Microsoft Word mirzaliyeva gunel docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix20.10.2017
ölçüsü0,72 Mb.
#5593
1   ...   22   23   24   25   26   27   28   29   30

76 

 

-  məhsulun  keyfiyyətinin  sağlamlığa  və  həyat  sürəkliliyi  vəziyyətinə  təsiri 



(həmçinin 1995 - ci ildən kütləvi kommersiya mənimsənilməsi başlamış mühəndis 

genetikası  və  biotexnoloji  metodların  köməyi  ilə  alınan  məhsullar);



 

Ə

halinin ərzaq təhlükəsizliyinin əsas meyarı həm də ümumi əsas ərzaq məhsulları 



həcminin  75  -  80%  -  nin  milli  əmtəə  istehsalçıları  tərəfindən  yaradılması  və 

ə

halinin  istehlak  etdiyi  bioloji  mükəmməl  məhsulun  tövsiyə  edilən  kaloriliyi 



sutkada  3300  kkal  -  dan  aşağı  olması  ilə  xarakterikdir.  Əhalinin  ərzaq 

təhlükəsizliyinin  vəziyyəti  ümumiləşdirilmiş  qiymətləndirmədə  aşağıdakı  kimi 

təyin edilir: 

- ərzaqlara yetişmənin fiziki imkanlığı (ölkənin bütün ərazisində zamanın hər 

anında və zəruri çeşiddə qida məhsullarının mövcudluğu); 

-  ərzaqlara  yetişmənin  iqtisadi  imkanlığı  (qida  məhsullarının  son  həddə 

minimal ölçüdə istehlakına imkan yaradan sosial statusundan və vətəndaşın yaşayış 

məkanından  asılı  olmadan  gəlirlər  səviyyəsi);  istehlak  üçün  ərzaq  təhlükəsizliyi 

(əhalinin sağlamlığına zərər vura biləcək keyfiyyətsiz qida məhsullarının istehsalı, 

reallaşması və istehlakının aradan qaldırılması); [22] 

Ə

rzaq  probleminin  həllinin  iki  ekstensiv  və  intensiv  yolu  mövcuddur. 



Ekstensiv  yol  yeni  kənd  təsərrüfatı  və  balıq  mədən  komplekslərinin 

mənimsənilməsini  ehtiva  edir.  Bunun  üçün  müvafiq  texniki  xərclər  və  rasional 

proqram işləmələri tələb olunur.  ntensiv yol isə aqrotexniki mədəniyyətin inkişafı, 

yüksək məhsul verən bitki növlərinin, böyük məhsul verimli  ev heyvanları və quş 

cinslərinin  dövriyyəyə  çıxarılması,  mexanikləşmə,  kimyalaşma,  meliorasiya  və  s. 

kimi məhsuldarlıq artımı elementlərini birləşdirir. 

Ə

halinin  ərzaq  təhlükəsizliyinin  başlıca  təminat  obyekti  olaraq  vurğulandığı 



kimi  aqrar  sektor  çıxış  edir.  Ona  görə  də,  problemin  həllinın  ağırlıq  mərkəzinə 

yönələn  dövlət qayğısı  mütləqdir.  nkişaf etmiş  ölkələr  öz  təcrübələrinə istinadən 

yaxşı  bilirlər  ki,  bir  çox  spesifik  şərtləri  ilə  kənd  təsərrüfatı  iqtisadiyyatın  digər 

sektorları  ilə  müqayisədə  rəqabətqabilliyyətli  deyildir.  Elə  bu  əsasdan  da,  burada 

sahəyə dövlət dəstəyini daim artırırlar. Statistika göstərir ki, Avropada fermerlərə 

dəstək  xərcləri  istehsal  məhsulunun  maya  dəyərinin  40%-ni  təşkil  edir.  Konkret 




77 

 

olaraq aqrar sektora dövlət subsidiyalarının xüsusi çəkisi ABŞ-da 30%, Kanadada 



45%, Yaponiyada 66%,  sveçdə 59%, Finlandiyada 71%, Norveçdə isə 77% təşkil 

edir.  Qeyd  olunmalıdır  ki,  bu  ölkələrdə  aqrar  sektor  yalnız  subsidiyalarla  deyil, 

həm  də  əhatəli  institusional  alət  və  mexanizmlərlə  də  dəstəklənir.  Misal  olaraq 

göstərmək olar ki, bu məqsədlə ABŞ-da kompensasiya ödənişləri və xarici ticarət 

astanaları  sistemi  yaradılmış,  bu  da  öz  növbəsində  idxalı  xeyli  məhdudlaşdırmış, 

ixracı  isə  müvafiq  olaraq  stimullaşdırmışdır.  Əhalinin  ərzaq  təhlükəsizliyinin 

təminatında  Yaxın  Şərqin  böyük  neft  ixracatçısı  ölkələrində  xüsusi  strateji 

planlarla  çıxış  edirlər.  Səudiyyə  Ərəbistanı  səhra  şəraitinə  baxmayaraq  özünü 

taxılla  tam  təmin  edir  və  hətta  müəyyən  qədər də bu  məhsul üzrə  ixrac  prosesini 

həyata  keçirir.  ndi  Küveyt,  Birləşmiş  Ərəb  Əmirlikləri  müxtəlif  meyvə-tərəvəz, 

gül  ixracatında  da  üstünlüklərə  nail  olmuşlar.  Bundan  başqa,  bir  sıra  dövlətlər 

ə

rzaq  təhlükəsizliyinin  möhkəmləndirilməsi  və  təminatı  məqsədi  ilə  ərzaq 



təhlükəsizliyi  doktrinaları  qəbul  etmişlər.  Qonşu  Rusiyada  isə  dövlət  iqtisadi 

təhlükəsizlik  strategiyası  əsasında  belə  bir  doktrina  ötən  ilin  yanvarında  qəbul 

olunmuşdur.  Bu  doktrina  ərzaq  təhlükəsizliyinin  təminatı  sferasında,  həmçinin 

aqrar-sənaye  və  balıqçılıq  təsərrüfatı  komplekslərinin  inkişafı  istiqamətində 

müvafiq normativ-hüquqi aktların işlənməsi üçün baza rolunda çıxış edir. Sənəddə 

göstərilir ki, ölkənin ərzaq təhlükəsizliyi dövlətçilik və suverenliyin saxlanılması, 

demoqrafik  siyasətin  mühüm  seqmenti,  həyat  təminatlığı  sistemi,  sağlamlığın 

qorunmasının zəruri şərti, fiziki aktivlik, uzunömürlülük və ölkə əhalisinin yüksək 

həyat  keyfiyyətliliyi  olan  mühüm  elemetlərini  özündə  birləşdirərək  milli 

təhlükəsizliyin  tərkib  hissəsi  kimi  təyinat  alır.  Onun  strateji  məqsədini  ölkə 

ə

halisinin təhlükəsiz və keyfiyyətli kənd təsərrüfatı və balıq məhsulları, xammal və 



ə

rzaqla etibarlı təminatı təşkil edir. Doktrina həmçinin bu məqsəddən irəli gələrək 

müvafiq  vəzifələri  qarşıya  qoyur  və  onların  reallaşma  mexanizmlərini  təyin  edir. 

Göründüyü  kimi,  müasir  məqamda  ərzaq  təhlükəsizliyi  dövlət  və  milli  yaşamın, 

inkişafın əsasında dayanır. [22] 

Ə

rzaq təhlükəsizliyinin təminatı problemlərinin tədqiqi göstərir ki, ölkəmizdə 



də  müasir  qlobal  çağırışlara  uyğun  olaraq  bu  istiqamətdə  yeni  strategiyanın 


78 

 

işlənməsi və müvafiq doktrinanın hazırlanmasına ehtiyac vardır. Qeyd olunmalıdır 



ki, ölkədə genişmiqyaslı aqrar islahatlar prosesi aparılmış və aparılmaqdadır.  ndi 

müvafiq sektorda islahatların yeni mərhələsinə keçid edilmişdir. Bu keçidlə bağlı 

aqrar  sektorun  strukturu  və  idarəetmə  şəbəkəsi  bazar  iqtisadiyyatının  tənzim 

metodlarına  istinadən  yenidən  qurulmaqdadır.  Ailə  təsərrüfatlarına  kreditlər  və 

subsidiyaların  ayrılması,  iqtisadi  güzəştlər,  toxum,  gübrə  və  texnika  təminatı, 

məhsul qoruma anbarlarının inşası buna misaldır. Ölkənin ərzaq təhlükəsizliyinin 

möhkəmləndirilməsində yeni müasir taxıl saxlama anbarlarının inşası və istifadəyə 

verilməsi yüksək qiymətləndirilir. Bununla bərabər əhalinin ərzaq təhlükəsizliyinin 

təminatı  məsələsində  qabaqcıl  dünya  təcrübəsinin  mənimsənilməsi,  kooperasiya 

sisteminin  yenidən  qurulması,  ərzaq  təminatı  sistemini  mütləq  hesabda  idxal 

məhsulundan  azad  etmək,  yerli  istehsalçıların  xarici  ticarət  əlaqələri  qurması, 

məhsulların  ixraca  yönəlməsinin  stimullaşdırılması  da  vacib  dövləti  tədbirlər 

sisteminə daxil edilməlidir. Dünya təcrübəsi bəyan edir ki, iri kooperativ qurumlar 

fermer  təsərrüfatları  ilə  müqayisədə  daha  effektli  işləyirlər.  ABŞ  -  da  kənd 

təsərrüfatı  istehsalında  kooperativlərin  payı  90%-dən  çoxdur.  qtisadi  nöqteyi  - 

nəzərdən fermer təsərrüfatlarının uğuru daha çox fərdi sahibkar istedadı və davamlı 

dövləti  dəstəklə  əlaqəlidir.  Sovetlər  ttifaqının  kənd  təsərrüfatı  sektorunda  olan 

sovxoz  -  kolxoz  tipli  qurumlara  oxşar  irimiqyaslı  kooperativlərin,  səhmdar 

cəmiyyətlərin, kollektiv birliklərin təşkili isə daha məhsuldar və özünütəminatlığı 

ilə  fərqlənə  bilər.  Buna  görə  də  dövlət  aqrar  kompleksdə  səhmdar  əməkdaşlığa 

söykənən  iri  təsərrüfatçılığın  geniş  təşəkkülünə  dəstək  göstərməlidir.  Bu  sienerci 

effekt görüntüsü bir qədər də iqtisad elminin klassiki A.Smitin mütləq üstünlüklər 

nəzəriyyəsindəki  «Bolluq  daha  çox  kooperasiya  və  əmək  bölgüsü  əsasında 

istehsalın  inkişaf  səviyyəsi  ilə  bağlıdır»  tezisi  ilə  ahəngləşir.  Bununla  belə,  ayrı-

ayrı qabaqcıl fermer təsərrüfatlarının da inkişafı daim stimullaşdırılmalıdır. Başlıca 

olaraq  ölkə  əhalisinin  ərzaq  təhlükəsizliyinin  təminatı  üçün  yeni  iqtisadi  və 

insitusional  əsaslar  verən  müvafiq  ərzaq  təhlükəsizliyi  doktrinasının  hazır-

lanmasına start verilməlidir. 



 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə