Microsoft Word muxtar naz m docx


FƏS L II. DÜNYA  QT SAD YYATINDA OF



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

23 

 

 



FƏS L II. DÜNYA  QT SAD YYATINDA OFŞOR B ZNES 

MƏRKƏZLƏR N N YER  VƏ ROLU 

 

2.1. Bir sıra ofşor biznes mərkəzlərində bankların fəaliyyət xüsusiyyətləri 

və dünya iqtisadiyyatına təsiri 

 

Ofşor  ərazilərdə  bankların  təsisi  təcrübəsi  kinci  dünya  müharibəsindən  sonra 



geniş  şəkildə  yayılmışdır.  Ofşor  bank  mərkəzlərinə  marağın  artmasının  başlıca 

səbəbləri  kimi  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrdə  valyuta 

məhdudiyyətlərinin  həyata  keçirilməsi  və  valyuta  nəzarətinin  tətbiqini,  bank 

fəaliyyəti  qaydalarının  sərtləşməsi  və  onların  gəlirlərinə  olan  vergilərin  yüksək 

dərəcələrini hesab etmək olar. Müasir şəraitdə praktiki olaraq heç bir iri beynəlxalq 

bank  birliyi  güzəştli  vergiqoyma  zonalarında  ya  filial,  ya  da  hər  hansı  «qız» 

cəmiyyəti bankı yaratmadan keçinə bilmir. 

Valyuta  məhdudiyyətləri  və  valyuta  nəzarəti  bu  və  ya  başqa  formada  praktiki 

olaraq  bütün  inkişaf  etmiş  ölkələrdə  mövcuddur  ki,  bu  da  milli  müştərilərə  təqdim 

edilən  xidmət  sahələrinin  genişləndirilməsi  üzrə  imkanları  azaldır,  həmçinin 

beynəlxalq  bankların  beynəlxalq  maliyyə  əməliyyatlarında  iştirakı  imkanlarını 

məhdudlaşdırır.  Qərbi  Avropa  ölkələrində  valyuta  məhdudiyyətləri  50-60-cı  illərdə 

geniş yayılmışdı. Müştərilərin valyuta əməliyyatlarına məhdudiyyətlər qoyulması bu 

ə

məliyyatların ölkədən kənarda həyata keçirilməyə başlanmasına səbəb olmuşdu. 



nkişaf etmiş ölkələrdə valyuta məhdudiyyətlərinin tədricən aradan qaldırılması 

bu amilin əhəmiyyətinin azalmasına səbəb olurdu, lakin bir çox ölkələrdə rezidentlər 

üçün valyuta məhdudiyyətlərinə qayıdış potensial təhlükə kimi qaldığından, bununla 

ə

laqədar olaraq, yenə də o, başlıca amillər içərisində qalmaqda davam edir. Belə ki, 



Fransada  sosialistlərin  hakimiyyətə  gəlməsi  ilə  valyuta  nəzarəti  və  valyuta 

məhdudiyyətləri böyük miqyaslarda bərpa olunmuşdur. 

nkişaf  etməkdə  olan  və  keçmiş  sosialist  ölkələrində  bank  əməliyyatlarının 

müəyyən  hissəsinin  milli  hüquqi  ünvandan  kənar  fəaliyyətini  stimullaşdıran  amil 




24 

 

kimi valyuta nəzarəti və valyuta məhdudiyyətləri xüsusi əhəmiyyət kəsb edir. Daxili 



iqtisadi  vəziyyətin  qeyri-sabitliyi  və  çoxsaylı  qadağaların  olması  bu  ölkələrdən 

kapital  axınına  zəmin  yaradır.  qtisadi  fəaliyyətin  bir  çox  iştirakçıları  valyuta 

ə

məliyyatları qaydalarını pozduqlarına görə dövlət tərəfindən müsadirə tədbirlərindən 



ehtiyatlanaraq, öz kapitallarını bu cür pozucuların əmlakına cərimə müraciəti etməyə 

imkan verməyən ölkələrin banklarına yerləşdirməyə səy edirlər. 

Valyuta  məhdudiyyətləri  banklara  bir  çox  hallarda  öz  real  və  potensial 

müştərilərinə  xidmətlər  kompleksi  təqdim  etməyə  imkan  vermir  ki,  bu  da  bankları 

onların  xarici  rəqibləri  ilə  müqayisədə  pis  vəziyyətə  qoyur.  qtisadi  cəhətdən  qeyri-

sabit  ölkələrin  hökumətləri  böhran  dövrlərində  tez-tez  valyuta  məhdudiyyətlərindən 

ə

lavə daxili resursların səfərbər edilməsi vasitəsi kimi istifadə edirlər, baxmayaraq ki, 



milli  bankların  və  digər  kredit  müəssisələrinin  xarici  kontragentlərinə  qarşısında  öz 

öhdəliklərini vaxtında yerinə yetirə bilməmələri həmin ölkələrin beynəlxalq nüfuzunu 

aşağı salır. 

Bank  fəaliyyətinin  həyata  keçirilməsi  qaydalarının  sərtləşməsi  həm  inkişaf 

etmiş,  həm  də  inkişaf  etməkdə  olan  ölkələr  üçün  ümumi  meyldir.  Bu  amillər 

bankların və kredit müəssisələrinin minimal nizamnamə kapitalına yüksək tələblərin 

qoyulmasını, bank fəaliyyətinə lisenziya almağın sərt şərtlərinin müəyyən edilməsini, 

informasiyanın  açıqlanması  üzrə  yüksək  standartlığın  tətbiqiniı,  fiziki  şəxslərdən 

ə

manətlər cəlb edən banklara əlavə tələbləri, investisiya fəaliyyətinə məhdudiyyətləri, 



müəyyən  əməliyyatların  aparılmasına,  iqtisadiyyatın  ayrı-ayrı  sahələrində  «qız» 

müəssisələrin  təsisinə  qoyulan  qadağaları  aid  etmək  olar.  Bir  çox  ölkələrdə  banklar 

böyük həcmdə hesabat verməyə məcburdurlar. Praktiki olaraq bütün ölkələrdə vergi 

və xüsusi bank hesabatının auditor tərəfindən təsdiqi vacibdir.  

Kredit  müəssisələrinin  fəaliyyətinin  mərkəzi  banklar  tərəfindən  tənzimlənməsi 

bəzi  hallarda  iqtisadi  qərarlar  qəbul  edilməsi  üzrə  kommersiya  banklarının 

sərbəstliyini  məhdudlaşdıran  formalar  alır.  Məcburi  normativlər  sistemi  tez-tez 

həddən  sərt  sanksiyaları  nəzərdə  tutur.  Bank  müəssisələrinin  müxtəlif  növ  xüsusi 

fondlara  məcburi  ödəmələri  onların  kredit  və  investisiya  imkanlarını  xeyli 

məhdudlaşdırır,  əməliyyatlarının  rentabelliyini  aşağı  salır.  Bir  qayda  olaraq,  inkişaf 




25 

 

etməkdə  olan  və  keçmiş  sosialist  ölkələrində  bankların  məcburi  ödəmələri  və 



ehtiyatları  sistemi  mərkəzi  banklara  kommersiya  bankları  tərəfindən  cəlb  olunmuş 

vəsaitlərdən  güzəştli  və  hətta  pulsuz  istifadə  imkanları  verir.  Ofşor  bankın 

yaradılması yuxarıda göstərilən problemləri tamamilə və ya hissə-hissə (qismən) həll 

etməyə imkan verir. 

Sözsüz  ki,  vergi  amili  bank  əməliyyatlarının  bir  hissəsinin  ofşor  mərkəzlərə 

keçirilməsi  üçün  başlıca  amildir.  Bankın  təsis  edilməsi  üçün  konkret  yer  seçilən 

zaman  nəinki  kredit  müəssisənin  özünün  vergiqoyma  rejiminə,  həmçinin  bu  bankın 

müştəriləri üçün mövcüd vergi şərtlərinə də xüsusi diqqət yetirmək lazımdır. 

Ofşor zonalarda təsis edilən bankların əsas üstünlükləri aşağıdakılardır: 

-

 



milli  qanunvericilik  tərəfindən  müəyyənləşdirilmiş  məhdudiyyətlərdən  yan 

keçərək vəsaitlərin cəlb edilməsi və yerləşdirilməsi üzrə beynəlxalq bazarlara daxil 

olmaq; 

-

 



mənfəətə  vergiqoymanın  güzəştli  rejimi  resursların  bir  yerə  toplanmasına 

(akkumulyasiyasına)  və  təsisçinin  məqsəd  və  vəzifələrinə  uyğun  olaraq 

böluşdürülməsinə imkan yaradır; 

-

 



ofşor banklara verilən kreditlərdən, mənfəətə verginin yüksək dərəcələri mövcud 

olan ölkələrdə vergiqoymanın minimumlaşdırılması üçün fəal istifadə olunur; 

-

 

ofşor  zonalarda  qeydiyyatdan  keçmiş  banklarda  depozitlər  üzrə  hesablanan  və 



ödənilən faizlər ödəmə mənbəyindən vergiqoymadan azaddırlar; 

-

 



bir  qayda  olaraq  bu  banklara  maliyyə  məhdudiyyətləri,  onların  fəaliyyəti 

qeydiyyata  alınmış  ölkələrin  sərhədlərindən  kənarda  həyata  keçirilən  zaman  aid 

edilmir; 

-

 



bu  cür  bankın  təsis  edilməsi  və  cari  fəaliyyətinin  dəstəklənməsi  zamanı 

vəsaitlərə xeyli qənaət imkanı əldə edilir. 

Ofşor zonada bankın təsis edilməsi maliyyə əməliyyatlarının xeyli hissəsinin hər 

hansı  beynəlxalq  maliyyə-sənaye  qrupu  çərçivəsində  ofşor  mərkəzlər  vasitəsilə 

həyata  keçirildiyi  zaman  əlavə  əhəmiyyət  kəsb  edir.  Bи  halda  ofşor  ərazidə 

qeydiyyatdan keçən bank öz qrupunun müəssisələrinə xidməti həyata keçirə bilər. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə