Microsoft Word mirzaliyeva gunel docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix20.10.2017
ölçüsü0,72 Mb.
#5593
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

67 

 

Ə



rzaq    məhsullarına olan  tələbatın ödənilməsi  baxımından  ölkənin potensial 

imkanlarının  qiymətləndirilməsində  əsas  göstəricilər  kimi  istehsalın  həcmi, 

adambaşına  düşən  istehlakın  həcmi,  ölkənin  əsas  məhsulları  ilə  özünütəminatı, 

import  və  eksportun  səviyyəsini  göstərmək  olar.  Ölkənin  ərzaq  məhsulları  ilə 

özüntəminetmə səviyyəsi ümumi istehsalın istehlaka nisbəti, fizioloji qida norması 

ilə müqayisədə faiz göstəricisi ilə müəyyən olunur. 

Ə

KTT  dünyanın  ərzaq  təhlükəsizliyinin  səviyyəsini  qiymətləndirmək  üçün 



xüsusi  metodiki  bazadan  istifadə  edir.  Qeyd  edək  ki,  ƏKTT  -  Beynəlxalq  Ərzaq 

Təhlükəsizliyi Komitəsi qlobal səviyyədə ərzaq probleminin həlli üçün strateji və 

taktiki yanaşmalar üzərində işləyən bir təşkilatdır. Bu metodiki baza 7 göstəriciyə 

ə

saslanır: 



I. Dünya taxıl ehtiyatlarının dünya səviyyəsində taxıl istehlakına olan nisbəti. 

II.  Dünya  ərzaq  təhlükəsizliyi  o  zaman  təmin  edilmiş  hesab  edilir  ki,  dünya 

ə

halisinin  illik  istehlakının  17%  -  i  həcmində  taxıl  ehtiyatı  mövcud  olsun.  Başqa 



sözlə.  taxıl  resursu  illik    istehlakdan  əlavə  dünya  əhalisinin  daha  60  günlük 

tələbatını təmin etmək imkanı versin. 

Digər 5 göstərici taxıl idxal və ixrac edən əsas ölkələrdə vəziyyəti xarakterizə 

edən göstəricilərdir. 

Taxıl ixrac edən ölkələr üçün aşağıdakı göstəricilər xarakterikdir: 

III.  5  əsas  ixracatçı  ölkənin  (Argentina,  Avstraliya,  Kanada,  ABŞ,  AB) 

təklifinin tələbata olan nisbəti; 

IV. Bu ölkələrdə taxıl ehtiyatının ümumi istehlakın həcminə nisbəti-ümumi və 

növlər  üzrə  differensiallaşdırılmış  göstəricilər:  buğda  (Argentina,  Avstraliya, 

Kanada.  ABŞ,  AB)  yemlik  taxıl  (Argentina,  Avstraliya,  Kanada,  ABŞ,  AB)  və 

düyü (Çin, Pakistan, Tailand, ABŞ, Vyetnam). 

dxalçı ölkələr üçün: 

V.Taxıl istehsalında dəyişikliklər (Çin, Hindistan və MDB dövlətləri) 

VI.Çin və Hindistan istisna olmaqla, inkişaf edən ölkələrdə taxıl istehsalında 

dəyişikliklər ; 



68 

 

VII.Sonuncu  göstərici  buğda,  qarğıdalı  və  düyünün  orta  illik  eksport 



qiymətləridir . 

 Tələbatın  60  günlük  həcminə  bərabər  olan  taxıl  ehtiyatları  ərzaq 

təhlükəsizliyinin kritik həddi hesab olunur: “ dxal təhlükəsi meyarı”. Bu hədd 0.3-

ə

 bərabər götürülür. 



Araşdırmalar göstərir ki, iqtisadiyyatın digər sahələrindən fərqli olaraq aqrar 

sahənin inkişafı təbii şəraitlə bağlı olduğuna görə bu sahədə məhsuldar qüvvələrin 

tam  formalaşdırılmasında  çətinliklər  yaranır.  Aqrar  sahədə  məhsuldar  qüvvələrin 

inkişaf  səviyyəsi  iqtisadiyyatın  digər  sahələrindən  fərqli  olaraq  zəif  inkişaf  edir. 

Aqrar  sahədə  əmək  məhsuldarlığının  səviyyəsi  digər  sahələrlə  müqayisədə  aşağı 

olur. Bunun da başlıca səbəblərindən biri aqrar sahənin inkişafının təbii amillərinin 

təsirinə  məruz  qalmasıdır.  Elə  buna  görə  də  kənd  təsərrüfatının  inkişafının 

tənzimlənməsi  bir  tərəfdən  dövlət  himayəsinə  ehtiyacı  olan  sahə  olub  bilavasitə 

dövlətin  köməyi  ilə  inkişaf  etdirilir  və  formalaşır.  Digər  tərəfdən  sahibkarlığın 

maddi-texniki  vasitələrə,  infrastruktur  maddələrinə,  suvarma  suyuna,  məhsulların 

emalına,  satışına,  yeni  məhsuldar  sortların  toxumuna,  cins  mal-qaraya,  mütərəqqi 

texnologiyaların  tətbiqinə,  təşkilati  işlərə,  idarəetmə  strukturunun  bazar 

münasibətlərinin tələbləri əsasında yenidən qurulmasına, kadr hazırlığına və s. olan 

tələbatları əsasında yenidən qurulması nəticəsində aqrar sahədə maliyyə çətinlikləri 

yaranır ki, bu da nəticədə maliyyə asılılığına gətirib çıxarır.  

Dünya  ölkələri  arasında  iqtisadi  əlaqələrin  intensiv  olaraq  genişlənməsi 

dövlətlərarası  əmtəə  məhsulları  mübadiləsinə  və  sərbəst  fəaliyyətin  həyata 

keçirilməsinə  imkan  yaranır,  beynəlxalq  aləmdə  məhsulların,  informasiyaların 

bolluğuna, azad ticarət və alqı-satqının genişlənməsinə səbəb olur.  

Ölkənin ərzaq təhlükəsizliyi problemi daxili və xarici mənbədən olan zərərli 

tendensiyaların  təsiri  nəticəsində  yaranır.  Daxili  və  xarici  mənbədən  olan  zərərli 

təsirlər ölkənin ərzaq kompleksində destruktiv proseslərə gətirib çıxarır və dövlət 

paralel  olaraq  sosial  qeyri-stabillik  şəraitini  yaşayır.  Aqrar  iqtisadiyyata,  o 

cümlədən ölkənin ərzaq təhlükəsizliyinə zərərli təsir göstərən daxili faktorlar daha 

çox mənfi təsirə malik olur. Problemə sırf Azərbaycan reallıqlarından yanaşdıqda 



69 

 

belə  qənaətə  gəlmək  olar  ki,  ərzaq  təhlükəsizliyi  probleminin  daxili  amilləri 



respublika iqtisadiyyatında kifayət qədər fəal rol oynamışdır. Belə ki, 80 - ci illərin 

sonu  90  -  cı  illərin  əvvəllərindən  etibarən  məhsul  istehsalının  ilbəil  azalması, 

onilliklər ərzində mərkəzləşdirilmiş iqtisadi əlaqələr sisteminin dağılması, xammal 

və  material  resursları  ilə  təchizatın  pisləşməsi.  Qiymətlərin  səviyyəsinin 

yüksəlməsi  və  iqtisadiyyatda  inflyasiya  təmayüllərinin  genişlənməsi,  maliyyə-

kredit  sektorunda  deformasiyalar  və    nəhayət  respublika  daxilində  etnik-milli, 

hərbi  -  siyasi  münasibətlərin  gərginləşməsi  nəticəsində  ölkə  ərazisinin    20%  -  ə 

qədərinin  işğala  məruz  qalması  ərzaq  təhlükəsizliyi  problemində  daxili  amillərin 

daha qabarıq təsirinə əyani sübutdur. 

Ümumilikdə,  yuxarıda  göstərilmiş  faktorlar  və  ərzaq  təhlükəsizliyi 

istiqamətləri nəzərə alınaraq Azərbaycan dövləti məhz əhalinin ərzaq məhsulları ilə 

etibarlı  surətdə  təmin  edilməsi  üçün  2008  -  2015  -  ci  illərə  dair  proqram  qəbul 

etmişdir. 

Dövlət  Proqramının  əsas  məqsədi  ölkənin  hər  bir  vətəndaşının  sağlam    və 

məhsuldar həyat tərzi üçün onun qəbul edilmiş normalara uyğun ərzaq məhsulları 

ilə tam təmin edilməsinə nail olmaqdır. 

Bu  məqsədə  nail  olmaq  üçün  Dövlət  Proqramı  çərçivəsində  aşağıdakı 

vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur: 

- ölkədə ərzaq məhsulları istehsalının artırılması; 

- əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi;  

- ərzaq təminatı sahəsində risklərin idarə olunmasının təmin edilməsi; 

-  ərzaq  təminatı  sisteminin  institusional  inkişafını  həyata  keçirmək  və 

sahibkarlıq mühitinin yaxşılaşdırılması; 

Yuxarıda  göstərilən  başlıca  və  mühüm  vəzifələrin  yerinə  yetirilməsi  üçün 

həyata  keçiriləcək  tədbirlər  ölkədə  sabit  və  adekvat  ərzaq  təklifinin 

formalaşdırılmasına,  səmərəli  istehsal  və  satış  infrastrukturunun  yaradılmasına, 

ə

rzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsinə və hər bir 



vətəndaşın ərzaq məhsullarına çıxışının təmin olunmasına yönəldilməsi. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə