Microsoft Word muxtar naz m docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

47 

 

Keptiv  sığorta  şirkətləri  və  ya  məhdud  sayda  müştərilərlə  real  sığorta 



ə

məliyyatları  həyata  keçirmək  üçün  şirkətlər  adətən  maliyyə-sənaye  qrupları 

çərçivəsində  təsis  edilir.  Keptiv  şirkətlərin  meydana  gəlməsinin  ilkin  səbəbləri  bir 

qrupa  daxil  olan  müəssisə  sahiblərinin  sığortalar  üzrə  xərcləri  azaltmaq  və  sığorta 

olunanlarla  sığorta  edənlər  arasında  qarşılıqlı  münasibətlərin  tənzimlənməsi  üzrə 

ə

lavə  imkanlar  əldə  etməyə  cəhd  olmuşdur.  ri  sahələrarası  konsern  çərçivəsində 



müəyyən sahəvi və ərazi risklərinin aşağı salınması üzrə həmişə imkan mövcuddur. 

Sığorta  şirkəti  adətən  bu  məqsədlə  təsis  edilir  və  sonralar  lisenziya  alaraq  həmin 

qrupa daxil olan müəssisələrlə müqavilələr bağlayır. 

Yeni  yaradılmış  müəssisəyə  ucuz  sığorta  xidmətləri  göstərən  keptiv  sığorta 

ş

irkəti tez bir zamanda müvafiq xərclər maddəsini aşağı salmaqla ona rentabellik əldə 



etməyə, mal və xidmətlərinin rəqabət qabiliyyətini yüksəltməyə imkan verir. 

Keptiv  sığorta  şirkətləri  «ofşor  sənaye»nin  meydana  gəlməsindən  əvvəl 

yaranmışdır. Bu cür sığorta şirkətləri indi də inkişaf etmiş ölkələrdə yaradılır. 

Təsisçinin  vergi  məqsədlərinə  nail  olması  üçün  istifadə  edilən  şirkətlər  adətən 

sığortaçının gəlirlərinin vergiyə cəlb olunmasının güzəştli rejimləri müəyyən edilmiş, 

həmçinin  sığorta  şirkətlərinin  qeydiyyatının  daha  sadələşdirilmiş  prosedurları  tətbiq 

edilən  ölkələrdə  və  ofşor  mərkəzlərdə  yaradılır.  Sığorta  şirkətinin  nizamnamə 

kapitalının tam olmayan ödənişinə yol verən ofşor mərkəzlər daha cəlbedicidir. 

Sığorta  şirkətinin  qeydiyyat  yeri  kimi  Böyük  Britaniya  və  Şimali  rlandiya 

Birləşmiş Krallığı, Almaniya, Fransa,  rlandiya, Niderland,  sveç,  sveçrə və  spaniya 

istifadə edilə bilər. 

Qabaqcıl sığorta şirkətlərinə aşağıdakılar aiddir: 

-

 

Kipr,  Bегmud  adaları,  Kayman  adaları,  Cəbəllütariq,  Labuan,  Qərbi  Samoa, 



Baham adaları, Honkonq; 

-

 



Keptiv  sığorta  şirkətləri  üçün:  Hernsi,  Niderlandın  Antil  adaları,  Uruqvay, 

Vanuatu, Barbados, Cersi; 

-

 

Nevis (təkrar sığorta üçün məhdud sayda müştəriləri olan şirkətlər); 



 

-

 



Men (keptiv, sığorta, təkrar sığorta), Madeyra (keptiv və sığorta).

 

 




48 

 

 



2.3. Ofşor biznes zonalarında gəmi sahibkarlığı və beynəlxalq dəniz yük 

daşımaları 

 

Beynəlxalq  gəmiçilik  sahəsində  ofşor  biznesin  inkişafı  yük  daşıyanların 

gəlirlərinə  yüksək  vergiqoyma  ilə,  həmçinin  əmlaka  vergilərin  qüvvədə  olan 

dərəcələrinin  tətbiqi  ilə  şərtləndirilir  (əlaqədardır).  Əsas  fondların  -  gəmilərin  və 

avadanlığın  dəyərinin  bu  sahədə  yüksək  olduğu  üçün  əmlaka  vergi  ödənişi  əmlaka 

yüksək vergiqoyma səviyyəsi olan ölkələrdə qeydiyyatdan keçmiş şirkətlərin rəqabət 

qabiliyyətini aşağı salan amilə çevrilir. 

Ofşor zonalarda gəmi şirkətlərinin və ayrı-ayrı gəmilərin qeydiyyatının daha bir, 

heç  də  az  əhəmiyyəti  olmayan  amillərindən  biri  kimi  valyuta  tənzimlənməsi  çıxış 

edir.  Valyutanın  dönərliliyinə,  köçürülməsinə  olan  müxtəlif  növ  məhdudiyyətlər, 

məcburi  prosedurların  yerinə  yetirilməsi  zərurəti  bir  çox  hallarda  müəssisənin 

beynəlxalq  yük  daşınmalar  sahəsində  təmir  işləri  xərclərinin  vaxtında  ödənilməsini, 

müxtəlif  növ  yığımları,  yanacaqla  doldurmanı  çatdırmayaraq  sərfəli  sifarişlərin 

itirilməsinə səbəb olur. 

Beynəlxalq  dəniz  yük  daşınmaları  sahəsində  sahibkarlığın  mühüm  xüsusiyyəti 

gəmilərin ekipajının müntəzəm olaraq tamamlanması tələbinin meydana çıxmasından 

ibarətdir.  Bir  çox  ölkələrin  qanunvericiliyi  başqa  dövlətlərdən  olan  vətəndaşların 

personala  qəbul  edilməsini  ya  qadağan  edir,  ya  da  məhdudiyyətlər  qoyur.  Ayrı-ayrı 

dövlətlərin xüsusi qanunvericilikləri tez-tez gəmi ekipajlarının say və peşə tərkibinə 

yüksəldilmiş və ya artıq tələblər irəli sürür. 

Hökumətlərin muzdlu işçilərin sosial müdafiəsi üzrə tədbirləri, eləcə də inkişaf 

etmiş  ölkələrdə  həmkarlar  ittifaqlarının  fəaliyyəti  beynəlxalq  yük  daşınmalarda 

istifadə  olunan  gəmi  ekipajları  üzvlərinin  əmək  haqqına  olan  xərclərin  artmasına 

səbəb olur ki, bu da həmin ölkələrdə qeydiyyatdan keçmiş gəmi şirkətlərinin rəqabət 

qabiliyyətini  xeyli  zəiflədir.  Ofşor  mərkəzlərdə  beynəlxalq  yük  daşınmalar  üçün 

gəmilərindən istifadə olunan şirkətlərin qeydiyyatdan keçməsi sosial sığorta və sosial 

təminat  fondlarına  ödəmələrin  xərclərini  ya  tamamilə  aradan  qaldırmağa,  ya  da  bu 



49 

 

cür xərcləri xeyli aşağı salmağa imkan verir. 



Beynəlxalq  daşınmalar  sahəsində  ofşor  zonalara  olan  böyük  marağın  daha  bir 

səbəbi  siyasi  amildir.  Əgər  gəmi  hərbi  əməliyyatlar  aparan  ölkədə  və  ya  hökuməti 

beynəlxalq  birliyin  əksər  ölkələrinin  bəyənmədiyi  siyasət  yeridən  ölkədə 

qeydiyyatdan  keçirsə,  həmin  gəmi  xarici  limanlara  daxil  olan  zaman,  həmçinin 

beynəlxalq  yük  daşınmalar  üçün  müqavilələr  bağladığı  zaman  prblemlər  meydana 

çıxa bilər. 

Gəmi  sahiblərinin  və  istifadəçilərinin  müəssisələrin  ofşor  zonalarda 

qeydiyyatdan  keçməsinə  marağı  stimullaşdıran  başqa  amillərə  antiinhisar  (antitrast) 

qanunvericiliyin  olmaması;  hesabat  təqdim  edilməsinin  sadələşdirilmiş  qaydaları 

(hesabat verilməsinin məcburiliyini təxirə salmaq da daxil olmaqla); vergiqoymanın 

minimumlaşdırılmasının trast sxemlərinin və metodlarının istifadə imkanları; təqdim 

edənə  nominalı  göstərilməmək  şərtilə  səhm  buraxalışı  üzrə  imkanlar,  səhmdarların 

açıq  reyestrinin  aparılmasının  zəruri  olmaması  və  ofşor  mərkəzlərin  başqa 

üstünlükləri aiddir. 

Liberiya  və  Panama  qədim  gəmiçilik  ofşorlarıdır.  Bu  sahədə  Kipr,  Men  adası, 

Sinqapur,  Bermud  adaları  nisbətən  yeni  ofşorlardır.  Bundan  başqa,  ofşorlara  aid 

olmayan, lakin gəmiçilik şirkətlərinə və pullara (şirkətlər birliklərinə) ayrı-ayrı vergi 

güzəştləri  təqdim  edən  bir  sıra  ölkələr  mövcuddur.  Bu  ölkələrə  Almaniya,  Norveç, 

Böyük Britaniya və Şimali  rlandiya Birləşmiş Krallığı və bəzi başqa ölkələr daxildir. 

Qeydiyyatdan  keçmiş  gəmilərin  ümumi  tonnajına  görə  Liberiya  dünya  lideri 

kimi  qalmaqda  davam  edir.  Əvvəllər  Liberiya  müstəsna  olaraq  beynəlxalq  yük 

daşınmalarda  istifadə  olunan  gəmilərin  qeydiyyatdan  keçməsinə  ixtisaslaşmış  ofşor 

kimi nəzərdən keçirilirdi. 

Ölkədə  ofşor  korporativ  proqram  paytaxtda,  Liberiyanın  Monrovi  şəhərində 

Beynəlxalq  trast  şirkəti  tərəfindən  həyata  keçirilir.  Beynəlxalq  trast  şirkəti  qeyri-

rezident  statuslu  korporasiyaların  qeydiyyatını  həyata  keçirərək,  bu  korporasiyalar 

üçün qeydiyyat agenti kimi çıxış edir. 

Son  onilliklər  Liberiyanın  xidmətlər  spektri  və  vergi  üstünlükləri  daim 

genişlənmiş və ölkə qabaqcıl, çoxməqsədli ofşor mərkəzlər sırasına daxil olmuşdur. 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə