58
Son dövrlərdə Azərbaycanda KT-dən istifadə sahəsində müəyyən işlərgörülmüş
və bir sıra sferalarda bu texnologiyaların tətbiq edilməsində ciddi nailiyyətlər
qazanılmış vədaha dəqiq desək, bu sahə ölkə siyasətinin prioritetlərindən birinə
çevrilmişdir.Ölkəmizdə telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, ən
yeni texnologiyaların tətbiqi üzrə ciddi işlər görülməkdədir. Yerli şirkətlərin
dünyanın ayrı-ayrı ölkələrinin KT şirkətləri ilə əməkdaşlığı nəticəsində bu sahədəki
beynəlxalq təcrübə ölkəmizə gətirilir, həmçinin şirkətlərimizin təcrübəsi və
peşəkarlığı artır. Artıq Azərbaycan şirkətləri həm regionun KT bazarında, həm də
qlobal bazarda iştirak edirlər. Eyni zamanda, ölkəmizin coğrafi mövqeyi imkan
yaradır ki, Azərbaycan region üçün istehsal və ixrac, informasiya resursları və tranziti
mərkəzi kimi formalaşa bilsin.Azərbaycanda bir çox fəaliyyət göstərən şirkətlər uğur
qazanaraq proqram təminatı məhsulları bazarında fəaliyyət göstərir.Bunlara aid bəzi
ş
irkətləri nəzərdən keçirək.
AtaTexnologiya
“AtaTexnologiya” KT-nin əsas sahələrindən biri olan proqram təminatı
məhsulları bazarında fəaliyyət göstərir. Proqram təminatı məhsullarına gəldikdə isə
burada da həddindən artıq çox istiqamətlər var. Fəaliyyəti ERP (Enterprise Resource
Planning) sistemləri sahəsini əhatə edir. ERP - hər hansı bir müəssisənin biznes
proseslərini avtomatlaşdıran bir sistemdir. Burada anbar uçotu, mühasibatlıq, insan
resurslarının idarə olunması, tədarük, satış prosesləri, servis və.s tam bir sistem
vasitəsilə avtomatlaşdırılır.
“AtaTexnologiya” MMC-nin təklif etdiyi ERP məhsulları Türkiyənin “Netsis”
ş
irkətinin məhsullarıdır. Bu məhsul tam Azərbaycana uyğunlaşdırılıb, poqram
Azərbaycan dilində, Azərbaycan qanunvericiliyinə uğun hazırlanmışdır. Eyni
zamanda proqram həm yerli, həm də beynəlxalq maliyyə uçotu stanartlarına cavab
verir. ERP sistemini bank, sığorta və səhiyyə sistemi xaric bütün sahələrə
uyğunlaşdırıb tətbiq etmək olar.
59
Ş
irkət ilk fəaliyyətinə Azərbaycanın nformasiya Texnologiyaları bazarının
zəif inkişaf etmiş sahələrindən biri olan proqram təminatı məhsulları sahəsində
başlamışdır. Həmin məhsullar banklar, iri müəssisələr və digər təşkilatlar üçün
nəzərdə tutulmuşdur. Bu məqsədlə “AtaTexnologiya” MMC bir sıra xarici ölkələrin
öndə gedən “Yaz”, Netsis, HP, Dell, Cisco, Microsoft və Oracle şirkətləri ilə
ə
məkdaşlıq edir. Hal-hazırda şirkət Türkiyənin “Yaz” şirkətinin Azərbaycanda rəsmi
nümayəndəsi olaraq banklar üçün “marbas ii” avtomatlaşdırılmış bank əməliyyat
sistemini, müəssisə və təşkilatlar üçün isə Netsis Enterprise Resourse Planning
“Red Code” proqram təminatını təklif edir. Həmçinin, “AtaTexnologiya” MMC
müəssisələr üçün lazım olan bütün növ kompüter və T avadanlıqlarının satışını və
tətbiqinə yönələn xidmətlərin göstərilməsini həyata keçirir.
Ş
irkət Bankların tələbatlarına uyğun proqram təminatı məhsulu təklif edir. Bu
məqsədlə Türkiyənin “Yaz” şirkətini Azərbaycanda təmsil edirlər “Yaz” şirkətinin
banklarda əməliyyatları avtomatlaşdıran “Marbas ii” proqram təminatı məhsulunu
artıq 4 bankda tətbiq etmişlər.
AtaTexnologiya” MMC T avadanlıqlarının satışı, quraşdırılması və ona
xidmətin göstərilməsilə də məşğul olur. Bu sahəyə proqram təminatı ilə eyni
zamanda başlanılmamışdır. Son iki ildə bu istiqamətdə ciddi addımlar atılır. Bu
məqsədlə hazırda “HP” və “Dell” şirkətləri ilə əməkdaşlıq edilir.
“Card PRO”şirkəti
Bu şirkət 2004-cü ildə fəaliyyət göstərməyə başlayıb.Belə ki, şirkətin mobil
telefon operatorları,internet provayderləri üçün “scratch-off” adlandırılan kartların
istehsalı üzrə fəaliyyət göstərdiyini qeyd ede bilərik.Bu gün şirkətdə 65 nəfərlik işçi
heyəti çalışır. “Card PRO” şirkətinin1500 m
2
sahəsi Bakı şəhərindən təxmini olaraq
10 km aralıda yerləşir[36].
“Card PRO” şirkəti müştərilərə göstərdiyi aşağıdakı xidmətlərə görə fərqlənir.
60
• Münasib qiymət
• Kompleks həll,
• Yüksək keyfiyyət,
• Qısa müddətə çatdırma
Fəaliyyət göstərdiyi zaman çərçivəsində bir çox şirkətlərlə əməkdaşlıq etmiş və
onların əsas partnyoruna çevrilmişdir.Bu şirkətlərə aşağıdakılar daxildir:
• Azərbaycan Respublikası Rabitə və
nformasiya Texnologiyaları
Nazirliyi,
• Azercell,
• GeoCell,
• KCELL,
•
ntrans,
• Azeronline və s.
Ş
irkət 2007-ci ildə SO 9001:2000 sertifikasiya prossesinə başlamışdır. stehsal
prosesi ərzində
• dəqiqlik,
• təhlükəsizlik,
• konfidensiallığın
təmin olunması üçün lazımi tədbirlər görülür. Beləliklə istehsal sahələri fasiləsiz
olaraq, xüsusi kameralar, ixtisaslaşmış nəzarətçi qrupu tərəfindən qorunur[36].
61
stehsalat
“Scratch-off” kartlarının istehsalını bir neçə əsas addımlardan ibarət olan
kompleks prosses hesab etmək olar. Bu addımlara aşağıdakılar daxildir:
• 350-380 qr-lıq kağız üzərində çap edilməsi,
• kodların və seriyaların həkk olunması,
• örtülməsi,
• kartların qablaşdırılması.
Kartlar çap edildikdən sonra müxtəlif kəsim alətləri vasitəsiylə onları ixtiyari
formaya salmaq olar.Prosesin sonunda isə kartlar, ciddi nəzarətdən keçərək hazır
məhsul kimi təsdiq edilir. Bütün bu prosseslərın çoxu yüksək keyfiyyətli alman,
italyan, yapon avadanlıqları vasitəsiylə həyata keçirilir.Şirkət fəaliyyət göstərdiyi
gündən bəri əsas məsələlərdən biri heyətə yüksək ixtisaslı kadrların cəlb edilməsidir.
Məhsulların yüksək keyfiyyətinə zəmanət verən əsasünsürlərdən biri də məhz bu
hesab olunur.
Təhlükəsizlik
“Card PRO”-un istehsal sahəsi müxtəlif CCTV sistemləri vasitəsi ilə sutkada 24
saat və bütün həftə boyu nəzarət olunaraq qorunur. Şirkətin bütün ərazisi boyu
yerləşdirilmiş mühafizə kameralarının çəkdikləri görüntülər mərkəzləşdirilmiş
şə
kildə video serverdə yadda saxlanılır və prosedur qaydalarına əsasən arxivləşdirilir.
Həmçinin kameralar vasitəsi ilə istehsal rəhbərləri tərəfindən istehsalata
mərkəzləşdirilmiş qaydada tam nəzarət olunur. Şirkətə olan bütün girişlər ciddi
nəzarət altındadır. Xüsusi ProxyCard sistemi şirkətin əsas giriş qapısına və istehsal
bölümlərinin girişlərinə quraşdırılmışdır. Şirkətin kadr siyasəti təhlükəsizlik
qaydalarına uyğun olaraq bir neçə yoxlanış mərhələsindən ibarətdir. Şirkətə qəbul
olmaq arzusunda olan işçinin bütün verilənləri, əlaqələri, profesional bacarıqları və
şə
xsi keyfiyyətləri müfəssəl şəkildə araşdırılır sonra isə şirkət tərəfindən qərar verilir.
Dostları ilə paylaş: |