44
-
yüksək likvidlilərə (bank depozitləri və dövlət qiymətli kağızları) aid olan
aktivlərin müəyyən növlərinə qoyuluşun minimal səviyyəsi müəyyən edilir;
-
daşınmaz əmlak obyektlərinin və daşınmaz əmlak hüquqlarının əldə edilməsi
üzrə imkanlar məhdudlaşdırılır;
-
aktivlərin bir emitentdən və məhdudiyyət və qadağaların başqa növlərinə
maksimal qoyuluşun hüdud səviyyələri müəyyən edilir.
Ş
irkətlər sığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya almaq məqsədilə
cəlb edilən personalın ixtisas səviyyəsini təsdiq etməli, həm müştərilərə xidmət, həm
də aktivlərin yerləşdirilməsi üzrə hazırlanmış qaydalar və prosedurlara malik
olmalıdırlar. Adətən qeydiyyat orqanları müstəqil auditorlar tərəfindən imzalanmış
ə
traflı maliyyə hesabatları, yaxın illər üçün təfsilatı ilə hazırlanmış biznes- planları və
başqa əlavə məlumatlar tələb edirlər.
Lisenziyalaşmanı və sığorta şirkətinin fəaliyyətinə cari nəzarəti adətən
ixtisaslaşmış idarə - sığorta nəzarəti orqanı həyata keçirir. Ölkələrin əksəriyyətində
sığortaçılar illik və rüblük hesabatlarla yanaşı müntəzəm olaraq aylıq hesabatlar da
təqdim edirlər. Ayrı-ayrı ölkələrdə isə həftəlik, bəzi hallarda isə sığortaçının həmin
nəzarət orqanına təqdim etdiyi gündəlik hesabatı da nəzərdə tutulur.
Sığorta sahəsində sığorta nəzarəti orqanları və özünü tənzimləyən təşkilatlarla
yanaşı, sığorta şirkətlərinin fəaliyyəti bir sıra dövlət idarələri tərəfindən də
yoxlamalara məruz qalır. Bu idarələrdən ən mühümləri kimi Mərkəzi bank və ya
valyuta və ixrac nəzarətini həyata keçirən hər hansı başqa təşkilat, vergi xidmətləri,
qiymətli kağızlar bazarının tənzimlənməsi sahəsində təşkilatlar çıxış edir.
Reqlamentasiyaya və dövlət və ya başqa təşkilatlar tərəfindən nəzarətə məruz
qalmayan bazar iqtisadiyyatı ölkələrində sığorta şirkətlərinin praktiki olaraq yeganə
fəaliyyət sahəsi qiymət siyasətidir.
Beləliklə, ofşor mərkəzlərdə sığorta şirkətlərinin təsis edilməsinin başlıca
səbəblərindən birini inkişaf etmiş ölkələrdə fəaliyyətin sərt tənzimlənməsindən
uzaqlaşmaq üzrə imkanları hesab etmək lazımdır. Sığorta ofşor mərkəzləri potensial
təsisçilərə adətən aşağıda göstərilənləri təklif edirlər:
45
-
ş
irkətlərin qeydiyyatdan keçirilməsinin və lisenziyalaş- dırılmasının
sürətləndirilmiş prosedurları;
-
minimal nizamnamə kapitalına endirilmiş tələblər;
-
minimal nizamnamə kapitalının tam olmayan ödənişləri üzrə imkanlar;
-
nizamnamə kapitalının bir hissəsinə nağd pulun keçirilməsinin əvəzinə qarantiya
verilməsi imkanı;
-
təsisçi və səhmdarlar haqqında məcburi məlumatların minimimu;
-
məcburi normativlərin sayının məhdudlaşdırılması;
-
məcburi hesabata tələblərin sadələşdirilməsi;
-
bir qayda olaraq, ofşor sığorta mərkəzlərində hesabatların auditor tərəfindən
təsdiqlənməsi vacid hesab edilir, lakin bu maddə üzrə sığortaçıların xərcləri adətən
endirilmiş dərəcələr və məcburi hesabatın həcminin azaldılması hesabına aşağı
olur;
-
yeni məhsulların işlənməsi və tətbiqi üzrə böyük sərbəstlik dərəcəsi;
-
filialların açılmasının və «qız» müəssisələrin təsis edilməsinin sadələşdirilmiş
proseduru;
-
valyuta nəzarətindən və valyuta məhdudiyyətlərindən azad edilməsi.
Ayrı-ayrı ofşor sığorta mərkəzləri bir sıra əlavə üstünlüklər də təklif edir:
-
aşağı əmək haqqı səviyyəsi ilə ixtisaslı personalın cəlb edilməsi imkanları;
-
işçilərin gəlirlərinə olan verginin əlavə güzəştli rejimləri;
-
istənilən valyutada nizamnamə kapitalına qoyuluş və mühasibat uçotunun
aparılması imkanları;
-
gerb yığımlarından tam azad edilməsi;
-
sığorta və başqa fəaliyyət növlərinin birgə həyata keçirilməsi;
-
təkrar sığorta şirkətlərinin qeydiyyatı üzrə prosedurların sadələşdirilməsi;
-
xarici şirkətlərin filiallarının yaradılması və s.
Sığorta şirkətlərinin gəlirlərinə vergiqoyma ofşor sığorta şirkətinin sığortaçıların
ümumi və xüsusi vergiqoyma rejimləri sığorta şirkətlərinə tam sığorta xidmətləri
kompleksini həyata keçirməyə imkan verməyən ölkələrdə yaradılması üçün başlıca
amil kimi çıxış edir. Sığorta əməliyyatlarının ənənəvi olaraq sığorta olanların vergi
46
öhdəliklərini minimumlaşdırmaq üçün istifadə olunduğu ilə əlaqədar olaraq, bir çox
ölkələrdə dövlət vergidən azad olmaq üzrə variantların və sxemlərin sayını azaltmağa
cəhd edir, güzəştlərin verilməsi və müxtəlif növ ehtiyatların yaradılması üzrə
qaydaları sərtləşdirir. Digər tərəfdən isə sığortalıların vergiqoyma bazasını
genişləndirir. Bu cür tədbirlər sığorta əməliyyatlarının rentabelliyini aşağı salır,
ölkədə sığorta biznesinin şərtlərini pisləşdirir, xırda və orta sığortaçıları sıxışdırır.
Dünya ticarəti və beynəlxalq daşınmalar sahəsində dövriyyənin artımı şəraitində
müvafiq sığorta xidmətləri bazarı da genişlənir. Beynəlxalq ticarətdə və beynəlxalq
daşınmalarda əməliyyatların çox hissəsinin ofşor zonalarda və ya xüsusi vergiqoyma
rejimi mövcud olan ölkələrdə və ya mərkəzlərdə qeydiyyatdan keçmiş şirkətlər
tərəfindən həyata keçirilməsi ilə əlaqədar olaraq, ofşor sığorta şirkətinin
yaradılmasına əlavə stimul meydana gəlir.
Fəaliyyət sahəsindən asılı olaraq, əlverişli vergi şəraiti olan zonalarda yaradılan
bütün sığorta şirkətlərini aşağıdakı tiplərə bölmək olar:
-
müstəqil müştərilərlə sığorta əməliyyatları həyata keçirmək üçün yaradılan
ş
irkətlər (yüksək səviyyəli sığorta şirkətləri);
-
məhdud sayda müştərilərlə real sığorta əməliyyatları həyata keçirmək üçün
ş
irkətlər (keptiv);
-
təsisçinin vergi məqsədlərinə nail olması üçün istifadə edilən şirkətlər.
Bu qayda olaraq, müstəqil müştərilərlə sığorta əməliyyatları həyata keçirmək
üçün yaradılan şirkətlər real və potensial müştərilərin tələblərini daha tam yerinə
yetirmək üçün iri sığortaçılar tərəfindən təsis edilir. Bu şirkətlər öz ölkələrində ya
fəaliyyətin reqlamentasiyasının olduqca sərt sistemi ilə, ya da əlverişsiz vergi şərtləri
ilə qarşılaşırlar.
Sığorta şirkətinin ofşor zonada yaradılmasını stimullaşdıran mühüm amil ana
sığorta şirkətlərin ölkəsində iqtisadi və siyasi qeyri-sabitliyin hökm sürməsidir.
Sığorta əvəzinin ödənilməsini iqtisadi və siyasi vəziyyəti stabil olan ölkədə
qeydiyyatdan keçmiş şirkət öz üzərinə götürdükdə sığorta olunanın daha etibarlı
sığorta ödəyicisi olur.
Dostları ilə paylaş: |