Microsoft Word muxtar naz m docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

26 

 

Ofşor  ərazilərdə  qeydiyyatdan  keçən  bütün  bank  və  kredit  müəssisələrini 



yaranma məqsədindən asılı olaraq 3 kateqoriyaya ayırmaq olar: müstəqil müştərilərə 

tam  xidmət  kompleksi  təqdim  etmək  üçün  yaradılan  mükəmməl  bank  müəssisələri; 

ə

sasən  bir  maliyyə-sənaye  qrupu  (keptiv  bank  müəssisələri)  daxilində  əməliyyatlar 



aparmaq  üçün  banklar;  ayrı-ayrı  əməliyyat  növləri  aparmaq  və  ya  təsisçinin 

aktivlərini idarə etmək üçün bank müəssisələri. 

Ofşor  bankın  təsis  edilmə  yerini  seçərkən  həmişə  onun  məqsəd  və  vəzifələrini 

nəzərə almaqla həyata keçirmək lazımdır. 

Bank müəssisələri vergi tutulan sxemdə məhdud funksiyaların yerinə yetirilməsi 

üçün  o  ölkələrdə  yaradılır  ki,  həmin  ölkələr  adətən  gəlirlərə  ikiqat  vergiqoymanın 

oradan  qaldırılması  üçün  gəlirlərin  əldə  edilməsi  nəzərdə  tutulan  ölkələrlə  əlverişli 

müqavilə şərtləri bağlayırlar. Real əməliyyatlar və müstəqil müştərilərə xidmət üçün 

nəzərdə  tutulan  bankları  adətən  minimal  vergiqoyma  səviyyəsi  olan  və  valyuta 

tənzimlənməsi  normaları  olmayan  ölkələrdə  təsis  edirlər.  Bп  qayda  olaraq,  yalnız 

təsisçilərin vergi öhdəliklərini minimumlaşdırmaq məqsədləri üçün yaradılan banklar 

o ölkələrdə qeydiyyatdan keçirlər ki, onlar eyni zamanda aşağıdakı şərtlərə də uyğun 

olsun; 

-

 



rezidentlərin gəlirlərinə vergi qoyulmur; 

-

 



gəlirləri bölüşdürən mənbə yanında vergiqoyma yoxdur; 

-

 



xüsusi  statusu  olan  bankların  (ofşor  bankların)  əməliyyatlarına  valyuta 

məhdudiyyətləri yoxdur; 

-

 

bankın qeydiyyatı və cari xidmətləri üzrə xərclər yol veriləndir (məqbuldur); 



-

 

mükəmməl  bank  müəssisələri  vasitəsilə  geniş  əməliyyatlar  keçirmək  imkanı 



vardır. 

Qeyd etmək lazımdır ki, ənənəvi ofşor zonaların əksəriyyəti eyni zamanda bütün 

göstərilənlərə, bəzi hallarda isə təsisçilərin əlavə spesifik tələblərinə tam uyğun gələ 

bilməz. 


Belə ki, xüsusi statuslu müəssisələrin gəlirlərinə vergiqoyma tətbiq etməyən bəzi 

ə

nənəvi  ofşor  mərkəzlərdə  kredit  əməliyyatlarının  həyata  keçirilməsi  üçün  mərkəzi 



bankın  lisenziyasını  almaq  tələb  olunur,  bu  cür  lisenziya  almaq  üçün  şərtlər  isə 


27 

 

güzəştli vergi statusu əldə etmək şərtləri ilə bir yerə sığmır. Bir sıra ölkələrdə bank 



sirrinin  saxlanması  məqbul  hesab  edilmir.  Bir  çox  ölkələr  vergi  güzəştlərini  yalnız 

xüsusi statusu olan müəssisələrin gəlirlərinə tətbiq edirlər, lakin bu cür müəssisənin 

bölüşdürülməmiş gəlirləri, məsələn, dividend şəklində olan gəlirləri yüksək dərəcələr 

üzrə vergiyə cəlb olunur. Sonuncu daha çox investisiya və holdinq mərkəzləri üçün 

səciyyəvidir.  Bir  çox  klassik  ofşorlar  praktiki  olaraq  insan  ayağı  dəyməmiş  adaları 

xatırladır. Onlar beynəlxalq ticarətdə yalnız «şirkət-həlqələrin» qeydiyyatına xidmət 

edirlər. 

Ayrı-ayrı  ofşor  mərkəzlər  müstəqil  ölkə  olmayıb,  rezidenti  potensial  bank 

təsisçisi  olan  ölkənin  vergiqoyma  sahəsində  əməkdaşlıq  və  qarşılıqlı  informasiya 

mübadiləsi haqqında xüsusi müqavilə bağladığı dövlətin tərkibinə daxil ola bilər, bu 

zaman  konkret  «özünüidarə  ərazisinin»  xüsusi  statusu  konkret  məlumatların 

açıqlanması üçün böyük bir maneə olmayacaqdır. 

Ofşor  ərazilərin  çoxu  beynəlxalq  maliyyə  mərkəzlərindən  uzaqda  yerləşir. 

Onların müəyyən əməliyyatlar aparmaq üçün şərait yaratmağa kifayət edəcək inkişaf 

etmiş  infrastrukturları  yoxdur.  Xüsusilə  də,  kifayət  qədər  yüksək  ixtisaslı  iş  heyəti, 

zəruri olan ofis sahəsi və s. də olmaya bilər. 

Təsisçilərin  xüsusi  tələblərinə  qüvvədə  olan  mülki  qanunvericiliyin  aydın  başa 

düşülən sisteminin olması, klassik trastın təsisi üzrə  imkanlar, ofisin  yaradılması,  iş 

heyətinin  cəlb  edilməsi,  daşınmaz  əmlakın  alınması  aid  edilə  bilər.  Nəticədə  bank 

fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasında ixtisaslaşmış ofşor mərkəzlər, başqa 

sözlə, xüsusi bank ofşorları meydana gəlmişdir. 

Bu  cür  mərkəzlərdə  fəaliyyət  şəraiti  fərqli  ola  bilər.  Təsis  edilən  bankın 

vergiqoymadan  azad  edilməsinə  və  ya  güzəştli  status  almasına  müvafiq  hüquqi 

ə

saslara  xüsusi  diqqət  yetirmək  lazımdır.  Belə  ki,  Kayman  adaları  klassik  ofşora 



aiddir  -  burada  gəlirlərə  vergiqoyma  sistemi  tamamilə  yoxdur.  Bu,  bank  öz 

fəaliyyətini  həyata  keçirərkən  müəyyən  edilmiş  hədlərdən  kənara  çıxan  hallarda 

vergiyə  görə  cərimə  sanksiyalarının  tətbiqini  qeyri-mümkün  edir.  Cersi  və  Hernsi 

adaları  müvafiq  ərazilərdən  kənarda  fəaliyyət  göstərən  hallarda  qeyri-rezidentlərin 

gəlirlərinə  vergiqoyma  üçün  güzəştli  vergi  rejimi  sistemləri  tətbiq  edən  ərazilərə 



28 

 

aiddirlər. Müəssisənin bu cür ofşor zonada qeydiyyatdan keçdiyi, bu ərazidə yerləşən 



mənbələrdən  gəlirlər  aldığı  sübuta  yetirilərsə,  onda  bu  gəlirlər  müəyyən  edilmiş 

ümumi qaydalara əsasən vergiyə cəlb ediləcəkdir. Qeyd etmək lazımdır ki, göstərilən 

ofşor  mərkəzlərdə  vergiqoymanın  ümumi  şərtləri  güzəştlidir.  Cersi  adasında 

rezidentlərin  -  fiziki  şəxslərin  gəlirlərinə  olan  maksimum  vergi  dərəcəsi  20%  təşkil 

edir.  Bu  cür  dərəcə  rezidentlərin  hüquqi  şəxslərinin  mənfəətinə  də  tətbiq  edilir. 

Kiprdə  -  ümumi  vergiqoymanın  yüksək  səviyyəsi  olan  ölkədə  xüsusi  qaydada 

qeydiyyatdan  keçmiş  müəssisə  və  təşkilatlar  xüsusi  vergi  statusu  alırlar.  Yuxarıda 

göstərilən  halla  analoji  pozuntu  Kipr  adasında  müəssisənin  öz  statusunu  itirməsilə 

bağlı  ola  bilər  ki,  bu  da  müvafiq  olaraq  ölkədə  vergi  qanunvericiliyinin  ümumi 

normaları ilə nəzərdə tutulmuş cərimə sanksiyalarına səbəb ola bilər. 

Bank  fəaliyyətinə  lisenziya  almaq  üçün  yerinə  yetirilməsi  zəruri  olan  vacib 

şə

rtlər bir-birindən  xeyli  dərəcədə  fərqlənə  bilər.  Xüsusi bank ofşor  zonaları  adətən 



müxtəlif tipli lisenziyalar almağa imkan verir. Bu zaman hər tip lisenziyaya müəyyən 

şə

rtlər  uyğun  olur.  Bп  qayda  olaraq,  tam  və  ya  qeyri-  məhdud  lisenziyanı  yalnız 



nüfuzlu xarici banklar tərəfindən təsis edilmiş banklar ala bilər. Məhdud əməliyyatlar 

dairəsini həyata keçirmək üçün lisenziya onlar tərəfindən o hallarda da alına bilər ki, 

bankın təsisçisi xarici banklar olmasın. Bп ofşor mərkəzdə tam və ya qeyri-məhdud 

lisenziya  bank  sahibinə  ofşor  ərazinin  özündə  də  fəaliyyət  göstərməyə  imkan  verir, 

digər ölkələrdə isə bu cür lisenziyanın alınması mükəmməl bank fəaliyyətini həyata 

keçirməyə  imkan  versə  də,  yalnız  qeyri-  rezident  müştərilərlə  və  ya  xüsusi  statusa 

malik - vergidən azad şirkətlərlə bu fəaliyyəti mümkün edir. 

Demək  olar  ki,  bütün  ofşor  bank  mərkəzləri  üçün  iqtisadiyyatın  başqa 

sahələrində  olan  şirkətlərlə  müqayisədə  lisenziyalaşma  və  qeydiyyatın  sərt  şərtləri 

ümumi  qaydadır.  Belə  ki,  səhmlərin  tələb  edilənə  qədər  emissiyası  üzrə  ümumi 

imkanlar  təsis  edilən  banklara  aid  edilməyə  də  bilər.  Qeydiyyat  və  lisenziya  almaq 

üçün təqdim edilən məcburi informasiyanın həcmi xeyli genişdir. Bir çox ofşor bank 

mərkəzlərində banklar üçün eyni zamanda qeydiyyatdan keçmək və lisenziya almaq 

proseduru nəzərdə tutulmuşdur. Çox vaxt ilk dəfədən tam və ya geniş tipli lisenziya 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə