Microsoft Word mirzaliyeva gunel docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix20.10.2017
ölçüsü0,72 Mb.
#5593
1   2   3   4   5   6   7   8   9   ...   30

11 

 

Beynəlxalq  ərzaq  təhlükəsizliyi  sistemi,  həmçinin  özündə  ərzaq 



çatışmamazlığıdan  əziyyət  çəkən  ölkələrə  yardım  göstərilməsini  və  inkişaf 

etməkdə  olan  ölkələrə  öz  milli  ərzaq  təhlükəsizliyi  sisteminin  yaradılmasına 

təşkilati,  texniki  və  iqtisadi  köməkliklər  göstərilməsini  özündə  əks  etdirir.  Bu 

sistemin mühüm tərkib elementi olan taxıl ehtiyatlarının yaradılması mümkün ola 

biləcək  ərzaq  çatışmamazlığının  aradan  qaldırılması  məqsədinə  xidmət  etməklə 

yanaş,  həmçinin  bazarlarda  taxıl  məhsullarının  qiymətlərinin  sabit  saxlanılması 

üçün önəmli vasitə rolunu da oynayır. 

Təbiidir ki, bu zaman taxıla olan tələbat tələb və təklifin səviyyəsindən asılı 

olaraq  formalaşan  beynəlxalq  bazar  qiymətləri  əsas  götürülür  və  konyuktur 

dalğalanmaları  nəzərə  alınmaqla  onun  səviyyəsinə  dövrü  olaraq  yenidən  baxılır. 

Bu  baxımdan  bazarda  qiymətlərin  aşağı  səviyyəsi  ehtiyatların  toplanmasının 

indikatoru,  qiymətlərin  yüksək  səviyyəsi  isə  ehtiyatlardan  istifadənin  indikatoru 

funksiyasını    yerinə  yetirir.  Beləliklə,  beynəlxalq  ərzaq  ehtiyatının  yaradılması 

hesabına  ərzaq  bazarının  sabitləşdirilməsi  həm  idxalçılar,  həm  də  ixracçılar  üçün 

iqtisadi cəhətdən  sərfəli ola bilər.  

Son zamanlara qədər özünün kənd təsərrüfatı istehsalçılarına yüksək səviyyəli 

himayədar dəstəyinin klassik nümunəsi Yaponiyanın aqrar siyasəti idi. Lakin 80 - 

ci  illərin  ilk  yarısından  Yaponiyada  da  əhəmiyyətli  dəyişikliklər  baş  verdi. 

Xüsusilə də dünya ölkələrinə görə rəqabət qabiliyyətli aqrar bölmənin yaradılması 

və  ərzaqla  özünü  təminetmə  problemini həll  etməyə  aztorpaqlılıq  və  kiçik  kəndli 

təsərrüfatı  şəraitində imkanı  olmayan  ölkə,  daxildə sabit  tələbatdan  istifadə  edən, 

ə

rzaq mallarının istehsalının beynəlxalq diversifikasiya modelinə keçdi. 



Ölkə  birgə  müəssisələrin  yardılması  bir  sıra  xarici  ölkələrin  (ən  çox  keçmiş 

“üçüncü dünya  ölkələrinin”)  aqrar bölməsinə  iri  miqsaylı investisiyaların  və  yeni 

texnologiyaların tətbiqi yolu ilə dünya bazarının dəyişən  konyukturu özünün ərzaq 

həssaslığını  bir  sıra  göstəricilərə  görə  əhəmiyyətli  dərəcədə  azaldıb,  zəmanətli 

ə

rzaq  özünütəminetmə  səviyyəsinə  çatdı.  Qərbi  Avropada,  ABŞ-da,  Kanadada, 



Yaponiyada və Çində kənd təsərrüfatının  uğurlu inkişafına  bazar münasibətlərinin 

tətbiqi ilə yanaşı, həm də geniş təkrar istehsal prosesinə  xarici təsir vasitələrinin 




12 

 

güclənməsi  hesabına  bazar  özünütənzimləmə  mexanizminin    fəaliyyətinin  



məhdudlaşması yolu ilə nail olunmuşdur. Kənd təsərrüfatına  dotasiyalar, qiymət, 

kvotalar, kredit-vergi siyasəti vasitəsi ilə dövlət yardım proqramları aqrar sahənin 

inkişafında  mühüm rol oynayır. Bu zaman kənddə  dövlət yardımları  da mühüm 

ə

həmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, müasir dövrdə  beynəlxalq  iqtisadi 



münasibətlər  sisteminin  qloballaşması nəticəsində artıq  ərzaq problemi ayrı - ayrı 

ölkələrin   sərhədlərini  aşaraq bütövlükdə   beynəlxalq  aləmin    aktual    probleminə 

çevrilmişdir.    Bu  baxımdan  BMT  yanında    Ərzaq  və  Kənd  Təsərrüfatı  Təşkilatı 

(FAO)  çoxsaylı  dövlətlərin  iqtisadi  təcrübəsində    ərzaq  təhlükəsizliyi    və  onun  

hədlərini təhlil edərək,  beynəlxalq ümumiləşdirmələr aparmışdır. 

Beynəlxalq  Ərzaq  Təşkilatı  ekspertlərinin  qənaətinə  görə    dövlətin  ərzaq 

təhlükəsizliyinin  əsas  ölçüləri  ölkədə  taxıl  ehtiyatlarının    ümumi  həcmi,  növbəti 

məhsul  yığımına    qədər  onun  saxlanması    və  əhalinin  hər  nəfərinə    düşən  taxıl 

istehsalı hesab edilir. Dünya təcrübəsində o ölkənin ehtiyatı təhlükəsiz hesab edilir 

ki,  ölkə  əhalisinin  illik  istehlakının  17  -  20%  -i  həcmində  taxıl  ehtiyatı  mövcud 

olsun.  Başqa  sözlə  taxıl  resursu  illik  istehlakdan  əlavə  ölkə  əhalisinin  daha  2  ay 

müddətinə taxıla olan tələbatını təmin etmək imkanı versin.[1] 

Azərbaycan Respublikasının  ərzaq təhlükəsizliyinin  əsas  təminat məsələləri 

daxili və xarici amillərdən asılı olmayaraq  aşağıdakılardan ibarətdir: 

- ölkənin hər bir vətəndaşının  müəyyən edilmiş  rasional istehlak normasına 

ə

sasən    fəal,  sağlam  həyat  tərzi  üçün  lazımi  təhlükəsiz  və  keyfiyyətli  yeyinti 



məhsulları  ilə  fiziki  və  iqtisadi  cəhətcə  təmin  edilməsinə    nail  olunması  və  onun 

yüksək səviyyədə saxlanılmasının təmin edilməsi; 

-  ölkənin  ərzaq  məhsulları  ilə  təmin  edilməsinə  əsas  daxili  ərzaq  növlərinin 

dayanıqlı istehsalının inkişaf etdirilməsi ilə nail olunması; 

-  istehlak  edilən  yeyinti  məhsullarının  təhlükəsizliyinə  və  keyfiyyətinə  nail 

olunması; 

- təbii fəlakətlər  və digər fövqəladə  hallarda vətəndaşların  yeyinti məhsulları  

ilə  müntəzəm    təmin    edilməsi  hesabına,  yarana  biləcək    neqativ    halların  




13 

 

minimuma endirilməsi və təhlükəsiz  yeyinti məhsullarının  istehsalının  və ərzaq  



təhlükəsizliyində daxili və xarici amillərin aradan qaldırılmasının  təmin edilməsi. 

Aqrar sənaye  kompleksində  inkişaf  XX əsrin  90 - cı illərin  sonlarından  və 

XXI əsrin  ilk illərindən  başlayaraq  sabit  xarakter  daşıyır. Yeyintı  məhsullarının  

sənaye    istehsalı  da  yüksək    templə  inkişaf  edir.  Bir    çox  kənd  təsərrüfatı  

məhsulları    istehsal    edən    təşkilatların    iqtisadiyyatı  möhkəmlənir.  Bu  prosesdə, 

xüsusi olaraq, Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  11 fevral  2004 - 

cü  il  tarixli  24  nömrəli    Fərmanı  ilə  təsdiq  olunmuş  “Azərbaycan    Respublikası  

regionlarının sosial - iqtisadi  inkişafı  Dövlət Proqramı (2004 - 2008-ci illər)”nın, 

25  avqust  2008-ci  il  tarixli  3004  nömrəli    sərəncamı  ilə  təsdiq  olunmuş  “2008  -

2015  -  ci  illərdə    Azərbaycan  Respublikasında    əhalinin    ərzaq    məhsulları  ilə 

etibarlı  80  nömrəli    Fərmanı    ilə    təsdiq  olunmuş    “Azərbaycan  Respublikası 

regionlarının  2009 - 2013 - cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 

və digər normativ - hüquqi sənədlərin  hərəkətverici qüvvə olmasıdır.  

Bununla yanaşı, aqro - sənaye  kompleksinin  potensialından  tam və rasional 

istifadə  edilmir,  ayrı-ayrı  sahələrin    istehsal    həcmi  əhalinin  daxili  istehsal  

hesabına  istehlakını  qismən təmin edir, bu hal isə  ərzaq təhlükəsizliyinin  təmin 

edilməsində    öz    mənfi  təsirini    göstərməyə  bilməz.  Buna  görə  də  bəzi  yeyintı 

məhsulları  üzrə  istehlak  təlabatı idxal hesabına  ödənilir. 

        Ərzaq  təhlükəsizliyi    və  tam    qidalanmanı    xarakterizə  edən    məsələlər  

aşağıdakı aspektdə təsnifləşdirilir: 



Mövcudluq 

-  keyfiyyət  və  kəmiyyət    baxımından    yeməyə    yararlı    və 

sağlamlıq  üçün  təhlükəsiz    olan    ərzaq  məhsullarının    hazır  olması,  ölkə 

səviyyəsində  ərzaq  mövcudluğu  ehtiyatlar, idxal, humanitar yardımlar  və yerli 

istehsaldan  əldə edilən  məhsulları  özündə  əks etdirir.  

Ə

ldə  etmək  imkanları 

-  ailənin  (ev  təsərrüfatının)  və  onların  hər  üzvünün  

tam  qidalanması    məqsədilə,    tələb  edilən  ərzaq  məhsulları    əldə  etmək  üçün 

kifayət qədər resurslara malik olmasını  nəzərdə tutur. Resurslar dedikdə isə ailənin 

(ev təsərrüfatının)  sərancamında olan  kapital, işçi qüvvəsi, bilik, bacarıq, habelə 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə