Microsoft Word mirzaliyeva gunel docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix20.10.2017
ölçüsü0,72 Mb.
#5593
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

70 

 

Sabit və adekvat ərzaq təklifi, ilk növbədə aqrar sektorda intensiv geniş təkrar 



istehsalın,  o  cümlədən  kənd  təsərrüfatı  məhsullarının  istehsalının  və  emalının 

inkişaf  etdirilməsi  yolu  ilə  əldə  olunacaqdır.  Bununla  yanaşı,  tələbatın  bir  qismi 

xarici asılılığı nəzarətdə saxlamaq şərti ilə idxal hesabına ödənilməsi. 

Nəzərə  alınmalıdır  ki,  iqtisadi  qanunlara  görə  ölkədə  istehlak  olunan  ərzaq 

məhsullarının  25%  -  dən  çoxu  xarici  ölkələrdən  gətirilirsə,  həmin  ölkənin  ərzaq 

təminatı təhlükəli sayılır. 

Ə

rzaq  təminatı  sahəsində  dövlət  siyasətinin  əsas  istiqamətlərinin  2015-ci  ilə 



qədər  yerinə  yetirilməsi  üçün  konkret  olaraq  Tədbirlər  Planında  nəzərdə 

tutulmuşdur: 

Səmərəli istehsal, saxlanılma və  satış infrastrukturunun yaradılması da  ərzaq 

təminatı sisteminin ən vacib elementlərindəndir. Buna görə də bu sahələrə dövlət 

investisiyaları artırılacaq və özəl təşəbbüslərin hərtərəfli dəstəklənməsi; 

Ə

rzaq  təklifinin  səmərəli  bazar  mexanizmi  vasitəsilə  adekvat  tələblə 



qarşılaşması  üçün  ölkə  vətəndaşlarının  hər  biri  istənilən  zaman  ərzaqla  təmin 

olunma  imkanına  malik  olmalıdır.  Bu  həmin  ictimai  resursların  aztəminatlı 

vətəndaşlara  birbaşa  yönəldilməsi,  həm  də  ödəmə  qabiliyyətli  tələbin 

formalaşdırılması vasitəsilə həyata keçirilməsi; 

Ə

rzaq  təminatı  dövlət  siyasətinin  əsas  istiqamətlərindən  biri  də  əhalinin 



nəinki kəmiyyətcə, həm də keyfiyyətcə müasir tələblərə cavab verən, ekoloji təmiz 

məhsullarla təchiz edilməsidir. Bu məqsədlə, keyfiyyətə və təhlükəsizliyə səmərəli 

nəzarət sistemi qurulması; 

Ə

rzaq  təminatı  sisteminin  ən  mühüm  elementlərindən  biri    ehtimal  olunan 



risklərin  səmərəli şəkildə idarə edilməsidir. Bu məqsədlə, qarşıdakı illərdə zəruri 

həcmdə dövlət ərzaq ehtiyatının yaradılması və onun müasir tələblər səviyyəsində 

idarə  edilməsidir.  Bu  məqsədlə  qarşıdakı  illərdə  zəruri  həcmdə  dövlət  ərzaq 

ehtiyatının yaradılması və onun müasir tələblər səviyyəsində idarə edilməsi təmin 

olunmalı, qabaqcıl sığorta mexanizmlərinin tətbiqinin genişləndirilməsi; 

Nəzərdə tutulmuşdur ki, ərzaq təminatı sisteminin institusional inkişafı diqqət 

mərkəzində  saxlanılacaq,  aqrar  bölmənin elmi  və  kadr  potensialı  gücləndiriləcək, 



71 

 

sahibkarlığın inkişafı üçün qabaqcıl modellərin tətbiqi və dövlət tərəfindən maliyyə 



dəstəyi genişləndirilməsi. 

lk  növbədə  həyati  zərurət  olan  torpaq  və  sudan  istifadənin  səmərəliliyinin 

artırılması  tədbirləri  nəzərdə  tutulmuşdur.  Həmin  kompleks  tədbirlər  içərisində 

xüsusi əhəmiyyəti olan tədbirlər aşağıdakılardır: 

- torpaqların münbitliyinin və suvarılan torpaq sahələrinin artırılması; 

-  çirklənmiş  deqradasiyaya  uğramış  torpaqların  əkin  dövriyyəsinə  cəlb 

edilməsinin stimullaşdırılması; 

- əkinə yararlı torpaqlarda tikintilərin aparılmasının qarşısının alınması; 

-  pay  torpaqları  əsasında  formalaşmış  xırda  ailə  və  fermer  təsərrüfatlarının 

könüllülük əsasında kooperasiyalarda birləşməsinin stimullaşdırılması; 

- kənd təsərrüfatı istehsalçılarına suvarma suyunun çatdırılması mexanizminin 

təkmilləşdirilməsi; 

- suvarmada mütərəqqi texnologiyaların tətbiqi; 

-  ətraf  mühitin  (torpaq  və  suyun)  müntəzəm  olaraq  ekoloji  monitorinqinin 

aparılması və müvafiq məlumatların istehsalçılara çatdırılması; 

Bitkiçiliyin inkişaf etdirilməsi tədbirləri: 

-  bitkiçilik  məhsullarının  istehsalında  növbəli  əkin  sisteminin  yerli  şəraitə 

uyğun aparılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi; 

-  kənd  təsərrüfatı  bitkilərinin  bölgələr  üzrə  optimal  əkin  strukturunun  və 

istehsal  həcminin  müəyyənləşdirilməsi,  müvafiq  tövsiyələrin  fermerlərə 

çatdırılması; 

- yeni məhsuldar sortların sınaqdan keçirilməsi və rayonlaşdırılması; 

-  məhsuldar  və  keyfiyyətli  buğda  toxumlarının  stimullaşdırılması  və  daxili 

tələbatın ödənilməsi; 

-  taxılın  vaxtında  və  itkisiz  yığılması  üçün  müvafiq  texniki  və  digər  zəruri 

tədbirlərin həyata keçirilməsi; 

-  taxıla  olan  dövlət  ehtiyacının  tənzimləmə  mexanizminin  işlənib 

hazırlanması; 




72 

 

-  müasir  aqrotexniki  tədbirlərə  əməl  olunması,  qabaqcıl  texnologiyaların 



tətbiqi 

və 


ə

kinçilik 

mədəniyyətinin 

artırılmasının 

təşviq 

olunması; 



rayon  dövlət  toxum  müfəttişinin  maddi-texniki  bazasının  möhkəmləndirilməsi  və 

laboratoriyaların modernləşdirilməsi; 

- azot istehsal edən zavodun tikilməsi. 

Ölkədə  inkişaf  tədbirində  faraş  kartof    və  tərəvəzin,  yaşıl  çay  yarpağının, 

meyvə  bağlarının,  üzümçülüyün,  zeytun  bağlarının,    şəkər  çuğunduru  və  yağlı  

bitkilərin,  çəltikçiliyin  və  digər  bitkilərin  əkin  sahələrinin  genişləndirilməsi 

nəzərdə tutulmuşdur. 

Tədbirlər  planında  eyni  zamanda  heyvandarlığın  inkişaf  etdirilməsi 

istiqamətində  də  kompleks  tədbirlər  nəzərdə  tutulmuşdur.  Xüsusilə  ölkədə 

damazlıq  işinin  genişləndirilməsi  və  təkmilləşdirilməsi,  yem  bazasının  intensiv 

texnologiyalar əsasında inkişafı, ətlik  maldarlığın inkişaf  etdirilməsi,  quşçuluğun, 

ə

t, süd, və digər ərzaq məhsulları istehsal edən müəssisələrin modenləşdirilməsi və 



yenilərinin yaradılması nəzərdə tutulmuşdur. 

Bundan başqa balıqçılığın, arıçılığın inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. 

Tədbirlər planında həmçinin digər kompleks tədbirlər: 

- ərzaq məhsulları istehsalının infrastruktur təminatın yaxşılaşdırılması; 

- melorasiya və su təsərrüfatının inkişaf etdirilməsi; 

- baytarlıq xidmətinin səmərəliliyinin artırılması; 

- ərzaq məhsullarının təhlükəsizliyi və keyfiyyətinə nəzarətin gücləndirilməsi; 

- fövqəladə vəziyyətə hazırlıq və dövlət ərzaq ehtiyatının yaradılması; 

- ərzaq məhsulları istehsalına maliyyə dəstəyinin göstərilməsi; 

- sahibkarlıq fəaliyyətinin dəstəklənməsi; 

-  aqrar  sahənin  elmi  təminatının  yaxşılaşdırılması  və  kadr  potensialının 

yüksəldilməsi nəzərdə tutulmuşdur. 

-  Ümumilikdə  2008  -  2015  -  ci  il  üçün  müəyyən  olunmuş  çoxsahəli  və 

çoxşaxəli iqtisadi və siyasi təhlükəsizlik proqramı ölkə əhalisinin ərzaq məhsulları 

ilə etibarlı təmin edilməsində  xüsusi əhəmiyyətə malikdir. 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə