Microsoft Word muxtar naz m docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   2   3   4   5   6   7   8   9   ...   28

14 

 

milli  qanunvericiliyin  bəzi  xüsusiyyətlərini,  həmçinin  idxal  və  ixrac  rüsumlarının 



çıxılması prinsipini nəzərə almaqla, barter üzrə sövdələr ayrıca həyata keçirilən ixrac 

və idxal sövdələri ilə müqayisədə əlavə üstünlüklərə malik olur. 

Bu  cür  üstünlüklər  satış  anının  müəyyən  edilməsi  zamanı  və  müvafiq  olaraq, 

mənfəətdən  vergi  üzrə  vergi  öhdəliklərinin  meydana  çıxması  anında,  barter 

ə

məliyyatları üzrə gömrük dəyərinin müəyyən edilməsinin xüsusiyyətləri ilə əlaqədar 



olaraq ixrac və ya idxal gömrük rüsumlarının mini- mumlaşdırılması ilə yarana bilər. 

Bir qayda olaraq, barter əməliyyatlarının əlavə üstünlükləri xarici ticarət üzrə həmin 

ölkələrdə valyuta tənzimlənməsinin və valyuta nəzarətinin sərt qaydalarının müəyyən 

olunduğu,  həmçinin  vergi  gömrük  xidmətləri  ilə  valyuta  nəzarəti  orqanları  arasında 

səmərəli qarşılıqlı münasibətlərin olmadığı ölkələrdə mövcuddur. 

«Barter  ofşor  müəssisə»nin  tətbiqi  sahəsi  o  zaman  xüsusilə  geniş  ola  bilər  ki, 

xarici ticarət əlaqələri eyni zamanda sərt valyuta məhdudiyyətləri və valyuta nəzarəti 

rejimi  müəyyən  etmiş  bir  neçə  ölkə  arasında  həyata  keçirilsin.  Bu  halda  ofşor 

müəssisə  beynəlxalq  xarici  ticarət  və  valyuta-kredit  münasibətlərində  faktiki  olaraq 

klirinq  palatası  vəzifəsini  yerinə  yetirir  ki,  bu  da  nəinki  vergi  öhdəliklərinin 

həcmlərini  aşağı  salmağa,  habelə  xeyli  dərəcədə  idxalçılarla  ixracatçılar  arasındakı 

hesablaşmalarda  xərclərin  səviyyəsini  azaltmağa,  vaxtaşırı  meydana  çıxan  borc 

problemlərini səmərəli tənzimləməyə imkan verir. 

Ofşor şirkətdən vasitəçi - müstəqil agent kimi istifadə olunması əlavə ödənişləri 

eyni zamanda idxal və ixrac hesabları axınından ayırmaqla həyata keçirməyə imkan 

verir. Ofşor şirkətin - vasitəçinin tətbiqinin xüsusi sahəsi podrat fəaliyyətin müxtəlif 

növləridir.  Ofşor  şirkət  -  müstəqil  agentdən  istifadənin  ofşor  şirkətdən  idxalçı, 

ixracatçı, barter əməliyyatları iştirakçısı kimi istifadədən başlıca fərqi ondan ibarətdir 

ki, müstəqil agentlə ya hər hansı xidmət göstərilməsi barədə əlavə müqavilə bağlanır 

(bir qayda olaraq, uyğun kontragentin axtarışı ilə əlaqədar) və ya əsas müqavilədə bu 

agentin xərclərinin qaytarılmasının xüsusi rejimi müəyyənləşdirilir. 

Bu  halda  idxal  üzrə  tədarükçü,  ixrac  üzrə  alıcı,  hər  hansı  işlərin  yerinə 

yetirilməsi  üzrə  podratçı  kimi  ofşor  zonada  qeydiyyatdan  keçməmiş  müəssisə  qalır. 

Bu,  bir  sıra  hallarda  ticarət  sahəsində  beynəlxalq  müqavilələrin  üstünlüklərindən 




15 

 

səmərəli surətdə istifadə etməyə, həmçinin digər fəaliyyət növləri həyata keçirərkən 



vergiqoymanın  xüsusi  şərtlərinə  iddia  etməyə,  yəni  gəlirlərə  və  əmlaka  ikiqat 

vergiqoymadan  qaçmaq  haqqında  müqavilədən  istifadə  etməyə  imkan  verir  ki, 

müqaviləyə görə kontragent ofşor şirkət olduğu zaman bunlar tətbiq edilə bilməzdi. 

Ofşor şirkətdən podratçı  kimi  istifadə  olunduğu  zaman,  bir qayda  olaraq,  milli 

müəssisənin mənfəətinə vergiqoyma zamanı nəzərə alınan xərclərin artırılmasına nail 

olunur. Başqa sözlə, milli istehsalçının balans mənfəətinin bir hissəsi «alınıb» ofşor 

zonada  qeydiyyatdan  keçmiş  «ötürücü»  müəssisəyə  verilir.  Bu  zaman 

qanunvericiliklə  xərclərin,  milli  müəssisənin  vergi  tutulan  gəliri  müəyyən  edilərkən 

çıxılan kimi müəyyən etdiyi maddələrinə xüsusi diqqət yetirmək lazımdır. 

Həmişə  yadda  saxlamaq  lazımdır  ki,  bir  sıra  xərclər  məhdud  ölçülərdə  çıxıla 

bilər. Bu, reklama, nümayəndəliyə və s. xərclər ola bilər. 

Digər tərəfdən, bu cür sxemlər qurarkən nəzərə almaq lazımdır ki, ofşor şirkətin 

podrat  fəaliyyəti  vergi  orqanları  tərəfindən  həmişə  həmin  ölkənin  ərazisində  həyata 

keçirilən  fəaliyyət  kimi  nəzərdən  keçiriləcəkdir  ki,  bu  da  öz  növbəsində,  podrat 

işlərinin 

həmin 


dövlətin 

ə

razisindəki 



mənbələrdən 

alınan 


gəlir 

kimi 


təsnifləşdirilməsinə  səbəb  olacaq.  Yəni  ofşor  müəssisənin  -  podratçının  gəlirləri 

podrat  işlərinin  yerinə  yetirilməsi  zamanı  həmin  işlərin  yerinə  yetirildiyi  ölkədə 

vergiqoymaya məruz qalacaq. 

Bununla  əlaqədar  olaraq  podrat  işlərini  həyata  keçirən  müəssisənin  qeydiyyat 

yeri  kimi  ikiqat  vergiqoymadan  qaçmaq  haqqında  beynəlxalq  müqavilənin  qüvvədə 

olduğu ölkə və ərazilər xüsusilə cəlbedicidir. Bir qayda olaraq, inkişaf etmiş dövlətlər 

ofşor  ərazilərlə  bu  cür  müqavilələr  bağlamır,  lakin  hər  hansı  dövlət  müqavilə 

imzaladıqdan  sonra  azad  iqtisadi  zona  təsis  edə,  qeydiyyatdan  keçmiş  müəssisələr 

üçün gəlirlərin müəyyən növlərinə güzəştli vergiqoyma rejimi tətbiq edə bilər. 

Ofşor şirkətdən əmlak sahibi kimi istifadə olunduğu zaman ona hər hansı əmlak 

ya verilir, ya satılır, ya da ilkin olaraq alınır. Ofşor şirkətdən əmlak sahibi kimi adətən 

aşağıdakı məqsədlər üçün istifadə olunur: 

-

  borclunun öhdəlikləri üzrə əmlak cərimədən qorunur; 



-

  vergi öhdəlikləri minimumlaşdırılır. 




16 

 

Ofşor  müəssisəyə  əmlakın  alınması  həmin  əmlaka  şəxsin  vergi  və  ya  digər 



öhdəlikləri üzrə cərimə qoyulması vəziyyətindən qaçmağa imkan verir. Bu tədbirlər 

adətən daşınmaz əmlakın ayrı-ayrı növləri üçün o hallarda tətbiq edilir ki, bu əmlakın 

sahibi güman edir ki, əmlaka hər hansı öhdəliklərin yerinə yetirilməməsi səbəbindən 

(vergilərin verilməməsi, ssudanın qaytarılmaması, cərimə sanksiyaları, ziyan dəyməsi 

və s.) cərimə qoyula bilər. Qeyd etmək lazımdır ki, bir çox ofşor dövlət və ərazilərin 

qanunvericiliyində  həmin  ərazidə  qeydiyyatdan  keçmiş  şirkətin  əmlakına  cərimələr 

xüsusi  olaraq  göstərilir  (bu,  bir  qayda  olaraq,  yaradılan  ticarət  və  qeyri-  ticarət 

strukturlarından dələduzcasına istifadə hallarıdır). Bununla belə, başqa ölkələrin vergi 

orqanlarının iradları nəzərə alınmaya da bilər. 

Bundan  başqa,  əgər  əmlak  ofşor  müəssisə  üçün  qeydiyyatdan  keçmişdirsə, 

paralel  sövdələrin  bağlanması,  müxtəlif  növ  valyuta  və  xüsusi  məhdudiyyətlərdən 

qaçmaq imkanı mövcuddur. 

Ə

mlakın,  xüsusilə  də  daşınmaz  əmlakın  satışı  zamanı  vergilər  həddən  artıq 



böyük  ölçülərə  çata  bilər.  Bir  sıra  ölkələrdə  daşınmaz  əmlakın  təkrar  satılmasına 

qadağa  və  məhdudiyyətlər  mövcuddur.  Bir  qayda  olaraq,  daşınmaz  əmlakın  satışı 

notarial  və  dövlət  qeydiyyatını  tələb  edir  ki,  bu  da  müvafiq  rüsum  və  yığımların 

ödənişi zamanı böyük xərclərə səbəb olur. Bu cür xərclərdən və məhdudiyyətlərdən 

qaçmaq üçün adətən sxem istifadə olunur ki, bu sxemə müvafiq olaraq əmlakın özü 

deyil, bu əmlaka sahib olan şirkət (hüquqi şəxs) satılır. Yəni bu şirkətin 100%-li səhm 

paketi satılır. 

Bu  cür  sxemlərdən  bir  çox  Qərbi  Avropa  ölkələrində  daşınmaz  əmlakın  satışı 

zamanı çox geniş istifadə olunur. Lakin yadda saxlamaq lazımdır ki, bir sıra ölkələrin 

qanunvericiliklərində,  həmçinin  gəlir  və  əmlaka  ikiqat  vergiqoymadan  qaçmaq 

haqqında ayrı-ayrı müqavilələrdə bu cür sövdələrin baş verməsi imkanlarının aradan 

qaldırılması  üzrə  müvafiq  mexanizmlər  nəzərdə  tutulmuş  və  ya  daşınmaz  əmlak 

obyektlərinə malik olan şirkətlərin səhmləri ilə sövdələrə ve- rgiqoyma üçün xüsusi 

rejimlər müəyyən edilmişdir. 

Ofşor  şirkətlər  həmçinin  vərəsəlik  və  hədiyyələrə  vergi  öhdəliklərinin 

minimumlaşdırılması  üçün  də  istifadə  olunur.  Ofşor  müəssisənin  səhmlərinə 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə