Microsoft Word mirzaliyeva gunel docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix20.10.2017
ölçüsü0,72 Mb.
#5593
1   2   3   4   5   6   7   8   9   ...   30

17 

 

Bir  çox  tullantıların  -  qaz  və  digər  maddələrin  ətraf  mühitə  atılması  iqlimin 



istiləşməsinə  səbəb  olmuşdur.  Eyni  zamanda  qasırğa  və  tufanlar,  quraqlıqlar, 

daşqınlar və digər fəlakətlərin də sayı artmışdır.  

qlimin gələcəkdə  daha da istiləşməsi, buzlaqların əriməsi Dünya okeanın 6-7 

metr qalxmasına səbəb ola bilər ki, bu da yüzlərlə şəhər və kəndlərin, torpaqların 

su altında qalması gətirib çıxara bilər. 

4) Məhsuldarlıq səviyyəsinin aşağı düşməsi problemi.  

Hazırda dünya üzrə taxılın məhsuldarlığı 31 sentnerdir. (Fransa və  ngiltərədə 

buğdanın məhsuldarlığı 70 sentnerdir).  Geridə qalmış aqrar ölkələrdə bu göstərici 

Afrikada  -  13,  Rusiyada  -  20  sentner  təşkil  edir.  Məhsuldarlığın  artırılması  üçün 

çoxlu kapital qoyuluşu tələb olunur. [32] 

5)  Biçənəklərdə  otarılan  mal  -  qaranın  qədəri.  Biçənəklərdə,  çəmənliklərdə 

mal-qaranın otarılması heyvandarlıq məhsullarının artmasına zəmin yaradır. Lakin 

nəzərə  almaq  lazımdır  ki,  bunun  da  müəyyən  həddi  var.  Mal  -  qaranın  və 

qoyunların  sayının  çoxalması  həmin  torpaqların  üst  qatının  korlanmasına  səbəb 

olur.  Ona  görə də  gələcəkdə  mal  əti  və  qoyun  ətinin  artırılması  ehtimalı  daha  da 

azalır.  

Son  illərin  məlumatına  görə  inkişaf  etməkdə  olan  113  ölkənin  24  -  ü  daha 

aşağı  səviyyədə  ərzaq  təhlükəsizliyinə  nail  olmuşdur  ki,  bunun  da  22  -  i  Afrika 

ölkələridir. 

2000 - ci ilin iyun ayında Azərbaycan hökuməti Avropa  komissiyasının ərzaq 

təhlükəsizliyi  proqramına  qoşulmaq  üçün  memorandum  imzalamışdır.  Beləliklə, 

ölkədə  Ərzaq  Təhlükəsizliyi  Proqramı  hazırlanmış  və  ölkə  prezidenti  tərəfindən 

2001 - ci il 2 mart tarixli sərəncamla təsdiq  edilmişdir. 

Ə

KTT  -  nin  hesablamalarına  görə  əhalini  ərzaq  məhsulları  ilə  təmin  etmək 



üçün (müvafiq normalarla) 2025 - ci il istehsalının həcmi 2 dəfə artırılmalıdır. Bu 

isə o qədər də real deyildir. Müəyyən iqtisadi hesablamalara görə 2030 - cu ilədək 

ə

rzaq məhsulları istehsalı zəif də olsa artan istiqamətdə dəyişəcəkdir. Lakin hazırkı 



qida normaları və əhalinin artımı müqabilində dünya bazarında 500 mln. ton taxıl, 


18 

 

40  mln.  ton  ət,  70  mln.  ton  balıq  və  balıq  məhsulları  və  bir  sıra  digər  məhsullar 



çatışmayacaqdır. [32] 

    Beləliklə, ərzaq probleminin həllində üç cəhətə xüsusi fikir verilir: 

1.

  stehsalın 2 dəfə artırılması; 



2.

  Təbii artımın məhdudlaşdırılması; [32] 

3.

  Əsas ərzaq növləri üzrə qida normalarının azaldılması mümkünlüyü. [32] 



Belə  bir  cəhəti  də  qeyd  edək  ki,  “ stehsal”  iqtisadiyyatı  Neolit  inqilabından 

tutmuş 1960-cı illərə qədər uzun bir tarixi dövr ərzində mövcud olmuşdur.  

Bazar  təsərrüfatının  qərarlaşması  prosesi  (marksist  anlamda  kapitalizm 

ictimai-iqtisadi formasiyasının genezisi) Avropada XIV - XV əsrlərdə başlamış və 

ingilis  burjua  inqilabı  ilə  (XVII  əsr)  orta  əsrlərdə  başa  çatmışdır.  Asiya  istehsal 

üsulu şəraitində kapitalist transformasiyası Avropanın kütləvi müstəmləkələşdirmə 

və  qərbləşmə  siyasətinin  güclü  təsiri  altında  XIX  əsrin  ortalarından  start 

götürmüşdür. 

Erkən orta əsrlər (V - XI) → klassik orta əsrlər (XI - XV) →son orta əsrlər 

(XV-XVIII) - qeyd edilən dövrlənmə, həmçinin “istehsal” iqtisadiyyatının inkişaf 

spesifikasına tam şəkildə uyğun gəlir. Başqa sözlə, Avropada bazar təsərrüfatının 

qərarlaşması  iqtisadiyyatda  (onun  “istehsal”  xarakterində)  mahiyyət  dəyişiklikləri 

ilə müşayiət olunmamışdır. 

Erkən və klassik orta əsrlərin “istehsal” iqtisadiyyatı iqtisadi həyatın sabitliyi 

ilə  səciyyələnirdi.  Aqrar  cəmiyyətdən  əxz  edilmiş  “ənənəviçilik”  yalnız  yaşayış 

minimumu  səviyyəsində  (sadə  təkrar  istehsal  çərçivəsində)  nemətlərin  əldə 

olunmasını,  ənənəvi istehlak tipinin davam  etməsini saxlayırdı.  Natural təsərrüfat 

çərçivəsində  istehlaka  yönəlik  tələbin  həcmi  kifayət  qədər  aşağı  idi. 

Sənayeləşməyə qədərki dövrdə əhalinin böyük hissəsi gəlirlərinin yarıdan çoxunu 

qida  məhsullarının  əldə  olunmasına  yönəldirdi.  Qida  rasionunun  strukturu  həm 

ayrı-ayrı təbəqələr, həm də regionlar üzrə dəyişirdi.  

Yeni  ticarət  yollarının  axtarışı  böyük  coğrafi  kəşflərə  gətirib  çıxardı.  Yeni 

bazarlara  çıxış,  öz  növbəsində  orta  əsr  Avropa  iqtisadiyyatının  güclü  inkişafına 

təkan vermiş oldu. 




19 

 

Feodalizmin  qərarlaşdığı  dövr  “istehsal”  iqtisadiyyatının  bazara  qədərki 



genezisinin birinci dövrüdür. Bu dövrün əsas xarakterik xüsusiyyətləri ondan ibarət 

idi  ki,  natural  təsərrüfat  (“qapalı”)  -  istehsal  edilmiş  məhsul  istehsal  yerində  də 

istehlak  olunur.  Yəni  istehsalçı  öz  tələbatını  ödəmək  üçün  məhsul  istehsal  edir. 

stehsal  və  istehlak  həmin  təsərrüfatın  çərçivəsindən  kənara  çıxmır,  mübadilə  - 

“mənimsəmə” iqtisadiyyatına xas olan mahiyyətdə həyata keçirilir, əmtəə istehsalı 

yoxdur, bazar yoxdur. 

Təbiidir ki, “yoxdur” ifadəsi mütləq məna daşımır. Həm mübadilə, bazar, həm 

də əmtəə istehsalı mövcuddur və öz ehtiyacları üçün istehsalla müqayisədə bunlar 

çox  cüzi  əhəmiyyət  kəsb  edirlər.  Bir  sözlə,  onların  təsərrüfata  təsiri  ifrat  səthi 

xarakter daşıyır. Sonrakı - bazar mərhələsindən fərqli olaraq, qeyd olunanlar həmin 

dövrün əlamətləri sırasına daxil deyildir və ona görə də, sözügedən epoxanı - yəni 

“istehsal iqtisadiyyatının” erkən formasını natural təsərrüfat kimi səciyyələndirilir.  

Klassik  orta  əsrlər  “istehsal”  iqtisadiyyatının  bazaraqədərki  ikinci 

mərhələsidir. Bu dövr sadə əmtəə təsərrüfatı, yaxud şəhər təsərrüfatı dövrü kimi də 

səciyyələnə  bilər.  Dövrün  əsas  xarakterik  cəhətlərindən  biri  ondan  ibarətdir  ki, 

ölkədaxili  iqtisadi  subyektlərin  ayrıca  bir  təsərrüfat  kimi  (“qapalı”)  bölgüsü  daha 

iri miqyasa – bütöv rayonlar, ərazilər (mərkəz-şəhərlər olmaq  etibarilə) - transfer 

edir.  Belə  geniş  miqyasda  formalaşan  təsərrüfat  həyatı  rəngarəngliyi  ilə  nəzər-

diqqəti  cəlb  edir.  Müvafiq  surətdə  əmək  bölgüsünün  də  miqyası  genişlənir. 

Dəyişən  şərait,  yəni  təsərrüfat  həyatının  miqyas  genişlənməsi  mübadiləni  zəruri 

proses  halına  gətirmişdir  ki,  bu  da  şəhər  əhalisinin  ayrı-ayrı  qrupları  arasında 

ə

laqəni  ayrıca  təsərrüfat  daxilində  (erkən  orta  əsrlərdə)  mövcud  olan  əlaqələrdən 



kəskin surətdə fərqləndirmişdir. 

Başqa sözlə, mübadilə - özünün real məzmununu kəsb etməyə başlamışdır. 

Şə

hər  bazarlarındakı  birbaşa  mübadilə  bu  dövrün  əsas  fərqləndirici 



xüsusiyyəti  hesab  olunurdu.  Belə  ki,  bu  halda  təkcə  şəhərdə  fəaliyyət  göstərən 

sənətkarlar deyil, həmçinin kəndlilər  də bazar  üçün istehsal  etməyə  başlamışdılar 

ki,  bu  da  təsərrüfatın  əvvəlki  natural  xarakterinin  itirilməsi,  əmtəə  təsərrüfatına 

keçməsi anlamında qəbul edilirdi. 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə