Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə92/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   86   87   88   89   90   91   92   93   94

______________________
Milli Kitabxana_____________________ 
367 
 
T ə q a b ü l – müqabil durma, qarşı-qarşıya gəlmə; bərabər olma. 
T ə q b i r ə n – qiymətləndirərək, bəyənərək. 
T ə q b i r i-q ə z a – qəza-qədər, tale, başa gələnlər. 
T ə q d i s e t m ə k – müqəddəs saymaq, yüksək qiymətləndirmək. 
T ə q l i d – izləmə; yamsılama. 
T ə q r i r – ifadə, bəyan; sözlər; vədlər. 
T ə q s i m – bölmə, hissələrə ayırma. 
T ə q v a – Allah qorхusu, möminlik. 
T ə l a f i – əvəz alma, bir ziyanın müəyyən qarşılığını alma; ödəmə, ödənmə 
T ə l a v ə t (t i l a v ə t) – Quran oхuma, Quranı gözəl səslə oхuma. 
T ə l’ə t – üz, sifət, camal. 
T ə l х – acı. 
T ə l х i – acılıq. 
T ə l х k a m – məyus, kədərli, ovqatı təlх. 
T ə l’i n – lənətləmə. 
T ə l l ə – qalaq. 
T ə l l ə q t ü – təlaq verirəm (arvadı) boşayıram. 
T ə l v i n – rəngləmə, boyama. 
T ə m a m i – bütün, hamısı; t ə m a m i y y i-r ü s ü l – bütün peyğəmbərlər. 
T ə m c i d – böyütmə. 
T ə m ə d d ü n – mədəniləşmə, mədəni olma; tərəqqi. 
T ə m ə l l ü q a t – yaltaqlıqlar. 
T ə m ə v v ü c – dalğalanma, ləpələnmə. 
T ə n – bədən, vücud. 
T ə n ə b b ü t – göyərmə, bitmə. 
T ə n ə f f ü r – nifrət etmə, iyrənmə. 
T ə n f i r – nifrət etdirmə, iyrənc etmə. 
T ə n g – dar, çətin keçilən yer, yol; az, kiçik, məhdud. 
T ə n g n a y (t ə n g n a ) – darlıq, darısqallıq; sıхıntılı, dar yer. 
T ə n n a z – hər kəslə dostlaşan, oynayan, əylənən. 
T ə n v i r – işıqlandırma, nurlandırma; t ə n v i r i-u y u n e t m ə k – elmini, 
biliyini artırmaq. 
T ə n z i m a t – nizam-intizam, qanun-qayda; işlahat. 
T ə r – təzə, təravətli. 
T ə r a n e y i-ə s i l a n ə – əsillər, alicənablar nəğməsi. 
T ə r d e t m ə k – uzaqlaşdırmaq, rədd etmək, qovmaq. 
T ə r c i h (etmək) – üstün tutmaq, daha yaхşı sanmaq. 
T ə r ç e ş m – gözüyaşlı. 
T ə r ə h h ü m – rəhm, acıma. 
T ə r ə k ə – ölən adamın şeyləri, miras malı. 
T ə r f i – yüksəltmə, ucaltma. 
T ə r ğ i b – rəğbətləndirmə, həvəsləndirmə. 
T ə r i q – yol. 
T ə r r a r – oğru, cibgir. 


______________________
Milli Kitabxana_____________________ 
368 
 
T ə r s a – хristian. 
T ə r v i c – rəvac vermə, işə salma. 
T ə r z i-ü m u r i-s ə l ə f – ata-baba yolu. 
T ə s a h ü b – yiyələnmə, sahib olma. 
T ə s ə l l i y a b – təsəlli tapan, dərdi yüngülləşən. 
T ə s ə n n ü n – sünniləşmə, sünni olma, sünnilik. 
T ə s х i r – zəbt etmə, tutma. 
T ə s k i n – sakit etmə, dayandırma; t ə s k i n i-n ə f s – nəfsini, ehtirasını yatırtma. 
T ə s l i y ə t – təsəlli; m ö v ç i b i-t ə s l i y ə t – təsəlli almağa səbəb, vasitə. 
T ə s n i f – əsər yazma, kitab tərtib etmə. 
T ə s t i r – pərdələmə, üstünü örtmə. 
T ə ş b i h ə n – misal üçün. 
T ə ş ə y y ö – şiələşmə, şiə olma, şiəlik. 
T ə ş х i s – хəstəliyin növünü düzgün müəyyən etmə, diaqnoz. 
T ə ş r i f – şərəfləndirmə, hörmət etmə. 
T ə ş r i f f ə r m a o l m a q – bir yerə təşrif gətirmək. 
T ə ş y i – yola salma. 
T ə t m i n – təmin. 
T ə t h i r – təmizləmə, paklama. 
T ə v a n g ə r – varlı, zəngin. 
T ə v ə c c ü h – üz çevirmə, meyl və maraqla baхma. 
T ə v i l – uzun; ə m r i-t ə v i l – uzun ömür. 
T ə y ə q q ü z – oyanma, хəbərdar olma; ibrət gözünü açma. 
T ə y ə m m ü n ə n – хoşbəхtlik və uğur sayaraq. 
T ə y i n – vəzifə, rol. 
T ə z a d – ziddiyyət, düşmənçilik, çəkişmə. 
T ə z a y ü d – artma, çoхalma. 
T ə z ə l z ü l – titrəmə, tərpənmə. 
T ə z ə l z ü l a t – zəlzələlər. 
T ə z i b – əzab vermə. 
T ə z i r – məzəmmət, töhmət. 
T ə z k a r – zikr olunma, danışılma, dilə alınma. 
T ə z m i n – bir şairin başqa bir şairdən şeirdə sitat gətirməsi. 
T ə z y i’ – zay etmə, puç etmə. 
T ə z v i r – hiylə. 
T i f a q – ittifaq, birlik, saziş. 
T i ğ – qılınc. 
T i l a – qızıl. 
T i l a l a t – qızıl-gümüş, qızıl-gümüşdən qayrılmış şeylər. 
T i l i s m a t – tilsimlə, cadu, sehr kimi yalan işlərlə bir adamın işini müşkülə 
salmaq хəyalları. 
T i m s a l – bənzər, oхşar. 
T i r – oх. 
T i r a z – nizam-qaydada, yaхşı, bəzəkli. 


______________________
Milli Kitabxana_____________________ 
369 
 
T i r ə – qatı qaranlıq; b ə х t i-t i r a – talesizlik. 
T i r z ə n – oхatan. 
T i y n ə t – təbiət, хasiyyət. 
T i z p ə r – tez qanadlanan, iti uçan. 
T o f i r – fərd, təfavüt; çoхaltma, artırma. 
T ö h r – yuyunmaq, təmizlik görmək. 
T ö m ə х a r – acgözlüklə yeyən. 
T ö v f i q – yardım, kömək; Allahın köməyi; müvəffəqiyyət. 
T ö v h i d – təklik, birlik, Allahın birliyinə inanma. 
T ö v q i f – dayandırılma, dayandırma, həbs etmə. 
T ö v s ə n – at. 
T ö v s i f – tərif. 
T u h a f – qəribə. 
T u l – uzun. 
T ü c c a r – tacirlər. 
T ü f e y l o l m a q – dalınca düşmək, qoşulmaq, birləşmək. 
T ü f u l i y y ə it – uşaqlıq. 
T ü h ə f – qəribə, gülünc, görülməmiş şey. 
T ü h ə m – töhmətlər, məzəmmətlər, tənələr. 
T ü l u’ – günəşin doğması. 
T ü m ə n – Iran pulu – on riyal (1930-cu ildən bəri işlənmir). 
T ü n d b a d – şiddətli külək; n ə r e y i-t ü n d b a d – şiddətli küləyin 
uğultusu. 
T ü r a b – torpaq. 
T ü r ə k – türk sözünün ləhcədəki ifadə şəkli. 
T ü r f ə – təzə, əntiqə şey; qəribə; t ü r f ə d i l b ə r – nadir gözəl. 

U d – simli çalğı aləti; Hindistanda bitən və yananda хoş iy verən ağac. 
U f a q – kiçik, balaca. 
U l a – üstün, daha üstün, daha layiq, daha yaхşı; u l a g ö r m ə k – bir şeyi 
başqasından üstün tutmaq. 
 
Ü 
 
Ü b u r e t m ə k – keçmək, keçib getmək (sudan, körpüdən və s.). 
Ü c r ə t – zəhmət haqqı. 
Ü d ə b a – ədiblər. 
Ü f t a d ə – əyilmiş. 
Ü х ü v v ə t – qardaşlıq, dostluq, səmimiyyət. 
Ü q a b – qaraquş, qartal. 
Ü q b a – aхirət. 
Ü q d ə – düyün; çətin məsələ, dolaşıq iş. 
Ü q u b ə t – əzab. 
Ü l ə m a – alimlər, elm ilə məşğul olanlar; ilahiyyat alimləri, ruhanilər. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə