Microsoft Word mirzaliyeva gunel docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix20.10.2017
ölçüsü0,72 Mb.
#5593
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

29 

 

nazirlərin konfransı növbəti onilliklər üçün qidalanma ilə bağlı əsas problemlərin 



həlli məqsədilə çevik siyasət çərçivəsini təklif etməyi nəzərdə tutur. 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bu ilki Dünya Ərzaq Günündə 

aşağıdakı üş əsas çağırışları edir:  

- sağlam qida təhsil, sağlamlıq, sanitariya və digər faktorlarla yanaşı sağlam 

ə

rzaq sistemlərinin olmasını tələb edir;  



-  sağlam  ərzaq  sistemləri  düzgün  siyasətlərin,  stimulların  və  idarəetmənin 

nəticəsində təmin oluna bilər;  

- yaxşı qidalanma sağlam qida rasionundan asılıdır. 

Qidalanma  -  insanın  həyat  fəaliyyətinin  əsasıdır,  onun  mövcud  olmasına, 

uzun  ömürlüyünə,  əhvali  -  ruhiyyəsinə,  infeksiyalara  qarşı  davamlığına  və  ətraf 

mühitin  digər  əlverişsiz  faktorlarına  dayanıqlığının  əsas  şərtlərindən  biridir. 

Qidaya  və  heyvanların  yem  rasionuna  ərzaq  və  yemlərin  keyfiyyəti  birbaşa  təsir 

etdiyindən  onların  həcmi,  strukturu  müəyyənləşdirilir.  Bundan  başqa,  qida 

rasionunun  optimallaşdırılması  bir  çox  xəstəliklərin  profilaktikası  və  müalicəsi 

üçün istifadə edilir.  

Ə

rzaq  məhsullarının  müxtəlifliyi  ilə  yanaşı  yalnız  bir  qrup  daim  bütün  qida 



rasionlarında mövcuddur - bu da dənli bitkilər əsasında olan məhsullardır. Çörək - 

onların əsas nümayəndəsidir, onun yüksək qida dəyəri və unikal xüsusiyyəti var.  

qtisadi 

ə

dəbiyyatda 



müxtəlif 

qida 


nəzəriyyələri 

mövcuddur. 

Balanslaşdırılmış,  adekvat  və  optimal  qida  nəzəriyyələri  müasir  rasionların  və 

dietoloq  məsləhətlərinin  əsasıdır.  Bundan  əlavə,  funksional,  ayrılmış,  vegeterian, 

qan qrupuna görə və s. qida nəzəriyyələri işlənmişdir. Bunlardan hər biri müəyyən 

prinsiplərə əsaslanır və onların öz tərəfdarları və əleyhdarları mövcuddur.  

Rasional balanslaşdırılmış qidalanma rasionunun nəzəriyyəsi müxtəlif yaş və 

ə

mək  qrupları  üçün  tərtib  edilmiş  balanslaşdırılmış  qidalanma  düsturlarında  öz 



ə

ksini  tapmışdır.  Qidalanmanın  rasional  normaları  akademik  A.A.Pokrovski 

tərəfindən  1964  -  cü  ildə  işlənib  hazırlanmışdır  və  sonralar  bir  neçə  dəfə  dəqiq-

ləşdirilmişdir.  Balanslaşdırılmış  qidalanma  düsturlarında  biokimyəvi  mahiyyəti 

insan  orqanizmində  baş  verən  və  onun  yaşayış  şəraitindən  asılı  olaraq  dəyişən 



30 

 

mübadilə  proseslərini  əks  etdirir.  Aşağıdakı  cədvəldə  fiziki  fəal  əhalinin  çoxluq 



təşkil  etməsi,  nisbətən  sərin  iqlimi,  əsas  müəyyən  qida  maddələrinin  istehlak 

xüsusiyyətləri  nəzərə  alınmaqla  orta  sakinin  balanslaşdırılmış  qidalanma  düsturu 

göstərilmişdir.  Enerjidə  ümumi  istifadə  2500  kilokalori  müəyyən  edilmişdir. 

Müqayisə üçün cədvəldə ABŞ üçün Amerika Milli Elmlər Akademiyası tərəfindən 

tövsiyə edilmiş normalar göstərilmişdir, bu normalar üzrə gündəlik enerji istifadəsi 

2000  kilokalori  təyin  edilmişdir.  ABŞ-da  ərzağın  etiketində  qida  dəyəri  qeyd 

edilərkən,  həmçinin  qida  maddələrinin  gündəlik  enerji  sərfini  2500  kilokalori 

hesabı ilə qeyd etmək adət halını almışdır. BMT ƏKTT "Alimentarius Məcəlləsi" 

komissiyası  Yer  kürəsinin  şərti  "orta"  sakini  üçün  gündəlik  rasionun  enerji 

dəyərinin  norması  kimi  2300  kilokalori  müəyyən  etmişdir.  Enerjinin  qorunub 

saxlanması  qanununa  müvafiq  olaraq  insanın  həyat  fəaliyyəti  prosesində  enerjini 

sərf  etdiyi  qədər  qidalanmalıdır.  Bu  tarazlığın  pozulması  ya  piylənməyə,  ya  da 

orqanizmin  zəifləməsinə  gətirib  çıxarır.  nsanın  daxili  fəaliyyətə  (əsas  maddələr 

mübadiləsi:  nəfəs  alma,  ürəyin  işləməsi  və  s.)  enerji  sərfiyyatı  əsasən  onun 

yaşından,  cinsindən,  çəkisindən  asılıdır,  eyni  zamanda  xarici  fəaliyyətə  enerji 

sərfiyyatı  (həyat  fəaliyyəti)  əməyin  xarakteri,  yaşayış  yeri  və  həyat  tərzi  ilə 

müəyyənləşdirilir.  

 

Qida maddələrində və enerjidə insanın gündəlik tələbatının variantları  



Qida 

maddələri 

 

SanPiN 


2.3.2.560-02 

 

Gündəlik tələbat 



 

Amerika Milli Elmlər 

Akademiyası 

"Alimentarius 

Məcəlləsi" 

Enerji dəyəri, kkal 

2500,0 

2000,0 


2500,0 

2330,0 


Zülal, q 

75,0 


50,0 

63,0 


50,0 

Yağlar, q 

83,0 

65,0 


83,0 




31 

 

Doymuş yağlı 



turşular, q 

25,0 


10,0 

25,0 


Doymamış yağlı 

turşular, q 

11,0 




Xolesterin, mq 

300,0 


300,0 

300,0 


Həzmedilən 

karbohidratlar, q 

365,0 


300,0 

375,0 


Qida lifləri, q 

30,0 

25,0 


30,0 

Mineral maddələr 



Natrium 

2400,0 


2400,0 

2400,0 


Kalium 


3500,0 

3500,0 


3500,0 

Kalsium 



1000,0 

1000,0 


1000,0 

800,0 


Fosfor  

1000,0 


1000,0 

1000,0 


800,0 

Maqnezium 

400,0 

400,0 


400,0 

300,0 


Dəmir 

14,0 


18,0 

18,0 


14,0 

Vitaminlər 

RE (retinol 

ekvivalenti), mkq 

1000,0 

1500, 


1500, 

 

B. (tiamin), mq 



1,5 

1,5 


1,5 

1,4 


B

(riboflavin) 



mq 

1,8 


1,7 

1,7 


1,6 

NE (niasin 

ekvivalenti), mq  

20,0 


20,0 

20,0 


18,0 

C (askorbin 

turşusu). mq 

70,0 


60,0 

60,0 


60,0 

Cədvəl 1.  

Mənbə: Abbasov  smət Dursun oğlu. Azərbaycanın və dünya ölkələrinin kənd 

təsərrüfatı. Bakı 2013 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə