Microsoft Word N. Z. Ismay?lov Atmosferdenkenar astronomiya derslik doc



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə10/38
tarix14.10.2017
ölçüsü1,02 Mb.
#4943
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   38

 

39

 



 

Şəkil 2.5.1. MgII spektral xəttində  işləyən Balon Günəş 

spektroqrafının sxemi. 1-baş güzgü, 2- ikinci güzgü, 3- spektroqrafın 

yarığı, 4- müstəvi güzgülər, 5- çökük qəfəslər, 6- müstəvi qəfəs, 7- 

fokal müstəvi, 8- fokal müstəvi, 9- müqayisə spektrinin fokal 

müstəvisi, 10- pilləli zəiflədici.  

Şüalar iki müstəvi güzgüdən keçdikdən sonra birinci tərtibdə 

işləyən çökük qəfəs  şüa dəstəsini ikinci müstəvi qəfəsə göndərir. 

İkinci qəfəs elə yönəlir ki, onun ştrixlərinin istiqaməti birinci 

qəfəsinkinə perpendikulyar olsun. Müstəvi qəfəs beşinci tərtibdə 

işlərkən onun ayırdetməsi R=300 000 olurdu.  Üçüncü çökük qəfəs 

şüaları kameraya fokuslayırdı  və onun ştrixlərinin istiqaməti ikinci 

qəfəsinkinə paralel yönəlirdi.  Praktiki olaraq spektral ayırdetmə 25 

mÅ təşkil edirdi. 

 

40 


     Bu alətlə ilk dəfə 1963-1970-ci illərdə Günəşdə MgII xəttinin incə 

quruluşu qeyd olunmuş, bu xəttin intensivliyinin Günəş diski 

boyunca mərkəzdən kənara dəyişməsi öyrənilmişdir. 

Raket günəş teleskoplarından «Aerobi» raketində ABŞ-da Dəniz 

tədqiqatları laboratoriyasında hazırlanmış 2000-4000 Å oblastında 

işləyən spektroqraf hazırlanmışdır. Spektroqrafda həm eninə, həm də 

uzununa ikiqat ayırma prizma və  eşelle qəfəs vasitəsi ilə  həyata 

keçirilirdi. Eşellenin ayırdetməsi 0.03 Å təşkil etmişdir. 

Uzaq UB oblastda prizmadan istifadə etmək mümkün olmadığı 

üçün belə spektroqraflarda adətən difraksiya qəfəsindən istifadə 

olunur. Məsələn, 1200-2000 Å oblastında Günəş diskinin şüalanma 

spektrini tədqiq etmək üçün İngiltərədə Kalhem laboratoriyasında 

ikiqat  əksolunma ilə  eşelle və difraksiya qəfəsi vasitəsi ilə  işləyən 

spektroqraf hazırlanmışdı. Eşelledə dispersiya 0.6 Å/mm, difraksiya 

qəfəsində isə 16 Å/mm təşkil edirdi. 

«Skayleb» Avtomatik Orbital Stansiyanın heyətində UB oblastda 

işləyən bir neçə cihaz hazırlanmışdır.  Bunlardan ABŞ  Dəniz 

tədqiqatları laboratoriyasında hazırlanmış 970-3970 Å oblastında 

işləyən və Günəş  səthində aktiv oblastları  və xromosferi tədqiq 

etməyə imkan verən spektroqraf misal ola bilər. Uzaq UB oblastda 

Günəşin müşahidəsi üçün ≤1000 Å elə cihazlar işlədilir ki, burada 

şüalar səthə normal istiqamətdə düşsün. Səthin kiçik əksetdirmə 

qabiliyyəti Günəş  şüalanmasının çox güclü olması hesabına 

kompensasiya olunurdu.  

«Skayleb» vasitəsi ilə Günəş  səthinin  şüalanma xətlərində 

fotoqrafiyasını almaq üçün 170-630 Å oblastında işləyən yarıqsız 

spektroqrafdan istifadə olunmuşdur. Onun yeganə optik elementi 

səthinə  qızıl təbəqə  çəkilmiş çökük qəfəsdir. Fokal müstəvidə 

Günəşin şüalanma xətlərində bir-birini örtən müxtəlif təsvirləri alınır. 



 

41

Təsvirin ölçüsü 1 Å/mm  dispersiyada 18.5 mm təşkil edirdi. Alınmış 



spektroqramlar müxtəlif  şüalanma xətlərində diskin parlaqlığı 

haqqında böyük informasiya verirdi. 

Bundan  əlavə, «Skayleb» peykində Harvard kollecinin 

rəsədxanası  tərəfindən hazırlanmış 300-1350 Å diapazonda işləyən 

spektroheliometr OIV, CIII, OVI, HI, CII, MgX xətlərində 

müşahidələr aparmışdır. Bu cihazda baş güzgünün döndərilməsi ilə 

seçilən oblastın istənilən hissəsi çəkilə bilərdi. Seçilmiş  xətlərdə 

müşahidələr Günəşdə tac dəliklərini, ləkələri, yüksək temperaturlu 

aktiv oblastları tədqiq etməyə imkan vermişdir. 

 

2.6.  UB oblastda ulduzların müşahidəsi 



 

     

Atmosferdənkənar UB oblast teleskoplarında  əsasən 50-80 sm 

diametrli optikadan istifadə olunduğu üçün güzgülərin diqqətlə 

hazırlanmasına baxmayaraq UB oblastda teleskopların difraksiya  

ayırdetməsi təxminən 10 dəfə aşağıdır.  

    Ulduzların fotometriyasından istifadə olunan 100 Å ayırdetməyə 

malik spektrometr və fokal müstəviyə yerləşdirilmiş FEG «Kosmos-

215» peykində qurulmuşdu.  İnterferensiya süzgəclərinin köməyi ilə 

2275 Å və 2740 Å oblastlarında  0.2 º/san sürətlə onlarla ulduzun UB 

fotometriyası aparılmışdır.  

    OAO-2A  xüsusi  peyk-rəsədxanası vasitəsilə  λ  ≥1000 Å oblastda 

yüksəkhəssaslıqlı fotometrlərin köməyi ilə kütləvi şəkildə ulduzların 

fotometriyası aparılmışdır. Teleskopların fokusunda vidikon 

kameralar quraşdırılmış, qəbuledicinin həssaslığından asılı olaraq 

1100-2100, 1300-2100, 1000-3200 və 2100-3200 Å oblastlarda 

 

42 



üçoxlu 30

"

dəqiqliklə yönəltmə qurğusunun köməyilə ölçmələr 



aparılmışdır. Bu teleskopda ulduzların kütləvi fotometriyası ilə 

yanaşı ayrı-ayrı ulduzların və digər diffuz obyektlərin fotometrik 

ölçmələrini aparmaq üçün 900-4200 Å oblastında işləyən  

fotometrdən də istifadə olunmuşur. 

    Avropa  ölkələrinin birgə hazırladığı TD-1A peyki Belçika və 

İngiltərədə güzəldilmişdi. TD-1A peykində UB yerləşdirilmiş 

spektrometrin köməyi ilə 30000 –dən çox ulduzun fotometrik 

ölçmələri aparılmışdır. Bu cihazda optika ilə toplanmış  işıq dəstəsi 

əvvəlcə difraksiya qəfəsinə, sonra isə üç FEG üzərinə düşürdü. 

Ölçmələr də uyğun olaraq 1550, 1950 və 2550 Å oblastlarında  

aparılırdı.  

    Hollandiyada  hazırlanan Yerin süni peyki ANS çoxlu sayda 

ulduzların fotometriyasını yüksək dəqiqliklə aparmaq məqsədilə 

yaradılmışdı. Bu alət Riçi-Kretyen sistemli teleskopdan və 2.5x2.5

'

 

ölçülü baş güzgüdə açılmış yarıqdan ibarət spektrometrdən təşkil 



olunmuşdur.  Bu sistem göyün fonunu azaltmağa və  zəif obyektləri 

yüksək dəqiqliklə ölçməyə imkan verirdi.  

    UB  oblastda  ulduzların spektroskopiyası ilə  məşğul olmuş 

teleskoplardan 1971-ci ildə hazırlanmış «Orion-2» misal ola bilər. 

Mahiyyətcə o Maksutov sisteminin kasseqren variantı olub 4º bucaq 

altında meyl etdirən obyektiv prizmadan ibarətdir.  Sistemin optik 

sxemi 2.6.1-ci şəkildə verilmişdir. 

 



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə