Microsoft Word mirzaliyeva gunel docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix20.10.2017
ölçüsü0,72 Mb.
#5593
1   2   3   4   5   6   7   8   9   ...   30

 

Azərbaycan  Dövlət  Statistika  Komitəsi,  Azərbaycan  Respublikası  qtisadiyyat  və 



Sənaye Nazirliyinin son dövr hesabat materialları təşkil edir. 

Dissertasiya işi 98 kompyuter çapı vərəqi həcmində yerinə yetirilmişdir. 

Ədəbiyyatın təhlili

Tədqiqat işinin gedişində 20 - yə qədər ölkə alimlərinin əsərlərindən, eləcə də 



xarici  ölkə  alimlərinin  əsərlərindən,  dərsliklərindən,  monoqrafiyalarından  istifadə 

edilmişdir.  Eyni  zamanda  alimlərin  mövzu  ətrafında  müxtəlif  fikirləri  öyrənilmiş 

və  onların  fikirlərinə  münasibət  bildirilmişdir.  Buraxılış  işinin  yazılışında  ölkə 

nəşriyyatına, elektron resurslara da geniş   yer ayrılmışdır.  

 

 



 

Fəsil 1. 

Ərzaq təhlükəsizliyinin nəzəri-konseptual əsasları və dünya 

ərzaq istehsalı 



1.1. Dünyanın ərzaq təhlükəsizliyinin nəzəri-konseptual əsasları. 

 

Milli  təhlükəsizlik  sosial  təhlükəsizlik  növləri  içərisində  xüsusi  yer  tutur. 



Milli təhlükəsizlik dedikdə milli dəyərlərə və həyat tərzinə təhlükə yaradan daxili 

və xarici səbəblərin qismən və ya tamamilə aradan qaldırılması, eləcə də dövlətin 

vacib maraqlarının  həyata keçirilməsinin təminatı başa düşülür. Başqa sözlə, milli 

təhlükəsizlik  cəmiyyətin,  dövlətin,  vətəndaşların  həyatı  üçün  vacib  maraqların, 

eləcə də milli dəyərlərin və həyat tərzinin müxtəlif təbiətli (siyasi, iqtisadi, hərbi, 

ekoloji  və s.) daxili və xarici təhlükələrdən müdafiəsidir. XX əsrin ikinci yarısında 

milli  təhlükəsizlik  siyasətinin  istiqamətləri  müəyyənləşdirilərkən,  iqtisadi  və 

ekoloji təhlükəsizlik ön plana çəkildi.  qtisadi təhlükəsizlik dedikdə ölkədə siyasi-

iqtisadi stabillik şəraitində əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin edən 

davamlı inkişaf və bu inkişafa mane olan təhlükələrin tamamilə aradan qaldırılması 

başa  düşülür.  Bununla  yanaşı,  stabil  iqtisadi  artım    və  yüksək  həyat  səviyyəsi 

dünyada  və  istənilən  bir  ölkədə  cəmiyyətdəki  sosial  gərginliyin  və  konfliktlərin 

azalmasına  gətirib  çıxarır.  Bu  da  prinsip  etibarilə  milli  təhlükəsizliyin 

möhkəmlənməsinə gətirib çıxarır. 

  qtisadi  təhlükəsizlik  milli  təhlükəsizlik  sisteminin  tərkib  hissəsi,  bazası 

rolunu  oynayır.  Milli  təhlükəsizliyin  digər  alt  sistemləri  ilə  qarşılıqlı  əlaqədə 

olmaqla  iqtisadi  təhlükəsizlik,  özündə  onların  təsirini  toplayır. 

qtisadi 


təhlükəsizlik  özündə  əsas  iqtisadi  -  siyasi  problemləri  həll  etmək,  cəmiyyətin, 

dövlətin və əhalinin tələbatını lazımi dərəcədə ödəmək, xarici, iqtisadi və maliyyə 

təzyiqlərinin,  daxili  destruktiv  qüvvələrin  təsirini  azaltmaq  kimi  xüsusiyyətləri 

özündə ehtiva edir. 

qtisadi 

təhlükəsizliyin 

maddi 

baxımdan 



daxili 

ə

sasını 



istehsal 

münasibətlərinin və məhsuldar qüvvələrin inkişaf səviyyəsi, ümumdaxili məhsulun 




 

geniş  təkrar  istehsalını  təmin  edən,  ölkənin  təbii  resurslarının  zənginlik  səviyyəsi 



və infrastrukturunun inkişafı, daxili sosial - siyasi təhlükəsizliyin əsasını isə sosial 

və  iqtisadi  inkişaf  zəminində  uzunmüddətli  milli  məqsədlərə  nail  olmaq  üçün 

cəmiyyətdə kifayət qədər yüksək səviyyəli razılaşmanı təmin edir. 

   qtisadi təhlükəsizliyin maddi baxımdan xarici əsasını isə hər bir ölkə üçün 

xarici, iqtisadi və siyasi təzyiqlər və digər dövlətlərin müdaxiləsi olmadan qarşılıqlı 

qəbul  olunan  və  sərfəli  əməkdaşlıq  əsasında  sosial  və  iqtisadi  inkişafın 

strategiyasını  azad  seçməyə    və  həyata  keçirməyə  imkan  yaradan  kompleks 

beynəlxalq  razılaşmalar  və  institusional  strukturlar  təşkil  edir.  Qarşılıqlı  iqtisadi 

təhlükəsizliyin  təminatının  mexanizmi  beynəlxalq  valyuta,  ticarət  və  kredit 

sistemləridir. 

qtisadi  təhlükəsizliyin  indikatorlar-göstəriciləri  sisteminə  əhalinin  həyat 

səviyyəsi,  inflyasiyanın  tempi,  işsizlik  norması,  iqtisadi  artım,  büdcə  kəsirləri, 

dövlət  borcları,  dünya  iqtisadiyyatına  inteqrasiyanın  səviyyəsi,  qızıl  -  valyuta 

rezervləri, kölgə iqtisadiyyatının miqyası daxildir. 

Dövlətin  iqtisadi  təhlükəsizliyinin  prioritetləri  dövlətin  tarixi  inkişaf 

dövründən  və  dünyada  baş  verən  dəyişikliklərdən  asılı  olaraq  dəyişir.  Müasir 

dövrdə  bu  prioritetləri  valyuta  -  kredit,  enerji  və  ərzaq  təhlükəsizliyi  təşkil  edir. 

Belə  ki,  valyuta  -  kredit  təhlükəsizliyinin  ölkənin  beynəlxalq  əmək  bölgüsü 

sisteminə daxil olması bu sistemdə tutduğu mövqe ilə müəyyənləşir. Ölkənin digər 

ölkələrlə  valyuta  -  kredit  münasibətləri  həmin  ölkənin  ümumi  iqtisadi  mühitinin 

sağlamlaşmasına  müsbət  təsir  göstərir  və  nəticə  etibarilə  ümummilli  və  xarici 

iqtisadi  maraqların qorunmasında mühüm rol oynayır. 

Enerji təhlükəsizliyi dedikdə - ölkənin enerji sisteminin normal və fövqəladə 

vəziyyətlərdə  istehlakçıların  məqbul keyfiyyətə  malik  istilik  -  enerji  resursları  ilə 

təminatında defisit təhlükəsindən qorunması başa düşülür. Onun vacibliyi ölkənin 

təbii - iqlim şəraitinin sərtliyi ilə müəyyənləşir. 

 Ərzaq  təhlükəsizliyinin  rolu  insanın  varlığının  baza  göstəricisidir.  Çünki, 

ə

rzağın  yoxluğu  aclıq  və  ölümün  əsasını  qoyur.  Hər  bir  insan  üçün  gündəlik 



yüksək  keyfiyyətli  və  müxtəlif  növlü  ərzaqların  qəbulu  vacibdir.  Əhalinin 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə