Microsoft Word muxtar naz m docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

41 

 

mənfəətinə  2011-ci  ilə  qədər  vergi  qoyulmur.  Deməli,  bu,  bütünlüklə  həm  maliyyə 



ş

irkətlərinə, həm də banklara aiddir. Başqa sözlə, bu cür müəssisələr Portuqaliyanın 

qüvvədə olan qanunvericiliyinin tələblərinə tamamilə uyğun olmalıdırlar. Madeyrada 

müəssisələrin  xüsusi  formalarının  təsisi  və  ya  onlara  vergidən  azadetmə  statusunun 

verilməsi nəzərdə tutulmamışdır. 

Portuqaliyada yaradılan cəmiyyətlərin iki tipi mövcuddur: 

-

 

məhdud məsuliyyətli cəmiyyət; 



-

 

səhmdar cəmiyyət. 



Bankın  qeydiyyatı  zamanı  750  ABŞ  dolları  məbləğində  hökumət  yığımı 

ödənilir.  Qeydiyyatdan  keçib  lisenziya  aldıqdan  sonra  banklar  hər  il  25000  ABŞ 

dolları məbləğində hökumət yığımı ödəməlidirlər. 

 

 



 


42 

 

 



2.2. Dünya iqtisadiyyatında sığorta fəaliyyəti üzrə ixtisaslaşş ofşor 

mərkəzlərin əsas özəllikləri 

 

nkişaf etmiş ölkələrdə sığorta iqtisadiyyatın dinamik sahələrindən birinə aiddir. 

Praktiki olaraq bütün ölkələrdə yığılan mükafatların məbləği hər il artır. Hökumətlər 

adətən elə xüsusi qanunvericilik paketləri işləyib hazırlamağa çalışırlar ki, o, qabaqcıl 

sığorta  şirkətlərinə  fəaliyyətlərini  genişləndirmək  üçün  zəruri  şəraiti  təmin  etsin. 

Bunlara  hər  şeydən  əvvəl,  həm  sığorta  edənlər,  həm  də  sığorta  olunanlar  üçün 

yaradılan əlavə üstünlüklər aiddir. 

Hər bir konkret ölkədə sığorta işinin müvəffəqiyyəti dövlətin nə dərəcədə sığorta 

təşkilatları ilə səmərəli müqavilələr bağlamasından asılıdır. Sığorta biznesinin ümumi 

daxili məhsulda payı yüksək olan ölkələrin vergi qanunvericiliyində sığortaçılara ya 

tamamilə  və  ya  qismən  vergi  qoyulan  məcmu  gəlirdən  sığortalar  üzrə  xərcləri 

çıxmağa,  ya  da  vergi  haqqından  endirimlər,  çıxılmalar  hüququ almağa  imkan  verən 

xüsusi şərtlər sisteminə rast gəlmək olar. 

Sığorta  əvəzi  formasında  alınan  gəlirlərə  vergiqoymanın  güzəştli  rejimi  tətbiq 

edilir.  Bir  sıra  hallarda  sığorta  əvəzi  mənbədən  vergi  tutmadan  ödənilir.  Sığorta 

ə

vəzinin ayrı-ayrı ödənişləri gəlirlərə görə tam vergiyə cəlb olunmur, elə qaydalar da 



mövcud  ola  bilər  ki,  sığorta  əvəzi  məbləği  vergi  ödəyicisinin  məcmu  gəlirinə  aid 

edilmir, ayrıca vergi qoyulur, nəticədə konkret vergi ödəyicisinin vergi öhdəliklərinin 

ümumi həcmi xeyli azalır. 

Sığortaçılar  (sığorta  şirkətləri)  üçün  vergi  güzəştlərinin  başlıca  növü  kimi 

gəlirlərə  vergiqoymanın  xüsusi  rejimi  çıxış  edir.  qtisadiyyatın  başqa  sahələri  ilə 

müqayisədə sığortaçılara aşağıdakılar icazə verilir: 

-

 

qısa və uzunmüddətli əlavə ehtiyat yaratmaq; 



-

 

cari  və  ötən  illər  üçün  deyil,  növbəti  illər  üçün  vergi  öhdəliklərinin  həcmini 



müəyyən etmək; 

-

 



konkret ilin  vergi öhdəliklərini  hesablayarkən  əvvəlki  illərin  (bir qayda olaraq, 

böyük müddətlər üzrə) itkilərini daha geniş tətbiq etmək; 




43 

 

-



 

müəyyən  öhdəliklərin  meydana  çıxması  ilə  əlaqədar  əvvəlki  illərin  vergi 

öhdəliklərinə yenidən baxmaq; 

-

 



istehsal üzrə vergilər (aksizlər, əlavə dəyər vergisi) adətən sığorta üzrə dövriyyə 

vergiqoyma obyekti olmurlar; 

-

 

bir  qayda  olaraq,  sığorta  əməliyyatlarına  gerb  və  notarial  yığımlarla 



vergiqoymanın güzəştli sistemləri nəzərdə tutulur. 

Sığortaçıların  gəlirlərinə  xüsusi  vergiqoyma  rejimlərinin  tətbiqi  həmişə  xüsusi 

qadağa  və  məhdudiyyətlərlə  əlaqədardır.  Praktiki  olaraq,  demək  olar  ki,  bütün 

ölkələrdə  sığortanın  digər  fəaliyyət  növləri  ilə  birgə  aparılması  qadağandır.  Bəzi 

ölkələrdə  bir  sıra  qaydalar  müəyyən  olunur  ki,  bunlara  müvafiq  olaraq,  sığortanın 

müəyyən növləri konkret sığortaçının müstəsna fəaliyyət sahəsi olmalıdır. Ən çox bu, 

həyatın  sığortasına  aiddir.  Məsələn,  Böyük  Britaniya  və  Şimali  rlandiya  Birləşmiş 

Krallığında  həyatın  sığortalanması  müstəsna  fəaliyyət  növü  olmalıdır.  Həyatın 

sığortalanmasının nəinki sənaye və ticarətdə birgə fəaliyyətlə, hətta sığortanın başqa 

növləri  ilə  də  birgə  həyata  keçirilməsinə  yol  verilmir.  Bundan  başqa,  sığorta 

ş

irkətinin investisiyalarına əlavə məhdudiyyətlər də mövcuddur. 



Sığorta sahəsinə dövlət tərəfindən nəzarət qabaqcadan, cari və növbəti olaraq üç 

yerə bölünür. Sığorta fəaliyyətinin müəyyən növlərinə lisenziya alınması ilə əlaqədar 

qabaqcadan  nəzarətin  böyük  əhəmiyyəti var.  Bir  qayda  olaraq,  minimal  nizamnamə 

kapitalı  və  həmin  kapitalın  şərtləri  üzrə  yüksək  məcburi  tələblər  qoyulur.  Lisenziya 

alınan  zaman  nizamnamə  kapitalı  bütünlüklə  ödənməlidir.  Nizamnamə  kapitalının 

cəlb  edilmiş  kreditlər  hesabına  ödənilməsi  yolverilməzdir.  Adətən  sığortaçının 

ş

irkətində  nizamnamə  kapitalında  payların  satışına  məhdudiyyətlər  mövcuddur. 



Ş

irkətin  personalına,  xüsusilə  yuxarı  idarəedicilərə  yüksək  tələblər  irəli  sürülür. 

Sığorta  şirkətinin  nizamnamə  kapitalının  yerləşdirilməsi  üzrə  məcburi  tələblər 

müəyyən olunur: 

-

 

sığorta  şirkətinin  təsisçilərinin  səhm,  istiqraz  almaq  və  başqa  öhdəliklər  üzrə 



imkanları ya qadağan edilir, ya da məhdudlaşdırılır; 

-

 



aktivlərin müəyyən riskli növlərinə qoyuluşlar qadağan edilir; 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə