Microsoft Word mirzaliyeva gunel docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix20.10.2017
ölçüsü0,72 Mb.
#5593
1   ...   22   23   24   25   26   27   28   29   30

82 

 

Sovet  ttifaqına  daxil  olan  ölkələrdə  mərkəzləşdirilmiş  iqtisadi  münasibətlər 



sisteminin  mühüm  tərkib  hissəsi  kimi  dövlət  tədarükü  sistemindən  kifayət  qədər 

geniş  şəkildə  istifadə  edilirdi  və  bütün  bunlar  ilk  növbədə  kənd  təsərrüfatı 

müəssisələrinin  məhsul  satışı  probleminin  effektiv  şəkildə  həllinə  xidmət  edirdi. 

Bundan əlavə, Qərbi Avropa ölkələrində də ərzaq məhsullarının idxal və ixracı ilə 

bağlı  proseslərin  tənzimlənməsi  həyata  keçirilir.  Eləcə  də,  əsas  növ  ərzaq 

məhsullarının  istehsalı  ilə  bağlı  kvotalar  müəyyənləşdirilir  və  təminatlı  qiymətlər 

tətbiq  edilir.  Eyni  zamanda,  ərzaq  məhsullarının  qiymətlərinin  sabitləşdirilməsi, 

eləcə də kənd təsərrüfatı məhsullarının emalı və reallaşdırılması sisteminin yenidən 

qurulması ilə bağlı tədbirlər subsidiyalaşdırılır. Təhlillər göstərir ki, inkişaf etmiş 

ölkələrdə infrastruktur sisteminə yardım göstərilməsinə istiqamətlənmiş tədbirlər - 

dövlət  yardımının  mühüm  tərkib  hissəsi  kimi  xarakterizə  edilir.  Bundan  əlavə, 

aqrar  münasibətlərin  dövlət  tənzimlənməsinin  sosial  aspektləri  də  kifayət  qədər 

geniş  şəkildə  təzahür  edir.  Belə  ki,  kənd  yerlərinin  inkişaf  etdirilməsi,  ətraf 

mühütün  qorunması,  eləcə  də  əmtəə  istehsalçılarının  gəlirlərinin  artırılması  və 

regionların  sosial  iqtisadi  inkşafı  dövlətin  sərəncamında  olan  məsələlərdən  biri 

hesab 


edilir. 

Fikrimizcə,  Azərbaycan  Respublikası  aqrar  sahəyə  dair  hüquqi-normativ  bazasını 

modernləşdirməklə, milli istehsal səviyyəsini həm keyfiyyətcə, həm də kəmiyyətcə 

yüksəldərək  dünya  bazarında  həmin  boşluğu  doldurmaq  imkanı  qazana  bilər. 

Müasir dünya artıq ekoloji təmiz ərzaq, kənd təsərrüfatı məhsullarının vacibliyini 

yəqin  etmişdir  və  belə  məhsulların  istehlakına  üstünlüyü  davamlı  olaraq 

artırmaqdadır.  Bu  baxımdan,  ölkəmizdə  də  milli  istehsal  beynəlxalq  standartların 

tələblərinə  uyğunlaşdırılaraq  qlobal  bazarın  bu  seqmentində  geniş  yer  ala  bilər. 

Hüquqi-normativ  bazanın  modernləşdirilməsi  həm  də  mövcud  xammal 

potensialından  daha  səmərəli  istifadəni  şərtləndirir  ki,  bu  da  öz  növbəsində  aqrar 

sahənin  ümumi  inkişafı  üçün  geniş  imkanlar  yaradır.  Qanunvericilik  bazasının 

inkişaf  etmiş  dünya  ölkələrinin  təcrübəsinə  uyğunlaşdırılması  kimi  məsələlər 

ölkəmizin ərzaq təhlükəsizliyi məsələsinin etibarlı həlli üçün də olduqca önəmlidir. 

[34] 



83 

 

Yuxarıda  vurğulandığı  kimi,  ərzaq  təhlükəsizliyinin  əsas  məqsədi  -  ölkə 



ə

halisini  kənd  təsərrüfatı  məhsulları,  xammal  və  ərzaqla  davamlı  olaraq  etibarlı 

təmin etməkdən ibarətdir. Bu məqsədə çatmaq üçün daxili istehlak bazarında həyat 

və  sağlamlıq  üçün  təhlükəsiz  ərzaq  məhsullarının  yetərincə  fiziki  mövcudluğu 

təmin  edilməlidir.  Əhali  isə  həmin  ərzağı  əldə  etmək  imkanına  malik  olmalıdır.  

Ə

rzaq  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  qısa  və  orta  müddətli  keçici 



tədbirlərin səmərəli tətbiqi də çox zəruridir. Bu isə fikrimizcə əsasən özəl sektorun 

və  sahibkarlığın  inkişafı  ilə  təmin  olunmalı  və  aşağıdakı  istiqamətləri  əhatə 

etməlidir: 

- ərzaq məhsulları istehsalçılarının, anoloji məhsulların idxalından müdafiəsi; 

- müəssisələr arasında qarşılıqlı borcların restruktrizasiyası; 

- istehlakçıların müdafiəsinin gücləndirilməsi; 

- ərzaq təhlükəsizliyi sahəsində müvafiq məlumat sisteminin yaradılması yolu 

ilə fövqəladə vəziyyətə hazırlıqla bağlı əlavə tədbirlərin həyata keçirilməsi və s. 

Fikrimizcə,  ərzaq  təhlükəsizliyi  sahəsində  uzunmüddətli  tədbirlərin  başlıca 

məqsədi  Azərbaycanın  kənd  təsərrüfatının  gəlirliyini  və  rəqabət  qabiliyyətinin 

artırılmasını,  eləcə  də  onun  beynəlxalq  iqtisadi  sistemə  inteqrasiya  olunmasını 

nəzərdə tutmalıdır. Ərzaq təhlükəsizliyi əsasən ölkədə kənd təsərrüfatının inkişafı 

və  ərzaq  istehsalı  vəziyyətinin  yaxşılaşdırılması  hesabına  təmin  edilməlidir. 

Məlumdur  ki,  hər  bir  ölkənin  ərzaq  təhlükəsizliyinin  təmin  olunması  -  çoxsaylı 

təbii  -  texnogen,  texnoloji,  aqroekoloji,  sosial  -  iqtisadi,  siyasi  və  digər  risklərlə 

bağlıdır. Bu baxımdan, müasir şəraitdə aqrar sahənin mövcud potensialı keyfiyyətli 

və  ekoloji  təmiz  məhsul  sahəsində  məhsuldarlığın  yüksəldilməsinə,  əkinə  yararlı 

istifadəsiz torpaqların bərpasına, heyvandarlığın və onun yem bazasının inkişafına, 

lazımi  dövlət  dəstəyinin  göstərilməsinə,  kənddə  sosial  proqramların  həyata 

keçirilməsinə və digər anoloji tədbirlərin aparılmasına yönəldilməlidir. [34] 

Hazırda qloballaşan dünyanın ərzaq bazarında ekoloji təmiz, keyfiyyətli kənd 

təsərrüfatı  və  ərzaq  məhsullarına  ciddi  ehtiyac  duyulur.  Ümumiyyətlə,  ekoloji 

təmiz  kənd  təsərrüfatı  dedikdə,  təkcə  təbii  yolla  alınmış,  təmiz  məhsulların 

istehsalı başa düşülməməlidir. Bu zaman ətraf mühitin, torpağın münbitliyinin təbii 




84 

 

yolla  qorunması,  təbiətdəki  xeyirli  mikroorqanizmlərin,  flora  və  faunanın 



mühafizəsi  kimi  məsələlərin  də  diqqətdə  olması  çox  vacibdir.  Kimyəvi-sintetik 

maddələr  tətbiq  etmədən  bitkiçilik  məhsulları  istehsal  etmək,  yaxud  safqanlı 

heyvanlar  yetişdirməklə  yanaşı,  həm  də  insanların  təbiətə  ögey  münasibətinin 

dəyişməsi  də  mühümdür.  Bununla  yanaşı,  məhsulların  təhlükəsizliyinin 

təminatında  bütün  mərhələlər  istehsal,  saxlanılma,  nəql  olunma,  emal,  realizə  və 

idxal  əməliyyatları  üzrə  də  texniki  reqlamentin  tələblərinə  uyğun  tədbirlərin 

görülməsi vacibdir. 

Ekoloji təmiz məhsullar- tərkibində zərərli maddələrin miqdarı adi məhsullara 

nisbətən  dəfələrlə  az  olan,  normativlərə  uyğun  məhsullar  hesab  olunur.  Ekoloji 

təmiz məhsullar mineral gübrələr, pestisidlər və digər texnogen təsirlərin olmadığı 

təmiz sahələrdən alınır. Təbii xammaldan minimal kənar qatqıların təsiri ilə alınan 

məhsulları  da  ekoloji  təmiz  hesab  etmək  olar.  Eko,  bio,  orqanik  terminləri  eyni 

prosesi ifadə edən müxtəlif anlayışlardır. Məsələn, Avropada qəbul edilmiş ekoloji 

(bioloji  və  ya  üzvi)  kənd  təsərrüfatı  dedikdə,  istehsal  standartları  əsasında  yetiş-

dirilmiş, yığılmış, emal edilmiş və qablaşdırılmış məhsullar nəzərdə tutulur.  ngi-

lislər  bunu  organic,  almanlar  və  fransızlar  bio,  hollandlar  isə  eco  adlandırırlar. 

Orqanik  məhsullar  dedikdə  -  Avropa  komissiyasının  bu  tipli  məhsullara  olan 

tələbləri  əsasında  sertifikatlaşdırılmış,  təbii  saxlama  müddətinə  malik,  geni 

modifikasiya  edilmiş  komponentlərin,  pestisidlərin,  mineral  gübrələrin, 

antibiotiklərin,  boy  hormonlarının,  müxtəlif  konservantların,  antioksidantların, 

aromatizatorların, stabilizatorların, rənglərin, tamvericilərin və süni mənşəyə malik 

digər  qatqıların  tamamilə  olmadığı  təbii,  ekoloji  təmiz  qida  məhsulları  başa 

düşülür. Malların ekoloji təmiz olması onların etiketlərinə vurulan nişanlar ilə qeyd 

edilir. Müşahidələr  göstərir  ki,  bu  gün  dünyada  ekoloji  təmiz  qida  məhsulları 

istehsalı  imkanları  baxımından  bir  sıra  ölkələr  daha  böyük  potensiala  malikdir. 

Ekoloji  təmiz  qida  məhsulları  istehsal  edən  təsərrüfatların  sayı  Avropa,  Asiya, 

Afrika  və  Latın  Amerikası  ölkələrində  böyük  sürətlə  artır.  Məsələn,  dünya  üzrə 

ekoloji təmiz qida məhsulları istehlakının 70 faizi isə Şimali Amerika və Avropa 

ölkələrinin payına düşür. 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə