Microsoft Word muxtar naz m docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

29 

 

almaq mümkün olmur. Bu cür lisenziyaların alınması üçün məhdud lisenziyalı bankın 



fəaliyyətinin məcburi müddəti müəyyən edilməlidir. 

Bir  qayda  olaraq,  ofşor  bankların  məcburi  hesabatlarının  həcmi  adi  ofşor 

ş

irkətlərin  hesabatlarının  həcmindən  genişdir.  Nəinki  illik,  hətta  rüblük  hesabat 



qaydaları,  bəzi  bank  mərkəzlərində  isə  bankın  aylıq  maliyyə  hesabatı 

müəyyənləşdirilə bilər. Adətən təsis edilən bankın müxtəlif növ əməliyyatları həyata 

keçirmək imkanları geniş olduqca, hesabatlara olan tələblər də sərtləşir. Belə ki, fiziki 

şə

xslərə depozit hesablar açmağa imkan verən lisenziyanın verilməsi üçün vacib şərt 



müntəzəm maliyyə hesabatıdır ki, bu da müstəqil lisenziyalı auditor tərəfindən təsdiq 

edilir. 


Cədvəl  1.  Qlobal  maliyyə  mərkəzləri  indeksində  ofşor  maliyyə  mərkəzlərinin 

yeri 


 

QMM  


2013 (sıra) 

QMM  


2013 (bal) 

QMM  


2012 (sıra) 

QMM  


2012 (bal) 

Cersey 


28 

668 


20 

654 


Korsney 

31 


660 

28 


641 

Monako 


35 

654 


60 

597 


Kayman adaları 

41 


647 

44 


625 

Mən adası 

43 

645 


40 

629 


Vircin adaları 

47 


640 

45 


624 

Hamilton 

49 

638 


46 

621 


Qibraltar  

60 


615 

58 


599 

Malta 


68 

595 


69 

575 


Maritus 

70 


590 

67 


579 

Bahama 


73 

587 


72 

572 


Kipr 

75 


576 



Cədvəl  məlumatlarından  aydın  olur  ki,  illik  hesablanan  Qlobal  maliyyə 

mərkəzləri  indeksində  bir  sıra  ofşor  maliyyə  mərkəzləri  də  yer  alır.  2013-cü  il 

hesabatına  əsasən  bu  siyahıya  668  balla  Cersey  adaları  başçılır  edir.  Kornsey  və 

Monako isə ikinci və üçüncüdür.  




30 

 

Bir  sıra  ofşor  bank  mərkəzlərində  nəinki  xüsusi  statuslu  bankın  təsisi,  həm  də 



xarici  bankların  filiallarının  açılmasına  da  yol  verilir.  Filialın  müstəqil  hüquqi  şəxs 

olmadığı  ilə  əlaqədar  olaraq,  müəyyən  əməliyyatlar  həyata  keçirilərkən  vergi 

nəticələri  də  başqa  ola  bilər.  Bəzi  hallarda  ofşor  mərkəzlərdə  gəlirə  güzəştli 

vergiqoymanı  öz  filialını  açan  kredit  müəssisəsinin  müqavilə  bağladığı  ölkə  ilə 

gəlirlərə  və  əmlaka  ikiqat  vergiqoymadan  yan  keçməyə  imkan  verən  müqavilələrlə 

birgə istifadə etmək olar. Ayrıca götürülmüş bank ofşor mərkəzinin ərazisində xarici 

bankların  filiallarının  fəaliyyətinə  olan  tələb  və  məhdudiyyətlər  də  bir-birindən 

fərqlənə  bilər.  Ayrı-ayrı  ofşor  mərkəzlərdə  təsisçinin  qeydiyyatdan  keçdiyi  ölkənin 

qanunvericiliyinin  öz  rezidentlərinə  ölkədən  kənarda  filiallar  yaratmağı  qadağan 

etmədiyinin təsdiqi üzrə tələb müəyyən edilmişdir. 

Ofşor  bank  mərkəzləri  həmçinin  bankın  və  ya  kredit  müəssisəsinin  minimal 

nizamnamə kapitalı haqqında tələblərin şərtlərinə görə də fərqlənirlər. Sahibinə daha 

geniş  xidmətlər  spektrini  həyata  keçirmək  hüququ  verən  lisenziyanı  almaq  üçün 

həmişə  böyük  nizamnamə  kapitalı  tələb  olunur,  nizamnamə  kapitalının  ölçüsü  isə 

həm qeydiyyat vergi və yığımlarının, həm də illik məcburi ayırmaların (vergi və ya 

yığım formasında) ölçülərini müəyyən edir. 

Təsis  edilən  bankın  köməyilə  vergi  öhdəliklərinin  mini-  mumlaşdırılması 

məqsədləri  üçün  həm  klassik  ofşor  əraziləri,  həm  də  yüksək  inkişaf  etmiş  ölkələr  - 

qabaqcıl  dünya  və  regional  maliyyə  mərkəzləri  istifadə  edilə  bilər.  Deməli,  Qərbi 

Avropanın hər hansı ölkəsində bank yaradılması Sakit və ya Atlantik okeanlarının hər 

hansı  adasında  olduğundan  xeyli  baha  başa  gələcəkdir.  Lakin  hətta  qeydiyyat 

xərclərinin yüksək səviyyəsinə baxmayaraq, kredit müəssisəsinin fəaliyyətinə çəkilən 

böyük  xərclər,  xüsusi  sərt  tələbləri  və  yüksək  vergiqoyma  səviyyəsi  olan  ölkənin 

seçilməsi  özünü  doğrulda  bilər,  belə  ki,  bu  cür  ölkələr  həm  ikitərəfli,  həm  də 

çoxtərəfli əsaslarla ikiqat vergiqoymadan yan keçmək haqqında müqavilələrdən geniş 

istifadə edirlər. 

Bu  cür  müqavilələr  mövcüd  olduğu  hallarda  isə  xüsusi  vergi  statuslu  bankda 

(azad  iqtisadi  zonada  qeydiyyatdan  keçmiş  ofşor  banklar,  vergiqoymadan  azad 

edilmiş  banklar)  müqavilənin  konkret  normasının  yayılması  haqqında  məsələni 



31 

 

xüsusi olaraq işləmək lazımdır. Gəlirlərə ikiqat vergiqoymadan yan keçmək haqqında 



müqavilə  xüsusi  statusu  olan  muxtar  ərazi  vahidinin  (müstəmləkə,  protektorat,  asılı 

ə

razi  və  s.)  daxil  olduğu  ölkə  ilə  bağlana  bilər.  Bu  halda  müqavilənin  bir  konkret 



normaları prinsip etibarilə xüsusi statuslu ərazidə qeydiyyatdan keçmiş müəssisələrə 

ş

amil  edilə  bilir,  digər  normaların  tətbiqi  isə  həm  müqavilənin  özündə,  həm  də  hər 



hansı  əlavə  sənəddən  (əlavə  və  dəyişikliklərin  edilməsi  barədə  müqavilədən, 

müqavilənin  protokolundan,  səlahiyyətli  şəxslər  arasında  məktub  mübadiləsindən) 

çıxarıla bilər. 

Müqavilənin  konkret  normasının  tətbiqinin  qeyri-  mümkünlüyü  birbaşa  və  ya 

dolayı  yolla  metropoliyanın  milli  qanunvericilik  müddəalarından  irəli  gələ  bilər. 

Bundan  başqa,  ikiqat  vergiqoymadan  yan  keçmək  haqqında  müqavilənin  təqdim 

etdiyi  güzəştli  rejimin  hər  hansı  növünün  qadağan  edilməsi  gəlir  mənbəyi  olan 

ölkənin qanunvericilik aktlarında və ya başqa beynəlxalq müqavilələrdə mövcud ola 

bilər. 

Nəhayət, bank ofşor mərkəzləri öz nüfuzlarına görə də xeyli fərqlənirlər. Bankın 



qeydiyyatdan  keçirilməsi  nəzərdə  tutulan  ölkənin  və  ya  ərazinin  yüksək  nüfuzu 

üçüncü  şəxslərin  maliyyə  vəsaitlərinin  cəlb  olunması  ilə  real  əməliyyatların  həyata 

keçirilməsi planlaşdırıldığı hallarda daha böyük əhəmiyyət kəsb edir. Bu kimi ofşor 

ə

razilərə xüsusilə Kayman adaları aiddir. 



Kayman  adaları  yerli  özünüidarə  ilə  Britaniya  tacına  məxsus  ərazidir. 

Konstitusiyası 1972-ci ildən qüvvədədir. Bundan başqa, Britaniya qanunvericiliyinin 

sadələşdirilmiş  (uyğunlaşdırılmış)  variantı  olan  yerli  mülki  qanunvericiliyi 

mövcuddur. 

Kayman  adaları  klassik  ofşorlara  aiddir.  Burada  gəlirdən  vergi  (o  cümlədən 

rezidentlər  üçün),  əmlak  hüququnun  bir  şəxsdən  digər  şəxsə  verilməsinə  görə  vergi 

tamamilə  yoxdur,  həmçinin  faizlər,  dividendlər  və  lisenziya  hüquqlarının  ödənilmə 

mənbəyindən gəlirlərə vergiqoyma yoxdur. Vergi sistemini faktiki olaraq hökumət və 

yerli qeydiyyat və illik yığımlar sistemi əvəz edir. 

Kayman  adalarında  heç  bir  formada  valyuta  məhdudiyyətləri  yoxdur,  valyuta 

nəzarəti mövcud deyil. 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə