Microsoft Word muxtar naz m docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   2   3   4   5   6   7   8   9   ...   28

11 

 

nəzərdən  keçirilir.  Niderlandın  Antil  adaları  və  Avropa  ttifaqı  arasında  xüsusi 



qarşılıqlı əlaqələr mövcuddur.  

Prinsip  etibarilə,  hər  hansı  ölkə  vergi  qanunvericiliyinin  elə  xüsusiyyətlərinə 

malikdir ki,  bunlar beynəlxalq vergi  planlaşdırılmasında istifadə  oluna bilsin.  Lakin 

bir  çox  dövlətlər  beynəlxalq  fəaliyyət  üçün  məqsədyönlü  xüsusi  (güzəştli)  şərait 

yaradırlar. Bu mərkəz və ölkələrə müasir dünyada 80-ə qədər dövlət aiddir.  

 

 



 


12 

 

 



1.2. Ofşor mərkəzlərində şirkətlərin fəaliyyət mexanizmi 

 

Ofşor şirkətlərin  başlıca  vəzifələri  çoxsaylıdır.  Güzəştli  vergi  rejimi  olan  ofşor 



mərkəzində və ya zonasında qeydiyyatdan keçmiş müəssisələr praktiki olaraq bir (və 

ya  bir  neçə)  şəkildə  çıxış  edə  bilər:  idxal  üzrə  tədarükçü;  ixrac  üzrə  alıcı;  barter 

ə

məliyyatları  iştirakçısı;  vasitəçi  -  müstəqil  agent;  podratçı;  əmlak  sahibi;  əmtəə 



nişanı,  müəllif  hüquqları  sahibi  və  alıcısı;  əmtəə  nişanı,  müəllif  hüquqları 

lisenziyaları;  daşınmaz  əmlakın  və  avadanlığın  lizinq  təqdim  edəni;  investor;  səhm 

(holdinq) saxlayıcısı; bank hesabı saxlayıcısı; borc saxlayan; öhdəliklər üzrə qarant; 

işəgötürən;  kreditor;  borc  alan  (ssuda  götürən);  gəmi  sahibi;  beynəlxalq  ticarət 

sferasında daşıyıcı; sığortaçı; etibarlı rəhbər. 

Ə

gər  ofşor  şirkət  malların  idxalında  istifadə  olunursa,  onda,  bir  qayda  olaraq, 



qaldırılmış qiymətlər tətbiq olunur ki, bu da ölkə daxilində malını satan müəssisənin 

vergi  qoyulan  gəlirini  aşağı  salmağa  imkan  verir.  Bu  modelin  öz  nöqsanları  vardır. 

dxal  olunan  malın  qiyməti  qaldırılan  zaman  vergiqoyma  obyekti,  malın  gömrük 

dəyəri  olduğu  zaman  vergi  və  yığımlar  üzrə  də  ödənişlər  artır.  Bu  vergilərə  aiddir: 

gömrük rüsumları və yığımları, satış üçün ölkə ərazisinə idxal olunan zaman çıxılan 

ə

lavə dəyər vergisi. 



Ofşor şirkətdən idxal sxemlərində istifadə zamanı adətən mənfəətdən vergi üzrə 

və  gətirilən  malın  gömrük  dəyərindən  tutulan  vergilər  üzrə  öhdəlikləri  tutuşdurmaq 

zəruridir. 

Lakin  bir  sıra  mallar  gömrük  rüsumlarından  azad  ola  bilər,  bundan  əlavə, 

gömrük  rüsumunun  çıxılması  güzəştli  tariflə  mümkündür,  həmçinin  idxal  zamanı 

tutulan  əlavə  dəyər  vergisinə  güzəştli  dərəcələrin  tətbiqi  də  mümkündür. 

Axırıncılarda ofşor şirkətdən malların idxalı üçün istifadə son dərəcə səmərəlidir. 

Gömrük  rüsumlarının  güzəştli  tarifləri,  bir  qayda  olaraq,  inkişaf  etməkdə  olan 

ölkələrdən,  həmçinin  gömrük  ittifaqları,  assosiasiyaları,  birliklərinə  daxil  olan 

ölkələrdən mal idxalı zamanı müəyyən olunur. Məsələn, Avropa  ttifaqı ölkələrində 




13 

 

mallar  həmin  ittifaqın  üzv  olan  ölkələrdən  gətirilirsə,  bu  zaman  sərhədi  keçərkən 



rüsumlardan azaddır. 

Vergi sxemlərinin elə variantları da mövcuddur ki, ofşor şirkətin köməyilə idxal 

olunan malın qiymətinin aşağı salınması həyata keçirilir. Bu o hallarda tətbiq olunur 

ki,  xammalın  və  ya  yarımfabrikatın  gələcək  emalı  güzəştli  iqtisadi  zonada  -  mal 

idxalçısı  ölkəsində  (azad  sahibkarlıq  zonasında,  azad  iqtisadi  zonada,  mənfəətə 

vergiqoymanın  güzəştli  səviyyəsi  olan  zonada  və  s.)  həyata  keçirilir.  Konkret  idxal 

qiymətiin  aşağı  salınması  ödənilən  gömrük  idxalı  rüsumlarının  məbləğini  və  malın 

idxalı  zamanı  əlavə  dəyər  vergisini  aşağı  salmağa  imkan  verir.  Bu  zaman  malın 

mənfəətdən  vergi  üzrə  güzəştli  zonalarında  emalı  bəzən  beynəlxalq  şirkətlər  qrupu 

çərçivəsində  (kapitalda  qarşılıqlı  iştirakla  bağlı  və  ya  bir  mərkəzdən  nəzarət  olunan 

müəssisələrin)  vergi  öhdəliklərinin  ümumi  minimumlaşdırılmasının  optimal 

səmərəsinə nail olmağa imkan verir. 

Malların  ixracı  zamanı  ofşor  şirkətdən  istifadə  adətən  malı  son  dərəcə  aşağı 

qiymətlə  satmağa,  sonra  isə  ofşor  şirkət  tərəfindən  son  alıcıya  bazar  (dünya) 

qiymətləri  səviyyəsində  təkrar  satmağa  imkan  verir.  Milli  ixracatçının  mənfəətinə 

qoyulan  vergi  bu  halda  minimal  qalır,  ixrac  zamanı  real  və  endirilmiş  qiymət 

arasındakı  fərq  gəlirlərə  vergiqoymanın  güzəştli  rejimi  və  ya  sıfır  səviyyəsi  olan 

ölkədə qeydiyyatdan keçmiş ofşor şirkətin mənfəətini yaradır. 

Beynəlxalq  vergi  planlaşdırılması  sxemləri  həmçinin  milli  istehsalçı-

müəssisənin  malın  ixrac  qiymətini  qaldırdığı  variantı  da  nəzərdə  tuta  bilər.  Bu  cür 

sxemlər  nisbətən nadirdir.  Onlardan  istifadənin  mahiyyəti  malın  ixracı  zamanı  milli 

istehsalçıya  qaytarılan  və  ya  hesablanan  əlavə  dəyər  vergisini  maksimum 

qaldırmaqdan ibarətdir. Adətən bu, o hallarda edilir ki, milli istehsalçının mənfəətdən 

vergiyə  o  qədər  də  vergi  öhdəlikləri  olmasın,  lakin  əvvəldən  ödənilmiş  əlavə  dəyər 

vergisinin  real  əvəzini  çıxmaq  imkanları  olmuş  olsun.  Aydındır  ki,  bu  cür  sxem 

yalnız o hallarda tətbiq olunur ki, ixrac rüsumlarının dərəcələri nisbətən aşağıdır və 

ya yalnız bu mal növünə tətbiq edilir. 

Barter  əməliyyatları  iştirakçısı  kimi  ofşor  şirkət  yuxarıdakı  prinsiplər  əsasında 

istifadə olunur. Lakin bəzi hallarda, mənfəətə vergiqoyma və əlavə dəyər vergisi üzrə 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə