Microsoft Word Mustafayeva Amalya docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix24.06.2018
ölçüsü0,51 Mb.
#50966
1   ...   13   14   15   16   17   18   19   20   21

 

 

 



identifikasiya  sistemlə

vətəndaşlarımıza  təqdim  edilm

elektron  xidmətlər  və

identifikasiya  vasitələri  istifad

üzərindən yalnız həmin

 

E-hökümət portalının 



kimi  identifikasiya  vasit

edilməsidir. Bu yönü il

başqa ölkə tərəfindən d

Şə

kil 1.Elektron höküm

ə

rinin  tətbiqi  ilə    etibarlı  formada



qdim  edilməsidir.  e-hökümət  portalı  üz

ə

təndaşlarımızca  özəl  şifrə,  e-imza  v



ri  istifadə  edildiyindən,  fərdi  məlumatlar  e

min vətəndaşlarımıza təqdim olunur. 

t portalının ən böyük faydası şifrə ya da varsa e

kimi  identifikasiya  vasitələri  istifadə  etməklə  elektron  xidm

sidir. Bu yönü ilə e-hökümət portalı təmin etmiş olduğu infrastrukturla bir çox 

n də nümunə götürülür. 



.Elektron hökümət portalı 

50 


etibarlı  formada  ictimai  xidmətlərin 

t  portalı  üzərindən  təqdim  edilən 

imza  və  mobil  e-imza  kimi 

lumatlar  e-hökümət  portalı 

ya da varsa e-imza və mobil imza 

elektron  xidmətlərə  çıxışı  təmin 

 olduğu infrastrukturla bir çox 

 



51 

 

 



 

 

 



2.3.Azərbaycanda Elektron bələdiyyə anlayışı 

Bütün dünyada olduğu kimi ölkəmizdə də bələdiyyələr zamanla dəyişir və yerli 

rəhbərliklərdə məlumatın istifadəsi, məhsuldarlıq və resursların planlaşdırılması kimi 

dəyərlər  ön  plana  çıxmaqdadır.  Bu  gün  bir  çox  bələdiyyədə    informasiya 

texnologiyalarını ən məhsuldar şəkildə istifadə etməyin bələdiyyə rəhbərlikləri üçün 

bir zərurət olduğu fikri yerləşmişdir. 

Artıq  bələdiyyələr,  klassik  bələdiyyə  anlayışı  ilə  lazımi  xidmət  göstərməyin 

mümkün olmadığını nəzərə alaraq, məlumata söykənən, vətəndaşın iştirakçı olduğu, 

homogen bir quruluşla yaxşı xidmət göstərmək  axtarışlarına başlamışlar.      

Bələdiyyələrin  bu  yeni  anlayışı  mənimsəmələrinin  və  sürətlə  informasiya   

texnologiyaları  ilə  formalaşdırılmasının    əsas  səbəblərindən  biri  Azərbaycanın    e-

dövlət  hədəfidir.  E-dövlətin  bir  hissəsi  sayıla  biləcək  e-bələdiyyə  nizamlamaları, 

bələdiyyələrin  informasiya  texnologiyalarından  istifadəsini  zəruri  hesab  edir  və 

bələdiyyələri informasiya texnologiyalarına yaxınlaşdıran itələyici bir gücə malikdir. 

E-bələdiyyə,  texnoloji  inkişafın  dünyanı  sürətlə  dəyişdirməsi  nəticəsində 

yaranan ehtiyacların yüksək texnologiyadan istifadə edilərək qarşılanmasıdır. 

E-Bələdiyyə  -  şəhərlə  bağlı  məlumatların  aktual  texnologiyaya  əsaslanan 

informasiya texnologiyaları dəstəkli işlərlə idarə edilərək bu məlumatlardan şəhər və 

cəmiyyətin xeyrinə müxtəlif məlumatlar çıxarılması və təsirli bir şəkildə vətəndaşın 

xidmətinə təqdim edilməsidir. 

E-bələdiyyəçilik  mühitində  -  bələdiyyə-digər  ictimai  təşkilatları,  bələdiyyə-

vətəndaş  və  vətəndaş-vətəndaş  arasındakı  məlumat  axışında  və  “xəbərdarlıq” 

miqdarında  ciddi bir artım  gözlənilir.E-Bələdiyəçilik,  yəni  nteraktiv bələdiyyəçilik, 

bələdiyyənin  vətəndaşa  verdiyi  xidmətləri  eyni  zamanda  on-line  olaraq  da  təqdim 




52 

 

 



 

etməsidir.  Bələdiyyənin  web  saytına  girən  vətəndaşın,  bələdiyyə  haqqında  istədiyi 

məlumata  çatması,  verilən  qərarları  görməsi,  bələdiyyədən  istədiyi  əməliyyatları 

etməsi, təklif, istək və şikayətlərini çatdırmasıdır. 

E-bələdiyyəçilik,  bələdiyyələrin  vətəndaşa  daha  keyfiyyətli,  sürətli  və  davamlı 

xidmət  təqdim  etməsi,  məlumatlandırması  və  vətəndaşın  bələdiyyəlerdəki  qərar 

proseslərində iştirakını təmin edən müasir tətbiqlərin məcmusudur. Daha dəqiq desək,  

həyat  keyfiyyətini  yüksəltməyə  istiqamətlənmiş  konkret  bir  tətbiqdir,  yeni  bir 

demokratiya anlayışıdır. 

Ümumiyyətlə,  e-bələdiyyəçilik  anlayışı-  çağın  tələb  etdiyi  texnoloji 

infrastrukturdan    istifadəyə    və  klassik  bələdiyyəçilik  anlayışının  xaricinə  çıxılaraq 

gerçək  mənada  problemləri  həll  etmə,  xidməti  asanlaşdırmaya  əsaslanır.Bu  anlayış 

ilə, bələdiyyələrdə şəffaflıq təmin ediləcək. 

nteraktiv Bələdiyyəçilik yalnız düymələrə istiqamətlənmiş, mexaniki bir sistem 

deyil;  şəffaf,  nəzarətedici  və    eyni  zamanda  bürokratiya  pillələrini  azaldan  bir 

sistemdir.  Məkana həbs  edilmiş  xidmət  anlayışı, interaktiv bələdiyyəçilik ilə  məkan 

xaricinə çıxarılaraq, 7 gün 24 saat istənilən məlumatı ən qısa və sürətli şəkildə əldə 

etməyi planlaşdırır. 

Yerli  rəhbərliklər,  vətəndaşlara  məlumat  təmin  etmək  və  xidmət  aparma  və 

demokratiya məktəbi olma funksiyalarını yerinə yetirməlidirlər. 

Yerli  rəhbərliklər,  e-bələdiyyə  tətbiqinə  keçişdə  müəyyən  faydalar  əldə  etmə 

fikrində  olmalı  və  tətbiq  strategiyalarını  bu  istiqamətdə  müəyyən  etməlidir.    

Bunlardan bəziləri bu şəkildə sıralana bilər: 

•  Yerli xalqa təqdim ediləcək xidmətləri, ənənəvi ictimai rəhbərlik anlayışı 

olan iş saatlarının xaricinə çıxararaq 7 gün 24 saat halına gətirə bilmək, 

•  Dünyaya  inteqrasiya  ələ  alınaraq,  yerli  rəhbərlik  xidmətlərinin  internet 

mühitinə  əks  olunmasıyla,  sözü  edilən  xidmətlərin  keyfiyyətinin  yerli 

rəhbərlikdən dünyaya açıldığını başa düşmək, 




53 

 

 



 

•   Bürokratik sənəd sıxlığını azalda bilmək, 

•  Vətəndaşların  bəzi  məlumatları  elektron  mühitdə  ala  bilmə  azadlığı 

səbəbindən, işçilərin sıxlığının azalmasını təmin edə bilmək, 

•  Həm  işçilər,  həm  də  vətəndaşlar  baxımından,  ediləcək  əməliyyatlar 

ə

sasında zamana qənaəti təmin edə bilmək, 



•  Bələdiyyə-Vətəndaş əlaqələrinin gücləndirilməsini təmin edə bilmək, 

•  ş  sıxlığının  müəyyən  bir  miqdar  azalması  və  iş  proseslərinin  daha 

nizamlı hala gəlməsi səbəbiylə, işçinin məmnuniyyətini təmin edə bilmək, 

•  Şəhər gündəminin rahat şəkildə  izlənilməsini təmin edə bilmək, 

•  Şəhərlə  bağlı  məlumatların  daha  rahat  toplanabilmesini  təmin  edə 

bilmək, 


•    nternet  mühitində  ediləcək  sorğular  sayəsində,  xalqın  istəklərini,  tələb 

və şikayətlərini daha rahat öyrənə bilmək. 

Rəhbərlikdəki  düzəlişlər,  təqdim  edilən  gerçək  xidmətlər  üzərində  də 

qabaqlayıcı təsir göstərəcək. “ nternetə daşınma”  xidmətləri deyil rəhbərliyi daşımaq 

mənasına   gəlir və bu  bələdiyyələr daxilində şəhər məlumat sistemlərinin həqiqi və 

doğru  şəkildə  qəbul  edilməsini,  hazırlanmasını  və  istəklərin  buna  uyğun  yerinə 

yetirilməsini təmin edəcəyi üçün böyük əhəmiyyət kəsb edir. 

Yerli idarəetmə sistemi içində ən ağırlıqlı yerə sahib olan bələdiyyələrdə, digər 

hər hansı bir təşkilatda olduğu kimi, proses beş mərhələli şəkildə inkişaf edir. 

1. Kompüterləşdirilmə 

2. Avtomatlaşdırma 

3.  nternet istifadəsi 

4. Web sayt qurmaq 

5. Rəhbərliyi internetə daşıma 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə