Microsoft Word mirzaliyeva gunel docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix20.10.2017
ölçüsü0,72 Mb.
#5593
1   2   3   4   5   6   7   8   9   10   ...   30

20 

 

Bununla  yanaşı,  söhbət  heç  də  mütləq  anlamda  əmtəə  təsərrüfatının 



qərarlaşmasından  getmir.  Yenə  də  istehsalın  böyük  bir  hissəsi  daxili  istehlaka 

yönəlirdi.  Sadəcə  olaraq  müxtəlif  növ  vergilərin  (rüsumların  və  s.)  pulla 

ödənilməsi zərurəti kəndlilərə məhsulun bir hissəsini satışa çıxarmaq məcburiyyəti 

yaradırdı. Eyni zamanda, açıq şəkildə müşahidə etmək mümkün idi ki, sözügedən 

mübadilə  təsərrüfatı  pul  təsərrüfatı  kimi  də  təzahür  edirdi.  Şəhərdaxili  və  ətraf 

kəndlərlə  mübadilə  üstün  xarakter  daşımaqla  şəhərlər,  eləcə  də  tədricən 

ölkələrarası müstəviyə keçirdi. 

Bu  əlaqələrin  mühümlüyü  heç  də  əksər  ərazilərdə  (şəhərlərdə)  bərabər 

səviyyəli  olmamışdır.  Belə  ki,  bəzi şəhərlər  böyük ticarət  mərkəzlərinə  çevrildiyi 

halda, digərləri üçün ticarət o qədər də əhəmiyyətli rol oynamamışdı. 

Həmçinin,  qeyd  edilməlidir  ki,  ticarətin  obyekti  kimi  yalnız  müəyyən  mal 

qrupu  çıxış  edirdi.  Digər  məmulatlar  bu  sferaya  daxil  edilmirdi.  Yerli  mübadilə 

birbaşa (istehsalçı→istehlakçı) formulası üzrə aparılırdısa, şəhərlər və ölkələrarası 

mübadilə vasitəçilər tərəfindən həyata keçirilirdi ki, bu da ticarət kapitalının, eyni 

zamanda  ilkin  formada  borc kapitalının meydana  gəlməsini  şərtləndirirdi.  Ticarət 

və  borc kapitalının meydana  çıxması  yalnız bir  sıra  şəhərlərdə  müşahidə  edilirdi. 

Ə

ksər  ərazilərdə  isə  sadə  əmtəə  təsərrüfatı  hökmran  mövqedə  qalmaqda  idi. 



Həmçinin,  kapitalın  hər  iki  formasının  meydana  çıxdığı  ərazilərdə  də,  ticarət  və 

kredit  istisna  olmaqla,  istehsalın  əvvəlki  forması  saxlanılırdı.  Son  orta  əsrlərdə 

formalaşmış iqtisadi situasiyanın birmənalı qiymətləndirilməsi problemi bu gün də 

öz  aktuallığını  saxlamaqdadır.  Kapitalizm  yalnız  XVI  əsrdən  formalaşmağa 

başlamışdır. Eyni zamanda, orta əsrlərdə yaranan ticarət və borc kapitalının sənaye 

kapitalına çevrilməsini əngəlləyən başlıca maneə feodal quruluşu olmuşdur. 

Səlib yürüşləri - böyük coğrafi kəşflərə qədərki dövrdə Qərbi Avropada bazar 

münasibətlərinin inkişafında müəyyən rol oynamışdır. Avropalılar onlar üçün yeni 

olan əkinçilik məhsulları ilə tanış oldular (düyü, qarpız, limon, ipək və s.). Parça 

istehsalı  və  metal  emalının  daha  yüksək  səviyyədə  olan  texnologiyalarını 

mənimsədilər. 



21 

 

 “ stehsal  iqtisadiyyatı”  -  son  orta  əsrlər  (dünya  iqtisadiyyatının  genezesi 



dövrü-XVI-XVIII  əsrlər).  Bu  dövr  klassik  bazarın  formalaşmağa  başladığı  dövr 

kimi  ilkin  olaraq  şəhərlərin  (ətraf  kəndlərlə  birlikdə)  birləşərək  daha  iri  ərazi 

vahidlərinin  yaranması  ilə  səciyyələnir.  Bununla  əlaqədar  olaraq  daxili  ticarətin 

obyekti  kimi  təkcə  bəzi  xammal  növləri  deyil,  həmçinin  müxtəlif  sənaye 

məhsulları çıxış edirdi. Eyni zamanda, şəhərlərarası ticarət əlaqələri daha intensiv 

surətdə  inkişaf  etməyə  başlamışdı.  Yenicə  yaranmaqda  olan  sənaye  sferasının 

istehsal  etdiyi  məhsullar  lokal  bazarlardan  ölkənin  sərhədləri  çərçivəsində 

formalaşmış  ümumi  bazara  çıxarılırdı.  Milli  sənaye  istehsalını  təşkil  etməklə, 

həmçinin  daxili  ticarəti  dəstəkləməklə  bahəm  dövlət  siyasəti  bütün  iqtisadi 

proseslərin  ölkənin  sərhədləri  çərçivəsində  “qapanmasına”,  xarici  məhsulların 

ölkəyə gətirilməsinə maneəçilik törədilməsinə yönəlmişdir. Eyni zamanda, dövlət 

xarici  ticarətin  inkişafında,  müstəmləkələrin  ələ  keçirilməsi  və  digər  ölkələrlə 

müstəsna  ticarət  hüququna  sahiblənmədə  əsl  “inhisarçı”  kimi  çıxış  etməyə  cəhd 

göstərirdi ki, bununla da digər ölkələrin həm ticarət, həm də gəmiçilik sferasında 

müəyyən  irəliləyişlərə  nail  olmasını  əngəlləməyə  çalışırdı.  Əslində,  son  orta 

ə

srlərin  başlanğıcında  həyata  keçirilən  siyasət  -  öz  mahiyyəti  etibarilə  şəhərlərin 



ə

vvəlki  dövrlərdə  tutduqları  mövqe  ilə  üst-üstə  düşürdü.  Sadəcə  olaraq,  bu  halda 

söhbət siyasi fəaliyyət sferasının genişlənməsindən (şəhər miqyasından bütövlükdə 

ölkə  miqyasına  transfer  olunma)  gedir.  Digər  bir  fərqli  nüans  ondan  ibarət 

olmuşdur  ki,  erkən  və  klassik  orta  əsrlərdə  şəhərlərin  yalnız  bir  qismi  -  ticarət 

mərkəzləri  kimi  çıxış  edənlər  qeyd  olunan  siyasətin  tətbiqində  maraqlı  idilər. 

(Digər şəhərlər ticarətin inkişafına xüsusi olaraq can atmırdılar). Son orta əsrlərdə 

isə ticarət üstünlüklərinə canatma, ticarəti inhisara alma istəyi ən ümumi xarakter 

kəsb etməyə başladı. Əksər ölkələrdə artıq sənaye ilə yanaşı ticarət siyasəti də yer 

tutmağa  başlayır.  Tamamilə  məntiqi  olaraq  kənd  təsərrüfatı  sferası  da  ölkənin 

prioritetləri  sırasına  daxil  edilir.  Kənd  təsərrüfatı  üzərində  himayəçilik  -  əkin 

sahələrinin genişləndirilməsi, təsərrüfatçılığın rasional metodlarının tətbiqi və s. - 

dövlət siyasətində mühüm yerlərdən birini tuturdu. 



22 

 

Terminoloji ifadə baxımından diqqət çəkən məqam “milli təsərrüfat” və “milli 



siyasət” anlayışlarının meydana çıxması olmuşdur. 

Son orta əsrlərdə həyata keçirilən iqtisadi siyasətin əsas cəhətlərindən biri də 

iqtisadiyyatın  əsas  sferalarını  (kənd  təsərrüfatı,  sənaye,  ticarət  və  s.)  əhatə  edən 

tədbirlər kompleksi formasında həyata keçirilirdi. 

Böyük  coğrafi  kəşflərin  sosial-iqtisadi  nəticələri:  Qərbin  iqtisadi  inkişaf 

tarixində  xüsusi  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  yüksəliş,  yaxud  qiymət  “inqilabı” 

ə

sasən  ticarətin  əhəmiyyətli  dərəcədə  genişlənməsi,  tədavüldə  olan  pul  kütləsinin 



surətli  artımı  (qiymətli  metalların  Avropaya  axını  ilə  əlaqədar  olaraq),  kənd 

təsərrüfatı  məhsullarına  olan  tələbin  yüksəlməsi,  həyat  şəraitinin  daha  da 

yaxşılaşması, eləcə də Avropanın şımalında sənaye istehsalının yüksəlməsi ilə izah 

oluna  bilər.  Təbiidir  ki,  ticarətdən  əldə  edilən  gəlirlər  iqtisadiyyatın  inkişafında 

ə

sas amil kimi çıxış edən kapital qoyuluşunun həcmini də adekvat şəkildə artırırdı. 



Müstəmləkə  sistemi:  ilkin  kapital  yığımının  mühüm  mənbəyi,  böyük  tutuma 

malik satış bazarı və ən əsası - qərbdə sənayeləşmənin ən başlıca şərti kimi çıxış 

edirdi.  Müstəmləkə  təsərrüfatının  3  tipi  mövcud  olmuşdur:  plantasiya:  Müxtəlif 

məhsullar (tütün, pambıq, şəkər çuğunduru və s.) üzrə ixraca yönəlik ixtisaslaşma, 

fermer  (köçürmə  tipi)  təsərrüfatı:  Avropadan  Şimali  Amerikaya,  Avstraliyaya, 

Yeni  Zellandiyaya  köçənlərin  yaratdığı  təsərrüfat  tipidir.  Aborigen  xalqların 

sıxışdırılması, hətta soyqırımı hesabına bazar prinsiplərinə söykənməklə təsərrüfat 

təşkil edilir və fəaliyyət göstərirdi, feodal müstəmləkə təsərrüfatı: Metropoliya bir 

sıra müstəmləkələrdə feodal münasibətlərini toxunulmamış saxlayırdı.  lkin kapital 

yığımı - işçinin (kəndlinin) mülkiyyətindən məhrum edilməsi, istehsal vasitələrinin 

kapitala çevrilməsini özündə ehtiva edən tarixi prosesdir. 

Sadə  əmək  kooperasiyasının  genezisi  üçüncü  böyük  ictimai  əmək 

bölgüsündən  başlayır.  qtisadi  əhəmiyyəti  əsasən  onunla  izah  olunur  ki,  əmək 

məhsuldarlığının  artması  yekun  olaraq  ticarət  və  pul  kapitalının  ilkin  tiplərinin 

meydana gəlməsini şərtləndirir.  

Manufaktura  -  mürəkkəb  əmək  kooperasiyası  olmaqla  genezisi  feodal 

münasibətlər  kompleksinin  dağıldığı  dövrdən  (XVIII  əsr)  başlayaraq  yeni  - 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə