Microsoft Word muxtar naz m docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   2   3   4   5   6   7   8   9   ...   28

 

sektorunun payına ümumi daxili məhsulun 8%-ə qədəri düşür. Hernsi adasında 50-yə 



qədər  bank  qeydiyyatdan  keçmişdir.  Bermud  adalarında  1300  müxtəlif  tipli  sığorta 

ş

irkəti,  Kayman  adalarında  xarici  sığorta  şirkətlərinin  360  sığorta  şirkəti  və  şöbəsi, 



Hernsi adasında 200 sığorta şirkəti fəaliyyət göstərir. 

Ofşor kimi həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkə və ərazilər çıxış 

edə bilər. Ayrı-ayrı gəlir növlərinə vergiqoymanın əlverişli rejimləri aşağıdakı yüksək 

inkişaf  etmiş  ölkələrdədir:  Kanada,  Lixtenşteyn,  Lüksemburq,  Malta,  Monako, 

Niderland,  Böyük  Britaniya  və  Şimali  rlandiya  Birləşmiş  Krallığı,  АBŞ,  Fransa, 

sveçrə  və  Yaponiya.  Dinamik  inkişaf  edən  ölkə  və  ofşor  ərazilərə  aşağıdakılar 

aiddir:  Bağam  adaları,  Barbados,  Bermud  adaları,  Britaniyanm  Virciniya  adaları, 

Hernsi,  Cəbəllütariq,  Honkonq,  Cersi,  Qərbi  Samoa,  Kuk  adaları,  Malayziya, 

Sinqapur.  Ofşor  mərkəzlər  adambaşına  düşən  gəlir  kimi  göstərici  ilə  bir-  birindən 

xeyli  fərqlənir.  2013-cü  ildə  Kayman  adalarında  adambaşına  gəlir  27  min  dollar, 

Bermud adalarında 20 min, Kiprdə 12 min, Barbadosda 11,5 min, Terks və Kaykos 

adalarında isə 5 min dollar təşkil etmişdir. Adambaşına gəlirin nisbətən aşağı olduğu 

ölkə və ərazilər qrupuna Antiqua və Barbuda, Vanuatu, Liberiya, Nevis və Sent-Kits, 

Panama, Terks və Kaykos, həmçinin bir sıra inkişaf etməkdə olan ölkələr daxildir. 

Ofşor  mərkəzlər  müstəqil  dövlətlərin  ərazisində,  asılı  ərazilərdə,  dövlətlərin 

tərkibində  olan  ərazilərdə,  hər  hansı  dövlətin  yerli  idarəetməsi  ilə  ərazilərdə 

yerləşdirilə bilər. 

Müstəqil  dövlətlər  aşağıdakılardır:  Cersi,  rlandiya,  Kipr,  Lixtenşteyn, 

Lüksemburq,  Malta,  Monako,  Baham  adaları,  Barbados,  Beliz,  Nevis  və  Sent-Kits 

(Sent-Kristofer  və  Nevis  Federasiyası  -  müstəqil  dövlət),  Panama,  Vanuatu,  Qərbi 

Samoa,  Kuk  adaları  (1965-ci  il  Konstitusiyasına  görə  Yeni  Zelandiya  ilə  azad 

assosiasiyaya daxil edilmiş müstəqil dövlətlərdir), Sinqapur. 

Hər  hansı  dövlətin  tərkibinə  daxil  olan  və  уа  оnа  tabe  olan,  lakin  yerli 

idarəetmədə  geniş  hüquqlara  malik  olan  ərazilər  xüsusi  qrupu  təşkil  edir.  Böyük 

Britaniya  və  Şimali  rlandiya  Birləşmiş  Krallığının  bu  torpaq  və  ya  tabelikdə  olan 

ə

razilərinə aşağıdakılar aiddir: Hernsi (tərkibində olan ərazi), Cəbəllütariq (tərkibində 



olan  ərazi),  Men  adası  (özünü  idarə  edən  ərazi),  Bermud  adaları  (yerli  idarəetmə), 


 

Britariya Verciniya adaları (tabelikdə olan ərazi), Kayman adaları (yerli idarəetmə), 



Terks  və  Kaykos  (yerli  idarəetmə  ilə  tabelikdə  olan  ərazi).  Niderland  Krallığının 

ə

razilərinə  Antil  adaları  (yerli  idarəetmə)  və  Aruba  (özünü  idarə  edən  ərazi)  aiddir. 



Fransa  Respublikasının  dəniz  departamentləri  -  Reyunyon,  Qvadelupa,  Qviana, 

Martinika  və  dəniz  əraziləridir.  Madeyra  adası  Portuqaliyanın  tərkibində  yerli 

özünüidarə edən ərazisidir. Malayziyanın federal ərazisi Labuan adasıdır. 

Ofşor ərazi (zona) unitar, federativ və ya konfederativ dövlətin əsas ərazisi ola 

bilər:  Nyu-Bransuik  (Kanadanın  əyaləti),  АBŞ-ın  ştatları  -  Vayominq,  Delaver, 

Florida;  sveçrə  Konfederasiyasında  Tsuq  kantonu.  Konkret  ərazinin  statusu  dəyişə 

bilər. Belə ki, 1960-70-ci illərdə bir sıra asılı torpaqlar müstəqillik əldə etmişlər. 90-cı 

illərdə Honkonqun aidiyyəti dəyişmişdir. 

Ofşor  ölkə  və  zonaları  şərti  olaraq  iki  yerə  bölmək  olar:  universal  və 

ixtisaslaşmış.  Müasir  şəraitdə  ofşor  ölkələrin,  zona  və  ərazilərin  əksəriyyəti 

universallar  sırasına  aiddir,  yəni  müəssisənin  fəaliyyət  növündən  asılı  olmayaraq 

vergiqoymanın güzəştli şərtlərini təqdim edirlər. Qabaqcıl universal ofşor mərkəzlərə 

aşağıdakılar  aiddir:  Britaniyanm  Virciniya  adaları,  Bermud  adaları,  Kipr,  Kayman 

adaları, Kuk adaları. 

Dar  ixtisaslaşmış  mərkəz  və  zonalara  aşağıdakıları  aid  etmək  olar:  sveçrə 

Konfederasiyası (investisiya və bank fəaliyyəti), Lixtenşteyn (investisiya fəaliyyəti), 

Avstriya  (fiziki  şəxslər  üçün  bank  xidmətləri),  Monako  (fiziki  şəxslər  üçün  vergi 

planlaşdırılması), Niderland (investisiya fəaliyyəti). 

Ofşor  mərkəz  və  ərazilər  çox  vaxt  beynəlxalq  trastlardan  istifadə  imkanlarına 

görə də ayrılır. 

Ofşor  ölkə  və  ərazilərin  üstünlüklərindən  istifadə,  bir  qayda  olaraq,  istənilən 

ölkə  müəssisələrinin  potensial  təsisçiləri  üçün  açıqdır.  Bununla  belə,  peşəkarlar 

beynəlxalq vergi planlaşdırılmasında ayrı-ayrı ofşor mərkəz və ərazilərinin müəyyən 

ölkələrdən  olan  istifadəçilərin  tələblərinin  maksimum  yerinə  yetirilməsinə 

yönəldilməsini  qeyd  edirlər.  Cersi  və  Hernsi  adalarının,  həmçinin  Cəbəllütariqin 

Böyük Britaniya və Şimali  rlandiya Birləşmiş Krallığından olan fərdi və korporativ 

vergi  ödəyicilərinin  tələbatlarının  maksimal  uçotuna  olan  oriyentasiyası  (yönümü) 



10 

 

məlumdur. Karib regionu ofşor ölkə və əraziləri müəyyən qədər АBŞ və Kanadadan 



olan sifarişçilərə xidmət göstərir. Liberiya ilə АBŞ, Lixtenşteyn və Almaniya, Labuan 

və  Sinqapur  arasında  ənənəvi  əlaqələr  mövcuddur.  Rusiyanın  vergi  rezidentlərinin 

fəaliyyəti üçün əlverişli şərait yaratmağa çalışan ofşor ərazilərdən biri Kiprdir. 

Konkret  ofşor  mərkəzin  müəyyən  ölkələrin  rezidentlərinə  xidmət  göstərməsi 

üçün  oriyentasiyası  müxtəlif  gəliş  və  müvəqqəti  qalma  şərtləri  ilə  seçilir.  Belə  ki, 

Baham adaları Böyük Britaniya və Şimali  rlandiya Birləşmiş Krallığının, həmçinin 

Kanada və АBŞ vətəndaşları üçün pasport və vizasız üç həftə gəlib qalmalarına icazə 

verir,  üç  həftədən  artıq  qalmaq  üçün  isə  yalnız  pasport  tələb  olunur.  Belçika, 

Yunanıstan,  taliya,  slandiya, Lixtenşteyn, Lüksemburq, Niderland, Monako,  sveçrə 

və Türkiyə vətəndaşlarına həmin müddətə qalmaq üçün təkcə pasport təqdim etmək 

kifayət edir, vizalar vacib deyil. Avstriya, Danimarka, Finlandiya, Fransa, Almaniya, 

rlandiya,  srail,  Cənubi  Koreya,  Portuqaliya,  spaniya  və  sveç  vətəndaşlarına  bura 

gəlmək  üçün  pasport  kifayətdir,  lakin  üç  həftədən  artıq  qalmaq  üçün  viza  tələb 

olunur.  Cənubi  Amerika  və  Mərkəzi  Amerika  dövlətlərinin  vətəndaşları  da  pasport 

təqdim  etməlidirlər,  ərazidə  on  dörd  gündən  artıq  qaldıqda  isə  mütləq  viza  tələb 

olunur.  Digər  ölkə  vətəndaşlarından  bu  mərkəzə  gəlmək  üçün  mütləq  həm  pasport, 

həm də viza tələb olunur. Aydındır ki, bəzi ölkələrdən olan şəxslər üçün bu ərazidə 

fəaliyyətin təşkili və həyata keçirilməsi üçün daha əlverişli şərait yaradılmışdır. Bəzi 

hallarda,  məsələn,  bu  ərazidə  sövdələr  başa  çatdıqda,  real  dəyərlərlə,  nağd  pul 

vəsaitləri  ilə  əməliyyatlar  keçirildikdə,  səhmdarların  və  direktorların  yığıncaqları 

təşkil olunanda gəliş və müvəqqəti qalma şərtləri xüsusi əhəmiyyət kəsb edir. 

Ş

irkətin  təsis  yeri  kimi  konkret  ərazidən  istifadə  üçün  ölkənin  (ərazilərin) 



müxtəlif  növ  beynəlxalq  təşkilat  və  birliklərdə  üzvlüyünün  mühüm  rolu  ola  bilər. 

Belə  ki,  Lüksemburq  və  rlandiya  Avropa  Birliyinin  tam  üzvləridir.  Cəbəllütariq 

xüsusi  statusa  malikdir  (lisenziyalı  Cəbəllütariq  sığorta  şirkətləri  öz  fəaliyyətlərini 

Avropa  Birliyinin  üzvü  olan  ölkələrdə  həyata  keçirə  bilər).  Cersi,  Hernsi  və  Men 

adaları Avropa BпНутт hissəsi deyil, lakin bu ofşor mərkəzlərin Böyük Britaniya və 

Ş

imali  rlandiya  Birləşmiş  Krallığı  ilə  xüsusi  münasibətləri  onlar  üçün  əlavə  unikal 



imkanlar yaradır. Fransanın dəniz departamentləri Avropa BпНутт tərkib hissəsi kimi 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə