və s. ehtiva edir. 
 
§ 1.1. Milli inkişaf siyasətinin formalaşması, əsas  
mərhələləri və xarakterik xüsusiyyətləri 
 
Azərbaycanın müstəqillik yolu, milli inkişafı və dövlət qu-
ruculuğu prosesi bir sıra mühüm daxili və xarici amillərlə şərt-
lənir. Azərbaycan xalqı özünün siyasi, iqtisadi, mədəni-intel-
lektual potensialından və SSRİ-nin dağılması ilə  əlaqədar ya-
ranan əlverişli tarixi şəraitdən istifadə edərək, 1991-ci ildə öz 
milli iradəsini ortaya qoydu, yenidən istiqlal haqqına qovuşa-
raq, müstəqil dövlətini bərpa etdi və BMT üzvü olan müstəqil 
dövlətlər sırasına qoşuldu. Bu hadisə Azərbaycan xalqının in-
diyə  qədər malik olduğu  ən böyük tarixi nailiyyət hesab olu-
nur. Müasir dünyada 5000-dən artıq xalq və millət mövcud 
olsa da, BMT iqamətgahında bayrağı dalğalanan müstəqil döv-
lətlərin sayı 200-dən çox deyil. 
Müstəqillik tarixinin araşdırılması ümummilli lider 
Heydər Əliyevin belə bir əsaslı fikrini təsdiq edir ki, müstəqil-
liyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanıl-
ması, yaşadılması, daimi və əbədi edilməsi bundan da çətindir. 
O, 1993-cü ildəki müraciətlərindən birində qeyd edirdi ki


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə