Microsoft Word Mustafayeva Amalya docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix24.06.2018
ölçüsü0,51 Mb.
#50966
1   ...   13   14   15   16   17   18   19   20   21

62 

 

 



 

Bütün  yuxarıda  sadalanan  prosedurlar  təhlükəsizliyi  tam  şəkildə  qorumaq  üçün 

həyata keçirilir. 

 

 



 

 

 



 

 

Şə



kil 2.Kart nümunələri 

 

DigitalStream 

Ş

irkətin fəaliyyət sahələrinə aşağıdakılar daxildir: 



•  2005-ci ildən etibarən  sayt hazırlamaq üzrə təcrübə 

•  iş keyfiyyətinin göstəricisi kimiyüzlərlə reallaşdırılmış internet layihələri  

•  məsələlərin  həlli  və  hər  cür  saytın  hazırlanması  üçün  təcrübə  və  tam 

alətlər dəsti 

•  işlərin tam kompleksli həlli 

•  saytın və reklamının qiyməti   




63 

 

 



 

DigitalStream  şirkətiuzun  zamandır  Azərbaycanda  sayt  hazırlamaq,  inkişaf 

etdirmək  bazarında  lider  hesab  olunur.Sayt  sifarişi  və  onun  axtarış  sistemlərindəki 

fəallığı  hal-hazırda  bütün  istiqamətlərdə  vacibdir.  Müasir  dövrdə  biznes 

prosesslərinin effektli optimizasiyası prosesini internetdən istifadə etmədən aparmaq 

olmur.    Buna  görə  əməkdaşlıq  edəcəyiniz  şirkəti  bunları  nəzərə  alaraq  seçməlisiniz 

ki, o, yalnız web dizayn, internet saytın yaradılması və onun axtarış sistemlərindəki  

fəallığı ilə məşğul olmasın. Daha dəqiq desək, bu zaman məhz elə şirkət lazımdır ki, 

bütün  məsələləri  kompleks  şəkildə  həll  edə  bilsin.Yəni,  lazımi  səviyyədə  təcrübəsi 

olsun, keyfiyyətə zəmanət versin, münasib qiymət təklif etsin[37]. 

Sayt  sifariş  vermək  istədikdə  şirkətin  əməkdaşlarının  təcrübəsindən    və 

peşəkarlığından istifadə etmək lazımdır. Şirkət müəyyən işləri operativ və keyfiyyətli 

yerinə  yetirməklə  bərabər  “Saytın  hazırlanması,  reklam  olunması”  məsələsini 

kompleks  şəklində həll  etməlidir.  Bundan  əlavə,  verilən təklifin keyfiyyətinə diqqət 

etmək  lazımdır.  Şirkət  sadəcə  yaxşı  sayt  düzəltmir,  eyni  zamanda  münasib  qiymətə 

yaxşı  sayt  təklif  edərək  ləvazimatlara  da    qənaət  edir.  DigitalStream  mütəxəssisləri 

saytın  texniki  planda  fəaliyyət  göstərməsini,  biznesinizin  inkişafını  həyata 

keçirməsini  təmin  edir.  DigitalStream-də  sayt  sifarış  vermək  uğura  aparan  birbaşa 

yoldur[37]. 

 

 



 


64 

 

 



 

3.2. Rəqəmsal iqtisadiyyatın tətbiqi proqramları: Amazon, E-bay auksion 

WWW.AMAZON.COM 

Amazon.co.uk Amazon EU S.a.r.l., Amazon Services Europe S.a.r.l. və Amazon 

Media EU S.a r.l. –ın ticarətlə bağlı olan adıdır. Bunların hər üçü qlobal pərakəndə 

onlayn  mağaza  olan  Amazon.com-un  Sietl,  Vaşinqtonda  yerləşən  filiallarıdır. 

Amazon  qrupun  ABŞ,  Almaniya,  Fransa,  Yaponiya,  Çin    və  Kanadada  onlayn 

mağazaları da mövcuddur. Amazon.co.uk-in müstəqil onlayn mağazalar arasında öz 

yeri vardır, 1996-cı ildə yaradılan Bookpages,1998-ci ilin əvvəllərində Amazon.com 

tərəfindən əldə edilmişdir.  

Amazon.co.uk  1998-ci  ilin  Oktyabrından  öz  virtual  qapılarını  açmış  və  hal-

hazırda dünyanın ən böyük müştəri yönümlü şirkəti hesab olunur. Burada müştərilər 

istədikləri  hər  bir  məhsulu  mümkün  qədər  aşağı  qiymətlə  əldə  edə  bilərlər. 

Amazon.co.uk  və  digər  satıcılar  tamamilə  yeni,  yenidən  bərpa  olunmuş  və  istifadə 

olunmuş kitablar, kinofilmlər (film), musiqi, fərdi kompyuter, videooyunlar, proqram 

təminatı,  elektronika,  fotoşəkil,  ev  və  bağ,  müxtəlif  alətlər,  oyuncaqlar  və  oyunlar, 

uşaq  ləvazimatları,  ayaqqabı  və  paltar,  bəzək  əşyaları  və  saatlar,  gözəllik  və 

sağlamlıq, idman və asudə vaxt üçün lazım olan müxtəlif əşyalar təklif edir. Bundan 

ə

lavə biz sizə, doğru seçim etmək üçün alıcının məhsulu nəzərdən keçirməsi və şəxsi 



tövsiyyələrin verilməsi kimi resurslarla da təmin edirik.  

Alıcı  bu saytla nə edə bilər? 

Bu barədə amazon şirkəti aşağıdakıları təklif edir: 

-Kitablar,  musiqi,  DVD,  mp3  yükləmələr,  kompyuter  və  elektronika,  proqram 

təminatı, fərdi kompyuter və video oyunlar, ev və bağ, oyuncaqlar və oyun, uşaqlar 

üçün ləvazimatlar, alətlər, , ayaqqabı və paltar, bəzək əşyaları və saatlar, gözəllik və 

sağlamlıq,  idman  və  asudə  vaxt  üçün  lazım  olan  müxtəlif  əşyalar  bölməsinə  baxıb 

lazımi məhsulu seçə bilərsiniz 




65 

 

 



 

-Amazon.co.uk  Bazarı,  Amazon  tərəfindən  cra  edilmə  yaxud  üstünlük  əldə 

etmə proqramları bölməsində öz məhsullarınızı sata bilərsiniz 

-Hədiyyə  sertifikatları  alın  yaxud  hədiyyə  kimi  sarınan  əşyaları  hədiyyə  kimi 

göndərin 

-Amazon  Prime-a  qoşul  və  Amazom.co.uk-də  satılan  milyonlarla  əşyanın  bir 

gün ərzində pulsuz çatdırılması imkanını əldə edin 

-Arzu Siyahısı yaradın və arzuolunmaz hədiyyələri qəbul etməyin 

-Amazon.co.uk-i mobil telefonunuza yükləyin 

-Tövsiyyələrə baxın və sizin üçün yeni olan məhsulları tapın 

-Amazon.co.uk Associates-ə qoşulun və əmtəələri öz saytınız vasitəsilə satmaqla 

gəlir əldə edin 

Amazon.com,  Amazon.fr,  Amazon.de,  Amazon.ca,  Amazon.co.jp  və 

Amazon.cn kimi onlayn mağazalara daxil olun və daha geniş çeşidli kitablar, musiqi, 

elektronika, hədiyyələr və başqa əşyalar əldə edin. 

Amazon.com  - internet vasitəsilə əmtəə və xidmətlər satan, dövriyyəsinə görə 

dünyanın  ən  nəhəng  şirkətidir.  Hal-hazırda  Amazon.com  internet  mağazası  özündə 

onlarla  əmtəə  növünü  birləşdirir,  o  cümlədən  kitablar,  kompüter  və  aksesuarlar, 

məişət avadanlıqları və texnikası, geyimlər, uşaq oyuncaqları, alətlər, idman malları 

və  s.  Amazon.com  səylə  ABŞ-dan  kənar  elektron-ticarət  bazarlarını  da  zəbt  edir. 

Amazon  Kanadada  www.amazon.ca,  Böyük  Britaniyada  www.amazon.co.uk, 

Almaniyada 

www.amazon.de, 

Yaponiyada 

www.amazon.co.jp, 

Fransada 

www.amazon.fr və Çində www.amazon.cn. uğurla fəaliyyət göstərir. 

 

 

 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə