Mirzə İbrahimov və xalq yaradıcılığı
89
üzünə deyir. Qacar qəzəblənir: Cəlladlar
Rza bəyin dilini kəsir,
gözlərini çıxardırlar (104,10).
Məmməd Rza bəyin birinci arvadı Cahan xanım obrazı
var-dövlət hərisi, riyakar bir qadındır. O, günüləri Hürü və
Afəridəni ram etməyə çalışır, Məmməd Rza bəyin var-
dövlətinə sahib olmaq üçün müxtəlif hiylələrə əl atır.
Məmməd Rza bəy haqqında rəvayət və Cahan xanım
surəti nağıl və dastanlarımızı xatırladır. Dastan və nağıllarda
zülm vermək, onun dilini kəsmək, gözlərini çıxarmaq kimi
hadisələrə çox rast gəlmək olur. Tarixi şəxsiyyət hökmdar olan
Qacarla Məmməd Rza bəy arasındakı söhbətlər və Qacarın onu
cəzalandırması, qətlə yetirməsi inandırıcı təsir bağışlayır.
Xalqların tarixində nəinki düşməni, hətta öz yaxın
adamlarını da vəhşicəşinə məhv edən hökmdarlar çox
olmuşdur. M. İbrahimov “Aşıq poeziyasında realizm əsərində
“Tarix- aləm arayi Abbasi” kitabından aşağıdakı parçanı misal
gətirmişdir. “Şah Abbas Adil kimi ad çıxarmış padşah son
dərəcədə müstəbid idi. “Azca şübhələndiyi adamlara aman
verməzdi. Uf da demədən qanlarını tökərdi. O, öz böyük oğlu
Səfi Mirzədən şübhələnərək onu məhv etmiş, iki kiçik
oğlunun gözlərini çıxartdırmışdır” (102,480).
“Şah İsmayıl və Gülzar dastanında da bu hadisə ilə
səsləşən süjet oxşarlığı vardır: “Ədil şah Şah İsmayılın
yalvarmağına qulaq asmadı. Cəllada, “Hökmünü yerinə yetir -
dedi: Cəllad Şah İsmayılın gözlərini çıxarıb ovcunu qoydu ,
özünü də aparıb zülmət quyusuna saldı” (67,169).
Məmməd Rza bəy haqqındakı rəvayətdə diqqəti cəlb edən
bir cəhət də budur ki, Məmməd Rza bəy əsərdə canlı bir obraz
kimi iştirak etmir. Ancaq o, mif, dastan, nağıl obrazına
çevrilərək əsər boyu oxucunun yaddaşına ayıq saxlayır,
unudulmur. Məmməd Rza bəy zahiri görkəmcə də folklor
qəhrəmanlarına bənzədilir. “O, şümşəd boyu, səstli görkəmi,
qartal baxışları ilə min adamdan seçilirmiş, onun bu dünyada
qorxub çəkindiyi bir qüvvə yox imiş” (104, 8).
Fazil Əliyev
90
Məmməd Rza bəy üç arvad almışdır. Birinci arvadı, İlyas
bəyin qızı Cahan xanım günüsü Hürü xanıma qarşı qəddarlıq
edir. Onun körpəsini öldürmək qəsdi ilə yaşayır. Yazıçı Cahan
xanımın bədii portretini belə yaradır: “Cahan xanım kimi
adamların təbiəti elədir ki, özlərindən zəiflərə yumruqlarını,
güclülərə isə ağaran dişlərini göstərirlər. Yəni riyakarcasına
güclülərin üzünə gülür, zahirdə onlara yalmanır, qəsdləri bu
olur ki, onların başlarını sığallaya-sığallaya uçuruma
aparsınlar” (104, 26).
Nökərlərin “Cahan ağa” adı ilə çağırdıqları bu xanım
folklorda nifrət doğuran şər qüvvələrdən geri qalmır. O,
Hürünü Məmməd Rza bəyin qalan var-dövlətinə sahib olması
məqsədilə qardaşı Səfiqulu bəyə almaq istəyir. “Məmməd Rza
bəydən sonra mən heç kəsə ərə getməyəcəyəm. Əhd eləyib and
içmişəm” – deyən Hürünü yola gətirmək üçün ona işgəncə
verdirir. Cahan xanım qəddarlığı ilə atası İlyas bəydən geri
qalmır. O, var-dövlət hərisidir. Qadınlıq ismətini gözləməyən
bu qadının qəlbində kin-küdrət yuva salmışdı. Özünü nökər
Səlimin qucağına atan Cahan xanım Hürünün atası Babaş
kişinin ölümünə fitva verir. Mənəviyyatca pozğun, namərd
Səlimdən bədxah əllərini həyata keçirmək üçün istifadə edir.
“Pərvanə” romanında dastan süjetləri, folklor motivi
başlıca yer tutur. Əsərin təhkiyə üsulu əslində “folklor romanı”
təsiri bağışlayır. Bu “folklor romanı”nda hadisələr dastan
süjetlərinə yaxın variantlarda cərəyan edir. Hətta ayrı-ayrı
epizodik mahiyyətli təsvirlər, obrazlaşdırma da dastanlardan
gəlmə motivlərlə səsləşir.
Professor Q.Xəlilovun “Azərbaycan romanının yaranma-
sında mühüm və bəlkə də həlledici amillərdən biri xalq
yaradıcılığıdır” – fikri “Pərvanə” romanında özünü doğruldur.
Nağıllar, dastanlar, aşıq şeiri, rəvayətlər, atalar sözləri,
tapmacalar, lətifələr və s. bir külf halında xalq yaradıcılığı
yazıçıya bir tərəfdən mövzu, süjet, ifadə tərzi, dil cəhətdən
Mirzə İbrahimov və xalq yaradıcılığı
91
güclü material verilsə, o biri tərəfdən onu xalq həyatına daha da
yaxınlaşdırır, möhkəm məğlubedilməz özülə bağlayır (65,4).
“Pərvanə” romanında xalq yaradıcılığı ilə bağlılıq süjet
xəttinin inkişafında da özünü göstərir. Romanda folklor
motivlərinə söykənən mövzu yaxınlığı üç istiqamətdə inkişaf
etdirilir.
1. Hürü xanımla, Vəfadarla bağlı süjet xatti müsbət
obrazların, xeyirxah qüvvələrin təmsil olunduğu inkişaf xətti.
2.İlyas bəy tayfasının-şər qüvvələrin fəaliyyəti ilə bağlı
inkişaf xətti.
3.Əsərin sosial- siyasi məzmunu ilə bağlı süjet xəttinin
inkşafı.
Ayrılıqda götürdüyümüz bu bölgünün hər biri arasında
daxili əlaqə olduqca sıxdır. Lakin burada nəzərə çarpan fərq
bundan ibarətdir ki, hadisələrlə bağlı süjet xəttinin inkişafında
folklorlaşma daha üstün yer tutur. İstər müsbət, istərsə də mənfi
surətlərin həyatı ilə bağlı deyim tərzi daha çox folklor deyim
tərzini xatırladır.
Hürü xanımla bağlı olan hadisələrin təsviri, Hürü xanım
surətinin oxucuya təqdim olunması “Alı xan və Pəri xanım”
dastanında cərəyan edən hadisələrə yaxındır. Namus, qeyrət
çəkən Hürü xanım istər başına gələn ağır müsibətlərə görə,
istərsə xarakterinə görə Pəri xanıma oxşayır :
Pəri həddindən artıq gözəl, gözəl olduğu qədər də
ismətlidir. Onun gözləri qarşısında övladlarını öldürürlər.
Bütün bunlara baxmayaraq, Pəri öz namusunu, ismətini
qoruyub saxlamağı bacarır. Zamanın bütün qəddarlığına sinə
gərir. Adı, yoxsul bir kəndli qızı olan Hürü xanım da gözəl idi.
Romanda onun gözəlliyinin təsviri aşıqanə təsir bağışlayır:
“Lakin çox gözəl idi. Çöllərin ortasında bitən qırmızı lalə kimi
kəndin bütün qız-gəlinlərindən seçilirdi. Onu bir görən çətin
ki, ikinci dəfə dönüb baxmaya idi. Nazik, incə beli, kövrək
gəndəni, mərmər kimi ağ sinəsi, ağ üzündə çölələnən qara
gözləri, qara qaşları və qara buruq telləri ilə o, qüdrətdən
Fazil Əliyev
92
yaranmış bir afət idi” (104,15).
Pəri namus və qeyrət
mücəssəməsi kimi övladlarının ölümünə razı olur. Ancaq ərinə
bəslədiyi məhəbbəti ləkələmir. Qara vəziri rədd edir. Hürü də
əhdə vəfalı olmaqla Pəridən geri qalmır, övladını və
namusunu axıradək qoruyur. Atası Babaş kişini nökər Səlimə
öldürtdürürlər. Gözünün qabağında ata faciəsini görən Hürü
yenə İlyas bəyin oğlu Səfiquluya razılıq vermir. Dastanda Pəri
xanıma kömək edən, dar ayaqda ona yardım edən Budaq
çobandır. Budaq çoban xalqın dəyanətini, nankorluğa,
alçaqlığa, namussuz hərəkətlərə nifrətini ifadə edən surətdir.
Romanda isə Vəfadar Hürü müdafiə edən onu İlyas bəy
tayfasının quduz hücumlarından, təqibdən qoruyan bir surət
kimi təsvir edilmişdir. Vəfadar da Budaq çoban kimi xalqın
gücünü, etiqadını, haqsızlığa, namərdliyə qarşı qəzəbini əks
etdirir. Nağıllarda, dastan və rəvayətlərdə dərçi surətləri
möhkəmlik, bütövlük güc və qüvvət rəmzi kimi diqqəti cəlb
etmişdir.
“Koroğlu dastanında dəlilər arasında ad-san qazanan
Dəmirçioğlu mərdliyi, yoldaşlıqda, dostluqda sədaqəti ilə
seçilir: “Dəmirçioğlu “aha” deyib bircə dəfə güc verdi. Zəncir
parça-parça olub yerə töküldü. Sonra üzünü Koroğluya tutub
dedi: Koroğlu sən mənə etibar etməyib qollarımı açmadın.
Amma mənim sözüm sözdür, haraya deyirsək gedək. Day
ölüncə səndən ayrılmayacağam” (45,49).
“Padşah və dəmirçi” nağıllarında da qolları kəsilmiş
ağıllı, dözümlü dəmirçi surəti verilmişdir. Padşah üçün
qayırdığı daşı iki bölən qılıncı padşahın darğası yolda dəyişir.
Sınıq qılıncı görən padşah qəzəblənir və dəmirçinin iki qolunu
da kəsdirir. Vəzirlə padşah sonrada bu xəyanəti bilirlər və
darğanın boynu vurulur (14, 427-431).
“Pərvanə” romanında Vəfadar obrazı dastan qəhrəmanları
səviyyəsində təsvir edilmişdir. Dəmirçilik Vəfadarın qollarına
güc və qüvvət vermişdir. O, “mütiliyi, yazıqlığı, belə gəlib, belə
gedəcək” xülyasını özündən uzaqlaşdırmağa çalışan xalqın