Microsoft Word muxtar naz m docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   2   3   4   5   6   7   8   9   10   ...   28

20 

 

Adətən  bu  cür  şirkətlər,  aşağı  maya  dəyərli  şirkətlər  olan  ofşor  mərkəzlərdə  təsis 



edilir.  Bu  cür  sxemin  yaradılması  zamanı  başlıca  problem  ondan  ibarətdir  ki,  sərt 

valyuta tənzimlənməsi ölkələrində kapitalın lisenziyasız ixracı qadağandır. Rusiya bu 

ölkələr sırasına aiddir. 

Ofşor şirkət - girovsaxlayıcı statusu adətən o hallarda tətbiq olunur ki, bu və ya 

başqa səbəblərdən ofşor şirkətin əmlakının satışı mümkün deyil və ya məqsədəuyğun 

deyil. Sxemin mahiyyəti ondan ibarətdir ki, girov qoyanın ofşor şirkət qarşısında hər 

hansı öhdəliklərini təmin etmək üçün onun əmlakı ofşor şirkətə verilir. Ofşor şirkətin 

borclu şirkətin üçüncü şəxslər qarşısında öhdəlikləri üzrə qarant olduğu variantlar da 

məlumdur. Bu cür sxemlər adətən ofşor şirkət tərəfindən borclunun öz öhdəliklərini 

yerinə  yetirmədiyi  zaman  girov  predmetini  götürmək  barədə  müraciətinin  şərtlərini 

nəzərdə tutur. 

Bundan başqa, ofşor şirkət həmçinin ara girovsaxlayıcı, yəni əmlakın kreditora 

verilməsi üçün də istifadə oluna bilər. 

Ofşor şirkət öhdəliklər üzrə qarant kimi o zaman tələb olunur ki, kreditor kimi 

xarici  bank  çıxış  edir  və  onun  üçün  milli  müəssisənin  hər  hansı  zəmanəti  kifayət 

deyil. Bir çox ofşor banklar təsisçilər tərəfndən müvafiq əmlak verilmiş ofşor şirkətin 

qarant  kimi  çıxış  etdiyi  sxemləri  üstün  tuturlar.  Bir  qayda  olaraq,  bu  cür  şirkətin 

aktivləri  ofşor  kreditor  -  bankın  depozitlərində  yerləşdirilir.  Milli  müəssisə  faizlər 

üzrə  vergiləri  ödəmədikdə  və  ya  əsas  borcun  qaytarılması  üzrə  öhdəlikləri  yerinə 

yetirmədikdə bu bank ofşor şirkət - qarantın depozitinə cərimə qoyur. 

Ofşor şirkətlər - işəgötürənlər (iş heyətinin muzdla götürülməsi) ənənəvi olaraq 

beynəlxalq daşınmalar sahəsində istifadə olunur. Son onilliklər ərzində bu şirkətlərin 

tikinti və quraşdırma işlərində, beynəlxalq ticarətdə, turizmdə, bank işində, sığorta və 

bir  çox  başqa  sahələrdə  xidmətinə  tələb  artmışdır.  Adətən  sxem  bu  cür  qurulur: 

paralel olaraq işçi ilə iki müqavilə bağlanır. Biri - milli şirkətlə, digəri - işçi heyətin 

tutulması  üzrə  ofşor  şirkətlə.  Birinci  müqavilə  üzrə  minimal  zəruri  xərclər  nəzərdə 

tutulur, mükafatın digər hissəsi ofşor şirkətlə müqavilə üzrə ödənilir. Bu cür sxemdən 

istifadə aşağıdakı vergi növləri üzrə cari öhdəlikləri minimumlaşdırmağa imkan verir: 

-

 

ə



mək haqqı fondundan götürülən vergi və yığımlar; 


21 

 

-



 

işəgötürənlərdən sosial sığortaya çıxılan üzvlük haqları; 

-

 

müzdlu işçilərdən sosial sığortaya çıxılan haqlar; 



-

 

fiziki şəxslərin gəlirlərindən vergi; 



-

 

müxtəlif növ xüsusi yığımlar. 



Qeyd  etmək  lazımdır  ki,  bu  cür  sxemlər  düzgün  tətbiq  olunmadıqda  çox  vaxt 

vergi qanunvericiliyi və valyuta nəzarəti normalarına zidd çıxır. Muzdlu işçilərin işə 

götürülməsi ilə şirkətlərlə sxemin hazırlanması müvafiq mütəxəssislərin cəlb edilməsi 

ilə həyata keçirilməlidir. 

Ofşor şirkət  - kreditor  kapitalın  fəaliyyət  ölkəsinə  yerləşdirilməsi üçün  istifadə 

olunur. Nizamnamə kapitalına investisiya qoyulması ilə müqayisədə kreditin bir sıra 

üstünlükləri  mövcuddur.  Başlıca  üstünlük  vəsaitlərin  istənilən  anda  köçürülməsidir, 

belə  ki,  vəsaitlərin  qız  müəssisənin  nizamnamə  kapitalına  daxil  edilməsi  üçün  çox 

vaxt  nizamnamə  kapitalının  artımı  haqqında  qərarın  qəbul  edilməsi,  təsliqi  və 

qeydiyyatı  vacibdir.  Bundan  başqa,  nizamnamə  kapitalının  həddindən  artıq  artımı 

antiinhisar  orqanlarla,  bu  sahədə  (bank  işi,  sığorta,  investisiya  və  s.)  fəaliyyətə 

nəzarət  edən  xüsusi  idarələrlə  əlavə  razılaşmalar  tələb  edə  bilər.  Nizamnamə 

kapitalına əlavə vəsaitlərin daxil edilməsi yalnız səhmdarlar tərəfindən mümkündür, 

müəssisənin kreditləşməsi isə hər hansı üçüncü şəxslər vasitəsilə həyata keçirilə bilər. 

Vəsaitlərin  kredit  və  faizlərlə  qaytarılması  formasında  köçürmənin  əsas  vergi 

üstünlüyü  dividendlərin  köçürülməsi  ilə  müqayisədə  ondan  ibarətdir  ki,  kreditin  və 

müvafiq  faizlərin  qaytarılması  prosesi  müəssisənin  gəlirinə  mənfəətdən  vergi  üzrə 

vergiqoymaya  qədər  aparılır.  Bu  zaman  ödənilmiş  faizlərin  məbləği  vergiqoyma 

bazasının  azalmasına  aid  ola  bilər.  Rusiya  şəraitində  ödənilmiş  faizlərin  məbləği 

Mərkəzi  bankın  yenidən  maliyyələşdirmə  dərəcələri  ölçüsündə  olan  maya  dəyəri 

üstəgəl  3  faiz  bəndinə  aid  edilir.  Dividendlər  isə  müəssisənin  mənfəət  vergisi 

ödənildikdən sonra yalnız xalis mənfəətindən ödənilir. 

Bundan  əlavə,  faizli  gəlirə  vergiqoyma  rejimi,  bir  qayda  olaraq,  dividendlərə 

analoji  vergiqoyma  rejimi  ilə  müqayisədə  daha  güzəştlidir.  Ədalət  naminə  qeyd 

etmək  lazımdır  ki,  investisiya  qoyuluşlarının  qaytarılması  yalnız  dividendlərin 

bölüşdürülməsi  yolu  ilə  deyil,  başqa  üsullarla  da  həyata  keçirilə  bilər.  Məsələn, 




22 

 

müəllif hüquqları və lisenziyalar üzrə hesablar, avadanlığın icarəsi üzrə hesablar, ana 



və  qız  müəssisələr  arasında  idxal-ixrac  müqavilələri  vasitəsilə,  həmçinin  başqa 

yollarla həyata keçirilə bilər. 

Milli  vergi  qanunvericiliyinə  müvafiq  olaraq,  istənilən  ssudalar  üzrə  faizlər 

mənbə yanında xaricə köçürmə zamanı vergi qoyulmadan aşağıdakı ölkələrdə ödənilə 

bilər: Avstriya, Baham adaları, Barbados (ofşor müəssisələr üçün), Bəhreyn, Belçika 

(Koordinasiya  Mərkəzində  qeydiyyatdan  keçmiş  şirkətlər  üçün),  Bermud  adaları, 

Britaniyanm  Virciniya  adaları,  Almaniya,  Cəbəllütariq  (azad  şirkətlər  üçün), 

Honkonq, Danimarka,  ran,  rlandiya beynəlxalq Maliyyə Mərkəzində qeydiyyatdan 

keçmiş  şirkətlər  üçün),  Kayman  adaları,  Qətər,  Kipr  (ofşor  şirkətlər  üçün),  Küveyt, 

Lüksemburq  (holdinq  şirkətlər  üçün),  Mavriki,  Malta,  Monako,  Niderlandın  Antil 

adaları,  Norveç,  Birləşmiş  Ərəb  Əmirlikləri,  Oman,  Puerto-  Riko,  Səudiyyə 

Ə

rəbistanı,  Uruqvay,  Finlandiya,  Fransa,  sveçrə,  sveç,  Ekvador,  Cənubi  Afrika 



Respublikası. 

Ofşor şirkətlər borclu kimi bu və ya digər səbəblərdən kontragent-müəssisələrin 

qarşılıqlı  əlaqələrini  bəyan  etmək  sərfəli  olmadıqda  istifadə  olunur,  yəni  ofşor 

ş

irkətdən  vəsaitlərin  maliyyə-sənaye  qrupunun  daxilində  bölüşdürülməsi  üçün 



istifadə olunur. Bu zaman borclunun və kreditorların aksiyaları birləşdirilir. 

Borclu  və  kreditor  kimi  həm  bank  (bank  fəaliyyətini  həyata  keçirmək  üçün 

lisenziyası  olan  şirkət),  həm  də  adi  ofşor  şirkət  çıxış  edə  bilər.  Milli  vergi 

qanunvericiliyinin  xüsusiyyətlərindən  və  ikiqat  vergiqoymadan  qaçmaq  haqqında 

mövcud müqavilələrin normalarından asılı olaraq, bu sxemdə bankdan istifadə əlavə 

üstünlüklər verə bilər. 

 

 

 



 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə