Microsoft Word mirzaliyeva gunel docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix20.10.2017
ölçüsü0,72 Mb.
#5593
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

26 

 

•  təhlükəsiz,  müxtəlif  çeşidli,  qidalı  ərzağın  qeyri  -  adekvat  mövcudluğu  və 



ə

ldə edilməsi;  

• təmiz su, sanitariya və səhiyyə xidmətlərinə çıxışın çatışmazlığı; 

•  uşaqların  düzgün  qidalandırılmaması  və  böyüklərin  qeyri  -  düzgün 

qidalanma seçimləri. 

Kifayət  qədər  qidalanmamanın  köklü  səbəbləri  daha  mürəkkəbdir  və  daha 

geniş iqtisadi, sosial, siyasi, mədəni və fiziki ətraf mühiti əhatə edir. Bu baxımdan, 

kifayət  qədər  qidalanmama  probleminin  ünvanlanması  kənd  təsərrüfatı  və  ərzaq 

sistemində,  təbii  ehtiyatların  idarə  edilməsində,  ictimai  sağlamlıq  və  təhsildə 

inteqrə  edilmiş  fəaliyyət  və  əlavə  müdaxilə  tələb  edir.  Çünki  zəruri  fəaliyyətlər 

adətən  bir  neçə  hökumət  qurumlarını  cəlb  edir  və  koordinasiya  edilmiş  səyləri 

həvəsləndimək üçün yüksək  səviyyəli siyasi dəstək tələb olunur. 

Ə

rzaq  və  Kənd  Təsərrüfatı  Təşkilatının  (ƏKTT)  Avropa  və  Mərkəzi  Asiya 



regionunda apardığı tədqiqat, 2030 və 2050 - ci illər üzrə proqnozlarının nəticəsinə 

ə

sasən qeyd olunan regionda üç əsas uzunmüddətli problem aşkar olunmuşdur. 



-  qidalanma  vərdişlərinin  dəyişməsi.  2050  -  ci  ilə  qədər  olan  proqnozlara 

ə

sasən  Avropa  və  Mərkəzi  Asiya  regionunda  aclıq  səviyyəsinin  azalacağı, 



həmçinin  taxıl  məhsullarının  istehlakının  azalacağı,  ət  və  süd  məhsullarının 

istehlakının isə artması gözlənilir. Belə qidalanma piylənmə hallarının çoxalmasına 

gətirib  çıxaracaq  və  bu  da  ürək  xəstəlikləri  kimi  xroniki  və  qeyri  infeksion 

xəstəlikləri üzrə risk faktorudur. [33] 

-  regionun  istehsal  potensialı.  Regionda  taxıl  bitkilərinin  istehsalının  hazırkı 

vəziyyəti  və  proqnoz  olunan  istehsalının  müqayisəsi  göstərir  ki,  taxıl  bitkilərinin 

hal-hazırda  əsas  istehsalçısı  olan  və  növbəti  illərdə  də  bu  tendensiyanı  davam 

etdirəcək  3  subregionda  -  Şərqi  Avropa  (Ukrayna),  Cənubi  Qafqaz  və  Mərkəzi 

Asiya  və  Türkiyə  -  istehsal  səviyyəsi  potensialdan  xeyli  aşağı  olacaqdır.  Region 

üçün  məhsuldarlığın  artımı  çox  mühümdür,  çünki  məhsuldarlıqda  artım  fermer 

gəlirlərinin artımı deməkdir.  Azərbaycanın da daxil olduğu Qafqaz və Orta Asiya 

regionunda  kiçik  fermer  təsərrüfatlarında  məhsuldarlığın  artması  müşahidə 

olunmur. Qarşıda duran əsas məsələ fermer təsərrüfatlarının inkişafına və bazarlara 



27 

 

çıxışının  təmin  olunmasına  dəstək  verməkdir.  Bəzi  hallarda  faktiki  məhsuldarlıq 



potensial  məhsuldarlıqdan  40%  aşağıdır.  Bu  situasiyanın  yaxşılaşdırılması  kənd 

yoxsulluğunun qarşısını ala bilər. [33] 

 Ərzaq  məhsullarının  istehsalının  artırılması   vacib  məsələdir,  lakin  tam  həll 

yolu  deyil.  Dünyada  artıq  kifayət  qədər  ərzaq  vardır.  Aclığın  əsas  səbəbi  ərzaq 

məhsullarına  çıxışın  olmamasıdır.  Dünyada  istehlak  üçün  istehsal  edilən  ərzağın 

üçdə bir hissəsi, bu da illik əsasda təxminən 1,3 milyard ton itirilir və ya tullanılır. 

Problemlərin  qarşısını  almaq  üçün  innovativ  və  dayanıqlı  yanaşmaların  tətbiqinə 

ehtiyac vardır. [33] 

- resurslardan davamlı istifadə. Əlbəttə ki, Avropa və Mərkəzi Asiya regionu 

ölkələri  üçün  əsas  məsələlərdən  biri  uzun  müddətdə  ətraf  mühitin  mühafizəsini 

təmin  edən  davamlı  kənd  təsərrüfatı  istehsalına  nail  olmaqdır.  Kimyəvi  və  digər 

gübrələrdən  istifadə  də  narahatlıq  doğuran  bir  faktordur.  Kimyəvi  gübrələrin 

nəzarətsiz  tətbiqi  yeraltı  suların  çirklənməsinə,  ərzaq  məhsullarının  istehsalı  və 

satışı sistemində təhlükəli tullantıların yığılmasına gətirib çıxara bilər. Baxmayaraq 

ki,  Qafqaz  və  Mərkəzi  Asiya  ölkələrində  onların  daha  çox  inkişaf  etmiş  qonşu 

ölkələri  ilə  müqayisədə  kimyəvi  preparatlardan  istifadə  xeyli  aşağı  səviyyədədir, 

bu  ölkələr  su  resurslarından  intensiv  istifadə  edirlər.  Regionda  olan  problem  su 

qıtlığı  deyil,  suyun  daşınması  və  istifadəsində  köhnəlmiş  və  sıradan  çıxmış 

sistemlərin mövcudluğudur ki, bu da xeyli səviyyədə su itkisi və sudan səmərəsiz 

istifadə  ilə  nəticələnir.  Bu  baxımdan,  su  itkisinin  azaldılması  məqsədilə  bu 

sistemlərin  bərpası,  saxlanılması  və  təsərrüfat  səviyyəsində  su  idarəçiliyinin 

yaxşılaşdırılması regionda su stresinin azaldılması istiqamətində ilkin addım hesab 

olunur.  Bu  gün  Şərqi  Avropanın  12 ölkəsində,  Qafqaz və  Orta Asiya  ölkələrində 

200  min  ton  pestisid  qalıqları  mövcuddur  və  bu  da  bütün  dünya  üzrə  pestisid 

qalıqlarının 40 %-ni təşkil edir. [33] 

 Orta  Asiya  və  Qafqaz  ölkələrində  kifayət  qədər  qidalanmamaq  riski 

müşahidə olunur. Kifayət qədər qidalanmayan əhalinin faiz nisbəti 26%, yoxsulluq 

səviyyəsi isə Dünya Bankının hesablamalarına görə 30 - 70% təşkil edir. Son beş il 

ə

rzində  Azərbaycan  neft  və  təbii  qaz  ehtiyatlarının  əldə  edilməsi  və  ixracı 




28 

 

sayəsində  misilsiz  mənfəətdən  bəhrələnmişdir.  Demək  olar  ki,  bütün  insanların 



yaşayış  şəraiti  yaxşılaşmış,  Ünvalandırılmış  Sosial  Yardım  isə  ən  yoxsul  ailələri 

dəstəkləmək  üçün  istifadə  edilir.  Yoxsulluq  səviyyəsi  əhəmiyyətli  dərəcədə 

enmişdir, lakin bir çox ailələr gəlir əldə etməkdə və uşaqlarının əsas ehtiyaclarını 

təmin etməkdə hələ də çətinliklərlə üzləşirlər. 

 Azərbaycan  əhalisi  Ümumdünya  Səhiyyə  Təşkilatının  müəyyən  etdiyi 

gündəlik və illik qida normasından xeyli aşağı miqdarda ərzaq məhsulları istehlak 

edir,  xüsusən  yüksək  kalorili  məhsulların  istehlakı  müəyyən  olunmuş  normadan 

xeyli  aşağıdır:  “Ət  və  ət  məhsulları  istehlakının  adambaşına  illik  norması  84 

kiloqramdır.  Reallıqda  isə  ölkə  əhalisi  adambaşına  ildə  cəmi  33  kiloqram  ət 

istehlak edir. Süd və süd məhsullarının istehlakı norması adambaşına 360 kiloqram 

müəyyən olunsa da, il ərzində 248 kiloqram, balıq və balıq məhsulları üzrə norma 

20  kiloqram  olduğu  halda  6,8  kiloqram,  yumurta  norması  280  ədəd 

müəyyənləşdiyi halda bunun yarısından da az, yəni 131 ədəd istehlak edilir”. [33] 

BMT-nin  Ərzaq  və  Kənd  Təsərrüfatı  Təşkilatının  hesablamalarında  da 

Azərbaycanda  gün  ərzində  ərzaq  istehlakı  səviyyəsinin  aşağı  olduğu  vurğulanır: 

Azərbaycanda  gün  ərzində  adambaşına  orta  hesabla  2242  kilokalori  düşür. 

Gürcüstanda bu göstərici 2249, Ukraynada 2727, Belarusiyada 3007, Qazaxıstanda 

3095 kilokaloridir. 

Qidalanma  üzrə  II  Beynəlxalq  Konfrans  19  -  21  noyabr  2014  -  cü  il 

tarixlərində  Roma  şəhərində  keçirilmişdir.  Konfrans  1992  -  ci  ildə  keçirilmiş 

ə

vvəlki  qidalanma  konfransından  sonra  əldə  edilmiş  nailiyyətləri,  tərəqqini 



nəzərdən  keçirəcək  və  yeni  qlobal  ətraf  mühitdə  qidalanmanın  yaxşılaşdırılması 

üçün problemlərin həlli  yolunun tapılması  imkanlarını  araşdıracaqdır.  II  konfrans 

kifayət  qədər  qidalanmamanın  çoxsaylı  yüklərini  ünvanlamaq  üçün  hökumətlərin 

və  digərlərinin  bir  araya  gələrək  və  birgə  çalışaraq  problemlərin  çözülməsi 

məsələlərinə  baxacaq  və  qidalanma  nəticələrinin  yaxşılaşdırılmasında  praktiki 

alətlərin, qaydaların və təcrübələrin bölüşməsi üçün forum təşkil edəcəkdir. ƏKTT 

və  Ümumdünya  Səhiyyə  Təşkilatı tərəfindən  təşkil  olunacaq bu  yüksək  səviyyəli 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə