Microsoft Word mirzaliyeva gunel docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix20.10.2017
ölçüsü0,72 Mb.
#5593
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

23 

 

təsərrüfatın  kapitalist  ukladının  əsası  kimi  çıxış  edirdi.  Genezis  nöqteyi  - 



nəzərindən bir - biri ilə sıx bağlılıqda olan iki prosesin vəhdətinə söykənirdi: 

-

  istehsal prosesinin (sadə əmək kooperasiyası çərçivəsində) ayrı - ayrı əmək  



ə

məliyyatlarına parçalanması; 

-

  müxtəlif  sənət  və  peşələr  üzrə  ixtisaslaşmış  işçilərin  emalatxana 



çərçivəsində bir araya gətirilməsi. 

Sənaye çevrilişi mahiyyət etibarilə elmi - texniki inqilab xarakteri daşımışdır. 

Elmi-texniki  tərəqqinin  sürətlənməsi  (XVII  -  XVIII  əsrlər)  sənayedə 

manufakturadan  fabrikə  -  iri  maşınlı  sənayeyə  keçidin  əsas  hərəkətverici  qüvvəsi 

kimi  çıxış  etmişdir.  Sənaye  çevrilişi  ilk  dəfə  ngiltərədə  (XVIII  əsrin  sonu)  baş 

vermişdir. 

Sənaye çevrilişi real məzmunlu bazar iqtisadiyyatının formalaşması prosesini 

başa  çatdırdı.  Sənaye  inqilabı  “istehsal”  iqtisadiyyatının  inkişaf  prosesində  çox 

güclü  təkan  oldu.  Bütövlükdə,  Qərbi  Avropada  sənayeləşmə  prosesi  ilkin  olaraq 

yüngül sənayenin iri maşınlı bazaya keçirilməsindən başlanmışdır. Belə ki, yüngül 

sənaye  üçün  daha  az  avans  olunmuş  kapitala  ehtiyac  duyulur.  Digər  tərəfdən, 

kapitalın dövriyyəsi sürətlənir. 

XX  əsrin  70  -  ci  illərindən  etibarən  “istehsal”  iqtisadiyyatından  “yeni 

iqtisadiyyatın-xidmət  iqtisadiyyatı”na  keçid  formalaşma  təmayülləri  açıq  -  aydın 

şə

kildə müşahidə edilirdi. “Köhnə industrial qaydalar” informasiya texnologiyaları 



ilə cücərməyə başlayan “yeni iqtisadiyyatla” əvəz olunurdu. 

Xidmət sferası, elm, təhsil real sektoru (kənd təsərrüfatı, sənaye) üstələməyə 

başlayır, istehsal prosesində elmi biliklərdən istifadə intensiv xarakter alırdı. 

Artıq 1970 - ci illərin əvvəllərindən bəşəriyyətin yeni dövrə qədəm qoyduğu 

açıq-aydın  şəkildə  dərk  edilməyə  başlamışdı.  Cəmiyyətin  istehsalla  bağlı 

(maddiyyat  anlamında)  problemləri  öz  aktuallığını  itirmiş,  biliklərin  toplanması, 

sistemləşdirilməsi və yayılması ilə bağlı olan müxtəlif xidmətlər ön plana çıxmışdı. 

Eyni  zamanda,  elmi  -  exniki  inqilabın  məntiqi  nəticəsi  kimi  elm  əsas  məhsuldar 

qüvvəyə, inkişafın və təhlükəsizliyin başlıca amilinə çevrilmişdi. 



24 

 

nformasiya  və  elmi  biliklər  istehsal  resursuna  çevrilir.  Elmi  araşdırmalar 



iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi kimi çıxış etməyə başlayır. Əsas dəyərlər 

sırasında təhsil səviyyəsi, peşəkarlıq və kreativlik ön mövqelərə sahiblənir. 

 

 

1.3. Dünyanın ərzaq istehsalı və əhali artımının qarşılıqlı 



əlaqələndirilməsi. 

  

Hər  il  16  oktyabr  bütün  dünyada  “Ümumdünya  Ərzaq  Günü”  kimi  qeyd 



edilir.   “Ümumdünya  Ərzaq   Günü”  1979  -  cu  ildə  BMT  -  nin  Ərzaq  və  Kənd 

Təsərrüfatı  Təşkilatının  (FAO)  konfransında  elan  edilmişdir.  Günün  elan 

edilməsində  əsas  məqsəd  əhalinin  dünya  ərzaq  problemləri  barədə 

məlumatlandırılması, 

aclıq 

və 


yoxsulluqla 

mübarizədə 

həmrəyliyin 

gücləndirilməsidir. 

16 oktyabr tarixi həm də BMT - nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 

yaranma günüdür. BMT - nin Baş Assambleyası 1980 - ci ildə qəbul etdiyi xüsusi 

qətnamə  ilə  (№  A/RES/35/70)  Ümumdünya  Ərzaq  Gününün  hər  il  keçirilməsini 

alqışlamışdır. [33] 

Hər  il  fərqli  mövzulara  və  problemlərə  toxunan  “Ümumdünya  Ərzaq 

Günü”nün bu ilki mövzusu “Ərzaq təhlükəsizliyi və qidalanma üçün davamlı ərzaq 

sistemləri”  seçilmişdir.  Ərzağın  istehsalı  və  istehlakı  prosesinə  cəlb  olunmuş 

istənilən proses  ərzaq  sisteminin bir hissəsi  hesab olunur.  Bura  bitkinin  əkilməsi, 

yığılması,  emalı,  qablaşdırılması,  nəqli,  marketinqi,  alınması,  saxlanması  və 

istehlakı  daxildir.  Məşğuliyyət,  maliyyə,  elektrik  enerjisi  və  qidalanma  da  bu 

sistemin hissələridir. 

 Dünya əhalisinin sayının 2050 - ci ildə 9,0 milyarda çatması gözlənilir. Hər 

kəs  üçün  kifayət  qədər  qidanın  olmasına  əmin  olmaq  üçün  ərzaq  sistemlərinin 

vəziyyəti  barədə  düşünülməsinə  ehtiyac  vardır.  Belə  ki,  ərzaq  sistemlərinin  ətraf 

mühitə təsirinin azaldılması zərurəti yaranmışdır, çünki bu gün ərzaq məhsullarının 

istehsalı  nəticəsində  atmosferə  çoxlu  miqdarda  istixana  qazları  buraxılır,  su 




25 

 

ehtiyatları  sahəsində  gərginlik  yaradılır.  Ərzaq  alışı  seçimlərinin  dünyanın  başqa 



bölgələrində  yoxsul  fermerlərə  necə  təsir  etdiyi  daha  dərindən  dərk  edilməlidir. 

Zəncirboyu - ərzağın nəqli, saxlanması, super - marketlərdə və evdə ərzaq itkisinin 

qarşısının  alınması  yolları  öyrənilməlidir.  BMT  hesablamalarına  görə  bu  gün 

dünyada  milyonlarla  insan  aclıqdan  əziyyət  çəkir.  Kifayət  qədər  qidalanmama 

cəmiyyətə  çox baha başa  gəlir və  müxtəlif  formalarda  təzahür edir.  Dünyada  beş 

yaşından  aşağı  hər  dörd  uşaqdan  biri  aclıqdan  əziyyət  çəkir.  Bu  o  deməkdir  ki, 

kifayət  qədər  qidalanmayan  165  milyon  uşaq  həyat  boyu  tam  fiziki  və  əqli 

inkişafdan  geri  qalacaqdır.  Təxminən  2  milyard  əhali  sağlam  həyat  üçün  zəruri 

olan vitamin və mineral maddələrin çatışmazlığı ilə üzləşmişdir.  [33] 

 Dünya  əhalisinin  1,4  milyard  nəfəri,  o  cümlədən,  43  milyon  uşaq  artıq 

çəkidən əziyyət çəkir. Bunların üçdə biri piylənməyə düçar olmuş və ürək-damar 

xəstəlikləri, şəkərli diabet və digər sağlamlıq problemləri ilə üzləşmək riskindədir. 

Dünya üzrə piylənmənin göstəricisi 1980 - ci ildən bu günədək iki dəfə artıb. Hər il 

dünyada  2,8  milyon  insan  artıq  çəki  və  piylənmədən  dünyasını  dəyişir. Kifayət 

qədər  qidalanmamanın  məhsuldarlığın  itirilməsi  və  birbaşa  səhiyyə  xərcləri 

baxımından   dünya  iqtisadiyyatına  vurduğu  zərər  nə  az,  nə  çox  qlobal  gəlirin  5 

faizi həcmində ölçülür ki, bu da illik 3,5 trilyon ABŞ dolları və ya adam başına 500 

ABŞ dolları ekvivalentinə bərabərdir. [33] 

Dünyadan kifayət qədər qidalanmamanın kökünün kəsilməsi çətin məsələdir, 

lakin  qoyulacaq  investisiya  özünü  yüksək  səviyyədə  doğrultmaq  gücündədir. 

Məsələn,  ƏKTT-nin  hesablamalarına  görə  əgər  dünya  cəmiyyəti  mikro  qida 

çatışmazlığının azaldılmasına beş il müddətinə 1,2 milyard ABŞ dolları həcmində 

investisiya qoyarsa bunun nəticəsi daha yaxşı sağlamlıq, uşaq ölümü səviyyəsinin 

azalması  və  gələcək  yüksək  mənfəət  olacaqdır.  Bu,  illik  qazancın  15,3  milyard 

ABŞ dolları səviyyəsində olmasına - mənfəət və xərclər nisbətinin demək olar ki, 

13-ün 1 nisbətində olmasına gətirib çıxarması deməkdir.  

Kifayət  qədər  qidalanmamanın  əsas  səbəbləri  mürəkkəb  olmaqla 

aşağıdakılardan ibarətdir:  




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə