Microsoft Word mirzaliyeva gunel docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix20.10.2017
ölçüsü0,72 Mb.
#5593
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

57 

 

halda,  bir  fermer  ABŞ-da  75,  Qərbi  Avropada  50,  Yaponiyada  isə  35  nəfərin 



tələbatını ödəyir. 

Alimlərin proqnozlarına əsasən, 2025 - ci ildə planetimizin əhalisi 8,5 milyard 

nəfərə  çatacaq,  onun  83%  -  i  isə  inkişaf  etməkdə  olan  ölkələrdə  yaşayacaq.  Bu 

məqam ərzaqla təminat problemini getdikcə mürəkkəbləşdirəcək. BMT - nin Ətraf 

Mühit  və  nkişaf  Konfransının  hesabatının  “Kənd  təsərrüfatının  dayanıqlı 

fəaliyyətinə  və  kənd  bölgələrinin  inkişafına  yardım”  bölməsində  də  bu  sayda 

ə

halinin mövcud resurslar hesabına ərzaqla və başqa kənd təsərrüfatı məhsulları ilə 



təmin edilməsinin mümkünlüyü məsələsinin açıq qalması qeyd olunur. 

Ə

rzaq  təhlükəsizliyini,  sadəcə  olaraq,  qida  məhsullarının  istehsalını 



çoxaltmaqla  təmin  etmək  mümkün  deyil.  Kənd  təsərrüfatına  yönəldilən 

investisiyalar  əhalinin  ən  zəif  qrupları  arasında  aclığı  aradan  qaldırmağa  imkan 

yaradan  sosial  müdafiə  tədbirləri  ilə  dolğunlaşdırılmalıdır.  Məsələn,  inkişaf  

etməkdə  olan  ölkələrin  çoxunda  qadınlar  ərzaq  isehsalında,  qidalanmada  və 

ailələrin gəlirlərində mühüm rol oynayır.  Məhz buna görə də ərzaq təhlükəsizliyi 

sahəsində  proqramların  işlənib  hazırlanması  və  həyata  keçirilməsində  qadınların 

sağlamlığı, təhsili və məşğulluğu ilə bağlı olan məsələlər başlıca amillərdən birinə 

çevrilir. 

Ə

n  yoxsul  ölkələrdə  aclıq  çox  hallarda  ərzaq  qıtlığı  ilə  deyil,  onu  əldə 



etməyin  qeyri-mümkünlüyü  ilə  əlaqədardır.  Bu  cür  vəziyyət  mürəkkəb  amillərin 

qarşılıqlı  təsirinin  nəticəsidir.  Aztəminatlı  şəxslərin  qida  məhsullarını  almaq 

imkanından məhrum olması ilə yanaşı, kənd təsərrüfatı və ərzaq mallarının bir çox 

növləri  gömrük  tariflərinin  yüksək  olması,  yaxud  infrastruktur  və  nəqliyyat 

sistemlərinin  yoxluğu  ucbatından  ölkələr  arasında  mübadilə  edilə  bilmir.  Əmlak 

hüquqlarının  dəqiq  müəyyən  olunmaması  onları  torpaqdan  kreditlərin  təminatı 

kimi istifadə etmək imkanından (xırda fermer təsərrüfatının bu kreditlərə ehtiyacı 

var)  məhrum  etdiyinə  görə  çətinliklə    dolanan  kəndlilər  natural  təsərrüfat 

hüdudlarından  kənara  çıxa  bilmir.  Ərzaq  təhlükəsizliyi  sistemi  lazımi  səviyyədə 

təşkil  etmədiyinə  görə  ölkələrin  bir  çoxu  mallarının  artıq  qalan  hissəsini  sata 

bilmir.  Meşələrin  qırılması,  göl  və  çayların  çirklənməsi,  əkin  sahələrinin 



58 

 

amansızcasına  istismarı  əhalinin  sürətli  artımı  şəraitində  torpağın  məhsuldarlığını 



azaldır, onun üzərinə düşən yükü ağırlaşdırır. 

 

2.3. Dünyanın ərzaq bazarının inkişaf istiqamətləri. 

 

Müasir  dövrdə  əhalinin  ərzaqla  təminatı  bəşəriyyətin  ən  qlobal  problemlə-



rindən biridir.  Problemin  həllində taxılçılıq təsərrüfatı əsas  yerlərdən  birini tutur. 

Bu  təsərrüfat  aqrar-sənaye  kompleksinin  digər  sektorları  üçün  sistem  yaradan, 

ə

laqələndirici rolunu oynayır.  



Taxıl  istehsalının  vəziyyəti  və  taxıl  bazarında  mövqeyi  dünya  təcrübəsində 

beynəlxalq  miqyasda  ayrı  -  ayrı  ölkələrin  ərzaq  təhlükəsizliyinin  əsas  göstəricisi 

kimi qəbul edilir.  

Taxıl  istehsalının  ölkə  üçün  sosial  -  iqtisadi  əhəmiyyəti  nöqteyi-nəzərindən, 

ə

halinin  çörək  və  çörək  məmulatı  ilə  etibarlı  təminatı,  gündəlik  istehlak  məhsu-



lunda  əvəzolunmayan  məhsul  kimi  əhəmiyyət  kəsb  etməsi,  ərzaq  məhsulu  olan 

taxılı  bir  daha  ön  plana  çəkir.  Taxıl  və  onun  emal  məhsulları  mənşə  etibarı  ilə 

insanın həyat fəaliyyətinin əsasını təşkil edir.  

Taxıl istehsalı bütün dövrlərdə diqqət mərkəzində olmuş və dövlətlərin iqtisa-

di siyasətinin ana xəttini təşkil etmişdir.  

Bununla  yanaşı,  bitkiçilik  məhsulları  olan  tərəvəzin,  meyvənin,  kartof  və 

bostan bitkilərinin, heyvandarlıq məhsullarından - ət, süd və ət - süd məhsullarının 

rolu  xüsusi  əhəmiyyət  kəsb  edir  və  insanların  yaşayış  kalorisinin  forma-

laşdırılmasında iştirak edir, onların həyat fəaliyyətini təmin edir.  

nsanların ərzaq məhsullarına olan tələbatı onların yaşı, peşəsi, əmək şəraiti, 

milli xüsusiyyətləri, yaşadığı məkan və digər şərtləndirici amillər nəzərə alınmaqla 

müəyyənləşdirilir.  

nsanların  varlığını  kənd  təsərrüfatı,  onun  ayrılmaz  sahəsi  olan  bitkiçilik, 

heyvandarlıq  və  emal  məhsulları  olmadan  təsəvvür  etmək  mümkün  deyildir.  Hər 

üç sahə ərzaq təhlükəsizliyinin özülü, məhək daşıdır. Bu sahələr insanları aclıq və 



59 

 

səfalətdən qoruyur, ölümdən xilas edir.  



Təkmilləşdirilmiş  metodika  və  rəqəmlər  bazası  üzərində  iki  onillik  araşdır-

malar nəticəsində aclıqdan xroniki əziyyət çəkən insanların sayı BMT - nin Ərzaq 

və  Kənd  Təsərrüfatı  Təşkilatının  (FAO),  Kənd  Təsərrüfatının  nkişafı  üzrə  Bey-

nəlxalq  Fond  ( FAD)  və  Beynəlxalq  Ərzaq  Proqramı  (BƏP)  tərəfindən  dəqiq-

ləşdirilərək  müəyyən  edilmişdir  ki,  hazırda  dünyada  bu  insanların  sayı  təxminən 

870 milyondur.  

Aclıqdan xroniki əziyyət çəkən insanların əksəriyyəti, yəni 852 milyon nəfəri, 

orta hesabla bu ölkələrdə yaşayan insanların 15 faizi əsasən inkişaf etməkdə olan 

ölkələrin, 18 milyon nəfəri isə inkişaf etmiş ölkələrin payına düşür. [1] 

1990 - 2012 - ci illər ərzində aclıqdan əziyyət çəkən insanların sayı 132 milyon 

nəfər,  eyni  zamanda  dünya  əhalisinin  18,6  faizindən  12,5  faizinədək,  inkişafda 

olan  ölkələrdə  isə  23,2  faizdən  14,9  faiz  miqdarında  azalmışdır  ki,  bu  da  əgər 

effektiv tədbir görülərsə Minilliyin inkişaf məqsədlərinə çatmağa imkan verər. [1] 

1990 - 2007 - ci illər ərzində aclıqdan əziyyət çəkən insanların sayının azalma 

ehtimalı gözlənildiyindən daha aşağı olmuşdur. Lakin 2007 - 2008 - ci illərdə aclı-

ğ

ın azalmama prosesinin tempi aşağı düşmüşdür. [1] 



Müasir  dünyanın  texniki  və  iqtisadi  göstəriciləri  deməyə  əsas  verir  ki,  100 

milyondan artıq 5 yaşına qədər uşaqların çəkisinin qeyri-normal olması və bununla 

öz  insani  və  iqtisadi  potensialını  yerinə  yetirmək  iqtidarında  olmaması  və  bu 

xroniki  aclığın  nəticəsi  olaraq  ildə  2,5  milyon  uşağın  həyatını  dəyişməsi 

yolverilməzdir.  

Bir  az  əvvəlki  dünya  maliyyə  böhranının  aradan  qaldırılmasına  imkan  verə 

biləcək dünya iqtisadiyyatının tarazlığı qeyri-stabildir.  nsanların əsas hüququ olan 

layiqli  qidalanma  hüququnun  həyata  keçirilməsi  üçün  əlavə  tədbirlər  həyata 

keçiriməlidir. Dünyada aclıq və doymamazlıq kimi fəsadların aradan qaldırılması 

üçün  kifayət  qədər  bilik,  təcrübə  və  vəsait  mövcuddur.  Kənd  təsərrüfatı  da  daxil 

olmaqla, sosial müdafıə sistemini tətbiq etməklə ümumi iqtisadi artıma əsaslanan 

"ikili yanaşma" vacibdir. Yeni qiymətləndirməyə əsasən 2007 - ci ildən 2010 - cu 

ilədək aclığın artması nəzərdə tutulduğundan bir qədər az olmuşdur. 2008 – 2009 - 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə