Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə9/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   5   6   7   8   9   10   11   12   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
32 
önəmli rol oynayan 2004-cü ildən başlayaraq Yeni Azərbaycan 
Partiyası  tərəfindən hər il nəşr olunan elmi-nəzəri və siyasi 
məqalələr toplusunu xüsusi qeyd etmək lazımdır. Bu toplularda 
ölkənin yüksək rütbəli dövlət və hökumət rəhbərləri, mərkəzi 
və yerli icra strukturlarının, qanunvericilik və məhkəmə orqan-
larının vəzifəli  şəxsləri, qabaqcıl elm və  təhsil nümayəndələri 
1993-2011-ci illərdə Azərbaycanda həyata keçirilən milli 
inkişaf və təhlükəsizlik siyasətinə, Heydər Əliyevin dövlət qu-
ruculuğu təliminə və bəhs olunan problemin digər aspektlərinə 
həsr olunmuş elmi-analitik məqalələrlə  çıxış etmişlər. Həmin 
toplular dövlət idarəçilik sahəsində bilavasitə iştirak edən şəxs-
lərin məsələyə  nəzəri və praktiki yanaşmasını  əks etdirir, 
dissertasiyanın mövzusu üzrə çox böyük elmi və  mənbəşü-
naslıq əhəmiyyəti kəsb edir.
19
 
Bundan başqa, mövzunun öyrənilməsində “Azərbaycan” 
qəzetinin təşəbbüsü ilə 2011-ci ildə  dərc olunmuş  “İnkişafın 
Azərbaycan modeli” adlı  məqalələr toplusunu da qeyd etmək 
lazımdır. Bu topluda dərc olunan məqalələrdə Azərbaycanın 
1994-2010-cu illər üzrə ictimai-siyasi, iqtisadi-sosial, mənəvi 
inkişafının xarakterik xüsusiyyətləri, özünəməxsus modeli və 
əsas istiqamətləri  şərh olunur, çoxsaylı faktiki materiallar 
təqdim edilir.
20 
 
Bəhs olunan mövzu üzrə monoqrafiya müəllifinin də 
1995-2015-ci illəri əhatə edən bir çox əsərləri – iri həcmli mo-
noqrafiyaları, dərslikləri və dərs vəsaitləri, elmi-siyasi  məqalə- 
                                                 
19
Heydər Əliyev irsi və Azərbaycan dövlətçiliyi. 8 cilddə. Bakı, “Azərbaycan” 
nəşriyyatı, 2004-2011. 
20
İnkişafın Azərbaycan modeli. Bakı, 2011.  
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
33 
ləri işıq üzü görmüşdür
21
. Bu əsərlərdə: 
-  Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinin 
formalaşması, həyata keçirilməsi və əsas nəticələri; 
-  təhlükəsizlik sahəsində daxili və xarici siyasət strategi-
yasının formalaşması, xarakteristikası,  əsas vəzifələri, 
prinsip və istiqamətləri;  
-  1993-cü ildən başlayaraq ölkədə həyata keçirilən milli
regional və beynəlxalq təhlükəsizlik siyasətinin əsasla-
rı, mahiyyəti, nəticələri və perspektivləri;  
-  Azərbaycanın milli inkişaf və  təhlükəsizlik sahəsində 
xarici dövlətlərlə, beynəlxalq geosiyasi aktorlarla və 
region ölkələri ilə ikitərəfli və çoxtərəfli münasibətləri; 
-  beynəlxalq və regional təhlükəsizlik siyasətinin  əsas 
istiqamətlərindən olan NATO, KTT, ABŞ, Rusiya, 
Türkiyə, Avropa dövlətləri və başqa ölkələrlə  əmək-
daşlığı və qarşılıqlı münasibətləri;  
-  hərbi-geostrateji sahədəki ikitərəfli və çoxtərəfli əlaqə-
lərin qurulması və inkişafı; 
-  hərbi və  təhlükəsizlik sahəsindəki  əməkdaşlığın möh-
kəmləndirilməsi və dünya təhlükəsizlik sisteminə in-
                                                 
21
 Həsənov  Ə.  Azərbaycan – ABŞ: anlaşılmaz münasibətlərdən strateji tərəf-
daşlığa doğru (1991–1997). Bakı, “Azərnəşr”, 1997; Həsənov. Ə. Azərbayca-
nın xarici siyasəti: Avropa dövlətləri və ABŞ (1991–1996). Bakı, Elm nəşriy-
yatı, 1998; Həsənov. Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycan Res-
publikasının xarici siyasəti. Bakı, “Azərbaycan” nəşriyyatı, 2005; Həsənov  Ə.. 
Geosiyasət. Bakı, “Aypara-3”, 2010; Həsənov Ə. Azərbaycan Respublikasının 
milli inkişaf və  təhlükəsizlik siyasəti. Bakı, Letterpress, 2011; Гасанов  А. 
Политика  национального  развития  и  безопастности    Азербайджанской 
Республики.  Ваку, “Zаrdabi LTD” MMC, 2014; Гасанов  А.  Современные 
международные  отношения  и  внешняя  политика      Азербайджана.  Ваку, 
“Zаrdabi LTD” MMC, 2013; Həsənov  Ə. Azərbaycanın geosiyasəti. Bakı, 
“Zərdabi LTD” MMC, 2015; 


 
ƏL İ  H ƏS ƏNOV  
 
34 
teqrasiya və s. problemlər araşdırılır və elmi-siyasi 
şərhlər verilir.
22
  
                                                 
22
  Həsənov  Ə. Heydər  Əliyev və Azərbaycanın milli təhlükəsizlik siyasəti 
(Regional təhlükəsizlik) //Heydər Əliyev irsi və Azərbaycanın davamlı inkişaf 
strategiyası. Bakı, 2006. s.59-76; Həsənov  Ə. Heydər  Əliyev Azərbaycanın 
xarici siyasət strategiyasının yaradıcısıdır //Heydər  Əliyev yolu: Azərbaycan 
inkişafın yeni mərhələsində. Bakı, 2007. s.351–367; Həsənov  Ə. Heydər 
Əliyevin dövlət quruculuğu təlimi //Heydər Əliyev və Azərbaycan. Bakı, 2008. 
s.391–401; Həsənov  Ə. Heydər  Əliyevin xarici siyasətində  nəqliyyat-
kommunikasiya və enerji dəhlizləri məsələsi //Heydər  Əliyev ideyaları XXI 
əsrdə. Azərbaycanın inkişaf yolu. Bakı, 2009. s.326–342; Həsənov Ə. Heydər 
Əliyev və Azərbaycanın milli təhlükəsizlik siyasəti: əsas məqsədləri, vəzifələri 
və icra mexanizmləri //Heydər Əliyev və inkişafın Azərbaycan modeli.  Bakı, 
2010.  s. 32-48; Həsənov Ə. Azərbaycanın müasir geosiyasi inkişafı: mövcud 
vəziyyət və perspektivlər // “Geostrategiya” jurnalı,  Bakı, mart, 2011, s.10-20; 
Həsənov Ə. Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinə konseptual 
yanaşma // “Geostrategiya” jurnalı,  Bakı, iyul, 2011, s. 3-7; Həsənov  Ə. 
Heydər Əliyev və Azərbaycanın müasir geosiyasi inkişafı // Heydər Əliyev və 
Azərbaycanın müasirləşmə strategiyası. Bakı, 2011, s.31-43; Həsənov  Ə. 
Heydər  Əliyevin geosiyasi təlimi: XXl əsrdə Azərbaycanın  əsas geosiyasi 
vəzifələri və perspektivləri // ”Geostrategiya” jurnalı, Bakı, aprel  2011. s.3-18; 
Həsənov  Ə. Heydər  Əliyev və Azərbaycanın milli inkişaf siyasəti: 
xarakteristikası,  əsas vəzifələri və  tələbləri.// “Azərbaycan” qəzeti, Bakı, 13 
dekabr 2011; Həsənov  Ə.“Xəzər hövzəsinin karbohidrogen resursları  və 
Avropanın enerji təhlükəsizliyi //“Ekovitrin” aylıq iqtisadiyyat jurnalı, 
Türkiyə,  İstanbul,   № 148, aprel  2012. s. 66-71; Həsənov  Ə. Xəzər-Qara 
dəniz hövzəsi ölkələrinin enerji ixracı siyasəti və Azərbaycanın neft 
strategiyası // “KobiEfor” aylıq sənaye və iqtisadiyyat jurnalı, Türkiyə, 
İstanbul,   № 151, aprel  2012. s. 62-65; Həsənov Ə. Xəzər-Qara dəniz hövzəsi 
və Cənubi Qafqazın regional təhlükəsizlik mühiti: hərbi qruplaşma reallıqları 
və proqnozları, geostrateji güclərin təsnifatı. “Qara Dəniz Hövzəsi və Cənubi 
Qafqaz Ölkələrinin Regional Təhlükəsizlik Arxitekturası”adlı Beynəlxalq 
Konfransda məruzə, İstanbul, 26 mart 2012-ci il // ”VATAN” gündəlik qəzeti, 
Türkiyə, İstanbul, 29 mart 2012. s.8; Həsənov Ə. Xəzər-Qara dəniz hövzəsi və 
Cənubi Qafqazın regional təhlükəsizlik mühiti və Azərbaycanın hərbi-geo-
strateji problemləri //“Ekovitrin” aylıq iqtisadiyyat jurnalı, Türkiyə,  İstanbul,   
№ 149, may 2012. s. 60-64; Həsənov Ə. Heydər Əliyev və Azərbaycanın 20 
illik milli inkişaf strategiyası: xarakteristikası,  əsas vəzifələri və  tələbləri // 
Azərbaycan 2020: inkişafın yeni hədəfləri. Bakı, SBS, 2012. s.51-65, və s.    
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
35 
Hazırkı monoqrafiyada Azərbaycanın milli inkişaf və təhlü-
kəsizlik siyasətinin formalaşmasının konseptual əsasları, tarixi 
şərtləri, məqsəd və  vəzifələri, müasir dünya və regionun hərbi-
geostrateji və  təhlükəsizlik mühitindən irəli gələn tələblərə  və 
çağırışlara uyğun olaraq həyata keçirilməsi xüsusiyyətləri və 
nəticələri kimi məsələlər daxil edilmişdir. Monoqrafiyada mövzu 
üzrə  bəzi ümumiləşmiş xarici ədəbiyyatdan, geosiyasi tədqiqat-
lardan istifadə edilmiş, xüsusən, beynəlxalq və milli geosiyasi 
tədqiqatların nəzəri və metodoloji əsaslarının araşdırılmasında 
bütün dünyada tez-tez istifadə olunan klassik və müasir Avropa, 
Amerika, Rusiya, Türkiyə, Çin, Yaponiya və s. kimi geosiyasət 
məktəblərini təmsil edən tanınmış siyasətşünasların elmi yaradı-
cılığı, siyasətşünaslıq elmində mühüm yer tutan və mütəmadi 
tətbiq olunan realizm, siyasi idealizm, modernizm, “transnasio-
nalizm”, millətçilik, “neomarksizm” və s. kimi elmi-nəzəri cərə-
yanların nümayəndələrinin ümumiləşmiş  nəzəri-metodoloji mo-
noqrafiyaları, kollektiv əsərləri və s. öyrənilmişdir.  
Monoqrafiyada həmçinin, Azərbaycanın beynəlxalq və re-
gional təhlükəsizlik siyasəti ilə bağlı  məsələlərin bəzi aspekt-
lərininə həsr olunmuş Rusiya, Türkiyə, ABŞ və Avropa ölkələ-
rini təmsil edın tədqiqatçıların araşdırmalarından geniş istifadə 
olunmuşdur. Bu əsərlərdə dünyanın və Avrasiya regionunun 
ümumi təhlükəsizliyi, Xəzər-Qara dəniz hövzəsi və  Cənubi 
Qafqazın hərbi-geostrateji mühitinin araşdırılması, bölgədəki 
geosiyasi proseslərin tədqiqi fonunda və konteksində, həm də 
ümumi formada Azərbaycanın milli inkişaf və  təhlükəsizlik 
məsələlərinə toxunulmuşdur. Həmin əsərlərdə, Cənubi Qafqaz-
da gedən geosiyasi və  hərbi-geostrateji proseslər, mövcud re-
gional münaqişələr və etnik separatizm, regionun təhlükəsizlik 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə