Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə26/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   22   23   24   25   26   27   28   29   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 101 


məhəl qoymamış, insanın milli xüsusiyyətlərini ön plana 

çəkmişdir. 

Çoban Vəli kimi xalqın mənlik və qeyrətini təmsil edən 

surətlər yaradarkən də bu prinsipə  əməl etmişdir.  Əsərdə 

dostluq anlayışına tamam milli mövqedən yanaşılır. “Kişi ilə 

dostuq, tikə kəsmişik. Bəy olmasın, lap padşah olsun, Vəfadarı 

heç kəsə sata bilmərəm” (104,330). 

Dastanlarda, nağıllarda,  əfsanə  və  rəvayətlərdə  də 

insanlıq, mərdlik, kişilik anlayışına iki baxış mövcuddur: “Şah 

Abbas Aşıq Abbası aradan götürmək üçün hər cür vasitədən 

istifadə edir.  onu zəhər quyusuna sldırır, evinə qonaq dəvət 

edib zəhərli alma ilə öldürmək istəyir”(28,366). Xalqın mənəvi 

həyatının diriliyini təmsil edən qəhrəmanlıq dastanlarında isə 

mərdlik həmişə  təqdir olunmuş, mərd düşmənə  də aman 

verilmişdir. “Koroğlu çox mərd idi. Ağlamayan, yalvarmayan 

düşməni öldürməzdi.  Ərəb Reyhanı da beləcə igidliyinə görə 

bağışladı” (45,99). 

Şah Abbas rəqibini xəyanət yolu ilə öldürməyə çalışır. Bu 

yerdə  İlyas bəy  Şah Abbasla birləşir, çünki Şah Abbaslardan 

qalmış xəyanət, hiylə qılıncı onun əlindədir. Vəfadarlar, çoban 

Vəlilər isə xalq qəhrəmanı Koroğlu ürəkli, sədaqətli, bəşəri 

surətlərdi. Xalqın dözümlüyü də 

həmin surətlərin, 

mənəviyyatında, təfəkkür tərzində öz ifadəsini tapmışdır.  

Folklorda xalqın bütövlüyü yaşayır. Xeyirlə  şərin, 

mərdliklə namərdliyin nə demək olduğu yazılı ədəbiyyatlardan 

əvvəl şifahi xalq ədəbiyyatından bədii həllini tapmışdır. 

“Dirsə xan oğluna bəylik verdi, taxt verdi. Oğlan taxta 

çıxdı, babası  qırx yigidin anmaz oldu. Ol qırx yigid həsəd 

elədilər” (46,20). Paxıllıq, xəyanət öz işini gördü. Dirsə xan 

oğlunu oxla ölümcül yaxaladı. 

Pəri xanım namuslu, mərd insandır. Tapdığın hiyləsi ilə 

onun ölümünə  fərman verilir. Koroğlu xalq qəhrəmanıdır. 

Keçəl Həmzə  də xalqın nümayəndəsidir. Koroğlunun atını 

oğurlayıb aparır. 

Fazil Əliyev 

 

 102


“Pərvanə” romanında da belə  xəttlər özünü göstərir. 

Vəfadar xalqının gücünü, qeyrətini təsdiq edən obrazdır. Nökər 

Səlim isə namərddir. Ağa qapısında özünü gözə soxub hörmət 

qazanır. Babaş kişini vəhşicəsinə öldürür. Səlim ağa İlyas bəy 

tayfasının hər işinə yarayır. Çarvadar İdrisdən Hürünün 

məktubunu almaq üçün gözlərini bıçaqla  çıxarmaq qəsdində 

dayanır.  Cahan xanımın fitvası ilə Hürüyə əl qaldırmaq istəyir. 

Səlim ağa hiylə  və  xəyanətdə  İlyas bəydən geri qalan 

deyildir. Ilyas bəyin ona qarşı hazırladığı  qəsdi duyur, çevik  

tərpənərək  Səfiqulu bəyin ölümünü təşkil edir. Hüzr yerində 

belə düşünür: “Ay kaftar, havayı söhbət edirsən. yalançı, iyrənc 

Şöhrət oğlunun ölümündən də öz şöhrətin üçün istifadə etmək 

istəyirsən! Havaxt özünü tabuta uzadıb fatihəni oxuyacağıq” 

(104, 354). 

İlyas bəylə  Səlim ağa bir-birinə daxili nifrət duyğusu 

bəsləyirlər. Hər ikisi var-dövlət hərisidir, namərddir, üzdə bir 

cür, dalda başqa cür düşünən alçaqdır. Onları ayıran bir cəhət 

varsa o da İlyas bəy tayfasında, Səlim ağanın isə nökər 

ailəsində boya-başa çatmalarıdır. 

İlyas bəy Səlimdən bir vasitə kimi istifadə etdiyi üçün 

ona qarşı nifrətini pərdələməyə çalışır. Səlim də Cahan 

xanımın, Afəridənin Məmməd Rza bəydən qalan var-dövlətinə 

sahibkarlıq etmək qəsdi ilə  bəy qapısının nökərindən ağasına 

çevrilir. Bu yolda hər cür alçaqlıq və namərdlikdən çəkinmir. 

Səlim İlyas bəyi “kaftar”, “qoca qurd” gözündə görür. İlyas bəy 

Cahan xanımın dediyi kimi; “Dədəm yaxşı deyir ki,  qanımızı it 

qanına qatdıq!” – qənaəti ilə Səlim ağaya nifrət edir.  İdeomatik 

ibarələr surətin bir-birinə necə yanaşdıqlarını, onların daxili 

təbiətini aşkarlayır. Hər iki surət rəzillik nümunəsi kimi yadda 

qalır. Yazıçı İlyas bəyi zahirən özünü ehsan verən, yas saxlayan 

dini adətlərə  əməl edən mötəbər adam kimi göstərir, onun 

daxili portretini isə xalq deyim tərzindən bəhrələnərək belə 

yaradır: 



Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 103 


“... Özü kimi bəylər və  əyanlardan biri onun yanında 

“insaf,  ədalət, namus” sözlərini dilinə  gətirəndə bic-bic 

gözlərini qıyıb baxır,  xəfif istehza ilə dodağını büzərdi. Bu 

sözlər özündən zəif olan adamların ağzından çıxanda isə 

ovcunun içi gicişərdi, az qalardı o adamı  şillələyib desin: 

“Buyur, ağa  bu insaf, bu ədalət, bu da namus” (104,152). 

“Pərvanə” romanında  xalq deyim və duyum tərzindən 

bəhrələnmə,  folklorla bağlı süjet xətləri, folklor obrazlarının 

uyğun nümunələri istənilən qədərdir. 

Dastan və nağıllarımızda tacir-sevdəkar surətləri xüsusi 

yer tutur. “Əmrah” dastanında  Əmrahla Səlbinazın “Nəcəfxan 

və Pərzad xanım” dastanından Nəcəf xanın və pərzadın ataları 

tacirlərdir; Almanı tacir Məhəmməd öz külfətinən yedi. 

İstanbulda da tacir Əhməd həmin para almanı öz külfəti ilə 

yedi” (17,125). 

“Aşıq Qərib dastanında Nahi-Mehr Qəribin üzüyünü 

tacirbaşı  təbrizli xacə  Əhmədə verir ki,  Həmədan  şəhərində 

Qəribi tapıb ona çatdırsın. “Koroğlu” dastanında Koroğlunun 

dostu Xoca Əziz ona kömək edir, dar gündə hayına qalır. 

Eyvazgilin tutulması xəbərini Koroğluya çatdırır”, Koroğlunun 

bir bəzirgah dostu var idi. Adı Xoca Əziz idi. Dastanda təsvir 

edilən tacirbaşı Əhməd isə Hasan paşa ilə əlbirdir. Həm də çox 

hiyləgərdir. O, Xəlil paşaya deyir: “İndi birdən tutulsam, onda 

bir qurğu qurub Koroğlunu Bəyazidə göndərəcəyəm. Gözdə 

qulaqda ol ki, onu tutub Hasan paşaya xəbər çatdırasan” 

(45,182). 

“Pərvanə” romanındakı tacir Hacı  Əli dastanlardakı 

tacirlərə həm bənzəyir, həm də bənzəmir. Tacir Əlinin danışığı, 

hərəkətləri xüsusilə  İlyas bəylə söhbəti göstərir ki, tacir 

Məhəmməddir, nə təbrizli Xacə Əhməddir, o, yaranmaqda olan 

ticarət burjaziyasının daşıyıcısıdır. 

Tacir  Əli Koroğlunu Hasan paşanın cənginə vermək 

istəyən, ona qurğu quran tacirbaşı  Əhmədə daha çox oxşayır. 

O, da tacirbaşı  Əhməd kimi hiyləgərdir.  Lakin öz dövrünün 



Fazil Əliyev 

 

 104


taciridir. Təkcə mal alıb satmır. Səlim ağanın dediyi kimi: “Yer 

qalmayıb gəzməsin, məşriqi də görüb, məqribi də. Hər şeydən 

xəbərdardır. Dünyanın ləzzətini çəkib. Biz bədbəxt də elə 

bilirik yaşayırıq. Demə, bağa kimi girmişik qanımıza,  bilmirik 

dünyada nələr var” (104,271). 

Tacir  Əli Mirzə  Fətəlini sevmirdi. Ona “Müsəlmanların 

birinci düşmənidir” – deyə nifrət bəsləyirdi. Öz pulunu, var 

dövlətini artırmaq, qaz vurub, qazan doldurmaq tacir Əlilərin 

başlıca arzusu idi. Müəllif tacir Əli surətinin mənəvi 

düzgünlüyünü təsvir etmək üçün onun dini ayinlərə: - orucluq, 

məhərrəmlik, qurban bayramı kimi ayinlərə münasibətindən bir 

vasitə kimi istifadə etmişdir. 

Dini əxlaqa aid olmayan fanatizmin insanları kölə halında 

saxlayan bir vasitə olduğu mütərəqqi mühiti daim 

düşündürmüşdür. Mirzə  İbrahimov “Pərvanə” romanında bu 

məsələyə diqqət yetirmiş, tacir Əli və Molla Nisə obrazlarının 

şəxsində maraqlı,  əsərdə irəli sürülən ideya ilə  səsləşən bədii 

lövhə yaratmışdır.  

Çox zaman folklor nümunələrindən danışarkən dini 

məzmunlu ayinlərə, mərasimlərə yer ayrılır yaxud, onların 

haqqında ötəri məlumat verilir.  Zəmanəmizcə, bu düzgün 

deyildir.  Dil, adət-ənənə bütöv xalqa mənsub olduğu kimi, din 

də, dini ayinlər də xalqın düşüncəsində, təfəkkür genişliyində, 

psixologiyasında müsbət və ya mənfi cəhətdən asılı olmayaraq 

öz rolunu oynamışdır. Məsələyə bu baxımdan yanaşdıqda 

romanda məhərrəmlik mərasiminin təsvirini verən xalq 

 

yazıçısının düzgün hərəkət etdiyi qeyd olunmalıdır. O, əsərdə 



tacir  Əli ilə Molla Nisənin məhərrəmliyə hazırlıq zamanı öz 

mənafelərini necə güddüklərini  əks etdirmişdir.  Onların 

haqqında müəllif belə yazır: “Hekayəmizdəki hadisələrin 

cərəyan etdiyi mərhələdə Molla Nisəsiz və Hacı  Əlisiz nə toy 

olardı, nə yas” (104,385). 

Daxilən bir-birinə  dərin nifrət bəsləyən bu iki adam 

məhəllədə hamını itaətdə saxlayır, “Su kimi sakit axmağa” 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə