38
vergiqoymadan yan keçmək haqqında müqavilələrin üstünlüklərindən istifadə etmək
hüququna malikdirlər.
Malayziyanın federal hökuməti Labuan adasına beynəlxalq ofşor maliyyə
mərkəzi statusu verməyi məqsəd qoymuşdur. Vergiqoymanın güzəştli şərtlərinin
hazırlanması zamanı sahibkarlıq fəaliyyətinin aşağıdakı növlərinə xüsusi diqqət
verilir: bank əməliyyatları; əmlakı etibarlı idarəetmə; kollektiv investisiya qoyuluşu;
sığorta; holdinq şirkətlərinin investisiyaları.
Malayziyada valyuta tənzimlənməsinin milli qaydaları qüvvədədir. Labuanda
qeydiyyatdan keçmiş bank müəssisələri qeyri-rezidentlər kimi valyuta tənzimlənməsi
normalarının tətbiqi məqsədləri üçün nəzərdən keçirilir.
Ş
irkətin Labuanda təsis edilməsi spesifikası ondan ibarətdir ki, şirkətin
fəaliyyətinin qeydiyyatı və saxlanmasının bütün prosedurları etibarlı idarə üzrə yerli
ş
irkət tərəfindən həyata keçirilməlidir, bu zaman yerli trast şirkəti yalnız etibarlı şəxs
və ya nominal səhm sahibi qismində güzəştli vergiqoyma rejimi ilə şirkətin
səhmlərinin saxlayıcısı kimi çıxış edə bilər. Trast şirkətlərinin fəaliyyəti 1990-cı ildən
Labuanın trast şirkətləri haqqında qanunla tənzimlənir.
Ofşor bank fəaliyyəti aşağıdakı sahələri əhatə edir: valyuta depozitlərinin cəlb
edilməsi, müştərilərin depozit, əmanət və başqa hesablarının aparılması, kredit
xidmətlərinin təqdim edilməsi. Bütün sövdələr NMB-dən icazə verilən müəyyən
spesifik əməliyyatlar istisna olunmaqla, xarici valyuta ilə həyata keçirilməlidir.
1990-cı ildə qəbul edilmiş bank ofşor fəaliyyəti haqqında qanuna müvafiq
olaraq, bütün lisenziyası olan bank müəssisələrinə istənilən qeyri-rezidentdən,
həmçinin rezidentlərdən məhdudiyyət qoyulmadan qoyuluşlar qəbul etməyə, istənilən
qeyri-rezidentə və rezidentə xarici valyutada 1 mln. Malayziya dolları məbləğində
borc verməyə icazə verilmişdir. Lakin ofşor bank «identifikasiyasız» müştərilərə
hesab açmaq hüququna malik deyil. Başqa sözlə, təqdim edən hər bir kəsə hesab
açmaq qadağandır.
Lisenziyalı ofşor banklar xarici valyutalarla, o cümlədən qeyri-rezidentlərdən və
səlahiyyətli banklardan valyutanın forvard və topdansatış alqısı da daxil olmaqla,
sövdələrdə iştirak edə bilər. 1 Malayziya dolları ekvivalentindən artıq məbləğdə
39
xarici valyuta ilə borc verilməsi yalnız müfəttişin qabaqcadan icazəsi ilə həyata
keçirilə bilər.
Banklar hər hansı qeyri-rezidentin adından Malayziyadan kənara və ya hər hansı
ölkədən Malayziyaya vəsait ödəmək və ya köçürmək hüququna malikdirlər.
Rezidentlərdən və ya qeyri-rezidentlərdən Malayziya dolları ilə qoyuluşların qəbulu,
həmçinin milli valyuta ilə borclarn verilməsi yalnız valyuta nəzarəti müfəttişinin
qabaqcadan razılığı ilə həyata keçirilə bilər. Səlahiyyət verilmiş banklar istisna
olunmaqla, qalan banklara rezidentin adından xarici valyuta ilə hər hansı sövdələri
həyata keçirmək, rezident-banklarda Malay-banklarda Malay hesablar açmaq,
rezidentlərdən Malayziya dolları ilə vəsaitlərin cəlb edilməsində iştirak etmək
qadağandır. Bundan başqa, Labuanda ofşor banklara srailin və ya Cənubi Afrika
Respublikasının rezidentləri ilə hər hansı sövdələr həyata keçirmək və valyuta ilə
ə
məliyyatlar aparmaq qadağan edilmişdir.
Ofşor bank fəaliyyətinə xüsusi məhdudiyyət ondan ibarətdir ki, ofşor banklar
ə
məliyyatları Labuan adasından başqa Malayziyanın heç bir yerində həyata keçirə
bilmirlər. Bu banklar əsas fəaliyyət yerindən başqa hər hansı müəssisələrə (filiallar,
ofislər, nümayəndəliklər) malik ola bilmirlər. Hər hansı ofisin açılması yalnız NMB-
nin qabaqcadan icazəsi ilə mümkündür. Yuxarıda göstərilən tələb və
məhdudiyyətlərlə yanaşı, hesabatların aparılmasına və təqdim edilməsinə sərt nəzarət
də mövcuddur ki, bu da Labuanda yalnız yüksək beynəlxalq nüfuza malik beynəlxalq
bankların fəaliyyətini həyata keçirməyə xidmət edir.
Labuanda yaradılmış ofşor bankın əlavə üstünlüklərindən biri də ofşor bank
fəaliyyəti çərçivəsində həyata keçirilən bütün əməliyyatların gerb yığımlarından azad
edilməsi, cəlb edilən personal üçün gəlirdən vergi üzrə əlavə stimulların və
güzəştlərin olması, sığorta şirkətlərinin, gəmiçilik sahəsində neft məhsulları ilə
ə
məliyyatlarda vergiqoymanın xüsusi rejimləridir.
Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq demək olar ki, Labuan xüsusi
statusuna və güzəştlər verilməsi mexanizmlərinə görə ofşor bank fəaliyyətinin
müəyyən formaları üçün əlverişli ərazidir.
40
Bəzi potensial investorlar Labuanın separatist qüvvələrin olduğu Sabah ştatının
(adasının) bilavasitə yaxınlığında yerləşməsindən müəyyən dərəcədə ehtiyat edirlər,
halbuki Labuan adası Malayziyanın federal ərazisidir.
Madeyra yeni ofşor bank mərkəzlərinə aiddir. Madeyra yerli idarəetmə ilə
Portuqaliyanın tərkibində olan ərazi, Madeyranın azad iqtisadi zonasında
qeydiyyatdan keçmiş şirkətlərin isə rezident olduğuna görə, burada Portuqaliyanın
gəlirlərə və əmlaka ikiqat vergiqoymadan yan keçmək haqqında beynəlxalq
müqavilələr imzalanmasının üstünlüklərindən istifadə imkanları mövcuddur.
Bu qayda qeydiyyatdan keçən bank müəssisələrinə də aid olmalıdır. Bеlə
müqavilələr üzrə vergi güzəştlərinin verilməsi mexanizmi Malayziyada Labuan
adasındakı kimi hüquqi əsaslara malikdir. Lakin onu da qeyd etmək lazımdır ki,
Portuqaliyanın ikiqat vergiqoymadan yan keçmək haqqında müqavilələr bağladığı
ölkələrin siyahısı Malayziyada olduğundan xeyli qısadır. Braziliya ilə yanaşı, bu
siyahıya Qərbi Avropa ölkələrindən Avstriya, Belçika, Almaniya, Danimarka,
spaniya, taliya, Norveç, Böyük Britaniya və Şimali rlandiya Birləşmiş Krallığı,
А
BŞ, Finlandiya, Fransa, sveçrə daxildir. Madeyra adasının Avropa Birliyinin
tamhüquqlu ərazisi olması faktı ona xüsusi cəlbedicilik verir.
Madeyrada qeydiyyatdan keçmiş şirkətlər Portuqaliyanın Maliyyə nazirliyində
ikiqat vergiqoymadan yan keçmək haqqında müqavilənin şərtlərinə uyğun olaraq,
ş
irkət-rezident statusunu təsdiq edən sertifikat ala bilərlər.
Madeyrada uzun müddət yalnız Portuqaliya banklarının filiallarını yaratmağa
icazə verilirdi. Xarici bankların filiallarına bank lisenziyalarının verilməsi təcrübəsi
yalnız 90-cı illərin ortalarında həyata keçirilməyə başladı və bu gün Qərbi Avropanın
bir çox iri kommersiya bankları Madeyra azad iqtisadi zonasına böyük maraq
göstərirlər.
Müəyyən nöqsanlar qüvvədə olan qanunvericiliyin azad iqtisadi zonada
qeydiyyatdan keçən şirkətlərə qoyduğu tələblərin nisbətən sərtliyi ilə bağlıdır. Bu
onunla əlaqədardır ki, adları çəkilən şirkətlər prinsip etibarilə Portuqaliyanın digər
ş
irkətlərinin də tabe olduqları normativ aktlara tabedirlər. Madeyra azad iqtisadi
zonasında qeydiyyatdan keçmiş şirkətlərin yeganə fərqi ondan ibarətdir ki, onların
Dostları ilə paylaş: |