Microsoft Word mirzaliyeva gunel docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix20.10.2017
ölçüsü0,72 Mb.
#5593
1   2   3   4   5   6   7   8   9   ...   30

14 

 

qiymətlərin    səviyyəsi    nəzərdə  tutulur.  Ailənin  (ev  təsərrüfatının)  əldə  etmək 



imkanlarında  olan gəlirlərə daha çox əhəmiyyət verilir. 

stifadə(istehlak) -

 onun iki aspekti nəzərdə tutulur: sosial - iqtisadi və bioloji. 

Ə

rzaq  məhsulları    kəmiyyət  və  keyfiyyətcə    mövcud    olduqda    və  əldə  etmək  



imkanına malik olduğu  hallarda  ailə (ev təsərrüfatını) hansı məhsullardan istifadə 

edilməsinin  məqsədəuyğunluğu seçimini edir. 

 

1.2. Dünyanın ərzaq istehsalının tarixi mərhələləri və onun 

müasir inkişaf istiqamətləri 

 

Ə



rzaq  təhlükəsizliyi  -  ərzaq  çatışmazlığı  təhlükəsi  ilə  bağlıdır.  Hələ  200  il 

bundan əvvəl ingilis iqtisadçı Tomas Robert Maltus (1766 - 1834) 1798 - ci ildə 

“əhali qanunu haqqında təcrübə” adlı əsər yazaraq, anonim ad ilə nəşr etdirmişdir. 

O  göstərirdi ki,  hər 25  ildən  bir əhalinin sayı  2 dəfə  (həndəsi silsilə üzrə)  artdığı 

halda  əhali  üçün  yaşayış  vasitələri  ədədi  silsilədə  olduğundan  tez  arta  bilməz. 

Beləliklə o, ərzaq məhsullarının çatışmazlığını təbii hal hesab edirdi. Maltus əhali 

artımı  ilə  ərzaq  çatışmazlığı  ilə  bağlı  olaraq  xəstəlikləri,  müəyyən  nöqsanları, 

müharibələri qanunauyğun hesab ediridi. Maltusun fikirləri özünü tam doğrultmasa 

da,  hər  halda  təbii  ehtiyatlardan  səmərəli  istifadə  edilməsi,  kənd  təsərrüfatının 

quruluşunda dəyişiklik aparılması, islahatlar keçirilməsi, bəzi ölkələrdə əhali artımı 

barədə yeni siyasət yeridilməsi və bu kimi problemlərə olan məsuliyyəti artırmışdır. 

 Ərzaq  probleminin  vəziyyəti  həmişə  dünya  alimlərinin,  beynəlxalq 

təşkilatların  və  dövlət  orqanlarının  diqqət  mərkəzində  olmuşdur.  Ayrı  -  ayrı 

dövrlərdə bu sahədə müzakirələr, təhlillər, geniş araşdırmalar aparılmışdır. Demək 

olar  ki,  bütün  mütərəqqi  bəşəriyyət  cəmiyyətin  ərzaq  təhlükəsizliyinin  təmin 

edilməsinə dair öz qüvvələrini birləşdirmişdir. Belə ki, 1996 - cı ildə Vaşinqtonda 

“Dünyanın gələcəyini öyrənən cəmiyyət” yaradılmışdır. [32] Həmin illərdən ABŞ-

ın  15  institut  və  onların  tərkibində  minlərlə  alim  bəşəriyyətin  çağdaş  və  gələcək 

inkişaf  meyllərini  tədqiq  edir.  Vyanada  (Avstriya)  “Gələcəyin  problemləri 



15 

 

institutu”, Niderlandda “Bəşəriyyət 2000-ci ildə” beynəlxalq fondu yaradılmışdır. 



1968-ci ildə “Ümumdünya sisteminin inkişafını modelləşdirən və proqnozlaşdıran 

“Roma klubu” beynəlxalq təşkilatı yaradılmışdır və bunun üçün 5 qlobal problem 

və həlli  nəzərdə tutmuşlar. 

Bunlar aşağıdakılardır: 

1.

  Sürətli sənayeləşmə; 



2.

  Əhalinin sürətli artımı; 

3.

  Aclıq və ərzaq çatışmazlığının geniş yayılması; 



4.

  Təbii ehtiyatların tükənməsi; 

5.

  Məskunlaşma mühitinin pisləşməsi;  



Bu  problemlərin  tədqiq  edilməsi  üçün  müəlliflər  4  ümumiləşdirilmiş 

göstəriciyə əsaslanmışlar: 

1. Dünyanın potensial əkin sahəsi (3.2 mlrd. hektardır); 

2. 1970 - ci ilə nisbətən məhsuldarlığın 3 dəfə artırılması mümkünlüyü; 

3. 1970 - ci illə müqayisədə əldə edilə bilən ehtiyatların 200 dəfə artırılması 

mümkünlüyü; 

4.  Yer  üzündəki  müxtəlif  çirklənmələrin  qarşısının  alınması  (əks  halda,  bu 

1970-ci ildəkindən 25 dəfə çox ola bilər). [32] 

Beləliklə,  müəlliflər  əhalinin  sayının  təqribən  33  ilə,  sənaye  istehsalının  isə 

10-15 ilə 2 dəfə artması ehtimalını qəbul etmişlər. 

Ə

rzaq  təhlükəsizliyi  ilə  bağlı  olaraq  1974  -  cü  ildə  Romada  BMT 



“Ümumdünya  ərzaq  konfransı”  keçirilmişdir.  Bu  konfransda  ərzaq  qıtlığına  və 

aclığa  qarşı  birgə  mübarizə  üçün  ümumbəşəri  bəyannamə  qəbul  edilmişdir. 

Bəyannamədə belə halların yaranma səbəblərinin öyrənilməsi, xəbərdarlıq edilməsi, 

qarşısının  alınması  üçün  tədbirlər  görülməsi  məsələlərinə  diqqətin  artırılması 

tövsiyə edilmişdir.  Elə bu məqsədlə də 1974 - cü ildə “Ümumdünya Ərzaq Şurası” 

yaradılıbdır. Bu şura ümumdünya ərzaq proqramı təşkilatı kimi fəaliyyət göstərir. 

Təməli 1963-cü ildən qoyulmuşdur. Belə beynəlxalq tədbirlərdən biri də 1992 - ci 

ildə  keçirilmişdir.  Dünyanın  ən  qabaqcıl  1600  alimi  (o  cümlədən,  102  Nobel 

laureatçısı)  beynəlxalq  yığıncaqlar  keçirərək  elmi  təhlillər,  hesablamalar  aparmış, 



16 

 

ə



rzaq  probleminin  güclü  sosial  -  siyasi  mahiyyətə  malik  olmasını  göstəriblər. 

Beləliklə,  bu  alimlərin  hazırladıqları  sənədlərdə  aşağıdakı  problemlərə  diqqətin 

artırılması ön plana çəkilmişdir: 

1) Əsas ərzaq növü olan taxılçılığın əkin sahəsinin azalması məsələsi. 1980 - 

ci illərdə taxıl əkini sahələri 735 mln. hektar olduğu halda, 2003 - cü ildə 666 mln. 

hektar  təşkil  etmişdir  (69  mln.  hektar  azalaraq  1960  -  cı  illərin  səviyyəsinə 

enmişdir). 

Bu vəziyyəti 3 əsas səbəblə əlaqələndirmək olar: 

-

 torpağın  böyük  bir  qismi  əkin  dövriyyəsindən  çıxarılaraq  sənaye  



məqsədlərinə, infrastrukturanın inkişafına cəlb edilmişdir; 

-

 60-80-ci  illdərdə  kənd  təsərrüfatının  intensiv  inkişafının  nəticəsi  olaraq 



torpaqların eroziyası artmışdır. Ona görə də bir çox ərazilərdə yeni meşə salınması 

və çəmənliklər yaradılması zərurəti meydana çıxmışdır; 

-

 Dünya  üzrə  əhalinin  sayının  artması,  şəhərlərin,  qəsəbələrin,  bağ 



təsərrüfatlarının, müvafiq infrastrukturanın genişlənməsini tələb edir. 

2)  çməli  su  qıtlığı  problemi.  Etiraf  etməliyik  ki,  hazırda  dünya  əhalisinin 

50 %-ə qədəri içməli su ilə qeyri qənaətbəxş təmin olunur. 

Bir  çox  hallarda  sudan  qənaətlə  istifadə  olunmur.  Sənaye  məqsədləri  üçün 

sudan  istifadə  artır,  bu  isə  su  mənbələrini  çirkləndirir.  Bəzi  regionlarda  suvarılan 

torpaqların  artması  da  içməli  suların  azalmasına  səbəb  olur.  Məsələn,  XX  əsrin 

ə

vvəllərində süni suvarılan əkin sahələri 40 mln. hektar olduğu halda 50 - 60 - cı 



illərdə bu göstərici 99 mln. hektar, 2003 - cü ildə 273 mln. hektar təşkil etmişdir. 

[32] 


Dünya  okeanının  qlobal  problemi  də  ərzaq  problemini  çətinləşdirir. 

Okeanlarda  (Atlantik  və  Sakit  okeanda)  balıqçılıq  hövzələrindən  həddindən  artıq 

balıq tutulması, dəniz məhsullarının mənimsənilməsi bir çox balıq növlərinin yox 

olmasına gətirib çıxarmışdır. Balıq ehtiyatlarının belə vəziyyətə düşməsi üzündən 

Avropa  ttifaqı 2003-2004-cü illərdən balıq tutulmasına 40 % qadağa qoymuşdur.  

3) Ətraf mühitin çirklənməsi problemi də kənd təsərrüfatı və ərzaq təminatına 

böyük zərər vurur.  



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə